|
Səhifələr : # 1 2 3 4 5 6 7 8 9 #
Oqtay Əsədov Astanaya gedir
|
Aprelin 26-da Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti TÜRKPA-nın II Plenar iclasında iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya səfər edəcək. Bu barədə jurnalistlərə açıqlamasında parlamentin mətbuat katibi Akif Təvəkküloğlu bildirib. Onun sözlərinə görə, iclas zamanı TÜRKPA yaranan zaman imzalanmış İstanbul sazişinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı protokol, Türkdilli ölkələrin parlamentlərinin kitabxanaları arasında əməkdaşlıq haqqında protokol imzalanacaq. “Bütün görüşlərin yekunu olaraq isə Astana bəyannaməsinin qəbul olunması gözlənilir” - deyə A.Təvəkküloğlu bildirib. İclas çərçivəsində TÜRKPA-nın gerbinin və bayrağının müəyyən olunması da müzakirə olunacaq.
|
25.04.11 Məqaləni oxumaq
|
|
|
Səhiyyə Nazirliyi qanvermə aksiyaları keçirib
|
Səhiyyə Nazirliyi Polis Akademiyasında, “Azəryolservis” ASC-də və o cümlədən Şəmkir Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyaları keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər.
Aksiyalar zamanı Polis Akademiyasında 51 nəfər, “Azəryolservis” ASC-də isə 54 nəfər könüllü olaraq qan verib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Şəmkirdə də aksiyalar zamanı 662 nəfər könüllü olaraq qan verib. Burada da tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
|
25.04.11 Məqaləni oxumaq
|
|
|
Amerika tarixçilərinin ermənilər və türklər arasında baş verən münaqişələrdən bəhs edən kitabı çap edilib
|
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda Amerika tarixçiləri Castin və Karolin Makkartilərin “Türklər və ermənilər. Erməni məsələsi üzrə rəhbərlik” adlı kitabının Azərbaycan dilində olan variantının təqdimat mərasimi keçirilib. AMEA-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, institutun direktoru, professor İlham Məmmədzadənin redaktorluğu ilə çapa hazırlanan kitab bu elm ocağının əməkdaşları, hüquq elmləri üzrə fəlsəfə doktoru Aydın Əliyev və fəlsəfə doktoru Yaşar Əliyev tərəfindən Azərbaycan dilinə tərcümə olunub.
Kitabın Azərbaycan dilinə tərcümə edilərək nəşr olunmasında məqsəd XIX və XX əsrlərdə ermənilər və türklər arasında baş verən münaqişələr və onların tarixi kökləri barədə neytral mövqedən çıxış edən alimlərin ancaq tarixi həqiqətlərə əsaslanan obyektiv fikirlərini Azərbaycan oxucusuna çatdırmaq, “erməni genosidi” deyə tüğyan edən “məzlum” erməni təbliğatının dünyaya meydan oxuduğu bir şəraitdə Azərbaycan oxucusunu əsaslı elmi müzakirələrə hazırlamaqdan ibarətdir.
|
25.04.11 Məqaləni oxumaq
|
|
|
Zahid Oruc: “Azərbaycanın uzlaşdırılmış siyasəti başadüşüləndir”
|
ABŞ və Azərbaycan arasında çoxdan sözügedən hərbi təlimlərin gecikməsi ictimai mühitdə kifayət qədər narahatlıq yaratmaqdadır. Bir çox ekspert bu məsələdə hətta Rusiyanı ittiham edirlər. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc isə “KƏLAMİNFO”ya müsahibəsində bildirir ki, bu təxirəsalmanı xüsusi siyasi səbəblərlə əlaqələndirmək düzgün deyil.
O qeyd edib ki, Azərbaycanın Rusiyanın təsiri altında bundan imtinasını real saymır. “ABŞ-Azərbaycan hərbi əməkdaşlığı müəyyən həddə çatıb. Amma iki ölkə arasındakı əməkdaşlıq strateji münasibətlər səviyyəsində deyil. Bizim arzu etdiyimiz iki ölkə münasibətlərinin sırf hərbi əməkdaşlıq, yardımlaşma səviyyəsinə çatması üçün birinci növbədə ABŞ daha real addımlar ata bilər. Söhbət regiondakı risklərə qarşı açıq olmaqdan gedir.
|
25.04.11 Məqaləni oxumaq
|
|
|
Qəddafinin olduğu iqamətgah zədələnib
|
Liviya lideri Müəmmar Qəddafinin olduğu iqamətgah aviazərbələr nəticəsində zədələnib. Məlumata görə, iqamətgah Tripoli yaxınlığında hərbi bazanın ərazisində yerləşir. Bu barədə məlumatı «KƏLAMİNFO» «Associated Press»ə istinadən yayıb. Liviyanın hakimiyyət orqanlarının agentliyə verdiyi məlumata görə, Qəddafinin yerləşdiyi iqamətgahın birinin damı uçub. Əcnəbi jurnalistlərə bu gün səhər əraziyə baxmağa icazə verilib. Qəddafinin nümayəndəsi bombardmanları Liviya liderinin həyatına qəsd kimi qələmə verib. İnsident zamanı 45 nəfər zərər çəkib.
|
25.04.11 Məqaləni oxumaq
|
|
|
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Bakıda səfərdədir
|
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Vera Kobaliyanın başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir. “KƏLAMİNFO” xəbər verir ki, xanım Vera Kobaliya bu gün Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını və şəhidlər Xiyabanını ziyarət edib.
