Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2011
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    Su ehtiyatlarımız tükənir
    İçməli su ekologiyanın ən başlıca komponentlərindən biridir. İçməli su ilahi varlığın insanlara verdiyi ən qiymətli nemətdir. Bu isə təbii ki, tükənmək üzrədir. Bunun qarşısını almaq üçün ilk növbədə şirin yeraltı sulardan içmək və məişətdə işlətmək üçün istifadə olunmalıdır. İnsanlar əsrlər böyü bizə gəlib çatmış bu neməti dəyərləndirməli və gələcək nəsillər üçün qoruyub saxlamalıdılar. Bu gün təbii nemətlərin qorunması və balanslaşdırılmış istifadəsi üçün güclü ictimai nəzarətə ehtiyac duyulur. Lakin respublikada istismarda olan yeraltı suların 70-75% suvarma üçün istifadə edilir. Bundan başqa, təəssüf ki, Bakı şəhəri və qəsəbələrdə içməli su ilə avtomobil yuyulur. Azərbaycanda su ehtiyatının məhdud olduğu bir zamanda bu ehtiyatlardan səmərəli istifadə, əldə olunan suyun bərabər bölgüsü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ölkəmizin hər bir sakini üçün ciddi əhəmiyyət kəsb etməlidir.
    12.04.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Həmsədrlər ya irəliləyişə nail olmalı, ya da geri çəkilməlidirlər” (müsahibə)
    Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov suallarımızı cavablandırıb

    - Əli müəllim, ATƏT-in Minsk qrupunun regiona növbəti səfəri başlayır. Bu, sıradan bir səfər olacaq, yoxsa münaqişənin həlli ilə bağlı nəsə gözləmək olar?

    - Hesab edirəm ki, bu səfər onların öz planları çərçivəsindədir. Səfər, həmçinin danışıqların növbəti raundunun əsas detallarını dəqiqləşdirmək məqsədi daşıyır. Hər halda səfər plana müvafiq şəkildə reallaşır, amma Azərbaycan hakimiyyəti bu sahə ilə məşğul olan bütün qurumlar, ATƏT-in həmsədrlər institutundan narazılıq edir. Narazılıq da ondan ibarətdir ki, danışıqlar prosesi əsassız olaraq, qarşı tərəfin ambisiyaları çərçivəsində getdikcə uzanır və əvvəl razılaşdırılmış məsələlər yenidən gündəmə gətirilir. Azərbaycan tərəfi olaraq tələb edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qarşı tərəfə olan ədalətli təzyiqlər artırılsın. Yəni bu məsələnin bir çərçivə prinsipləri var və prinsiplərə müvafiq olaraq prosesləri sürətləndirməyə ehtiyac yaranıb. Ona görə də qarşı tərəfə təzyiq olmasa, bu, belə də uzanacaq. Qeyd edim ki, bu iradlar həmsədrlərə artıq bildirilib və bundan sonra da biz təzyiqləri artıracağıq. Təzyiqlər təkcə onlara deyil, bütün beynəlxalq təşkilatlara artırılacaq. Çünki beynəlxalq təşkilatlar da Azərbaycanın beynəlxalq birliyin üzvü kimi  hüquqlarının qorunub təmin edilməsinə BMT Nizamnaməsinə müvafiq olaraq borcludurlar. 
    11.04.11 Məqaləni oxumaq
     
    Mübarək istintaqa çağırıldı
    Misirin ictimai prokuroru eks-prezident Hüsni Mübarəki nümayişçilərin ölümləri və qanunsuz pul mənimsəmə ittihamları ilə bağlı dindirmək üçün prokurorluğa çağırıb. KƏLAMİNFO В«Newsru. comВ»a istinadən xəbər verir ki, prokurorluq, həmçinin Mübarəkin oğulları Qamal və Alanı korrupsiya ilə bağlı sorğu-sual edəcək.
    Hüsni Mübarək fevral ayında hakimiyyətdən getdikdən bəri ilk dəfə mediada çıxış edib. В«Əl-ƏrəbiyyəВ» telekanalına müsahibə verən Mübarək özünün və ailəsinin reputasiyasını qorumaq üçün hüquqlarından istifadə edəcəyini bildirib. Mübarək onun var-dövlətini araşdıran hökumət orqanları ilə əməkdaşlıq aparacağını söyləyib. Devrilmiş prezident əlavə edib ki, onun xaricdə bank hesabları və mülkiyyəti yoxdur.
    11.04.11 Məqaləni oxumaq
     
    Ekoloji gərginlik qlobal problem kimi
    Son illər planetimizi narahat edən problemlərdən biri də dünyada ekoloji gərginliyin artması, ekoloji tarazlığın pozulmasıdır. Qlobal problemə çevrilən mövcud durum dünyanın düşünən beyinlərini olduqca diqqətli və həssas olmağa çağırır. Müharibələrin mənfi təsiri, sənaye, nəqliyyat tullantıları və digər bu kimi zəhərli kimyəvi maddələrin atmosferi çirkləndirməsi nəticəsində pozulmuş ekoloji tarazlıq indi bəşəriyyət qarşısında həlli çətin olan problemə çevrilib. Məhz bu səbəbdənВ  də ötənВ  ilin 7-18 dekabrında Danimarkanın paytaxtıВ  Kopenhagen şəhərində 100-dən artıq ölkənin siyasi liderləri, o cümlədən 60-dan çox prezident və Baş nazirin iştirakı ilə keçirilən sammit mövzunun aktuallığından xəbər verirdi.
    11.04.11 Məqaləni oxumaq
     
