Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2011
    Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
    SAM müsabiqə elan edib
    Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Azərbaycan Republikasında müstəqilliyin bərpa edilməsinin 20 illik yubileyinə həsr edilən ümumrespublika məqalə müsabiqəsi elan edib. SAM-dan KƏLAMİNFO-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda siyasət, tarix, hüquq, fəlsəfə, beynəlxalq hüquq və beynəlxalq münasibətlər, iqtisadiyyat sahəsində təhsil alan gənclərin analitik təhlil vərdişləri və qabiliyyətlərinin inkişaf etdirilməsi və stimullaşdırılması, yeni istedadların aşkara çıxarılmasıdır. Qeyd edək ki, müsabiqədə Azərbaycanın paytaxtı və regionlarında, ali təhsil (dövlət və özəl) müəssisələrində ictimai və humanitar elmlər sahəsində əyani təhsil alan gənc bakalavr və magistrlər, eləcə də AMEA-nın və respublikanın digər elmi-tədqiqat institutlarında çalışan qiyabi təhsil alan, magistrlər iştirak edə bilərlər. Müsabiqəyə təqdim edilən işlər müəllif ideyalarını əks etdirməli, analitik meyara cavab verməlidir. Təklif edilən ideyalar arqumentlərlə əsaslandırılmalıdır.
    13.04.11 Məqaləni oxumaq
     
    ABŞ bu dəfə öz əsgərlərini qətlə yetirdi
    Pentaqonun təəccüblənəcəyi hadisə baş verib. KƏLAMİNFO “Milliyet” qəzetinə istinadən xəbər verir ki, ABŞ əsgərləri bu dəfə səhvən öz əsgərlərini öldürüblər. Əfqanıstanın cənub-qərbində 2 ABŞ əsgəri ABŞ-a məxsus olan pilotsuz təyyarənin açdığı güllədən qətlə yetirilib. Amerika ordusunun bəzi nümayəndələri bu tip hadisənin ilk dəfə baş verdiyini bildiriblər. ABŞ müdafiə naziri baş verən hadisənin araşdırılacağını açıqlayıb.
    12.04.11 Məqaləni oxumaq
     
    BMT-nin baş katibi Quranı yandırmasını qınayıb
    BMT-nin baş katibi Ban Ki Mun ABŞ-ın Florida ştatında bir rahibin Quranı yandırmasını qınayıb. KƏLAMİNFO В«TRTВ»yə istinadən xəbər verir ki, baş katib ifadə azadlığının nifrət və dözümsüzlüyə yol açmamasının vacibliyini vurğulayıb. Hüquqa sayğının başqa mədəniyyətlərə və inanclara sayğı ilə eyni dəyərdə olduğunu dilə gətirən Ban Ki Mun bu kontekstdə Florida əyalətində Quranın yandırılmasını açıqca qınadığını qeyd edib.
    12.04.11 Məqaləni oxumaq
     
    Minskdə terror aktını törədən şəxs müəyyən edilib
    Minskdə metro stansiyasında terror aktının törədilməsində şübhəli bilinən şəxs müəyyən edilib. KƏLAMİNFO RİA Novosti-yə istinadən xəbər verir ki, Belarus xüsusi xidməti onun axtarışını davam etdirir. İstintaq qrupuna Belarus baş prokurorunun müavini Andrey Şvedin rəhbərlik edir. Belarus prezidenti Aleksandr Lukaşenko partlayışdan dərhal sonra fövqəladə iclas keçirib. O, partlayışın həm xaricdən, həm də daxildən təşkil oluna biləcəyini istisna etməyib. Milli təhlükəsizlik və daxili işlər nazirlərinə ölkədə təhlükəsizlik tədbirlərinin olduqca gücləndirilməsini tapşıran Aleksandr Lukaşenko terror aktını təşkil edənlərin dərhal tapılmasını tələb edib.
    12.04.11 Məqaləni oxumaq
     
    Vaşinqton meri həbs olunub
    Vaşinqton meri Vinsent Qrey həbs olunub. KƏLAMİNFO Lenta.ru-ya istinadən xəbər verir ki, Kapitoli polisi Vaşinqton meri və Şəhər Şurasının 5 üzvünü Konqres binası qarşısında qanunsuz aksiya keçirdiklərinə görə həbs edib. Polis Vaşinqton meri və həmkarlarına 30 dəqiqə küçədə oturmağa icazə verib. Qrey və həmkarları prezident Barak Obamanın 2012-ci il üçün büdcədə şəhər proqramlarının maliyyələşməsinin azaldılması qərarının əleyhinə çıxış ediblər. Qeyd edək ki, senat aprelin 14-də büdcə layihəsinə baxacaq.
    12.04.11 Məqaləni oxumaq
     