İşgüzar səfər zamanı gürcüstanlı nazirin Azərbaycan tərəfi ilə sərmayələrin təşviqi, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə edəcəyi gözlənilir.
|
25.04.11 Məqaləni oxumaq
|
|
|
Mübarəkin həbs müddəti daha 15 gün uzadılıb
|
Misirin sabiq prezidenti Hüsnü Mübarəkin həbs müddəti daha 15 gün uzadılıb. Bu barədə qərarı bu gün Qahirə prokurorluğu qəbul edib. «KƏLAMİNFO» bu barədə məlumatı “Agence France-Presse»ə istinadən yayıb.
82 yaşlı eks-prezident aprelin 13-də həbs edilib. Onunla yanaşı oğlanları Alya və Camal da həbsxana divarları arasına düşüb. Keçmiş prezident və ailə üzvləri korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, eləcə də qətllər törətməkdə günahkar bilinirlər.
|
23.04.11 Məqaləni oxumaq
|
|
|
YAP qondarma erməni soyqırımını müzakirə edib
|
Bu gün Atatürk Mərkəzində hakim Yeni Azərbaycan Partiyası (YAP) Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıcın iştirakı ilə 24 Aprel qondarma erməni soyqırımı ilə bağlı dəyirmi masa keçirib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə YAP-ın sədr müavini Əli Əhmədov bildirib ki, bu qondarma soyqırımı əzəldən yalan üzərində qurulmuş məsələdir və təəssüf ki, bəzi qüvvələr tarix boyu, elə indi də bu yalana nəfəs verməkdədirlər.
Ə.Əhmədov qeyd edib ki, bu erməni saxtakarlığını hamılıqla sübut etmək lazımdır və hazırda bunun üçün ciddi işlər aparılır. O, Fransanın Konstitusiya Məhkəməsinin qondarma soyqırımı ilə bağlı mövqeyinin həm də belə bir soyqırımı olmadığını etiraf etmiş olduğunu bildirib. “Bu etirafların davamı gələcək. Keçirilən bugünkü tədbirdə məqsəd də bir tərəfdən soyqırımın yalan olmasını nümayiş etdirməkdirsə, digər tərəfdən Azərbaycanın Türkiyə ilə həmrəy olduğunu bir daha nümayiş etdirməkdir. Məhz buna görə əminik ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin mövqeyi aydın və ədalətlidir” - deyə YAP sədr müavini vurğulayıb.
|
23.04.11 Məqaləni oxumaq
|
|
|
Hulusi Kılıc: “Türkiyənin Ermənistan ilə sərhədi lazım gələrsə 180 il də bağlı qalar”
|
Türkiyənin Ermənistan ilə sərhədi 18 ildir bağlıdır, lazım gələrsə 180 il də bağlı qalar. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bildirib.
O qeyd edib ki, bu məsələdə Türkiyənin yeganə şərti ədalətdir, işğal olunan Azərbaycan torpaqlarının azad olunmasıdır. Səfir deyib ki, dünya dövlətlərinin bölgədəki ədalətsizliyi görməsi çox zəruridir. “Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı BMT-nin 4 qətnaməsi var. Bunlar yerinə yetirilməlidir. Bu gün Türkiyəyə təzyiq edənlər, “sərhədi aç” deyərək basqı yapanlar bu qətnamələri görmürlərmi? Türkiyə Azərbaycan torpaqlarının işğal olunması səbəbindən sərhədlərini bağlayıb. Əvvəlcə bu səbəb aradan qaldırılmalıdır. İşğal aradan qalxmayınca, sərhədlər açılmayacaq.
|
23.04.11 Məqaləni oxumaq
|
|
|
Prezident Avropa Parlamentinin üzvünü qəbul edib
|
Prezident İlham Əliyev bu gün Avronest Assambleyasının prezidenti, Avropa Parlamentinin üzvü Kristian Vigenini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, Kristian Vigenin ölkəmizə səfərinin əsas məqsədinin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində yaradılan Parlament Assambleyası, həmçinin Avropa İttifaqı, Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələlərinin müzakirə edilməsindən ibarət olduğunu bildirib. O, dövlət başçıları səviyyəsində bu əlaqələrə maraq göstərilməsinin önəmini vurğulayıb.
Bu təşəbbüsün və proqramın ölkəmiz üçün əhəmiyyətli olduğunu qeyd edən dövlət başçısı İlham Əliyev Kristian Vigeninin səfərinin bu sahədə gələcək əməkdaşlığımız üçün faydalı olacağına əminliyini bildirib.
|
23.04.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 1 2 3 4 5 6 7 8 9 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|