    Nigar Köçərli: “Faiq Ağayevin auditoriyası kitab oxuyanların sayından daha çoxdur”
    Faiq Ağayevin auditoriyası kitab oxuyanların sayından çoxdur. Bu sözləri "Əli və Nino" Nəşriyyat Evinin rəhbəri Nigar Köçərli deyib.
    Onun sözlərinə görə, "Əli və Nino" Nəşriyyat Evinin məqsədi məşhur müğənniləri kitab satıcısı kimi sınamaqla onların fanatları və gəncləri kitaba cəlb etməkdir. “Təəssüf ki, Azərbaycanda kitab oxumurlar. 9 milyon əhalisi olan Azərbaycanda cəmi 10 kitab dükanı olduğu halda, 4 mln. əhalisi olan qonşu Gürcüstanda 75 kitab dükanı var. Bu problemi aradan qaldırmaq üçün müəyyən aksiyalar keçirmək lazımdır”-,deyə N.Köçərli bildirib. O, oxucuları cəlb etmək üçün seçdikləri müğənnilərin savad və dünya görüşlərini nəzərə aldıqlarını qeyd edib. Təbii ki, toyxana müğənnisini gəlib kitab satsa hamı güləcək.
    11.04.11 Məqaləni oxumaq
     
    Xan qızı
    Xurşidbanu Natəvan - parlaq istedada və qabaqcıl ideallara malik şəxsiyyət

    XIX-XX əsr azərbaycan ədəbi mühiti bir sıra qüdrətli sənətkarlar, o cümlədən şairə qadınlar yetişdirib: Xurşidbanu Natəvan, Fatma xanım Kəminə, Aşıq Pəri və s. Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda xeyirxahlığı və mesenatlığı ilə tanınıb. O, kasıblara əl tutmuş, Şuşaya su kəməri çəkdirib. Xurşudbanu Natəvan Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsidir. O, ana tərəfdən Gəncə hakimi Cavad xanın nəslindəndir.
    11.04.11 Məqaləni oxumaq
     
    Şimali Qafqazda üç gün
    Xəbər verdiyimiz kimi bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə başda olmaqla Azərbaycan nümayəndə heyəti martın 15–17–də Kabarda–Balkar, Qaraçay–Çərkəz və Şimali Osetiya–Alaniya Respublikalarında səfərdə olmuşdur. Nümayəndə heyətinin üzvü, tarixçi professor Anar İsgəndərovun səfərlə bağlı yol qeydlərini dərc edirik.
    11.04.11 Məqaləni oxumaq
     
    Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
    Aprelin 7-də Bakıda, “Gülüstan” sarayında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak etdi.
    “Ümumi dəyərlərə qovuşaq, müxtəlif mədəniyyətlərlə zənginləşək” devizi altında keçirilən Forumda 20 dövlətin mədəniyyət nazirləri, bir neçə ölkənin nazir müavinləri, aparıcı beynəlxalq təşkilatlar, o cümlədən İSESKO-nun baş direktoru, YUNESKO-nun baş direktorunun müavini, Avropa Şurası Parlament Assambleyasının sədri, bir sıra dünya şəhərlərinin merləri, görkəmli mədəniyyət xadimlərinin, alimlərin və mütəxəssislər də daxil olmaqla 500 nəfərə yaxın nüfuzlu nümayəndə iştirak edir.
    11.04.11 Məqaləni oxumaq
     
    Prezident verdiyi tapşırıqların icrasını yoxlayır
    Prezident İlham Əliyev martın 9-da Bakı şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə verdiyi tapşırıqların icrası ilə yerindəcə tanış olmaq üçün Sabunçu və Suraxanı rayonlarına olub. 
    Dövlət başçısı paytaxtın yol-nəqliyyat infrastrukturu, energetika şəbəkəsi, təbii-qaz təsərrüfatı, istilik sistemi, kanalizasiya qurğuları, digər infrastruktur və kommunal sahələrin təkmilləşdirilməsi üçün kompleks tədbirlərin və yenidənqurma işlərinin bundan sonra daha da vüsət alacağını qeyd edib, bu məqsədlə xüsusi Dövlət Proqramı üzərində işlərin getdiyini bildirib.
    11.04.11 Məqaləni oxumaq
     
    Müqəddəsin müqəddəs günləri
    İnsanlar həyatda həmişə müqəddəsliyə böyük ehtiram etmiş,  o cür olmağa, onlara oxşatmağa çalışmışlar. Müqəddəs kitabımız Qurani-Kərimdə də Allah-Təala bu barədə buyurur: «…Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda əməldə, xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər! Onlar (Allah dərgahına, Allah lütfünə) yaxınlaşdırılmış kimsələrdir.В» (əl-Vaqiə 10-11 ayələr). Ayənin məzmunundan anlaşılır ki, qabaqcıl adamları və eləcə də onların müqərrəb (Allaha yaxın) olmalarını Allah-Təala iftixarla yad etmişdir. Əlbəttə belə övlad yetişdirməkdə valideynin böyük rolu vardır. Heç şübhəsiz müqəddərat Allah-Təalanın əlindədir. Lakin bütün bunlara baxmayaraq insanın özünün də fəaliyyəti labüddür.
    11.04.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Apr.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930