Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2011
    Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
    Ramiz Mehdiyevin “İnkişafın Azərbaycan modeli” kitabı ictimai müzakirəyə çıxarılıb
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin müəllifi olduğu “İnkişafın Azərbaycan modeli” kitabının ictimai müzakirəsi keçirilib. KƏLAMİNFO xəbər verir ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) tərəfindən həyata keçirilən “QHT və medianın iştirakı ilə sosial məsələlərə dair ictimai debatların təşkili” layihəsi çərçivəsində reallaşan tədbirdə bir sıra millət vəkilləri, ictimai təşkilatların rəhbərləri və digər qurumların nümayəndələri iştirak edib.
    14.04.11 Məqaləni oxumaq
     
    Araz Əzimov Berlinə gedib
    Xarici işlər nazirinin müavini Araz Əzimov Berlinə gedib. Nazirliyin mətbuat katibi Elxan Poluxov KƏLAMİNFO-ya açıqlamasında bildirib ki, A.Əzimov bu gün və sabah Berlində NATO və tərəfdaş ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. İki gün davam edəcək toplantıda alyans üzvləri və tərəfdaş ölkələr arasında əməkdaşlıq məsələləri və Liviyadakı vəziyyət müzakirə olunacaq.
    14.04.11 Məqaləni oxumaq
     
    Prezident həmsədrləri qəbul edib
    Prezident İlham Əliyev bu gün ATƏT-in Minsk Qrupunun həmsərdləri Bernar Fasye (Fransa), İqor Popov (Rusiya), Robert Bradtkeni (ABŞ) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. KƏLAMİNFO xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
    14.04.11 Məqaləni oxumaq
     
    Məlumat bolluğu ətraf mühiti xilas edə bilər
    Bu gün Azərbaycan ekologiyasında mövcud problemlərin aradan qaldırılması üçün yetərincə tədbirlər görülür. Məlum olduğu kimi qloballaşan dünyanin ən ciddi problemlərindən biri havanin çirklənməsidir. Hansi ki, hər birimiz bu problemin yaranmasında birbaşa iştirak edirik.  Bakı şəhərində təkcə məişət tullantıları və tullantı qalıqlarından Abşeron yarımadasında havanın orta temperaturunun 1 dərəcə dəyişməsinə səbəb olur. Bu tullantıların açıq şəraitdə yandırılması isə yarana biləcək təhlükə riskini daha da artırır.
    14.04.11 Məqaləni oxumaq
     
    Mübarək həbs olundu
    Misir hakimiyyət orqanları eks-prezident Hüsnü Mübarəki həbs edib. Bu barədə məlumatı “KƏLAMİNFO” В«Lenta ruВ» ya istinadən yayıb. İlkin məlumatlara görə, Mübarəkin saxlanılması müddəti 15 gün çəkəcək.
    13.04.11 Məqaləni oxumaq
     
    SAM ölkədəki “beyin mərkəzləri” ilə bağlı kitab hazırlayır
    Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) “Azərbaycanda beyin mərkəzlərinin yaranması, inkişafı və qarşılıqlı əməkdaşlığın perspektivləri” adlı tədqiqat və ensiklopedik-məlumat xarakterli nəşrin hazırlanmasına başlayıb. SAM-dan KƏLAMİNFO-ya verilən məlumata görə, tədqiqat çərçivəsində təhlillə yanaşı, Azərbaycanda fəaliyyət göstərən strateji, analitik araşdırma mərkəzləri haqqında sorğu xarakterli hərtərəfli məlumatın olduğu bölmə də əksini tapacaq. Xatırladaq ki, ölkədə mövcud olan beyin mərkəzlərinin kitabda real və dolğun mənzərəsinin yaradılması üçün qeyd olunan qurumların özləri haqqında məlumatları təqdim etməsi vacibdir. Bu məqsədlə tədqiqat qrupunun üzvü beyin mərkəzi və analitik araşdırma qurumlarının rəhbərləri ilə görüşərək, onların kitabda əksini tapacaq fəaliyyəti ilə bağlı konkret sualların cavablandırılması üçün müsahibə alacaq.
    13.04.11 Məqaləni oxumaq
     
