|
Səhifələr : # 11 12 13 14 15 16 17 18 19 #
Hüquq və azadlıqlarının müdafiyəçisi
|
Ramzan Kadırov ikinci dəfə Çeçenistan respublikanın rəhbəri vəzifəsinin icrasına başladı. Aprelin 5-i Qroznıda keçirilən andiçmə mərasimi Rusiya və Çeçenistanın himnləri ilə başlandı. Mərasimə Şimali Qafqaz Federal vilayəti üzrə prezident nümayəndəsi Aleksandr Xloponin, federal bölgə başçıları və Rusiya subyektlərinin rəhbərləri, xarici qonaqlar və din xadimləri iştirak edirdi. Azərbaycan nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə rəhbərlik edirdi.
|
11.04.11 Məqaləni oxumaq
|
|
|
Ulu öndər - 88
|
Tarixdə elə nadir şəxsiyyətlər olur ki, onlar yalnız zamanın gərgin və təlatümlü məqamlarında meydana çıxır, bütöv bir ölkənin “olum, ya ölüm” dilemması qarşısında qaldığı anlarda ölçüyəgəlməz bir məsuliyyəti öz üzərinə götürməkdən çəkinmirlər. Onlar bu böyük missiyanı şərəflə yerinə yetirərək “Xilaskar” adını qazanırlar. Belə nadir insanlar dünya tarixində o qədər də çox deyil və Tanrının bəxş etdiyi xoşbəxtlikdir ki, onlardan biri XX əsrdə Azərbaycan xalqının tarixinə öz adını qızıl hərflərlə yazdırmış ulu öndər Heydər Əliyevdir. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.
|
11.04.11 Məqaləni oxumaq
|
|
|
Boşanma ənənəsi
|
Azərbaycanda pozulmuş nikahların yarısı beş ilədək davam edir
Bir zamanlar dözümlülüyü və uzunömürlülüyü ilə seçilən Azərbaycan ailələrində nikahların pozulması halları artıq əvvəlki illərlə nisbətdə artmaqla müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə rəsmi orqanlar tərəfindən ölkədə 79,3 min nikah və 8,9 min boşanma qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə 2009-cu ilə nisbətən nikahların sayı 8,8-dən 8,9-a qədər, boşanmaların sayı isə 0,9-dan 1-ə qədər artıb. Bəs boşanmaların səbəbləri nədir? Ölkədə problemi hərtərəfli araşdırmağa çalışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təhlilləri göstərir ki, boşananların 86,7 faizi qeydiyyata alınıb. Müasir Azərbaycanda pozulmuş nikahların yarısı beş ilədək davam edir.
|
11.04.11 Məqaləni oxumaq
|
|
|
Narkoaludəçilik ciddi problem kimi
|
Coğrafi mövqeyindən, ictimai-iqtisadi quruluşundan, inkişaf səviyyəsindən, mədəni və tarixi əlaqələrindən asılı olmayaraq elə bir ölkə yoxdur ki, dövrümüzün qlobal problemlərindən biri olan narkotiklərin qanunsuz dövriyyəsi ilə qarşılaşmasın. Bu, bir daha göstərir ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin səmərəliliyi üçün birgə səylərlə ciddi, kəskin, barışmaz və ardıcıl tədbirlərin həyata keçirilməsi olduqca zəruridir.
|
09.04.11 Məqaləni oxumaq
|
|
|
Ərdoğan Liviya üçün “yol xəritəsi” hazırlayır
|
Liviyalının bir damla qanı milyonlarla dollara bərabər olan neft quyusundan belə dəyərlidir. KƏLAMİNFO “Milliyət” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Liviyadakı hadisələrlə bağlı olaraq partiyasında keçirdiyi iclasında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyəyə qarşı qaralama kampaniyaların arxasında kimlərin olduğunu bilir, diqqətlə izləyir və baş verənləri qeyd edir. “Liviyadakı siyasətimizin əsas məqsədi xalqın tələbləri qarşısında konstitusion demokratiyaya keçidi, ərazi bütövlüyünü və Liviyanın suverenliyini təmin edən şəraitin yaradılmasıdır. Liviyanın harasında yaşamasından asılı olmayaraq, hər bir qardaşımızın canı, haqqı, hüququ bizim üçün əsasdır” - deyə baş nazir vurğulayıb
Ərdoğan Liviyanın ərazi bütövlüyünü qoruyan, barış dəyişikliyi vaxtını müəyyənləşdirən bir “yol xəritəsi” üçün çalışdıqlarını da əlavə edib.
|
08.04.11 Məqaləni oxumaq
|
|
|
Nazir müavini: “Tarixi abidələr və mədəni qoruqlarla bağlı xüsusi Dövlət Proqramı hazırlanır”
|
Hazırda Azərbaycanda tarixi abidələr və mədəni qoruqlarla bağlı xüsusi Dövlət Proqramı hazırlanır. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirib.
V.Əliyev qeyd edib ki, proqram artıq Nazirlər Kabinetinə təqdim olunub və ayrı- ayrı nazirliklər tərəfindən baxıldıqdan sonra təsdiq olunmaq üçün Prezidentə təqdim olunacaq. “Bu proqram çərçivəsində tarixi abidələrin və mədəni qoruqların mühafizəsi, pasportlaşdırılması, sərhədlərinin müəyyənləşdirilməsi və s. öz əksini lazımı şəkildə tapacaq”,-deyə nazir müavini vurğulayıb. Onun sözlərinə görə, bu, işğal altında olan Dağlıq Qarabağdakı tarixi abidələrimizin taleyi ilə də daha çox bağlıdır.
