Azərbaycanın incisi
|
Və ya Qoruq şəhəri olan Ordubad - o daha çox açıq səma altında bir muzeyi xatırladır
Xalqımızın ümümmilli lideri Heydər Əliyev tərəfindən “Azərbaycanın incisi“ adlandırılan Ordubad təkcə təbii gözəllikləri, relyefi, flora və faunası ilə öyünmür. Burada tarixilik baxımdan diqqəti cəlb edən qədim yurd yerləri və məskənlər, həmçinin tarixi abidələr rayonda məskunlaşmış etnosların yüksək mədəniyyətindən, mənəvi irsindən xəbər verir.
|
11.04.11 Məqaləni oxumaq
|
|
|
Nə yeyək?
|
Hər bir insan üçün əhəmiyyətli olan məsələlərdən biri də onun sağlamlığıdır. Sağlamlıq bir neçə yolla əldə olunursa da-onların ən birincisi düzgün qidalanmadır . Qəbul edilən qidaların insan sağlamlığına təsiri olduqca böyükdür. Elə bu səbəbdən quru meyvələrin insan sağlamlığna olan faydası barədə sizlərə məlumat verəcəyik.
|
11.04.11 Məqaləni oxumaq
|
|
|
Çağdaş dövlətçiliyimizdə azərbaycançılıq
|
Azərbaycançılıq ideyasını ilk dəfə rəsmi dövlət ideyası kimi siyasi fəaliyyət səhnəsinə çıxaran Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy topçubaşov və Nəsib bəy Usubbəyli olmuşlar. Dövrün siyasi həyatında baş verən bu yenilik ictimai fikir xadimləri tərəfindən də dəstəklənmişdir. Çağdaş dövrümüzdə Azərbaycançılıq ideologiyası isə XX əsrin 80-90-cı illərində - yəni dövlət müstəqilliyimizin bərpası ərəfəsində formalaşmağa başladı. Bu prosesdə əvvəlcə xalq, bir az sonra - 1990-cı ilin yanvar ayından isə milli-azadlıq hərakatının xüsusi rolu oldu. Bu illərdə həm qabaqcıl düşüncə sahiblərinin əsərləri, məqalə və çıxışları bütövlükdə milli ruhun inkişafına kokləndi, həm də yüksələn xətlə inkişaf edən xalq hərəkatı bu ideyanı bütöv insanların kütləvi düşüncə tərzinə çevirdi.
|
11.04.11 Məqaləni oxumaq
|
|
|
İnternet şəbəkələrdə söz və məlumat azadlığı
|
Bütün dünyada olduğu kimi, Azərbaycanda da sosial şəbəkələrdə qeydiyyatdan keçən insanların sayı durmadan artır. Belə şəbəkələrdə sadə insanlardan tutmuş cəmiyyətdə kifayət qədər nüfuza malik insanları da görmək olar. Bu texnoloji yeniliyin verdiyi müsbət keyfiyyətlərlə yanaşı, getdikcə acı fəsadları da özünü göstərməkdədir. Artıq bu cür internet məkanında sakinlərin sayı artdıqca, adi həyatda olduğu kimi, burada da şəkillərdən və ya video-görüntülərdən istifadə etməklə şəxsi həyata müdaxilə, şantaj kimi hallar baş alıb getməkdədir. Məsələ də ondadır ki, adi həyatda belə neqativ halları dərhal zərərsizləşdirə bilən hüquqi sistem bu məkanda aciz qalır.
|
11.04.11 Məqaləni oxumaq
|
|
|
Təbiət Allahın şah əsəridir
|
Hər bir bitkiyə, ağaca, al-əlvan çiçəyə tamaşa edəndə istər-istəməz düşünürük: Məgər bunlar təsadüfənmi yaranıb? Məgər bunların bir Xaliqi yoxmu? Cavabı dərhal zehnimizdə canlanır: Əlbəttə, bütün bu gözəlliklərin fövqündə Allah dediyimiz bir qüdrət sahibi durur və Ona şərik qoşmaq böyük zülmdür. Bu zülm insanın özünə aiddir. Allaha şərik qoşan şəxs öz axirətini yandırır və nəticədə əbədi olaraq Cəhənnəm əhli olur. Cəhənnəm əhli olmamaq üçün Adəm övladından nə tələb olunur. Təbii ki, ilk növbədə Allah-Təalının buyurduğu yolla getmək vacib şərtlərdəndir. Bu yol Qurani-Kərimdə ən gözəl formada əks olunub. Bundan başqa Həzrət Mühəmməd (s) və digər peyğəmbərin kəlamlarında, habelə Peyqəmbər Əhli-beytinin əməllərində əyani vəsait kimi özünü göstərmişdir.
