|
Səhifələr : # 12 13 14 15 16 17 18 19 20 #
Musa Quliyev: “Nikah zamanı tibb arayışın məcburiliyi ilə bağlı nazirliklərin rəyini gözləyirik”
|
“Bu gün Azərbaycan ailələrində boşanmaların 15%-dən çoxu uşaq əldə etməmək ilə bağlıdır”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.
Onun sözlərinə görə, bu fakt artıq ailələrimizin ən böyük faciə ilə üz-üzə qalmasından xəbər verir. Millət vəkili qeyd edib ki, bu, acınacaqlı haldır və bununla bağlı ciddi addımlar atılmalıdır. “İlk növbədə biz bununla bağlı qanunvericiliyə əsasən nikah bağlanan zaman tibbi müayinədən keçmənin məcburi olmasını hazırlayırıq. Nikah bağlanan zaman tibbi arayışın məcburi olması ilə bağlı tezliklə müvafiq qanunvericilikdə dəyişikliklər olacaq. Bu məsələ komitədə müzakirə olunaraq məktub formasında Ədliyyə, Səhiyyə və Daxili İşlər nazirliklərinə göndərilib. Hazırda onların rəyini gözləyirik”-deyə M.Quliyev vurğulayıb.
|
07.04.11 Məqaləni oxumaq
|
|
|
Finlandiyanın Azərbaycandakı səfiri SAM-da olub
|
Finlandiyanın Gürcüstan, Ermənistan və Azərbaycandakı səfiri Petri Salo Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva ilə görüşüb. SAM-ın mətbuat xidmətindən KƏLAMİNFO-ya bildiriblər ki, görüş zamanı G.Paşayeva qonağa Strateji Araşdırmalar Mərkəzinin fəaliyyəti – nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında məlumat verib.
Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu vurğulayan tərəflər, həmçinin humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsi, elm, təhsil, xüsusilə beyin mərkəzləri arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin iki ölkə arasında təmasların intensivləşməsinə zəmin yaradacağına əmin olduqlarını bildiriblər.
Görüşdə həmçinin regional və beynəlxalq məsələlər və bir sıra qarşılıqlı maraq kəsb edən mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
|
07.04.11 Məqaləni oxumaq
|
|
|
Təhsil Nazirliyi imtahanların nəticələrini açıqlayıb
|
Təhsil Nazirliyi aprelin 3-də ümumi orta və tam orta təhsil səviyyələri üzrə keçirdiyi yoxlama imtahanlarının nəticələrini açıqlayıb. Təhsil Nazirliyindən KƏLAMİNFO-a verilən məlumata görə, imtahanlar Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlıda keçirilib.
İmtahan nəticələri http://exam.edu.gov.az/ saytında yerləşdirilib. Şagirdlər bu internet səhifəsində öz kodlarını daxil etməklə nəticələr barədə məlumat əldə edə bilərlər.
Nazirlikdən bildirilib ki, imtahanlar test üsulu ilə keçirilib və buraxılış imtahanlarına hazırlıq xarakteri daşıyıb. Məqsəd şagirdlərin bilik səviyyəsinin yüksəlməsinə nail olmaqdır.
Qeyd edək ki, növbəti imtahanlar aprelin 10-da Sumqayıt, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızıda, aprelin 17-də Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlaxda keçiriləcək.
|
07.04.11 Məqaləni oxumaq
|
|
|
Qəddafi Obamaya “oğlum” deyə müraciət edib
|
Liviya lideri Müəmmar Qəddafi öz postunu tərk edərək üsyançılara qarşı hücuma son qoymalıdır. KƏLAMİNFO “The Guardian” qəzetinə istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Hillari Klinton Qəddafinin Barak Obamaya göndərdiyi məktub çatdıqdan sonra deyib.
“Assoşieyted Press” agentliyinin verdiyi məlumata görə, Qəddafi Obamaya “oğlum” deyə müraciət edib və inkişaf etməkdə olan ölkənin kiçik xalqına qarşı hərbi gücün tətbiqinin zərərli olduğunu bildirib. Qəddafi, həmçinin hərbi metodla demokratiyanın əldə olunmayacağını vurğulayıb.
