Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2011
    Səhifələr : #  1 2 3 4 5 6  #
    700 şəxs barəsində 386 cinayət işi məhkəmələrə göndərilib
    Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən 2005-ci ildən bu günədək rüşvətalma, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını talama və digər faktlar üzrə 700 şəxs barəsində 386 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı idarə rəisi Kamran Əliyev Litvanın baş prokuroru Darius Valis və bu ölkənin Xüsusi İstintaq Xidmətinin baş direktoru Zimantas Paseviçiusla görüşündə söyləyib. Qonaqlara məlumat verilib ki, Korrupsiyaya qarşı Mübarizə Idarəsinin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilməklə, bu qəbildən olan cinayətlər barədə vahid informasiya bazası yaradılaraq 2009-cu ilin yanvar ayından mütəmadi və fasiləsiz fəaliyyət göstərməyə başlanıb.
    28.04.11 Məqaləni oxumaq
     
    NATO Liviyada üsyançıları bombaladı
    NATO qüvvələrinin Liviyanın Misuratu liman şəhərini bombalaması nəticəsində 11 üsyançı həlak olub. İki üsyançı isə yaralanıb. Bu barədə məlumatı «KƏLAMİNFO» «CNN»-ə istinadən məlumat yayıb. Məlumata görə, üsyançılar liman şəhərinin yaxınlığında olarkən NATO təyyarələri onları bombalayıb. CNN-nin əməkdaşı həlak olanların meyitlərini gördüyünü deyib. NATO-nun rəsmi nümayəndəsi Erik Pouvel baş verənlər barədə nəsə deyə bilməyəcəyini söyləyib. Bombardman nəticəsində həmçinin binalara da çoxsaylı zərər dəyib.
    28.04.11 Məqaləni oxumaq
     
    Putin İsveç kralının qəbuluna gecikib
    İsveçdə səfərdə olan Rusiyanın baş naziri Vladimir Putin isveçlilərin yaddaşında bir sıra kuryozlarla yadda qalıb. Belə ki, yarım saat kral XYI Qustavın qəbuluna gecikən baş nazir sonra isveçli həmkarı Reynfeldin yanında «ilişib» qalıb. Sonda isə təyyarəyə 40 dəqiqə gecikib ki, bu da Stokholmda tıxaclara səbəb olub. «KƏLAMİNFO» İsveçin «Svenska Dagbladet» qəzetinə istinadən yazır ki, ən maraqlı hadisə kralın qəbulunda yaşanıb. Özünün zirehli «Mercedes Long-Long»unda kral sarayına gələn Putin bu zaman maşınını oradakı «Volvo S-40» avtomobilinin düz qabağında saxlayıb. Bu zaman kral sarayının protokol xidməti ona bildirib ki, maşınını geri çəksin. Çünki həmin maşın kral məxsusdur. Bu isə jurnalistlərdə təəccüb doğurub. Yəni kralın adi maşında gəzməsinə onlar inanmayıb. Lakin az sonra kralın maşının rolunun arxasında əyləşib yola düşməsi onların təəccübünü yoxa çıxardıb. Maraqlıdır ki, Putin burada keçirdiyi mətbuat konfransında prezident seçkilərinə də toxunub. «Hər şeyin vaxtı var və biz qərar çıxaracağıq və bu sizin xoşunuza gələcək. Razı qalacaqsınız».
    28.04.11 Məqaləni oxumaq
     
    “İRƏLİ” e-ticarətin tətbiqinin sirlərini öyrədəcək
    “İRƏLİ” İctimai Birliyi Azərbaycanda ilk dəfə təqdim olunan geniş auditoriyalı açıq seminar təlim metodunun tətbiqinə start verir. Bu silsilədən ilk təlim aprelin 30-da “e-ticarət” mövzusunda keçiriləcək. “İRƏLI” İB-nin mətbuat katibi Aynur Həsənzadənin “KƏLAMİNFO”ya verdiyi məlumata görə, tədbirə e-ticarətin növləri, e-ticarət anlayışı haqqında məlumatlar əldə etmək, öz e-biznesini qurmaq, iş yerlərində və ya gələcək iş həyatında e-ticarəti tətbiq etməyin sirlərini öyrənmək istəyənlər dəvətlidir. Təlim Xəzər Universitetində “Golden Pay” şirkətinin rəhbəri Farid İsmayılzadə tərəfindən tam ödənişsiz keçiriləcək.
    28.04.11 Məqaləni oxumaq
     
