Ümummilli liderin doğum gününə həsr olunmuş kitab bayramları keçiriləcək
|
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən may ayında respublikanın şəhər və rayon mərkəzi kitabxanalarında ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş ənənəvi kitab bayramları keçiriləcək. Nazirlikdən “KƏLAMİNFO”ya bildiriblər ki, Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektoru respublikanın şəhər və rayonlarında keçiriləcək IV Kitab bayramının yüksək səviyyədə keçirilməsi ilə əlaqədar bütün təşkilatı işlərin koordinasiyasını, habelə tədbirin Nazirliyin saytında işıqlandırılmasını həyata keçirir.
|
28.04.11 Məqaləni oxumaq
|
|
|
Putin Qəddafinin müdafiəsinə qalxdı
|
Kopenhagendə çıxış edən Rusiyanın baş naziri Vladimir Putin polkovnik Müəmmar Qəddafinin müdafiəsinə qalxıb. RİA В«NovostiВ»nin yaydığı məlumatda qeyd edilir ki, baş nazir dünyanın heç bir ölkəsinin Liviya liderini öldürməyə sanksiyası olmadığını dilə gətirib. В«Deyirdilər ki, Qəddafini öldürmək planımız yoxdur.
İndi bir sıra rəsmi şəxslər deyir ki, Qəddafini məhv etmək istəyirlər. Bunu sizə kim icazə verib? Məgər məhkəmə olub? İnsanın öldürülməsi barədə qərarı kim çıxarıb?В» - deyə o vurğulayıb. Onun sözlərinə dünya ölkələri beynəlxalq hüquq normalarına uyğun hərəkət etməlidirlər. В«KƏLAMİNFOВ»un məlumatına görə, baş nazir əlavə edib ki, bu dəqiqə əsas maraq Liviyanın təbii ehtiyatlarına yönəlib: В«Məndə olan məlumata görə, Liviya Afrikada neft ehtiyatlarına görə birinci, qaza görə isə dördüncü yerdədirВ».
|
28.04.11 Məqaləni oxumaq
|
|
|
Litva prezidentinin səfəri Cənubi Qafqaz ölkələri ilə dialoqun qurulmasına həsr olunacaq
|
Litva prezidenti Dali Qribauskaytenin Qafqaza səfəri Cənubi Qafqaz ölkələri ilə dialoqun qurulmasına həsr olunacaq. Bunu Litva dövlət başçısının müşaviri Linas Balsis bildirib.
В«KƏLAMİNFOВ» bu məlumatı В«ZINIU RADIJASВ» radiostansiyasına istinadən yayıb. Onun sözlərinə görə, Litvanın dövlət başçısı həllini tapmayan münaqişələrlə tanınan ölkələrdə dialoqun başlanması və qarşılıqlı inamın yaranması üçün azacıq da olsa bir addım atmaq istəyir. В«ATƏT-in prinsipləri insanın maraqlarıdır. Gəlin dialoqa başlayaq, münaqişələri və ambisiyaları yaddan çıxaraq. İnsanların həyatını müəyyən edən məsələləri müzakirə edəkВ» - deyə Linas Balsis vurğulayıb.
|
27.04.11 Məqaləni oxumaq
|
|
|
Çexiya müxalifəti hökuməti istefaya göndərə bilməyib
|
Çexiya müxalifəti sağ mərkəzçi hökuməti istefaya göndərməyə müvəffəq ola bilməyib. Səsvermə zamanı 114 deputat hökuməti dəstəkləyib.
Hökuməti istefaya göndərmək istəyənlər isə azlıqda qalıb. Belə ki, istefa çağırışına 84 nəfər səs verib. Bu barədə məlumatı В«KƏLAMİNFOВ» В«MIGnews.comВ»a istinadən yayıb.
Qeyd edək ki, hökumət korrupsiya və bir sıra siyasətçilərin qeyri-qanuni olaraq dinlənilməsi barədə yaşadığı qalmaqallardan sonra müxalifət onun istefaya çıxmasını tələb edib.
|
27.04.11 Məqaləni oxumaq
|
|
|
Britaniya şahzadəsinin toy mərasimini 1000-ə yaxın polis əməkdaşı qoruyacaq
|
Şahzadə Uilyam və Keyt Middltonun toy mərasimini təqribən 1000-ə yaxın В«bobbiВ» - polis əməkdaşı qoruyacaq. В«MIGnews.comВ»un məlumatına görə, onlar Londonun mərkəzi meydanı, Bukinqem sarayı və Vestminister abbatlığının təhlükəsizliyə cavabdeh olacaqlar.