    40 tibb işçisi cəzalandırılıb
    Səhiyyə Nazirliyində Korrupsiya ilə bağlı yaradılan “Qaynar xətt” xidmətinə fevralın 22-dən bu günə kimi 1900 müraciət daxil olub. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Onun sözlərinə görə, Bakı və Abşeronda, o cümlədən respublikanın digər rayonlarında korrupsiyaya qarşı mübarizə məqsədi ilə məntəqələr fəaliyyət göstərir. “Məntəqələri yaratmaqda məqsədimiz daxil olan şikayətləri yerindəcə araşdırmaqdır” - deyən E.Ağayev həmin şikayətlərin 80%-nin yerindəcə araşdırıldığını bildirib. “Artıq 40 nəfər tibb işçisi cəzalandırılıb və işdən azad olunub” - deyə səhiyyə nazirinin müavini vurğulayıb. O, həmçinin Səhiyyə Nazirliyinin Respublika Prokurorluğu ilə birgə araşdırmalarının davam edəcəyini əlavə edib.
    12.04.11 Məqaləni oxumaq
     
    Dünyanın ən böyük təyyarəsi qəzaya uğrayıb
    Dünyanın ən böyük təyyarəsi olan “Aerobus A-380” Nyu-Yorkun Kennedi Hava Limanında kiçik sərnişin təyyarəsi ilə toqquşub. KƏLAMİNFO RİA-Novostiyə istinadən xəbər verir ki, toqquşma uçuş zolağında baş verib. Təyyarə Air France Hava Limanına aid olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Təyyarə Parisə uçmaq üçün uçuş zolağına çıxırmış. İnsident uçuşun təxirə salınmasına səbəb olub.
    12.04.11 Məqaləni oxumaq
     
    Ceyhun Əsgərov: “Hazırda “Araz” radiosunda çalışıram”
    “Radioda işləmək prinsipcə mənə yad deyil. Mənim iki il “ANS ÇM” radiosunda tok-şou proqramım olub. Ona görə də bu iş mənə yaxındır və bilirəm”. Bunu KƏLAMİNFO-ya müsahibəsində telejurnalist, uzun müddət ANS telekanalında çalışmış Ceyhun Əsgərov söyləyib. C.Əsgərov hazırkı fəaliyyətindən də danışıb: “Hazırda “Araz” radiosunda çalışıram. Burada iki verilişim var. Bir veriliş saat 7-dən 8-ə kimi olan tok-şoudur və həmin proqramda qonaqlarla günün əsas prioritet mövzusu müzakirə edilir. Həmin vaxt dinləyicilər də efirə qoşularaq öz fikirlərini və suallarını söyləyə bilirlər. Birinci günlər axşam saat 9-dan 10-a kimi isə “Yurdum” verilişini aparıram. Bu verilişdə xaricdə yaşayan azərbaycanlılar və Azərbaycan diasporunun fəaliyyəti barədə geniş məlumat verilir. Məqsəd onlarla əlaqə saxlamaq, digər ölkələrin ən kiçik şəhərlərində belə yaşayan həmyerlilərimizin təşkilatçılığı haqqında məlumat toplamaqdır”. O, gələcəkdə digər layihələrin də reallaşacağını istisna etməyib.
    12.04.11 Məqaləni oxumaq
     
    Nalbandyan həmsədrlərə Azərbaycandan şikayət edib
    Ermənistanda səfərdə olan Minsk qrupunun həmsədrləri Robert Bradtke, Bernar Fasye, İqor Popov və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. В«KƏLAMİNFOВ» В«Tert amВ»a istinadən məlumat verib ki, XİN rəhbəri həmsədrlərə Azərbaycandan şikayət edib. O, rəsmi Bakının Dağlıq Qarabağla həmsərhəd rayonlara göndərilən faktaraşdırıcı missiyanın hazırladığı hesabatdan hərbi ritorika üçün istifadə etdiyini söyləyib: “Azərbaycan tərəfinin hesabata dair şərhləri həmsədrlərin təqdim etdikləri dəyərləndirmələr ilə daban-dabana ziddir”.
    12.04.11 Məqaləni oxumaq
     
    Azərbaycan Prezident Administrasiyası Twitter-də təqdim olunub
    Azərbaycan Prezident Administrasiyası sosial şəbəkələrdən aktiv şəkildə istifadə etməyə başlayır. KƏLAMİNFO xəbər verir ki, bu gündən etibarən www.twitter.com/AzerbaijanPA ünvanında Administrasiyanın Twitter sosial şəbəkəsində rəsmi səhifəsi açılıb. Prezident Administrasiyası Azərbaycanda Twitter-də öz səhifəsini açan ilk dövlət strukturudur. Səhifədə Azərbaycan Prezidentinin gündəlik iş cədvəli, Prezident Administrasiyasının fəaliyyəti haqqında məlumat öz əksini tapacaq, Administrasiya rəhbərləri və şöbə müdirlərinin bütün bəyanat və şərhləri təqdim olunacaq. Səhifədə Administrasiyadakı qəbullar və görüşlər haqqında məlumat yerləşdiriləcək, Prezident Administrasiyasının himayəsi altında həyata keçirilən layihə və tədbirlər işıqlandırılacaq.
    12.04.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Apr.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930