|
11.04.11 Məqaləni oxumaq
|
|
|
Qərbin inkişafının paradiqması
|
Dünyada gedən proseslərin əsas subyekti Qərb, obyekti isə Şərq olduğu hər kəsə məlumdur. XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycan ziyalılarının qabaqcıl hissəsinin (Ə. Ağaoğlu, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə) diqqəti Qərbə nəzərən həyatın bir çox sahələrində (siyasi, iqtisadi və mədəni) Şərqin geri qalmasının səbəblərini araşdırılmasına və aradan qaldırılmasına yönəlmişdir. Bu geriliyi bəzi ziyalılarımız dində, bəziləri qadınların sosial vəziyyətində, bəziləri isə əlifbanın mürəkkəbliyində görürdülər. Bu geri qalmanı aradan qaldırma yollarının biri kimi müasirləşmək və avropalaşmaq ideyası bütün Şərqi bürümüşdür. M.Süleymanlının Mədəniyyətdə müasirləşmə probleminə tarixi bir baxış (Simurq, В№ 2, 2010) məqaləsində göstərir ki, avropalaşma və müasirləşmək ideyası ətrafında müzakirələr Azərbaycan və Türkiyə ziyalılarını üç yerə bölmüşdür.
|
11.04.11 Məqaləni oxumaq
|
|
|
Qafqaz Müsəlmanları İdarəsinin Bəyanatı
|
Qafqaz Müsəlmanları idarəsi martın 20-də ABŞ-ın Florida ştatının Heynsvill kilsəsində Qurani-Kərimin nüsxəsinin yandırılması hadisəsini qətiyyətlə pisləyir və bu hiddətdoğuran üzdəniraq hərəkətə öz qəti etirazını bildirir. Özünü keşiş kimiqələmə verən birisinin həyata keçirdiyi mənfur aksiya müqəddəs İslam dininə xələl gətirmək iqtidarında olmasa da, onun ardıcıllarının heysiyyatına toxunmaq, onların ən ülvi mənəvi hisslərinin təhqir olunması baxımından olduqca xoşagəlməz haldır. Belə ki, hadisənin fəsadları bəşəriyyət üçün çox acınacaqlı və təhlükəli ola bilər.
|
11.04.11 Məqaləni oxumaq
|
|
|
Prezident əhalinin supulu borclarını ləğv etdi
|
Əhalinin içməli sudan istifadəyə görə borclarının silinməsi barədə deyilənlər nəhayət gerçəkləşdi. Modern.az saytının məlumatına görə, bu barədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fərman imzalayıb. Söhbət keçmişdən yığılmış supulu borclarından gedir. Hansıki bu gün onların ödənilməsində problemlər müşahidə edilməkdəydi.
|
11.04.11 Məqaləni oxumaq
|
|
|
Molla Nəsrəddin. Dünənin, bu günün, sabahın 105 yaşlı jurnalı
|
Azərbaycan mətbuatı tarixində ilk satirik jurnal olan “Molla Nəsrəddin”in yaranmasının 105-cü ili tamam oldu. 1906-cı il aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəsində nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı o dövrün siyasi-sosial, ədəbi-mədəni problemlərinə, xalqın milli-mənəvi tələblərinə vətəndaşlıq mövqeyindən yeni yanaşma gətirdi. Xalq həyatının, arzu və əməllərin tərcümanına çevirilən jurnalın tarixi xidməti danılmazdır.
|
11.04.11 Məqaləni oxumaq
|
|
|
Mehriban Əliyeva: “Biz müxtəlif dinlərdə bir Tanrıya dua edirik”
|
Lakin biz bu gün insanlıqdan kənar və ağlasığmaz bir faktla üzləşirik. Özünü din xadimi adlandıran biri müqəddəs kitabı - "Qurani-Kərim"i oda atıb yandırır. Nədir belə hərəkətin adı? Nədir onun məqsədi? Hansı siyasi qüvvələrin sifarişidir bu? Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun "Qadınlar - mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri" mövzusunda üçüncü sessiyasında iştirak edib.
|
11.04.11 Məqaləni oxumaq
|
|
|
|