    Turizm sərgiləri işə başlayıb
    Bu gün “Baku Expo Centre” sərgi mərkəzində II Ümumrespublika daxili turizm sərgisi və “AİTF-2011” 10-cu Beynəlxalq turizm və səyahətlər sərgisi işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, sərgini açan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda turizmin inkişafı ilə bağlı dövlət proqramının icrasına başlandığını elan edib. Onun sözlərinə görə, proqram 6 illikdir. Ə.Qarayev bildirib ki, ötən il Azərbaycana 1,5 mln. nəfərdən artıq turist gəlib: “Hazırda ölkədə 500-ə yaxın hotel fəaliyyət göstərir, son 3 ildə yerləşdirmə yerləri 3 dəfə artaraq 35 minə çatıb. Bu ilin sonu-gələn ilin əvvəlində ölkədə 6 ədəd 5 ulduzlu hotel istifadəyə veriləcək”. Nazir Azərbaycanda turizm sahəsinin bir qədər də inkişaf edərək iqtisadiyyatın ayrılmaz hissəsinə çevriləcəyinə ümidini ifadə edib. Sərginin təşkilatçılarından olan “ITE Group” şirkətinin təmsilçisi Edvard Stroon deyib ki, builki tədbirdə iştirakçıların sayı 20 faizdən çox artıb. Sərgilər aprelin 30-dək davam edəcək. Tədbirdə 24 ölkənin 230 şirkəti iştirak edir.
    28.04.11 Məqaləni oxumaq
     
    Politoloq: “Rusiya və Ermənistan Azərbaycana güc nümayiş etdirmək istəyir”
    “Bu gün ABŞ-ın başı Yaxın Şərqə, ərəb ölkələrinə qarışdığı üçün Cənubi Qafqaz, o cümlədən də Dağlıq Qarabağ və yaxud da Azərbaycanla nəzərdə tutulan təlimlər onun üçün ikinci plana keçib”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. O, qeyd edib ki, hazırda Vaşinqtonun xarici siyasəti bütünlüklə ərəb ölkələrində baş verən proseslərə yönəlib və digər regionlardakı marağı onun hələ ki, dondurulmuş vəziyyətdədir.
    28.04.11 Məqaləni oxumaq
     
    Ukrayna prezidenti Viktor Yanukoviç Azərbaycana rəsmi səfərə gəlib
    Bu gün Ukrayna prezidenti Viktor Yanukoviç Azərbaycana rəsmi səfərə gəlib. “KƏLAMİNFO” xəbər verir ki, Ukrayna Prezidentini Heydər Əliyev adına Hava Limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Milli geyimli uşaqlar Ukrayna Prezidentinə gül dəstələri təqdim ediblər. Hava Limanının ali qonaqlar üçün salonunda Prezident Viktor Yanukoviç və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.
    28.04.11 Məqaləni oxumaq
     
    ATƏT-in Minsk Qrupunun həmsədrləri Uilyam Börnslə görüşüblər
    ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və Robert Bradtke (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Börnslə görüşüblər. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə müzakirə olunan məsələlərin təfərrüatları açıqlanmayıb. Həmsədrlər görüşün məhsuldar olduğunu bildiriblər.
    28.04.11 Məqaləni oxumaq
     
    Şuranın layihəsi ilə orta məktəbdə “Ekoloji dərs” saatı təşkil olunub
    “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Bakı şəhərində ekoloji maarifçiliyin dəstəklənməsi” layihəsinin icrası çərçivəsində Bakı şəhəri, Binəqədi qəsəbəsi 182 saylı orta məktəbdə “Ekoloji dərs” saatı təşkil edib. “KƏLAMİNFO” xəbər verir ki, şagirdlər qarşısında çıxış edən layihə rəhbəri Niyaz Niftiyev QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihənin məqsədlərindən danışıb. Layihə rəhbəri son illər planetimizi narahat edən problemlərdən birinin də dünyada ekoloji gərginliyin artması və ekoloji tarazlığın pozulması olduğunu bildirib. N.Niftiyev həyata keçirilən layihənin məqsədinin də elə məhz ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işini təşkil etməkdən ibarət olduğunu bildirib. O, qeyd edib ki, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilən Dövlət və Milli proqramların yerinə yetirilməsi ilə bağlı görülən işləri və mövcud problemləri mətbuatda təbliğ etmək layihənin əsas vəzifələrindən olub.
    28.04.11 Məqaləni oxumaq
     
    İlham Əliyev: “Neft hasilatının sabit səviyyədə saxlanması bizim üçün çox vacibdir”
    “Neft hasilatının sabit səviyyədə saxlanılması məsələsi bizim üçün çox vacibdir. Bildiyiniz kimi, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlər böyük investisiyalar qoyurlar və eyni zamanda, Azərbaycan tərəfi də bu işlərdə fəal iştirak edir. Hazırda konsorsium tərəfindən hasil edilən neftin gəlir hissəsinin 75 faizi Azərbaycanın payına düşür. Bu, məhz vaxtilə “Əsrin kontraktı”nın üzərində danışıqların aparılması zamanı Azərbaycanın mövqeyinin kifayət qədər ciddi olmasından xəbər verir. Baxmayaraq ki, o vaxt həm iqtisadi vəziyyətimiz o qədər yaxşı deyildi, siyasi proseslər də müəyyən dərəcədə bizi narahat edirdi. O vaxt biz maksimum məqbul şərtləri əldə etmişdik. Məhz buna görə bu gün xarici tərəfdaşlar tərəfindən hasil edilən neftin əksər hissəsi Azərbaycanın payına düşür. Xarici şirkətlərlə apardığımız danışıqlarda biz daim bu məsələ ilə bağlı öz fikrimizi bildiririk. Biz istəyirik ki, uzunmüddətli hasilata nail olaq”.
    28.04.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Apr.2011
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930