Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 3.2011
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Ziyafət Əsgərov: “Nə qədər ki, torpaqlarımızı işğaldan azad etməmişik büdcədən qənaətlə istifadə etməliyik”
    “Yaxın 15-20 ildə Azərbaycan neftdən olunan transferlərindən bütün sahələrdə artıqlaması ilə istifadə olunacaq. İndi ölkə müharibə şəraitində olduğu üçün sadəcə bunu edə bilmirik”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin vitse- spikeri Ziyafət Əsgərov bildirib. O, qeyd edib ki, Azərbaycan torpaqları nə qədər ki, işğaldan azad olmayıb hər an müharibə etmə ehtimalı güclüdür, buna maddi cəhətdən də daim hazır olmaq lazımdır. “Biz indi maaşları və təqaüdləri daha yüksək formada qaldırıb və sabah müharibə edəcəyimiz təqdirdə necə deyək ki, qaldırdığımız məvacibləri yenidən endiririk? Müharibə şəraitində bu əhali arasında sərt reaksiya ilə qarşılana bilər”,-deyə vitse-spiker vurğulayıb. Onun sözlərinə görə, nə qədər ki, torpaqlarımızı işğaldan azad etməmişik büdcəmizdən qənaətlə istifadə etməliyik. “Çünki, bizim hər an müharibə etmə ehtimalımız var və müharibə də ciddi xərc tələb edir. Biz buna hazır olmalıyıq”,-deyə Z.Əsgərov əlavə edib.
    16.03.11 Məqaləni oxumaq
     
    ATƏT-in Minsk Qrupunun həmsədrləri xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər
    Azərbaycanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri - Bernar Fasie (Fransa), Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycan rəsmiləri ilə görüşlərə başlayıblar. KƏLAMİNFO xəbər verir ki, həmsədrlər ilk olaraq xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların indiki vəziyyəti müzakirə edilib. Qeyd edək ki, həmsədrlər bu gün prezident İlham Əliyevlə də görüşəcəklər. Onlar Dağlıq Qarabağa qiymətləndirici missiyanın yekunlarına dair hesabatı prezident İlham Əliyevə təqdim edəcəklər. Sabah ATƏT-in Minsk Qrupunun həmsədrləri sabah İrəvanda görüşlər keçirəcəklər.
    16.03.11 Məqaləni oxumaq
     
    Milli Məclisdə ABŞ-ın antisemitizmin monitorinqi və ona qarşı mübarizə üzrə xüsusi elçisi ilə görüş olub
    Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov ABŞ-ın antisemitizmin monitorinqi və ona qarşı mübarizə üzrə xüsusi elçisi xanım Hanna Rozentalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən veriblər. Deputat Y.Abramov qonaqlara Azərbaycanın iqtisadi uğurları, bölgədəki nüfuzlu mövqeyi, ABŞ-la strateji müttəfiqliyi barədə məlumat verib. Bildirib ki, ölkəmizdə antisemitizm əlamətləri heç vaxt olmayıb. “Azərbaycan tolerant dövlətdir, burada məscid, kilsə və sinaqoqlar yanaşı fəaliyyət göstərir, hər üç dinə etiqad edənlər öz inanclarında azaddırlar. Dövlət başçısının təşəbbüsü ilə burada yaşayan 20 mindən çox dağ yəhudisi üçün paytaxtın mərkəzində yeni sinaqoq inşa olunub”,-deyə deputat vurğulayıb. Bakıya səfərin məramını açıqlayan nümayəndə heyətinin başçısı xanım Hanna Rozental Azərbaycanın dini müxtəlifliyinə, buradakı tolerantlığa heyran qaldıqlarını bildirib.
    16.03.11 Məqaləni oxumaq
     
    Almaniyada Zərifə Əliyevanın ad gününə həsr edilmiş poçt markası təqdim olunub
    Almaniyanın Maqdeburq şəhərində oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ad gününə həsr edilmiş poçt markası təqdim olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən veriblər. Üç min tirajla dövriyyəyə buraxılmış poçt markası bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diasporunun Almaniyadakı Mərkəzi Şurasının prezidenti Tengis Sade Baron zu Romkerhallın təşəbbüsü və səyi nəticəsində hazırlanıb.
    16.03.11 Məqaləni oxumaq
     
