Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 3.2011
    Səhifələr : #  1 2 3 4 5 6 7 8  #
    qhtxeber.az informasiya portalında dəyişikliklər baş verib
    Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qhtxeber.az informasiya portalında dəyişikliklər baş verib. Bu barədə məlumatı KƏLAMİNFO-ya qhtxeber.az saytından veriblər. QHT sektorunun əsas tribunası olan qhtxeber.az-dakı dəyişikliklər vətəndaş cəmiyyəti təmsilçilərinin fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlib. Saytın redaktoru Jalə Tofiqqızı bildirib ki, QHT-lərin fəaliyyətinin qhtxeber.az-da geniş işıqlandırılması məqsədilə imkanlar daha da artırılıb. Saytda baş verən əsas yenilik isə QHT TV rubrikasının açılmasıdır. Belə ki, artıq saytda QHT sektorunun fəaliyyətində baş verən önəmli hadisələrin video görüntüləri də yer alacaq.
    28.03.11 Məqaləni oxumaq
     
    Bakıda 2011-ci ilin ən böyük təhsil sərgisi keçiriləcək
    Aprelin 9-da Bakıda 2011-ci ilin ən böyük təhsil sərgisi açılacaq. Sərgidə Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, İsveç, Şimali Kipr, Türkiyə və bir sıra başqa ölkələrin universitetləri iştirak edəcəklər. KƏLAMİNFO xəbər verir ki, ümumilikdə, sərgidə 12 ölkənin 60 ali təhsil ocağı təmsil olunacaq. Tələbələrə xaricdə sertifikatlaşdırılmış təhsil, MBA proqramları və dil kursları haqda ətraflı məlumatlar veriləcək. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq şərtlərini, ölkələrində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər və s. məsələlərlə bağlı sualları cavablandıracaqlar.
    28.03.11 Məqaləni oxumaq
     
    İranın xarici işlər naziri: “Bütün sahələrdə Ermənistan-İran əlaqələrinin genişlənməsinə ehtiyac var”
    Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iranlı həmkarı Əli Əkbər Salehi ilə görüşüb. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, görüşdə Əli Əkbər Salehi bütün sahələrdə Ermənistan-İran əlaqələrinin genişlənməsinə ehtiyac olduğunu vurğulayıb. Tərəflər həmçinin birgə investisiyalar və energetika sahəsində əməkdaşlığı genişləndirəcəklərini də bildiriblər. Qeyd edək ki, Ermənistan prezident Serj Sarkisyanın başçılığı ilə erməni nümayəndə heyəti Novruz bayramıyla bağlı tədbirlərdə iştirak etmək üçün İranda səfərdədir.
    28.03.11 Məqaləni oxumaq
     
    Sabah Tiflisdə 10-cu Gürcüstan Beynəlxalq Neft, Qaz, İnfrastruktur və Enerji konfransı işə başlayacaq
    Martın 29-30-u tarixlərində Gürcüstanın paytaxtı Tiflisdə 10-cu Gürcüstan Beynəlxalq Neft, Qaz, İnfrastruktur və Enerji Konfransı (GİOGİE 2011) keçiriləcək. Gürcüstanın Enerji, Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi, Regional İnkişaf və İnfrastruktur nazirlikləri, Gürcüstan Beynəlxalq Neft, Qaz Korporasiyası (GOGC) və Böyük Britaniya-Gürcüstan Ticarət Palatasının təşkilatçılığı ilə keçiriləcək beynəlxalq tədbirdə 150-dən çox qonağın iştirak edəcəyi gözlənilir. Konfransda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzini (SAM) enerji məsələləri üzrə ekspert Gülmirə Rzayeva iştirak edəcək. SAM-ın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumatia görə, tədbirdə Gürcüstanın neft, qaz, energetika və infrastrukturu sektorunda son işləmələr, beynəlxalq enerji təhlükəsizliyi, Xəzər-Qara Dəniz enerji koridoru, regional enerji layihələri, nəqletmə, beynəlxalq və yerli neft-qaz şirkətlərinin əməkdaşlıq imkanları, Azərbaycanın enerji siyasəti və digər bu kimi məsələlər əsas müzakirə mövzuları olacaq.
    28.03.11 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
    Novruz bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik edib. QMİ-dən KƏLAMİNFO-ya verilən məlumata görə, təbrikdə A.Paşazadə bildirib ki, sizi xalqımızın qədim və gözəl bayramı- Novruz münasibətilə ürəkdən təbrik edir, hamınıza Allah-taaladan səadət və rifah, bol bayram sevinci və xeyirli günlər arzulayıram. “Novruz Azərbaycan xalqının çoxəsrlik tarixində özəl və milli önəmi olan bayramlardandır. Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirir. Bu bayramda savaşlar dayandırılır, küsülülər barışır, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşürlər. Bu əziz günlərdə dünyadan gedənlərə rəhmətdiləmək, valideynləri, ağbirçək və ağsaqqalları yada salmaq, ailə məhəbbətini və dosluq tellərini bərkitmək xalqımızın milli mədəniyyətinin ən gözəl nümunəsidir.
    19.03.11 Məqaləni oxumaq
     
    Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 80 illik yubileyi ilə əlaqədar tədbir keçiriləcək
    Martın 29-u Milli Kitabxanada müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 80 illik yubileyi ilə əlaqədar tədbir keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Kitabxanadan veriblər Tədbirdə şairin yeni çapdan çıxan “Seçilmiş əsərləri”nin (7 cilddə) və Milli Kitabxana tərəfindən hazırlanan “Nəriman Həsənzadə” adlı elektron məlumat bazasının təqdimat mərasimi keçiriləcək.
    18.03.11 Məqaləni oxumaq
     
    Səfir H.Kılıc: “Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına hazırlıq gedir”
    Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına hazırlıq gedir. KƏLAMİNFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib. “Bir qədər əvvəl toplantının bu ilin birinci yarısında olacağını söyləəmişdim. Yəqin ki, iclas may, ya da iyunda keçirilə bilər. Hazırda texniki məsələlər həll olunur”,-deyə səfir qeyd edib. Səfir Azərbaycan və Türkiyənin xarici işlər nazirləri arasında mütəmadi telefon danışıqlarının olduğunu, danışıqlarda Qarabağ probleminin həllinə dair məsələlərin müzakirə edildiyini bildirib. H. Kılıç Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirlərini bəyəndiklərini, dəstəklədiklərini də bildirib: “Bu tədbirlər Azərbaycanın dünyada yerini daha da möhkəmləndirməsinə və ölkənin iqtisadi inkişafına daha da kömək edəcək”,-deyə H.Kılıc vurğulayıb.
    18.03.11 Məqaləni oxumaq
     
    Azərbaycanın NATO PA-dakı nümayəndələri qurumun “Rouz-Rout” seminarına qatılacaqlar
    Martın 23-dən 25-dək Tbilisidə NATO Parlament Assambleyasının 76-cı “Rouz-Rout” seminarı keçiriləcək. Tədbirdə Milli Məclis Sədrinin birinci müavini, NATO PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov və deputat Siyavuş Novruzov iştirak edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən veriblər. Seminarda Qlobal müstəvidə Qafqazın yeri, Gürcüstanın avroatlantik inteqrasiyası, bu ölkənin demokratikləşmə perspektivləri, media və vətəndaş cəmiyyəti, daxili siyasi inkişaf prosesləri və Konstitusiya islahatı, regional təhlükəsizlik modeli, həmçinin digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Tədbirlərdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və deputat Siyavuş Novruzov çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.
    18.03.11 Məqaləni oxumaq
     
    Deputat Rafael Hüseynov AŞPA-nın iclasında iştirak etmək üçün Parisdə səfərdədir
    Milli Məclisin deputatı Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm və təhsil üzrə komitəsinin iclasında iştirak etmək üçün Parisdə səfərdədir. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, iclasda mədəniyyətlərarası dialoqda dini meyar, elektron mediada şəxsi informasiyaların qorunması və idarə olunması, AŞ PA-da islahatların aparılması və digər məsələlərin müzakirəsi nəzərdə tutulub. Deputatımız məsələlər barədə toplantı iştirakçıları ilə fikirlərini bölüşəcək. Səfər martın 22-də başa çatacaq.
    18.03.11 Məqaləni oxumaq
     
    TQDK rezidenturaya qəbul qaydalarını nəşr edib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən (TQDK) rezidenturaya qəbul qaydaları və qəbul proqramları test tapşırığı nümunələri Azərbaycan və rus dillərində çap olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. “Rezidentura səviyyəsi üzrə ixtisasları necə seçməli və imtahana hansı fənlərin proqramları əsasında hazırlaşmalı?” kimi suallara cavab almaq üçün ilk növbədə “Rezidentura” jurnalını əldə etmək və burada verilmiş “Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli” ilə diqqətlə tanış olmaq lazımdır. Bu materiallar TQDK tərəfindən yaradılmış Səhiyyə Nazirliyinin və Tibb Universitetinin mütəxəssislərindən ibarət işçi qruplarında hazırlanıb. Buraxılışda bütün ixtisaslar üzrə rezidenturaya qəbul proqramları təqdim edilib. Proqramlar baza ali tibb təhsili səviyyəsinin istiqamətləri üzrə qruplaşdırılaraq verilib.
    18.03.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7 8  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Mar.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031