|
Səhifələr : # 3 4 5 6 7 8 9 10 11 #
İbrahim Tatlısəsi güllələyiblər
|
Bu gecə Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs güllələnib. KƏLAMİNFO türk mətbuatına istinadən xəbər verir ki, İ.Tatlısesə Şişlidə naməlum avtomobildən atəş açılıb.
Müğənni başından ağır yaralanıb. Hadisə zamanı İ.Tatlısəsin köməkçisi İpək Çakıcı da yaralanıb. Müğənni Levent Xəstəxanasına yerləşdirilib, daha sonra Maslak Acıbadem Xəstəxanasına aparılıb. O, əvvəlcə 45 dəqiqəlik cərrahi əməliyyat, daha sonra 3 saat sürən ikinci cərrahi əməliyyat olunub. İbrahim Tatlısəs və köməkçisinin durumunun ağır olduğu bildirilir. Faktla bağlı polis araşdırma aparır.
|
15.03.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycan Moskvada MDB-nin Turizm Şurasının iclasında iştirak edir
|
Bu gün Azərbaycanın da iştirakı ilə Rusiyanın paytaxtı Moskvada Turizm sahəsində əməkdaşlıq haqqında Sazişin iştirakçısı olan dövlətlərin Turizm Şurasının iclası keçirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsindən veriblər.
İclasda Azərbaycanı Turizm İdarəsinin Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev təmsil edir. İclasda 10-a yaxın məsələ, o cümlədən MDB-nin 20 illiyinə həsr edilmiş Tədbirlər Planı və 2011-2012-ci illər üçün humanitar əməkdaşlıq sahəsində Prioritet Tədbirlər Planının həyata keçirilməsinin gedişi müzakirə ediləcək. Şura üzvləri 2012-2013-cü illərdə Birlik ölkələrində Gənclərin Beynəlxalq Əməkdaşlığı Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planının layihəsi barədə təklifləri də müzakirə edəcəklər. Təkliflərin siyahısında YUNESKO-nun “Dünya irsi” proqramına daxil edilmiş kulturoloji təyinatlı obyektlərin siyahısı əsasında MDB üzvü olan dövlətlərin həmin dövlətlərin ərazilərindən keçən və “Varyaqlardan yunanlara aparan yolun izi ilə” mövzusunda transsərhəd turizm marşrutlarının yaradılması barədə təklif də var.
|
15.03.11 Məqaləni oxumaq
|
|
|
TQDK abituriyentlər üçün növbəti sınaq imtahanlarının vaxtını açıqladı
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 3-də və 10-da növbəti sınaq imtahanlarını keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
İmtahanlarda yeni 2 nömrəli test kitabçalarından istifadə olunacaq. Həmin imtahanda iştirak etmək istəyən abituriyentlər sabah saat 11:00-dan etibarən TQDK-nın internet saytının müvafiq səhifəsinə (www.tqdk.gov.az/sinaq) daxil olmalı, TQDK-nın ödəmə kartının seriya nömrəsi və PİN kodundan istifadə etməklə sınaq imtahanına yazılmalıdırlar. Həmin səhifədə imtahanların keçiriləcəyi yerlərin siyahısı göstəriləcək. Ödəmə kartlarını TQDK-nın “Abituriyent” satış köşkündən, TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində yerləşən regional bölmələrindən, həmçinin respublikanın bütün şəhər (rayon) poçt şöbələrindən əldə etmək olar.
|
15.03.11 Məqaləni oxumaq
|
|
|
ATƏT sədrinin bir sıra siyasi partiya rəhbərləri ilə görüşü keçirilib
|
Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalisin Azərbaycandakı siyasi partiyaların rəhbərləri ilə görüşü keçirilir. KƏLAMİNFO xəbər verir ki, ATƏT-in Bakı ofisinin rəhbəri Ali Bilgə Cankorelin də qatıldığı görüşdə Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, BAXCP sədri Qüdrət Həsənquliyev, YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ALP sədri Əvəz Temirxan və Ümid Partiyasının sədri İqbal Ağazadə iştirak edirlər.
|
15.03.11 Məqaləni oxumaq
|
|
|
Azərbacanda ard-arda üç dəfə 3,5 bal gücündə zəlzələ olub
|
Bu gün yerli yaxtla saat 11:52:25-də Şirvan şəhərindən 40 km şimali-şərqdə , 12 ballıq cədvəl üzrə episentrdə 3.5 bal gücündə zəlzələ olub. AMEA-nın Respublika Seismoloji Xidmət Mərkəzindən KƏLAMİNFO-ya verilən məlumata görə, zəlzələ Şirvan və Hacıqaqbulda 3.0 bal , Sabirabadda 2.0 bala qədər hiss edilib. İnsan təlafatı və tikililərdə dağıntı yoxdur.