    Avropa Birliyinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri ADU-da olub
    Avropa Birliyinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Roland Kobia Azərbaycan Dillər Universitetində (ADU) “Şərq əməkdaşlığı və Avropa Birliyi-Azərbaycan münasibətlərinin vəziyyəti” mövzusunda təqdimatla çıxış edib. Çıxışı zamanı R. Kobia Avropa Birliyinin yaranma tarixi, Avropa Birliyi-Azərbaycan münasibətləri, eləcə də Şərq əməkdaşlığından geniş şəkildə danışıb. Bu barədə KƏLAMİNFO-ya ADU-nun mətbuat xidmətindən məlumat verilib. Nümayəndəliyin rəhbəri Avropa Birliyinin dünyada ilk inkişaf edən iqtisadi təşkilat olduğuna toxunaraq, AB-də 23 rəsmi dilin olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. R.Kobianın dediyinə görə, Avropa Birliyində üzv dövlətlərin könüllü iştirakı, bərabər əsasda bütün üzvlərin qərar qəbul etməsi, tam şəffaf iştirak sistemi var ki, bunların heç biri SSRİ-də olmayıb. AB-Azərbaycan əlaqələrinin tarixinin 1990-cı illərdən başlandığını deyən səfir əlaqələrin daha da genişlənməsindən söz açıb. Bundan əlavə, Şərq əməkdaşlığına toxunan R.Kobia bu əməkdaşlığın demokratiya, insan hüquqları, yaxşı idarəetmə, bazar iqtisadiyyatı üzərində qurulduğunu qeyd edib.
    15.03.11 Məqaləni oxumaq
     
    “Xalq komputeri” layihəsi çərçivəsində satılan komputerlərin sayı 12020-ə çatıb
    Azərbaycanda həyata keçirilən “Xalq komputeri” layihəsi çərçivəsində satılan kompyuterlərin sayı artıb. KƏLAMİNFO xəbər verir ki, sözügedən layihə çərçivəsində satılan kompyuterlərin sayı artıq 12020-ə çatıb. Qeyd edək ki, layihənin operatoru BestComp Group şirkətidir. Sonralar layihəyə İT sahəsində digər avadanlıq və xidmət təchizatçıları da qoşulublar. Komputerlərin çatdırılması və ödənişlərin qəbulu “Azərpoçt” MMC vasitəsilə həyata keçirilir. “Xalq komputeri” layihəsinin hazırkı mərhələsinin əsas məqsədi orta ümumtəhsil məktəbləri və ali təhsil müəssisələrinin müəllim, tələbə və şagirdlərinə, eləcə də dövlət müəssisələrinin işçilərinə güzəştli şərtlərlə bazar qiymətindən ucuz və ödəniş müddətini 12 ay uzatmaqla kompüter əldə etmək imkanı yaratmaqdır. Xatırladaq ki, ötən həftə sözügedən layihə çərçivəsində satılan komputerlərin sayı 11800 olub.
    15.03.11 Məqaləni oxumaq
     
    ABŞ Dövlət Departamentinin müsəlman icmaları ilə iş üzrə xüsusi nümayəndələri Bakıda səfərdədirlər
    ABŞ Dövlət Departamentinin müsəlman icmaları ilə iş və antisemitizmə qarşı mübarizə üzrə xüsusi nümayəndələri xanımlar Farah Pandit və Hanna Rozental Azərbaycanda səfərdədirlər. KƏLAMİNFO xəbər verir ki, ölkəmizə səfəri çərçivəsində xüsusi nümayəndələrin Azərbaycan rəsmiləri, vətəndaş cəmiyyətinin nümayəndələri və gənclərlə görüşləri nəzərdə tutulub. Görüşlərdə fanatizmlə mübarizə yolları müzakirə olunacaq. Bundan əlavə, xüsusi nümayəndələr “2011-Nifrət əleyhinə saatlar” kampaniyasını təqdim edəcəklər.
    15.03.11 Məqaləni oxumaq
     
    Türkiyədə 4.1 bal gücündə zəlzələ olub
    Bu gün səhər Türkiyədə zəlzələ olub. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, zələzlə Vanda 4.1 bal gücündə qeydə alinib. Zəlzələnin episentri Vanın yaxınlığında Saray qəsəbəsində olub. Zəlzələ nəticəsində zərərçəkənlər və dağıntılar haqqında heç bir məlumat verilmir.
    15.03.11 Məqaləni oxumaq
     
    AŞPA-nın yaz sessiyasının gündəliyinə Azərbaycanla bağlı məsələ daxil edilməyib
    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bürosu Parisdə keçirilmiş yığıncağında qurumun aprelin 11-dən 15-dək davam edəcək yaz sessiyasının gündəliyini təsdiq edib. KƏLAMİNFO xəbər verir ki, yaz sessiyasının ilk günündə büronun və daimi komitənin qış sessiyasından keçən dövr ərzindəki fəaliyyətinə dair hesabat dinləniləcək, Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu rəhbərlik etdiyi qurumun işindən danışacaq, deputatların ona ünvanlayacağı yazılı və şifahi suallara cavab verəcək.
    15.03.11 Məqaləni oxumaq
     
    Sabah parlamentdə hökumətin hesabatı dinləniləcək
    Sabah hökumət Milli Məclisin növbəti iclasında hesabat verəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən veriblər. İclasda hökumətin ötən bir illik fəaliyyətinə dair hesabatını baş nazir Artur Rasizadə tərəfindən təqdim edilməsi gözlənilir. Milli Məclisin sabahkı iclasına müxtəlif nazirlik və dövlət komitələrinin rəhbərləri də qatılacaq.
    15.03.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Mar.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031