Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 3.2011
    Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
    ABŞ Dövlət katibinin Müsəlman İcmaları ilə iş üzrə xüsusi nümayəndəsi Bakıya gəlir
    Bu gün ABŞ Dövlət katibinin Müsəlman İcmaları ilə iş üzrə xüsusi nümayəndəsi Farah Pandit və Anti-Semitizmə qarşı Mübarizə üzrə səlahiyyətli nümayəndəsi Hanna Rozentalın Türkiyə, Azərbaycan və İspaniyaya səfəri başlayır. KƏLAMİNFO xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət Departamenti məlumat yayıb. Türkiyədə ABŞ-ın rəsmi nümayəndələri gənclər, hökumət rəsmiləri və icma liderləri ilə dinlərarası dialoq və tolerantlıq məsələlərini müzakirə edəcək. Xüsusi nümayəndələr Azərbaycana səfər zamanı vətəndaş cəmiyyətinin üzvləri və gənc liderlərlə görüşlər keçirəcəklər. Onlar nifrət və fanatizmə son qoymaq və insanları könüllü fəaliyyətlərə vaxt ayırmağa təşviq etmək məqsədi ilə hazırlanmış “ 2011 Nifrət Əleyhinə Saatlar ” kampaniyasını təqdim edəcəklər. Onların Bakıya gəlişi bu gün gözlənilir.
    10.03.11 Məqaləni oxumaq
     
    Parlament Jurnalistləri Birliyi 10 deputatı ən fəal millət vəkili kimi dəyərləndirib
    Bu gün Beynləxalq Mətbuat Mərkəzində (BMM) Parlament (Tərəfsiz) Jurnalistləri Birliyi tərəfindən ötən ilin dekabrında Milli Məclisə akkreditə olunan 60-a yaxın jurnalist arasında keçirilən sorğunun nəticələri açıqlanıb. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən RJB-nin sədri Elşad Eyvazlı rəhbəlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, bir sıra təkliflər səsləndirib.
    10.03.11 Məqaləni oxumaq
     
    B.Foqts BSU-da keçiriləcək tədbirdə iştirak edəcək
    Sabah Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin konfrans zalında BSU-nun “Elmi əsərlər” məcmuəsinin Almaniyanın Osvald Fon Volkenştayn Cəmiyyəti ilə birgə hazırlanmış və “Kitabi Dədə Qorqud” dastanının görkəmli alman şərqşünası Hainrix F. fon Dits trəfindən ilk nəşrinin 195 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimat mərasimi keçiriləcək. AFFA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirdə Bakı Slavyan Universitetinin dəvəti ilə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da iştirak edəcək.
    10.03.11 Məqaləni oxumaq
     
    Ədliyyə orqanlarında işə qəbulla bağlı müsabiqə elan olunub
    Azərbaycan ədliyyə orqanlarında işə qəbulla bağlı müsabiqə elan olunub. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, sayca beşinci olan müsabiqəyə çıxarılan vakant vəzifələr əsasən nazirliyin icra, penitensiar, tibb xidmətlərində, regional ədliyyə və qeydiyyat şöbələrində, eləcə də digər ədliyyə sahələrindədir.
    10.03.11 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatı qaliblərinin təltifolunma mərasimi keçiriləcək
    Sabah Dövlət Gənc Tamaşaçılar Teatrının “Gümüş maska” zalında Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatı qaliblərinin təltifolunma mərasimi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Qeyd edək ki, “Zirvə” mükafatı 2007-ci ildə təsis olunub. Mükafat milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, musiqi, təsviri sənət sahəsində xüsusi nailiyyətlər qazanaraq yüksək peşəkarlıq nümayiş etdirən istedadlı şəxslərə verilir.
    10.03.11 Məqaləni oxumaq
     
