Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 3.2011
    Səhifələr : 1 2 3 4 5 » #
    Elmar Məmmədyarov Meksika Konqresində və Senatda bir sıra görüşlər keçirib (FOTO)
    Xarici işlər naziri Elmar Məmmədyarov Meksikaya səfərinin ikinci günü Meksika Konqresinin Deputatlar Palatasında Meksika–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri və Palatanın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Porfirio Munyoz Ledo ilə görüşüb. XİN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüş Parlament Televiziyası vasitəsi ilə canlı yayımlanıb. Meksika Konqresinin deputatları Azərbaycanla müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət və təhsil, iqtisadi, ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib, bu istiqamətdə hər iki ölkənin parlamentlərarası dostluq qruplarının fəaliyyətinin intensivləşdirilməlinin vacibliyini bildiriblər.
    30.03.11 Məqaləni oxumaq
     
    QMİ-nin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Ermənistana gedəcək
    Cari ilin noyabr ayının 28-30-da Ermənistanda MDB ölkələri Konfessiyalararası Şuranın iclası keçiriləcək. İclasda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə iştirak edəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə Eçmiədzin kilsəsinin mətbuat dəftərxanası məlumat yayıb. Kilsə təmsilçisi Vaqram Melikyan iclasda hansı məsələlərin müzakirə olunacağını dəqiqləşdirməyib, lakin tədbir çərçivəsində Azərbaycan və Ermənistan dini liderlərinin görüşünü də istisna etməyib. Xatırladaq ki, QMİ sədri Vladiqafqazda dindarlarla görüşü zamanı bütün ermənilərin katalikosu II Qareginlə görüşü mümkün saydığını deyib.
    30.03.11 Məqaləni oxumaq
     
    Dövlət sifarişli “Mart hadisələri, yaxud Qara oyunlar” sənədli-bədii filminin təqdimatı keçiriləcək
    Sabah Beynəlxalq Muğam Mərkəzində rejissor Mehriban Ələkbərzadənin “Salnamə” studiyasında dövlət sifarişi ilə çəkdiyi “Mart hadisələri, yaxud Qara oyunlar” sənədli-bədii filminin təqdimatı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Film tariximizin ən ağrılı acılı səhifələrindən biri- 1918-ci ildə azərbaycanlılara qarşı erməni daşnaklarının törətdiyi soyqırımdan bəhs edir. Filmin ssenari müəllifləri Nadir Bədəlov, Mehriban Ələkbərzadə, quruluşçu rejissor Mehriban Ələkbərzadə, quruluşçu operator Adil Abbas, quruluşçu rəssam Əziz Məmmədov, bəstəkar Azad Vəliyev və montaj edəni Ramiz Hüseynovdur.
    30.03.11 Məqaləni oxumaq
     
    Rüstəm Usubov: "İslam Partiyası saxta qurum olub və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmədən fəaliyyət göstərib”
    "İslam Partiyası saxta qurum olub və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmədən fəaliyyət göstərib”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib. R.Usubov qeyd edib ki, partiyanın rəhbəri Mövsüm Səmədov və əmisi oğlu Dəyanət Səmədov Quba şəhərində saxlanılıb və hər birinin evində axtarış aparılıb. “Axtarış zamanı onların evlərindən çoxlu sayda silah tapılıb. Bu partiyanın digər yerlərdə - Gəncə, Masallı, Astarada şöbələri olub və şöbə rəhbərlərinin evlərində axtarışlar aparılıb. Onların da evlərindən çoxlu sayda silah aşkar edilib",-deyə R.Usubov vurğulaıb. O, qeyd edib ki, Azərbaycan İslam Partiyasının saxlanılan fəallarının cinayət işi ciddi araşdırılır və istintaq edilir. Qeyd edək ki, Mövsüm Səmədov barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb və istintaq aparılır.
    30.03.11 Məqaləni oxumaq
     
    Misir Mərdanov ABŞ səfiri Metyu Brayza ilə görüşüb
    Bu gün təhsil naziri Misir Mərdanov ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayza ilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Naziliyindən veriblər. Görüşdə təhsil naziri Misir Mərdanov Azərbaycanla ABŞ arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, bu əməkdaşlıqda təhsil sahəsinin də mühüm rolu olduğunu bildirib. Nazir, son illər ölkə prezidentinin rəhbərliyi ilə təhsil sahəsinin inkişafı istiqamətində mühüm addımların atıldığını xüsusi qeyd edib. M.Mərdanov Azərbaycanla ABŞ arasındakı səmərəli təhsil əlaqələrinin müsbət nəticələrindən danışıb, bir sıra təhsil və mübadilə proqramları çərçivəsində görülən işləri diqqətə çatdırıb.
    30.03.11 Məqaləni oxumaq
     