Ağ Evin mətbuat katibi Cey Karni isə Qəddafinin məktubuna münasibətdə deyib ki, Prezident Barak Obamanın şərtləri məlumdur.
|
07.04.11 Məqaləni oxumaq
|
|
|
Bakıda beynəlxalq elmi konfrans keçiriləcək
|
Sentyabrın 28-30-u tarixlərində AMEA və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər.
Konfrans “Xalq Cümhuriyyətinin qurulması ərəfəsində Azərbaycan”, “Azərbaycan Xalq Cümhuriyyəti - şərqdə ilk hüquqi, dünyəvi, demokratik respublika” və “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir” bölmələri üzrə fəaliyyət göstərəcək.
|
07.04.11 Məqaləni oxumaq
|
|
|
Narkomaniya bəlası
|
Narkomanlıq və narkobiznes cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdan, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan başlıca amillərdir. Bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya və geniş anlamda narkotizmdir.
|
07.04.11 Məqaləni oxumaq
|
|
|
Həmsədrlər regiona gəlir
|
ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin 11-12-də İrəvana səfər edəcəklər.
KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu məlumatı Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan verib. Onun sözlərinə görə, həmsədrlərin Dağlıq Qarabağa səfər edəcəyi də planlaşdırılır. Həmsədrlər Ermənistanda prezident Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrlərin Bakıya səfəri aprelin 13-14-də planlaşdırılır.
|
06.04.11 Məqaləni oxumaq
|
|
|
Moldovanın “Eurovision-2011” təmsilçisi Bakıdadır
|
Bu gün Moldovanın “Eurovision-2011” təmsilçisi “Zdob şi Zdub” qrupu Bakıya gəlib.
KƏLAMİNFO xəbər verir ki, tanıtım turu çərçivəsində Bakıya bir günlük səfər edən qrup bu gün İctimai Televiziyanın “Yeni Gün” proqramının qonağı olub. Qrup, həmçinin İTV-də yayımlanan “Eurovision xəbərləri” proqramında canlı çıxış edəcək.
Qeyd edək ki, Moldova təmsilçilərinin İctimai Televiziyada mətbuat nümayəndələri ilə görüşü planlaşdırılır.
|
06.04.11 Məqaləni oxumaq
|
|
|
SAM-ın elmi işçisi Türkiyədə Xəzər hövzəsinin təhlükəsizliyindən danışacaq
|
Aprelin 7-10-u tarixlərində Türkiyənin paytaxtı Ankarada NATO-nun Sülh və Təhlükəsizlik Elmi proqramının dəstəyi, Orta Doğu Texniki Universiteti (ODTU) və Qırğızıstanın Manas Universitetinin birgə təşəbbüsü ilə “NATO, Əfqanıstanda beynəlxalq terrorizmə qarşı mübarizə və 11 sentyabr tarixindən sonra Orta Asiya regionunda təhlükəsizlik mühiti” mövzusunda konfrans keçiriləcək.
Konfransda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçisi Zaur Şiriyev iştirak edəcək. SAM-ın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, o, “ABŞ-ın Əfqanıstan müdaxiləsindən sonra Xəzər hövzəsinin təhlükəsizlik mühitinə Azərbaycanın baxışı” mövzusunda məruzə ilə çıxış edəcək.
Qeyd edək ki, tədbirdə Türkiyə, Avropa ölkələri və Orta Asiyanın təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlərinin iştirakı ilə fikir mübadiləsi aparılacaq və çıxışçıların məruzələri daha sonra kitab şəklində çap olunacaq.
|
06.04.11 Məqaləni oxumaq
|
|
|
DSMF 24 881 vətəndaşa fərdi şəxsi hesab açıb
|
Cari ilin ilk 3 ayında Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 24 881 sığortaolunana fərdi şəxsi hesab açılıb. DSMF-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, cari il aprelin 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 1 825 333 nəfərə çatıb.
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların 1 013 851 nəfəri kişi, 811 482 nəfəri isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 466 948 nəfərini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 402 040 nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 409 825 nəfər, 50-60 yaşa kimi sığortaolunanlar 379 196 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 167 324 nəfər təşkil edir.
|
06.04.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 12 13 14 15 16 17 18 19 20 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|