Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 3.2011
    Səhifələr : #  5 6 7 8 9 10 11 12 13  #
    Təhsil Nazirliyində Ali təhsildə yeni maliyyələşmə mexanizmi ilə bağlı müşavirə keçirilib
    Təhsil Nazirliyində “Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, ilkin nəticələr və təkliflər” mövzusunda müşavirə keçirilib. Müşavirədə təhsil naziri Misir Mərdanov, maliyyə naziri Samir Şərifov, Nazirlər Kabinetinin şöbə müdirinin müavini Qurban Əmirov və ali məktəb rəhbərləri iştirak ediblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Müşavirədə “Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, ilkin nəticələr və təkliflər” mövzusunda təqdimat-məruzə ilə çıxış edən M.Mərdanov bildirib ki, yeni maliyyələşmə mexanizminin tətbiqi nəticəsində bir sıra ali məktəblərdə dövlət sifarişi üzrə tələbə qəbulu gözləniləndən az olub, ödənişli əsaslarla tələbə qəbulu isə artıb. Nazir ali təhsil müəssisələrində büdcədənkənar vəsaitlərdən əməkhaqqına ayrılan vəsaitin artırılmasının da nəzərdə tutulduğunun açıqlayıb.
    11.03.11 Məqaləni oxumaq
     
    Fərhad Bədəlbəyli Dmitri Yablonski ilə birgə Böyük Britaniyada konsert verəcək
    Martın 24-də Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli Böyük Britaniyaya səfər edəcək. Bu barədə məlumatı Bakı Musiqi Akademiyasından veriblər. Fərhad Bədəlbəyli Böyük Britaniyada konsert proqramı ilə çıxış edəcək. Qeyd edək ki, F. Bədəlbəyli məşhur pianoçu Dmitri Yablonski ilə birgə səhnəyə çıxacaq.
    11.03.11 Məqaləni oxumaq
     
    Türk Xalqları Mədəniyyəti Vəqfinin Azərbaycan təmsilçisi təyin edilib
    Baş qərargahı Qazaxıstanın Almatı şəhərində yerləşən Türk Xalqları Mədəniyyəti Vəqfinin başqanı Ahmet Dağduran Azərbaycan Yazıçılar Birliyinin (AYB) Muğan Bölməsinin sədri Namiq Hacıheydərlini qurumun Azərbaycan təmsilçisi təyin edib. Vəqfdən KƏLAMİNFO-ya verilən xəbərdə qeyd olunub ki, N.Hacıheydərlinin təyinatı Vəqfin yeni başqan yardımçısı Azər Həsrətin təqdimatı əsasında gerçəkləşib. Qurumun Almatıda və Türkiyənin Adana şəhərində dərc edilən “Türk Aləmi” qəzetinin Azərbaycan təmsilçiliyi də N.Hacıheydərlinin səlahiyyəti çərçivəsinə daxil edilib. Qeyd edək ki, Namiq Hacıheydərli 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulub. O, 5 kitabın, 50-dən artıq elmi, publisistik və pedaqoji məqalənin müəllifidir.
    11.03.11 Məqaləni oxumaq
     
    TQDK TCS-2011 imtahanında iştirak etmək istəyən abituriyentlər üçün elan verib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) TCS-2011 imtahanında iştirak etmək istəyən abituriyentlər üçün elan edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Ərizə qəbuluna, imtahanın keçirilməsinə, imtahan nəticələrinin elan edilməsinə dair məlumatları www.osym.gov.tr səhifəsindən əldə etmək olar.
    11.03.11 Məqaləni oxumaq
     
