|
Səhifələr : # 1 2 3 4 5 6 7 8 9 #
Səhiyyə Nazirliyi elan verdi
|
Səhiyyə Nazirliyi tərəfindən çap edilmiş vahid resept blanklarının alınması üçün tabeliyindən asılı olmayaraq bütün tibb və əczaçılıq fəaliyyəti ilə məşgul olan müəssisələr nazirliyə müraciət etməlidirlər. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər.
Resept blanklarının tibb müəssisələrinə paylanılması Səhiyyə Naziliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən aparılir.
|
18.03.11 Məqaləni oxumaq
|
|
|
Milli Məclisin NATO PA-dakı nümayəndə heyətinin üzvü İsveçrəyə gedəcək
|
Martın 30-dan aprelin 2-dək isə Milli Məclisin NATO PA-dakı nümayəndə heyətinin üzvü deputat Məlahət İbrahimqızı İsveçrədə səfərdə olacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən veriblər.
O, Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində Cenevrədə təşkil edilən “Silahlara nəzarət, tərksilah və kütləvi qırğın silahlarının yayılmaması məsələlərində parlamentlərin rolu” mövzusunda seminara qatılacaq. Tədbirdən məqsəd tərksilah və kütləvi qırğın silahlarının yayılması ilə mübarizə sahəsində məlumat mübadiləsinin aparılması, müsbət təcrübə və strategiyaların müzakirə edilməsi yolu ilə bu işdə parlamentlərin rolunun artırılmasıdır. Seminara NATO üzvü olan 28 dövlətin və Sülh Naminə Tərəfdaşlıq proqramında iştirak edən 22 dövlətin parlamentariləri, eləcə də həmin ölkələrdən elmi dairələrin və QHT-lərin nümayəndələri dəvət olunub.
|
17.03.11 Məqaləni oxumaq
|
|
|
Həmsədrlər Vyanada Minsk Qrupuna üzv ölkələrin nümayəndələrinə hesabat təqdim edəcəklər
|
ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə Vyanada Minsk Qrupuna üzv ölkələrin nümayəndələrinə hesabat təqdim edəcəklər. KƏLAMİNFO Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Xankəndində fransalı həmsədr Bernar Fasie deyib.
Diplomat regiona səfər çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri və xarici işlər nazirləri ilə görüşdüklərini xatırladıb. O, həmçinin bildirib ki, həmin görüşlərdə üç vacib məsələ müzakirə olunub. “Biz, ilk növbədə, münaqişə tərəfləri ilə Soçi görüşü barədə fikir mübadiləsi aparmışıq, Ermənistan prezidenti bu görüşü müsbət adlandırıb. Biz də bu fikirlə razıyıq. Tərəflərlə, həmçinin son insidentləri və təmas xəttindəki hazırkı vəziyyəti, eləcə də hər iki tərəfdən itkiləri minimuma endirməyi müzakirə etmişik”,-deyə diplomat vurğulayıb.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində 3 həmsədr ölkənin sıx əməkdaşlıq etdiyini bildirən B.Fasie vahid komanda kimi çalışdıqlarını söyləyib.
|
17.03.11 Məqaləni oxumaq
|
|
|
Nazirlər Kabineti “Təhsil haqqında” qanunun tətbiqi ilə bağlı qərarında bəzi dəyişiklik edib
|
Nazirlər Kabineti bəzi qərarlarında dəyişikliklər edib. Nazirlər Kabinetindən KƏLAMİNFO-ya verilən məlumata görə, dəyişiklik “Təhsil haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanının 1.30-cu bəndinə əsasən aparılıb.
Qərara əsasən, “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 1 və 2 nömrəli əlavələrinin mətnində “attestatın” sözü “şəhadətnamənin” sözü ilə əvəz edilib.
Bundan əlavə, “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın 11.1.3-cü bəndində “Azərbaycan dili” - dövlət dili kimi (təlim digər dillərdə olan məktəblərdə),” sözlərindən sonra “Ədəbiyyat” sözü əlavə edilib.
|
17.03.11 Məqaləni oxumaq
|
|
|
Y.Yakub: “Azərbaycanda İKT sahəsində əldə olunan nailiyyətlər bizi sevindirir”
|
Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda İsrailin “Wazana Group Ltd” şirkətinin idarəetmə və investisiya üzrə məsləhətçisi doktore Yuri Yakub ilə görüş keçirilib. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində AMEA prezidenti akademik Mahmud Kərimovla görüşdüyünü qeyd edən qonaq ölkəmizə gəlişinin biznes inkubatorların, texnoparkların yaradılması istiqamətində Azərbaycanda görülən işlərlə tanış olmaq məqsədi daşıdığını vurğulayıb.
O, İKT-nin dünya iqtisadiyyatının dinamik inkişaf edən perspektivli sektoruna çevrildiyini bildirib: “Azərbaycanda İKT sahəsində əldə olunan nailiyyətlər bizi sevindirir. Mənim bu gün burada olmağımın səbəbi respublikanın müvafiq qurumları, qabaqcıl elmi müəssisələr ilə əməkdaşlığımızı genişləndirmək, öz təcrübəmizlə sizi tanış etməkdir”,-deyən qonaq təmsilçisi olduğu şirkətin ölkəmizdə İKT sahəsində məhsul və xidmətlərin istehsalı üzrə fəaliyyət göstərən biznes inkubatorların yaradılmasında əməkdaşlığa hazır olduğunu vurğulayıb.
|
17.03.11 Məqaləni oxumaq
|
|
|
Elxan Rzayev: “Oxucuya ağıllı əsərlər verin”
|
Ədəbiyyat, söz gəlir gətirmir. Bu baxımdan ədəbiyyata gələnləri kamikadze də hesab etmək olar. KƏLAMİNFO xəbər verir ki, bu barədə 525-ci qəzetin redaktoru, Milli Kitab Mükafatı müsabiqəsinin münsifi Yaşar Əliyev deyib.
