Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 3.2011
    Səhifələr : # « 1 2 3 4 5 6 » #
    Ziyafət Əsgərov Koreya nümayəndə heyəti ilə görüşüb
    Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan Koreya Respublikası Milli Assambleyasının Torpaq, Nəqliyyat və Dəniz İşləri Komissiyasının sədri Sonq Kvanq Honun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə məlumatı parlamentdən veriblər. Görüş zamanı Z.Əsgərov bildirib ki, Azərbaycanla Koreya arasında bir sıra sahələrdə, o cümlədən parlamentlər arasında əməkdaşlıq yüksək templə inkişaf edir.
    30.03.11 Məqaləni oxumaq
     
    Barak Obama: “Bütün dünya Qəddafisiz daha yaxşı olacaq”
    Bütün dünya Müəmmar Qəddafisiz daha yaxşı olacaq. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Barak Obama Milli Müdafiə Universitetindəki görüşündə bəyan edib. Onun sözlərinə görə, amerikalılar fəxr etməlidir ki, ABŞ Liviyada olan hadisələrə müdaxilə edərək Benqazidə sülhü bərpa etməyə çalışır. Obama qeyd edib ki, ABŞ hərbçilərinin müttəfiqlərin Liviyadakı əməliyyatındakı iştirakı vaxt və miqyas baxımından məhdudlaşdırılaraq quru qoşunlardan istifadə etməyəcək. ABŞ lideri əlavə edib ki, biz bu ölkədə insan qanının axıdılmasının qarşısını almaq üçün müdaxilə etdik. “İndi nə edəcəyik? Əlbəttə Liviya xalqının cəhdlərini dəstəkləyəcəyik. Biz müttəfiqlərimizlə birgə çalışacağıq. Biz Qəddafi rejiminin silahlanmasına imkan verə bilmərik, onu nağd pul təminatından məhrum edəcəyik və Qəddafinin devrilməsindən sonra Liviya müxalifətinin digər dövlətlərlə əməkdaşlığı üçün yardım edəcəyik. Çox güman bu, tez bir zamanda baş verəcək. Liviya xalqı gələcəyini özü təyin etməlidir”,-deyə Obama bildirib.
    29.03.11 Məqaləni oxumaq
     
    Ümumdünya Turizm Təşkilatı ilə Mədəniyyət və Turizm Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb
    Ümumdünya Turizm Təşkilatının (ÜTT) Rəqabət, Xarici Əlaqələr və Əməkdaşlıq üzrə icraçı direktoru Marcio Favilla ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev arasında Statistika potensialının artırılması üçün seminarların keçirilməsi proqramı (SPAP) (2011-2012) üzrə Anlaşma Memorandumu imzalanıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. M.Favilla bu proqramın əhəmiyyətini xüsusi olaraq qeyd edərək, statistik məlumatların ÜTT üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb, keçiriləcək seminarlara mərkəzi bankların və digər maliyyə institutlarının təmsilçilərinin dəvət olunmasını təklif edib. M.Favilla 2011-ci ildə BMT ÜTT-nin könüllü üzvləri olmaq üçün Azərbaycandan iki namizədin: Azərbaycan Turizm Assosiyası və Bakı Turizm İnformasiya Mərkəzinin namizədliklərinin təqdim olunduğunu qeyd edib. Bu namizədlər cari ilin iyun ayında Keniyanın Mombasa şəhərində keçiriləcək iclasda İcraiyyə Şurasına təqdim olunacaqlar və sözügedən Şura öz növbəsində bu barədə müvafiq rəylərini Koreya Respublikasında Baş Assambleyaya təqdim edəcək.
    29.03.11 Məqaləni oxumaq
     
    SAM-ın aparıcı elmi işçi İKT-yə üzv ölkələrin beyin mərkəzlərinin II forumunda iştirak edəcək
    Martın 30-u 31-i tarixlərində İstnabulda Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü (TASAM) ilə “İctimai Diplomatiya” mövzusunda İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin beyin mərkəzlərinin II forumu keçiriləcək. Forumda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzini (SAM) aparıcı elmi işçi Cavid Vəliyev təmsil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAM-ın mətbuat xidmətindən veriblər.
    29.03.11 Məqaləni oxumaq
     
    “Dünya erməni işğalı faktına siyasi qiymət verməlidir”
    Liviya, Misir, Yəməndə baş verən iğtişaşlara BMT, NATO, ABŞ dərhal müdaxilə etdi. NATO onlara müharibə elan edir, səlib yürüşü təşkil edir. Lakin həmin beynəlxalq qurumlar dünyanın ən dəhşətli faciəsi olan “Xocalı soyqrımına”, “31 mart” soyqrımına biganə qalıb. Hələ də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə siyasi qiymət verilməyib. KƏLAMİNFO xəbər verir ki, bu barədə Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov 31 mart soyqrımına həsr olunan tədbirdə bildirib. O, ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edərək, təşkilatın bu ilər ərzində heç bir yenilik etmədiyini vurğulayıb. Sədr həmçinin emənilərin törətdikləri 31 mart soyqrımından danışıb.
    29.03.11 Məqaləni oxumaq
     