    Rəcəb Tayyib Ərdoğan bu gün Londona rəsmi səfərə gedir
    Bu gün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ingilis həmkarı Devid Kamerunun dəvəti ilə Londona rəsmi səfərə yola düşəcək. KƏLAMİNFO Türkiyə Baş nazirliyinin rəsmi internet saytına istinadən xəbər verir ki, iki gün davam edəcək səfərdə R.T.Ərdoğan İngiltərə kraliçası II Yelizaveta, baş nazir Devid Kamerun və baş nazirin müavini Nik Kleqlə görüşəcək. Bundan başqa R.T. Ərdoğan İngiltərənin böyük mətbu orqanlarından biri olan “Bloomberg” telekanalına müsahibə verəcək.
    30.03.11 Məqaləni oxumaq
     
    Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 17 işin istintaqı məhkəməyə göndərilib
    Bu il Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində korrupsiya cinayətləri ilə bağlı 17 cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib. R.Usubovun sözlərinə görə, hazırda idarədə 75-ə yaxın işin istintaqı aparılır. “Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 161 saylı "qaynar xətt" fəaliyyət göstərir. Hər kəs korrupsiya faktı ilə bağlı "qaynar xətt"ə müraciət edə bilər”,-deyən R.Usubov bildirib ki, bu günə qədər "qaynar xətt"ə 968 müraciət daxil olub. Onlar araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
    30.03.11 Məqaləni oxumaq
     
    Əbülfəs Qarayev ÜTT-nın Baş Qərargahında təşkil olunmuş ikitərəfli görüşlərdə iştirak edib
    Cari ilin prezident İlham Əliyev tərəfindən “Turizm İli” elan edilməsi ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ÜTT-nın Baş Qərargahında təşkil olunmuş ikitərəfli görüşlərdə iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya nzirliyin mətbuat xidmətindən veriblər. Ə.Qarayev 2011-ci ilin Turizm İli elan olunması və Azərbaycanın Prezidenti tərəfindən ölkədə turizmin inkişafı ilə bağlı 5 illik proqramın imzalanması, eyni zamanda bu məsələnin Hökumətin siyasətində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. İclasda Ə.Qarayev 7-9 aprel 2011-ci il tarixdə Bakı şəhərində keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Forumda iştirakı təsdiq olunmuş yüksək vəzifəli şəxslər haqqında məlumat verib və ÜTT-nın əməkdaşlarını bu mühüm tədbirdə iştirak etmək üçün dəvət edib. Cari ilin 28-30 aprel tarixlərində Bakı Sərgi Salonunda keçiriləcək Azərbaycan Beynəlxalq Sərgisi və II Daxili Turizm Sərgisi haqqında məlumat diqqətə çatdırıldıqdan sonra ÜTT-nin səlahiyyətli nümayəndəsi sərgilərdə iştirak etmək üçün Bakıya dəvət olunub. Nazir 17-19 may 2011-ci ildə ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək Dünya Turizm Sammitində iştirak edəcəyi ilə bağlı razılığını və Sammit çərçivəsində ÜTT-nın Baş Katibi ilə görüşməkdən məmnun olacağını bildirib.
    30.03.11 Məqaləni oxumaq
     
    Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov İsveçrəyə səfərə gedib
    Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov İsveçrəyə səfərə gedib. DSMF-dən KƏLAMİNFO-ya verilən məlumata görə, aprelin 1-nə kimi davam edəcək səfərdə məqsəd Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsinin Cenevrədə keçiriləcək iclasında iştirak etməkdir. Qeyd edək ki, Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi ölkəmiz 2007-ci ildə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib və Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir. Rəhbər Komitənin budəfəki iclasında BSTA Avropa Şəbəkəsinin yaxın gələcəkdə inkişafı və idarəedilməsi diqqət mərkəzində olacaq. Müzakirələr samanı Şəbəkənin dörd əlaqələndirmə mərkəzinə bölünərək tapşırıq və öhdəliklərin bu mərkəzlərin rəhbərliyinə verilməsi vasitəsilə strukturun dəyişdirilməsi məsələləri nəzərdən keçiriləcək.
    30.03.11 Məqaləni oxumaq
     
    Abdullah Gül Azərbaycanla strateji əməkdaşlıq haqqında müqaviləni təsdiq edib
    Türkiyə prezidenti Abdullah Gül Azərbaycanla strateji əməkdaşlıq haqqında müqaviləni ratifikasiya edib. KƏLAMİNFO “CNN Türk” telekanalına istinadən xəbər verir ki, A.Gülün təsdiq etldiyi bir sıra ölklərlə bağlı müxtəlif xarakterli 22 qanun laiyhəsi arasında Azərbaycanla strateji əməkdaşlıq haqqında müqavilə də var. Xatırladaq ki, sözügedən müqavilə martın əvvəlində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında ratifikasiya olunub. Müqavilədə Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım nəzərdə tutulur.
    30.03.11 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Mar.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031