    KİV DF Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsində görüş keçirəcək
    Sabah Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşəbbüsü ilə Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsində tələbələrlə ölkənin aparıcı media qurumlarının rəhbərləri arasında görüş keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya KİV DF-dən veriblər. Tədbirin əsas məqsədi jurnalistika fakültəsində təhsil alan istedadlı tələbələrə qəzet redaksiyalarında təcrübə keçmək və gələcəkdə işlə təmin olumaları üçün şərait yaratmaqdır. Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Bakı Slavyan Universitetin rektoru Kamal Abdulla, Mətbuat Şurasının sədri Əflatun Amaşov və 20-dən artıq qəzet rəhbərlərinin iştirakı gözlənilir. Qeyd edək ki fevralın 23-də analojı tədbir Bakı Dövlət Universitetində keçirilmişdi. BDU-nun jurnalistika fakültəsinin 20-dən çox tələbəsi artıq qəzet redaksiyalarında işə başlayıblar.
    10.03.11 Məqaləni oxumaq
     
    MDB-də narkotiklərlə mübarizə üzrə mərkəz yaradılacaq
    Bu gün Rusiya prezidenti Dmitriy Medvedev “Azərbaycan, Qazaxstan, Qırğızıstan, RF, Tacikistan, Türkmənistan və Özbəkistan arasında Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya regional informasiya Koordinasiya Mərkəzinin yaradılması haqqında Sazişin ratifikasiyası haqqında” Federal Qanunu imzalayıb. KƏLAMİNFO Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Federal qanun cari ilin fevralın 22-də Dövlət Duması və martın 2-də Federasiya Şurası tərəfindən qəbul edilib. Sənədə uyğun olaraq, Astanada yerləşəcək Mərkəz narkotiklərin qanunsuz dövriyyəsilə mübarizə üzrə daimi fəaliyyət göstərən dövlətlərarası orqandır və narkotiklərin qanunsuz dövriyyəsilə bağlı transsərhəd cinayət üzrə informasiyanın toplanması, qorunması, təhlili və mübadiləsini təmin edir.
    10.03.11 Məqaləni oxumaq
     
    Metyu Brayza AXCP sədri ilə görüşüb
    ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza AXCP sədri Əli Kərimli ilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya AXCP-dən veriblər. Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət və ümumilikdə siyasi məhbuslar problemi müzakirə edilib. Söz və sərbəst toplaşmaq azadlığı ətrafında da fikir mübadiləsi aparılıb.
    10.03.11 Məqaləni oxumaq
     
    Bu gün Audronyus Ajubalis ATƏT-in Minsk qrupunun həmsədrləri il görüşəcək
    Bu gün Litvanın paytaxtı Vilnüsdə Litvanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalis ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa), İqor Popovla (Rusiya) görüşəcək. KƏLAMİNFO Rusiya mətbuatına istinaədn xəbər verir ki, A.Ajubalis ATƏT-in Minsk qrupunun nümayəndələriylə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların gedişini və gələcək planları müzakirə edəcəklər. Görüşdə həmçinni Azərbaycan, Ermənistan, və Rusiya prezidentlərinin üçtərəfli görüşünün nəticələri müzakirə olunacaq. Ermənistanın və Azərbaycan arasında imzalanmış atəşkəs rejiminin tez-tez pozulmasının da müzakirəsi planlaşdırılır.
    10.03.11 Məqaləni oxumaq
     
    Türkiyənin ABŞ-dakı səfiri: “İnanıram ki, Dağlıq Qarabaq münaqişəsi tezliklə həll olunacaq”
    Türkiyənin ABŞ-dakı səfiri Namiq Tan yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını istisna etmir. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, diplomat bu sözləri Con Hopkins Universitetində çıxışında bildirib. Onun sözlərinə görə, Qarabağ münaqişəsi regionda ümumi vəziyyətə təsir edir və region ölkələrinin inkişafına mane olur. “Biz ATƏT-in Minsk qrupunun səyləri dəstəkləyirik. Minsk qrupuna daxil olan ölkələr bu məsələ ilə ciddi məşğul olur”,-deyə N Tan əlavə edib. N. Tan münaqişənin yaxın vaxtlarda həll olunacağına inandığını bildirib. Türkiyənin səfiri həmçinin erməni-türk münasibətlərinə toxunaraq vurğulayıb ki, iki ölkə arasında problemlərin həlli Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasından sonra mümkün olacaq.
    09.03.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Mar.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031