Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2011
    Səhifələr : # « 15 16 17 18 19 20 21 22 23 » #
    Metyu Brayza “İRƏLİ”-nin qonağı olacaq
    Aprelin 4-də ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahı və “İRƏLİ” gənclik mərkəzi ilə tanış olacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İRƏLİ” İctimai Birliyindən veriblər. Səfir gənclərin fəaliyyəti ilə tanış olacaq, “İRƏLİ” İB tərəfindən keçirilən müxtəlif təlimlərin, o cümlədən gənclərə blog barədə ilkin anlayışları, bloqların yaradılması və üstünlüklərindən, effektiv istifadə və bloqçulardan ibarət şəbəkənin yaradılması məqsədilə həyata keçirilən WeBlog layihəsinin gedişatı ilə maraqlanacaq. Eyni zamanda qonaq Dəyirmi masa ətrafında gəncləri maraqlandıran sualları cavablandıracaq.
    01.04.11 Məqaləni oxumaq
     
    Serj Sarkisyan: “Mən şəxsən Barak Obamadan bu il erməni “soyqırımı” ifadəsini işlətməyi xahiş etdim”
    Mən şəxsən ABŞ prezidenti Barak Obamadan bu il erməni “soyqırımı” ifadəsini işlətməyi xahiş etdim. KƏLAMİNFO CNN-Türk-ə istinadən xəbər verir ki, bu sözləri İrəvanda təşkil olunan mətbuat konfransında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan deyib. S.Sərkisyan qeyd edib ki, əsas istəkləri ABŞ prezidenti Barak Obamanın verdiyi mesajı qiymətləndirməsi və “Erməni soyüırımı” sözünü işlətməsidir. S.Sarkisyan həmçinin istək və reallığın fərqli olduğunu da vurğulayıb. O, Türkiyəni də sözünün üstündə durmamaqda günahlandıraraq Ankaranın İrəvanla yaxınlaşma cəhdlərinə önəm vermədiyini vurğulayıb.
    01.04.11 Məqaləni oxumaq
     
    Rəbiyyət Aslanova: “Azərbaycana tibbi turizm məqsədi ilə gələnlər üçün müəyyənləşdirilmiş 30 günlük müddət azdır”
    “Azərbaycana tibbi turizm məqsədi ilə gələnlər üçün müəyyənləşdirilmiş 30 günlük müddət çox azdır”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova komitənin bu gün keçirilən iclasında bildirib. O, qeyd edib ki, viza verilməsi qaydalarının sadələşdirilməsi müsbət hal olsa da, dövlətin təhlükəsizliyi və turizm şirkətlərinin fəaliyyəti üçün daim diqqətdə saxlanılmalıdır. “Buna görə də Avropa ölkələrində tətbiq olunan əlavə 15 gün, həmçinin Azərbaycan sahillərində dayanan gəmilərdəki əcnəbi dənizçilərin şəhərə çıxması üçün viza verilməsi də Azərbaycan qanunvericiliyində əksini tapmalıdır”,-deyə komitə sədri vurğulayıb. Qeyd edək ki, iclasda bununla bağlı nəzərdə tutulan “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
    01.04.11 Məqaləni oxumaq
     
    Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsi müzakirə olunacaq
    Milli Məclisin yaz sessiyasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” yeni qanun layihəsinin müzakirəyə çıxarlıması nəzərdə tutulur. KƏLAMİNFO xəbər verir ki, bu barədə yap.org.az saytına parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə məlumat verib. A.Mirzəzadə bildirib ki, qanun layihəsi Milli Məclisin iş planına daxil edilib. Onun sözlərinə görə, sənəd komitədə müzakirəyə çıxarılandan sonra onun detalları barədə ictimaiyyətə məlumat veriləcək.
    01.04.11 Məqaləni oxumaq
     
    Müdafiə Nazirliyində “qaynar xətt” yaradılıb
    “Hərbi çağırış sistemində təkmilləşdirmə işlərinin aparılması istiqamətində Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ciddi tədbirlər həyata keçirilir. Ədalətlilik və şəffaflıq prinsiplərinin qorunması, neqativ halların qarşısının dərhal aradan qaldırılması bu prosesdə başlıca məsələ kimi diqqət mərkəzində durur”. Müdafiə Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, bu məqsədlə nazirliyin təşkilat səfərbərlik idarəsində “qaynar xətt” yaradılıb”. Məlumata görə, çağırışçıların hansı qoşun növünə və hərbi hissəyə düşdüyünü öyrənmək istəyən valideynlər və onların yaxınları “qaynar xətt”in bu telefon nömrələrinə 438-61-10, 439 90 28, 439 23 55 zəng edə bilərlər. Şikayəti və ya hər hansı narazılığı olan vətəndaşlardan isə nazirliyin tərbiyə işləri idarəsinin nəzdində fəaliyyət göstərən “etimad xətt”inin telefon nömrələrinə 438-61-31, 438 61 74, 439 23 76 zəng etmələri xahiş olunur.
    01.04.11 Məqaləni oxumaq
     
    Milli Kitab Mükafatının 10 ən yaxşı əsəri elan olunub (siyahı)
    Bu gün Milli Kitab Mükafatının 10 ən yaxşı əsəri (qısa siyahı) elan olunub. KƏLAMİNFO xəbər verir ki, Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli bildirib ki, MKM-yə təqdim olunmuş 112 əsərdən 10-u ekspertlər tərəfindən bəyənilərək seçilib. Onun sözlərinə görə, yaxın günlərdə www.mkm.az saytında “onluğ”a düşən hər əsərdən bir parça yerləşdiriləcək və oxucular arasında elektron səsvermə aparılacaq. Səsvermənin qalibi xüsusi diplom ilə təltif olunacaq. MKM-nin qalibləri isə mayın 31-də elan olunacaq. Birinci yerin qalibi üç min, ikinci yeri tutan iki min, üçüncü yeri tutan isə min manat pul mükafatı ilə təltif olunacaq. Amerika yazıçısının ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcüməsi isə Amerika səfirliyi tərəfindən 1000 manatla mükafatlandırılacaq.
    01.04.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 15 16 17 18 19 20 21 22 23 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Apr.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930