O, müsabiqəni Azərbaycan ədəbiyyatına edilən xeyriyyə aksiyası kimi dəyərləndirib. Onun sözlərinə əsaən, ədəbiyyat, söz bu gün gəlir mənbəyi deyil və gənclərin ədəbiyyata gəlməsi təqdirə layiqdir. “İndiki zamanda sözlə, ədəbiyyatla yaşamaq, dolanmaq çox çətindir. Bu gəncləri vəzifələrini yerinə yetirən kamikadze də adlandırmaq olar”,-deyə o əlavə edib. Kitab klubunun rəhbəri Elxan Rzayev isə, gəncləri oxucularını inkişaf etdirməyə cağırıb. O bildirib ki, zaman keçdikcə, inkişaf genişləndikcə əsərlərin də mövzusu dəyişməlidir. O, əsərlərin zamana, mövcud vəziyyətə uyğun yazılmasını vacib hesab edib. “Ağıllı oxucuya ağıllı əsər verin”,-deyə E. Rzayev gənc yazarlara müraciət edib.
|
17.03.11 Məqaləni oxumaq
|
|
|
M.Qəddafi: “Şəhəri bir neçə dəlinin əlində girov saxlamayın”
|
Martın 17-də Liviyada “həlledici döyüş günü” olacaq. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Liviya lideri Müəmmar Qəddafi deyib. Onun sözlərinə görə, üsyançıların əlində olan tək şəhər Benqazi azad olunacaq.
M.Qəddafi bu gün tərəfdarlarının paytaxt Tripolindən 150 kilometr şərqdə yerləşən Misrata şəhərini ələ keçirmək üçün yenidən hücum edəcəklərini bildirib. Qəddafi şəhəri tutmaq üçün dünən döyüş başlandığını və bu gün son dəfə hücum təşkil edəcəklərini qeyd edib..
Qəddafi gənclərə xitabən çıxışında bildirib ki, şəhəri bir neçə dəlinin əlində girov saxlamayın.
|
17.03.11 Məqaləni oxumaq
|
|
|
Millət vəkili: “Ağıllı olsunlar; ölkəni qarışdırmasınlar”
|
“Xarici ölkələrdəki ağalarının düdüyünü çalanlara, dönüklərə müraciət edirəm ki, ölkədə asayişi pozmasınlar”. KƏLAMİNFO xəbər verir ki, belə bir ittihamla millət vəkili Yaqub Mahmudov çıxış edib.
O, qeyd edib ki, son günlər bəzi qüvvələr Azərbaycanda aranı qarışdırmaq üçün həvəsləniblər. “İnandırıram ki, onlar üçün sabitlik şəraitində yaşayan ölkə yox, daimi çaxnaşma lazımdır. Biz bilirik ki, bu barmaqlar ərəb ölkələrinə də haradan gəlir. Ağıllı olsunlar; ölkəni qarışdırmasınlar”,-deyə Y.Mahmudov bəyan edib.
|
17.03.11 Məqaləni oxumaq
|
|
|
Qəddafi: “Nikolay Sarkozi ruhi xəstədir”
|
İtaliyanın baş nazri Silvio Berluskoni mənə xəyanət edib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Liviya lideri Müəmmar Qəddafi İtaliya qəzetinə müshibəsində deyib.
Onun sözlərinə görə, Liviya müxalifəti ilə diplomatik danışıqlara hazır olan və Liviyaya hücum etməyi planlaşdıran Fransa prezidenti Nikolay Sarkozi ruhi xəstədir.
Liviya lideri ona qarşı olan Avropa liderlərinə xəbərdarlıq edərək bildirib ki, həmin ölkələrlə iqtisdi əməkdaşlıq təhlükə altındadır. Qəddafi həmin ölkələrlə indiki hakimiyyət devriləndən sonra əlaqələrin bərpa olunacağını əlavə edib.
Liviya lideri qərb ölkələri onlara hücum etdikləri təqdirdə, Əl-Qaida ilə ittifaq quracaqlarını bəyan edib.
|
17.03.11 Məqaləni oxumaq
|
|
|
Səfir İ.Muxtarov Meksikanın enerji naziri Xose Antonio Meade ilə görüşüb
|
Azərbaycanın Meksikadakı səfiri İ.Muxtarov bu ölkənin yeni təyin edilmiş enerji naziri Xose Antonio Meade ilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Meksikadakı səfirliyimizdən veriblər.
Görüş zamanı tərəflər iki ölkə arasında enerji sektorunda əlaqələrin inkişaf etdirilməsi üçün mövcud potensialın əhəmyyətini vurğulayıb və əməkdaşlığın gələcək inkişaf perspektivlərini nəzərdən keçiriblər.
Səfir İ.Muxtarov, həmçinin Azərbaycanın enerji emalı və istehsalı sahəsinin tarixi inkişaf prosesi, Nobel qardaşlarının Bakıda fəaliyyəti, Neft Daşları şəhərciyinin tikilişi tarixi, habelə müasir dövrdə Azərbaycanın enerji siyasəti, dünya miqyasında enerji sektorunun inkişafında mühüm rol oynayan mütəxəssislər hazırlamış Azərbaycan Dövlət Neft Akademiyasının fəaliyyəti haqda X.A.Meadeyə geniş məlumat verib.
|
16.03.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 1 2 3 4 5 6 7 8 9 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|