“İşğal olunmuş torpaqlarımızdakı tarixi mədəni abidələrimiz hər an təcavüzə məruz qalma şəraitindədirlər. Ona görə də biz bu proqramla çalışırıq ki, orada belə bir fakt aşkar olunan kimi YUNESKO-ya müraciət əsasında onun araşdırılmasına nail olaq”,-deyə V.Əliyev əlavə edib.
|
08.04.11 Məqaləni oxumaq
|
|
|
Milli Məclis müzakirələrə başlayıb
|
Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, iclası giriş sözü ilə açan Oqtay Əsədov bildirib ki, iclasın gündəliyinə 3 məsələ daxildir. Bugünki iclasda deputatlar 2011-ci ilin “Turizm ili” elan olunması ilə əlaqadar ölkəyə gələn turistlərin viza sənədlərinin qeydiyyatının sadələşdirilməsi üçün “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklə bağlı qanun layihəsini müzakirə edəcəklər. Bununla yanaşı, “Miqrasiya orqanında qulluq keçmə haqqında” Əsasnamyə də dəyişikliklər olunacaq, “İcbari sığortalar haqqında” qanun layihəsi də ikinci oxunuşda müzakirəyə çıxarılacaq.
|
08.04.11 Məqaləni oxumaq
|
|
|
Abel Məhərrəmov: “Elmi kim qabağa apara biləcək?”
|
“Son zamanlar ali məktəblərdə magistratura pilləsində gənclərin hərbi xidmətə cəlb olunmasında çoxlu problem yaranıb”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov Milli Məclisin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, məsələn, Bakı Dövlət Universitetində 988 nəfər magistr pilləsində təhsil alır. “Onlardan 687 nəfəri qız, 301 nəfəri oğlandır. Əgər bu oğlanlar növbəti hərbi xidmətə çağırılacaqsa, gələcəkdə elmi kim qabağa apara biləcək? Bilirik ki, qızlar bəzən ailə qurduqlarına görə elmlə məşğul ola bilmirlər. Oğlanların isə hərbi xidmətə çağırılması onların təhsildən yayınmasına gətirib çıxarır. İkinci problem isə ondan ibarətdir ki, hətta əyani şöbəyə daxil olan magistrlər bir müddətdən sonra dövlət qulluğuna elan çıxan kimi ərizə verib qəbul olunurlar. Bununla da onlar rektora müraciət edərək işlə təmin olunduğuna görə təhsildən azad edilməsini xahiş edirlər. Dövlət qulluğuna elan zamanı magistrlərin təhsildən yayınması təhsildə deformasiyaya gətirib çıxaracaq. Təklif edirəm ki, müvafiq qurumlar bu məsələni müzakirə etsinlər”-deyə millət vəkili vurğulayıb.
|
08.04.11 Məqaləni oxumaq
|
|
|
Mehriban Əliyeva: “Bakı əsl mədəniyyətlərarası dialoq məkanına çevrilib”
|
Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini davam etdirir. KƏLAMİNFO xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Forumun “Qadınlar – mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri” mövzusunda üçüncü sessiyasında iştirak edib.
Azərbaycanın birinci xanımı və YUNESKO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenounun sədrliyi ilə keçirilən sessiyada qadınların mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri kimi cəmiyyət həyatında oynadığı rolun təşviq edilməsi məqsədi ilə nəzəri və praktiki çərçivənin müəyyən edilməsi məsələləri müzakirə olunub.
|
08.04.11 Məqaləni oxumaq
|
|
|
Safura Əlizadə mahnı bəstələyib
|
“Eurovision-2010” təmsilçimiz Safura Əlizadə mahnı bəstələyib. Müğənninin KƏLAMİNFO-ya bildirdiyinə görə, bu, onun ilk bəstəsi hesab olunur. Məhəbbət mövzusunda olan mahnı orta ritmdədir.
Safura deyir ki, mahnının sözləri ingilis dilindədir və söz müəllifi də elə müğənninin özüdür. O, ilk müəllifi olduğu mahnısını yaxın günlərdə geniş kütləyə təqdim edəcəyini bildirib.
Sözünün davamında sənətçi qeyd etdi ki, bundan əlavə, o, başqa müəlliflərə məxsus olan 2 vətənpərvər mahnını lentə yazdırır. Yeni mahnılarının sayını bir qədər çoxaldan Safura tezliklə bunları albom şəklində hazırlayacağını dedi.
Söhbəti zamanı o, sentyabrda verəcəyi konsertindən də söz açdı. Dedi ki, məhz həmin tarixi seçməsinin özəl səbəbi var. Belə ki, o, həmin ayın 20-də doğum gününü səhnədə, dinləyicilərinin əhatəsində keçirmək istəyir.
Qeyd edək ki, bu il Almaniyada keçiriləcək “Eurovision-2011”-ə Safura qonaq qismində qatılacaq və təmsilçilərimizə dəstək olacaq.
|
07.04.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 11 12 13 14 15 16 17 18 19 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|