Belə ki, son günlər Britaniya taxt-tacının vəliəhdinin təntənəli mərasiminə qarşı hədələr edilir. “KƏLAMİNFO” xəbər verir ki, polislərin bir qrupu mülki formada əhalinin arasında asayişin keşiyində olacaq.
Artıq Vestminister abbatlığına tamaşaçılar və KİV nümayəndələri axışmaqdadır. Toy mərasimi aprelin 29-da keçiriləcək.
|
27.04.11 Məqaləni oxumaq
|
|
|
Bu gündən abituriyentlərin sənədlərinin qəbulu başlayır
|
Bu gündən etibarən ali məktəblərə ərizə verən abituriyentlər sənədlərini müvafiq Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirə bilərlər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Ərizələrin təsdiqi üçün ayrılan vaxt mayın 31-də başa çatacaq. Ali və orta təhsil məktəblərinə (tam orta təhsil bazasında) qabiliyyət imtahanı iştirakçılarının qeydiyyatı da bu gün başlayır və mayın 31-də başa çatır. Abituriyentlər qeydiyyata alınmaq üçün müvafiq Qabiliyyət İmtahanı Komissiyasına tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməlidirlər.
|
27.04.11 Məqaləni oxumaq
|
|
|
Politoloq: “Azərbaycan hərbi strateji müttəfiqlərinin sayını artırmalıdır”
|
“Bu gün Azərbaycanın hərbi strategiyasında qarşıda duran ən mühüm məsələ strateji müttəfiqlərinin konkretləşdirilməsi və onlarla hərbi sahədə əməkdaşlıqda lazımı hüquqi bazanın yaradılmasıdır”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Prezident yanında Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirov söyləyib. Türkiyə ilə artıq bu addımın atıldığını deyən E.Nəsirov bu sayın azlığını və bunu digər dövlətlərin timsalında artırılmasının vacibliyini bildirib. O, qeyd edib ki, hərbi strategiyanın güclənməsində Azərbaycanın əlavə silah-sursata da ehtiyacı böyükdür. “Nəzərə alsaq ki, ölkədə hərbi sənaye inkişaf edir, o zaman belə iri silahların Azərbaycanda istehsalı üçün də müvafiq beynəlxalq hərbi sənaye komplekslərindən lisenziya alması da vacibdir.
|
27.04.11 Məqaləni oxumaq
|
|
|
Ərdoğan Obama ilə danışıb
|
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında telefon danışığı baş tutub. В«KƏLAMİNFOВ» В«AnadoluВ» agentliyinə istinadən xəbər verir ki, Suriya və Liviya olmaqla bir çox regional məsələlər barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, telefon danışığı təşəbbüsünün tərəflərdən hansına məxsus olduğu açıqlanmayıb.
|
27.04.11 Məqaləni oxumaq
|
|
|
Ramil Usubov bölgələrdə vətəndaşların qəbulu davam etdirir
|
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, may ayının 5-də Gəncə şəhərində daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu keçiriləcək. Nazir Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Qazax rayonlarının sakinlərini qəbul edəcək.
Qeyd edək ki, vətəndaşların qəbulu siyahıda birinci göstərilən şəhər polis şöbəsində keçiriləcək. Qəbul saat 11:00-da başlayır.
|
27.04.11 Məqaləni oxumaq
|
|
|
Avropa İttifaqı Azərbaycanda əməyin təhlükəsizliyi ilə bağlı layihəyə başlayır
|
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşkilatı və Dünya Bankının Sosial Müdafiənin İnkişafı Layihəsinin dəstəyi ilə “Əməyin Təhlükəsizliyi və Sağlamlığının idarə edilməsi sistemi: fasiləsiz təkmilləşdirmə yolları” mövzusunda Beynəlxalq Konfrans keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, konfrans Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) yaradılması, Azərbaycanda əməyin təftişi işinin təkmilləşdirilməsi istiqamətində Dünya Bankının layihəsinin müvafiq komponentləri üzrə Avropa İttifaqına üzv dövlətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsi, Aİ-nin maliyyələşdirdiyi DƏMX-ın əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində fəaliyyətinin gücləndirilməsi məqsədi daşıyan Tvininq layihəsinin başlaması və aprelin 26-dan mayın 26-dək əməyin mühafizəsi aylığının keçirilməsinə həsr edilib.
|
26.04.11 Məqaləni oxumaq
|
|
|
|