Bundan bir qədər sonra saat 12:14:42-də Şirvan şəhərindən 35 km şimalda, 12 ballıq cədvəl üzrə yenə episentrdə 3.5 bal gücündə yeraltı təkanlar qeydə alınıb zəlzələ Şirvan və Hacıqaqbulda 3.0 bal , Sabirabadda 2.0 bala qədər hiss edilib. İnsan təlafatı və tikililərdə dağıntı yoxdur.
Dahasonra yenə yerli yaxtla 12:26:41-də Şirvan şəhərindən 35 km şimalda zəlzələ baş verib. Bu dəfə zəlzələ hiss olunmayıb.
|
15.03.11 Məqaləni oxumaq
|
|
|
ATƏT-in Minsk Qrupunun həmsədrləri bu gün Azərbaycana gəlirlər
|
ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa) və İqor Popov bu gün Azərbaycana gəlirlər. KƏLAMİNFO xəbər verir ki, vasitəçilər səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair son durumu, atılacaq növbəti addımları, habelə cəbhə xəttində atəşkəs rejiminin son vaxtlar tez-tez pozulması və 9 yaşlı Fariz Bədəlovun snayperlə qətlə yetirilməsi məsələlərini müzakirə edəcəklər.
Həmsədrlərin Azərbaycan rəsmiləri ilə görüşləri martın 15-nə nəzərdə tutulur. Danışıqları başa vurduqdan sonra həmsədrlər İrəvana yola düşəcəklər.
|
14.03.11 Məqaləni oxumaq
|
|
|
ABŞ Dövlət Departamentinin sözçüsü Filipp Krouli istefa verib
|
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Flip Kroli istefa verib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, F.Krolinin istefasına səbəb keçən həftə ABŞ-ın Massaçusets ştatındakı universitetdə keçirilən tədbirdə BBC telekanalının müxbirinin sualına verdiyi cavabdır. O, Müdafiə Nazirliyinin “WikiLeaks” sənədlərini sızdırmaqda günahlandırılan Bradley Manninqə olan davranışı “axmaq rəftar” adlandırıb.
Eyni sual həmçinin ABŞ prezidenti Barak Obamayada verilib. O, Manninqin həbs şərtləri ilə bağlı Pentaqondan zəmanət aldığını qeyd edib. CNN kanalı siə Krolinin Ağ Evin təzyiqi ilə istefaya getdiyini bildirib.
ABŞ dövlət katibi Hillari Klinton isə istefanı kədərlə qəbul etdiyini söyləyib.
|
14.03.11 Məqaləni oxumaq
|
|
|
Liviyada “Əl-Cəzirə” telekanalının operatoru qətlə yetirilib
|
“Əl-Cəzirə” telekanalının operatoru Əli Həsən əl Cabir Liviyanın şərqində Benğazi şəhərində naməlum silahlılar tərəfindən atəşə tutulub. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, telekanalın çəkiliş qrupunda Əli Həsən əl Cabirlə yanaşı bir müxbirdə yaralanıb. Həlak olan operatorun 3 güllə yarası aldığı bildirilir..
Qeyd edək ki, Əli Həsən əl Cabir Liviyada həlak olan ilk jurnalistdir.
|
14.03.11 Məqaləni oxumaq
|
|
|
Bakı məktəbliləri arasında rəsm müsabiqəci keçiriləcək
|
Martın 17-də Bakı məktəbliləri arasında ümummilli lider Heydər Əliyevin 88–ci ildönümünə həsr olunan rəsm işləri üzrə müsabiqə keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən veriblər.
Paytaxtın 152 saylı orta məktəbində təşkil olunacaq müsabiqədə VII–XI sinif şagirdləri iştirak edəcəklər. Müsabiqənin yekununda Bakının hər rayonundan 1 nəfər olmaqla 11 qalib seçiləcək. Qaliblərin işləri respublika turunda iştirak etmək üçün Təhsil Nazirliyinə təqdim olunacaq.
|
14.03.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanı “Eurovision-2011” Mahnı Müsabiqəsində “Running Scared” mahnısı təmsil edəcək
|
Azərbaycan “Eurovision 2011” mahnı müsabiqəsində “Running Scared” mahnısı ilə təmsil olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsi məlumat yayıb. Münsiflər heyəti bu balladanı 70 mahnı arasından seçib.
Xatırladaq ki, İTV-nin yanvar ayının 10-dan etibarən bir ay müddətində elan etdiyi mahnı müsabiqəsinə yerli bəstələrlə yanaşı, xarici bəstələr də təqdim olunub.
Şirkətin Baş direktoru, münsiflər heyətinin sədri İsmayıl Ömərov seçimin çox çətin olduğunu, amma sonda 5 mahnı sırasından güclü mahnının seçildiyini bildirib.
|
14.03.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 3 4 5 6 7 8 9 10 11 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|