    Vəfa Quluzadə: “Rusiya-Ermənistan-İran üçbucağı fəsadlarını verəcək”
    “Bu gün Cənubi Qafqazdakı geosiyasətdə aktiv formada Rusiya- Ermənistan-İran üçbucağı mövcuddur”. Bunu KƏLAMİNFO-ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. V.Quluzadə deyir ki, tezliklə bu üçbucaq öz fəsadlarını o dərəcədə göstərəcək ki, bu, həm də Rusiyanın dağılmasında mühüm rol oynayacaq. Politoloqun fikrincə, bu prosesin davamı olaraq dərhal Ermənistanın ya dağılması, ya da böyük inqilabla üz-üzə qalması müşahidə olunacaq. “Bu, İran üçün çox böyük fəsadlar verəcək. Çünki bu gün İrana qarşı qoyulan beynəlxalq sanksiyalara baxmayaraq, Rusiya İrana nə lazımdırsa Ermənistan vasitəsi ilə qaydasında ötürür. Moskva necə lazımdır Tehranla əməkdaşlıq edir və məhz bunun sayəsində İran hələ ki ayaqda durur”-deyə V.Quluzadə vurğulayıb. Onun sözlərinə görə, məhz bu çıxış yoluna görə İran Ermənistanla münasibətləri sıxlaşdırmaqda olduqca maraqlıdır.
    13.04.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev: “Hazırda danışıqlar masasında olan təkliflər Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edəcək”
    “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində mövqeyimiz birmənalıdır. Beynəlxalq hüquq normaları tam şəkildə təmin edilməlidir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qeyd-şərtsiz icra edilməlidir”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev bildirib. Ölkə başçısı Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saatdan sonra icra edilməsinə diqqət yönəldib: “Mən bu barədə artıq fikrimi bildirmişəm. Bir daha demək istəyirəm ki, bu, ədalətsizlikdir, bu, ikili standartlardır və bu, ayrı-seçkiliyi heç bir səbəblə izah etmək mümkün deyil. Çünki ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımı - genosid törədilmişdir. Xocalı soyqırımı törədilmişdir. Ermənilər tərəfindən günahsız insanlar vəhşicəsinə qətlə yetirilmişdir.
    13.04.11 Məqaləni oxumaq
     
    Tüstü boruları və ekologiyamız…
    Hər il dünyanın ekoloji vəziyyəti ilə bağlı müxtəlif şirkətlər tərəfindən beynəlxalq hesabatlar hazırlanır. Bu hesabatlarda dünya ekologiyasına ən çox ziyan vuran ölkələrin adları açıqlanır. Hesabatlarda çox zaman dünya ekologiyasına ən çox ziyan vuran ölkələr kimi ABŞ, Rusiya, Çin, Hindistan ilk sıralarda yer alır. Bir sıra hallarda beynəlxalq hesabatlarda Azərbaycanın adı da mənfi yöndə çəkilir. Bəs Azərbaycanda atmosfer necə çirklənir?
    13.04.11 Məqaləni oxumaq
     
    Sarkisyan və Qəddafi İstanbula dəvət olunub
    Serj Sarkisyan İstanbula səfər edəcək. KƏLAMİNFO Türkiyənin “Zaman” qəzetinə istinadən xəbər verir ki, səfərin əsas məqsədi gələn ay İstanbulda keçiriləcək BMT–nin 4-cü konfransında iştirak etməkdir. Mayın 9-13-də keçiriləcək konfransa dəvət olunanlar arasında İsrail prezidenti Şimon Peres, Fransa prezidenti Nikolya Sarkozi və Liviya lideri Müəmmar Qədafinin də var. Konfransda 60-dək dövlət başçısı və yüzə yaxın nazirin iştirakı gözlənilir.
    13.04.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Apr.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930