    Ombudsman Elmira Süleymanova ABŞ-ın ölkəmizdəki səfirini qəbul edib
    Ombudsman Elmira Süleymanova ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayzanı onun xahişi ilə qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə E.Süleymanova qonağın təmsil etdiyi səfirliklə insan hüquqları sahəsində qarşılıqlı əlaqələrini davam etdirilməsinin əhəmiyyətini söyləyib və gələcək əməkdaşlığın prioritetləri müəyyənləşdirilib. O, bu günlərdə Milli Məclisdə növbəti İllik məruzə ilə çıxış etdiyini, məruzənin böyük səs çoxluğu ilə qəbul edildiyini bildirib, fəaliyyətində dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyəti ilə bərabər, beynəlxalq təşkilatlar və xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə əməkdaşlığa da önəm verdiyini bildirib.
    11.03.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev: “Bakıda evlərin qeydiyyata alınması problemi var”
    “Bakıda evlərin qeydiyyata alınmasında problemi var. Biz bu problemi bilirik”. KƏLAMİNFO xəbər verir ki, bunu prezident İlham Əliyev Bakı şəhər İcra Hakimiyyətində Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə yekun nitqində deyib. Dövlət başçısının sözlərinə görə, bu problemi həll edilməlidir: “Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. Şəxsən məni bu məsələnin həlli ilə bağlı ən çox narahat edən məsələlər məhz bu mənfi hallar və onların mümkünlüyüdür. Çünki, o evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyataalma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər. Bu da reallıqdır.
    11.03.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev: “Hələ ki gec deyil, düz yola dönün”
    Ölkə daxilində istehsal olunan məhsulların qiyməti bəzi hallarda əsassız və süni şəkildə artırılır. Bu yaxınlarda yumurtanın qiyməti kəskin şəkildə artmışdır. Mən göstəriş verdim ki, araşdırsınlar. Biz özümüzü yumurta ilə təmin edirik. Yumurta Azərbaycanda istehsal edilir, demək olar ki, idxal olunmur. Nə üçün onda qısa müddət ərzində yumurtanın qiyməti bir neçə dəfə qalxdı? İndi iyirmi qəpikdən artıqdır. Kim bunu edir? Araşdırırıq bu məsələni. Burada sırf inhisarçılıq, istehsal sahəsində inhisarçılıq vardır. Buna dünyada “Kartel sövdələşməsi” deyirlər. Bu, sırf “Kartel sövdələşməsi”nin təzahürüdür. Mən dərhal göstəriş verdim ki, yumurtanın qiymətini süni şəkildə şişirdənlər məsuliyyətə, cinayət məsuliyyətinə cəlb olunsunlar. Cinayət işi açılıb və bunu edənlər öz cəzasını alacaqlar. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri ötən gün Bakı Şəhər İcra Hakimiyyətində ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib.
    11.03.11 Məqaləni oxumaq
     
    Bu gün görkəmli sənətkar Nəsibə Zeynalovanın vəfatından 7 il ötür
    Bu gün xalq artisti, görkəmli sənətkar Nəsibə Zeynalovanın vəfatından 7 il ötür. KƏLAMİNFO xəbər verir ki, Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıda Kərbəlayi Cahangir adlı tacirin ailəsində dünyaya gəlib. O, yaradıcılıq fəaliyyətinə Dövlət Filarmoniyasında rəqqasə kimi başlasa da, incəsənət sahəsindəki bu cəhdi uğursuz olub. N.Zeynalova geri çəkilməyərək, Musiqili Komediya Teatrına üz tutub və burada bir-birindən gözəl rollar yaradıb. Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb. “Hicran” musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır. Azərbaycan kino sənətinə “Qayınana”, “Ulduz”, “Bağlı qapı”, “Yuxu” kimi əvəzolunmaz incilər bəxş edib.
    10.03.11 Məqaləni oxumaq
     
    SAM-ın elmi işçisi Gülmira Rzayevanın Sinqapurda məruzəsi olacaq
    Martın 14-də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçisi Gülmira Rzayeva Sinqapurda bu ölkənin Milli Universiteti nəzdində Enerji məsələlərinin Araşdırılması İnstitutunda “Azərbaycan və enerji təhlükəsizliyi problemləri: Xəzər regionunun enerji məhsullarının ixracının geosiyasəti” adlı məruzə ilə çıxış edəcək. SAM-ın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, G.Rzayeva məruzəsində son zamanlar Azərbaycanın neft-qaz hasilatı və karbohidrogen ehtiyatlarının nəqli yollarının diversifikasiyası sahəsində həyata keçirtdiyi uğurlu siyasət, ölkəmizin iri neft və qaz layihələrində iştirakı, regional və qlobal enerji təhlükəsizliyi kimi məsələlərdə Azərbaycanın artan rolundan, həmçinin dünyanın enerji tələbatını ödəmək üçün hasilatın artırılması, əldə olunan məhsulların ixraca yönəldilməsi, nəqletmə, beynəlxalq və milli neft-qaz şirkətlərinin əməkdaşlıq imkanları, Xəzər dənizində hasil olunan qazın tranzit ölkələr vasitəsilə ixracının inkişafından bəhs edəcək.
    10.03.11 Məqaləni oxumaq
     
    İzmirdə Azərbaycan Türklərinin 1-ci qurultayı keçiriləcək
    Aprel ayının 23-24-də İzmir şəhərində Türkiyədə yaşayan Azərbaycan Türklərinin 1-ci qurultayı keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bununla bağlı bu gün Atatürk Mərkəzində mətbuat konfransı keçirilib. Tədbirin təşkilatçısı İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri və eyni zamanda “CanAz” TV-nin rəhbəri Camal Mehmetxanoğlu vurğulayıb ki, dünyada 50 mln-dan çox azərbaycanlı yaşayır. Onun sözlərinə görə, bunun 3 mln-dan çoxu Türkiyədə yaşayır.
    10.03.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  5 6 7 8 9 10 11 12 13  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Mar.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031