    YAP Gənclər Birliyi Quba məzarlığını ziyarət edib
    31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Quba məzarlığını ziyarət edib. KƏLAMİNFO xəbər verir ki, məzarlıqla ümumi tanışlıq zamanı AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun əməkdaşı Qəhrəman Ağayev məlumat verib ki, 2007-ci ilin aprel ayının 1-də Quba şəhərində, Qudyalçayın ətrafında torpaq işləri görülərkən, ermənilərin azərbaycanlılara qarşı qanlı cinayətlərindən xəbər verən kütləvi məzarlıq aşkarlanıb. Ümumi sahəsi 514 kv.m olan məzarlığın 494 kv.m. sahəsində arxeoloji tədqiqat işləri aparılıb, qalan 20 kv.m sahə isə beynəlxalq tədqiqat işləri üçün saxlanılıb. Tədqiqat işlərinin aparıldığı sahədə insan cəsədlərilə doldurulmuş 2 quyu tapılıb.
    29.03.11 Məqaləni oxumaq
     
    Türkiyə məhkəməsi Orxan Pamuku 4 min dollar cərimələdi
    Nobel mükafatçısı, məşhur türk yazıçıcs Orxan Pamuk 4 min dollar cərimə olunub. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə məhkəməsi Orxan Pamuku türk xalqına qarşı ittiham irəli sürdüyünü və onların hüquqlarını pozduğuna görə cərimələyib. Qeyd edək ki, Orxan Pamuka qarşı 2005-ci ildə millətçilər tərəfindən ittiham irəli sürülüb. Buna səbəb Orxan Pamukun İsveçrə qəzetinə müsahibəsində Türkiyədə 1 milyon erməni və 30 000 kürdün öldürüldüyünü bildirib.
    29.03.11 Məqaləni oxumaq
     
    Ermənistan prezidentinin keçmiş müşaviri: “Serj Sarkisyan Azərbaycanla müharibədən qorxur”
    “Bu gün Ermənistan və Dağlıq Qarabağdakı siyasi situasiya çox bərbad haldadır”. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunları Ermənistan prezidentinin keçmiş müşaviri, ekspert Hayk Balanyan bildirib. O, qeyd edib ki, Ermənistanda sosial-iqtisadi və siyasi vəziyyət günbəgün pisləşir, ölkəni tərk edənlərin sayı sürətlə artır. “Bu problemləri həll etməyə çalışmayınca, Dağlıq Qarabağı düşünməyə dəyməz. Tam əksinə, indi Meğrini əldən verməməyə çalışmalıyıq. Çünki belə gedərsə, Meğrini itirə bilərik. Ermənistandakı hakimiyyət və ya hakimiyyət adlandırdığımız bu cinayətkar dəstə indi Azərbaycanla müharibə ilə yanaşı, onun vəziyyətini azacıq da olsa, gərginləşdirə biləcək hər şeydən qorxur. Onlar istənilən güzəştə getməyə, istənilən mövqedən geri çəkilməyə hazırdırlar. Təki Serj Sarkisyanın dəstəsi Ermənistanı bundan sonra da qarət edə bilsin”,-deyə H.Balanyan vurğulayıb. Onun sözlərinə görə, Serj Sarkisyan nə Ermənistan, nə də Dağlıq Qarabağ uğrunda mübarizə aparan deyil. “Onu yalnız öz pulları, vəzifəsi, ailə və tayfasının durumu maraqlandırır. Nə qədər ki, S.Sarkisyan hakimiyyətdədir xarici siyasətdə məğlubiyyətlərimiz davam edəcək”,-deyə erməni ekspert həyəcanını gizlətməyib.
    29.03.11 Məqaləni oxumaq
     
    BŞTİ paytaxt məktəblərində monitorinq aparacaq
    Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) paytaxt məktəblərində təhsil alan IV və V sinif şagirdlərinin bilik səviyyəsini yoxlamaq üçün mayın əvvəlində monitorinqlərə başlayır. BŞTİ-dən KƏLAMİNFO-ya verilən məlumata görə, monitorinq üçün IV siniflərin seçilməsinin əsas səbəbi bu şagirdlərin təhsilin bir pilləsindən digərinə keçməsidir. Qeyd edək ki, monitorinq aparılan V sinif şagirdlərinin bilik səviyyəsi ötən il qiymətləndirilib. İndi bu şagirdlərin V sinifdəki müvəffəqiyyətləri yoxlanılacaq. Monitorinqin nəticələri əsasında müvafiq təkliflər hazırlanacaq və həmin təkliflər həm zəif oxuyan uşaqların, həm də ən yaxşı oxuyan şagirdlərin istedadının inkişaf etdirilməsi ilə bağlı olacaq. Bu prosesin gələcəkdə əhatə dairəsinin genişləndirilməsi və bütün sinifləri əhatə etməsi planlaşdırılır.
    29.03.11 Məqaləni oxumaq
     
    XİN: вЂњİşğal olunmuş ərazilərində qanunsuz məskunlaşma münaqişənin həllinə nail olunması perspektivlərini ciddi sual altına qoyur”
    Azərbaycanın xarici İşlər Nazirliyi ATƏT-in həmsədrlərinin Sahə Qiymətləndirmə Missiyasının hesabatına mövqeyini açıqlayıb. XİN-nin mətbuat xidmətinən KƏLAMİNFO-ya verilən məlumata görə, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan Respublikası tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi istismar və bu ərazilərin viran edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının müraciəti əsasında ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında olan işğal edilmiş ərazilərdə ümumi vəziyyətin dəyərləndirilməsi məqsədilə 7-12 oktyabr 2010-cu il tarixlərində Sahə Qiymətləndirmə Missiyasını (SQM) həyata keçiriblər.
    29.03.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Mar.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031