Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 3.2011
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Elmar Məmmədyarov Meksikada rəsmi səfərdədir
    Xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatlarında rəsmi səfərdədir. KƏLAMİNFO xəbər verir ki, martın 29-dək davam edəcək səfər çərçivəsində E. Məmmədyarovun Meksikanın xarici işlər naziri xanım Patrisiya Espinoza, Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşləri, Meksika Diplomatik Akademiyasının təşkil etdiyi “Azerbaijan’s Foreign Policy: Challenges and Prirorities” (Azərbaycanın xarici siyasəti: çağırışlar və prioritetlər) mövzusunda elmi konfransda iştirakı planlaşdırılıb. Azərbaycanın xarici siyasət idarəsinin rəhbərinin yerli mətbuat nümayəndələri ilə görüşü də nəzərdə tutulub.
    29.03.11 Məqaləni oxumaq
     
    Millət vəkili: “Müxalifət korrupsiyaya qarşı mübarizədə çirkli pulların yuyulduğu məkana çevrilməməlidir”
    “Azərbaycanda korrupsiyaya qarşı mübarizəni prezidentin könülü, hər hansı kənar indekslər və kənar dalğalar olmadan seçdiyi göz qabağındadır”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. O həmçinin qeyd edib ki, bu iş qanunvericilik müstəvisində aparılmalıdır ki, qanunlardakı boşluqlardan istifadə edilməsin. “Mən bu müstəvidə aparılan işlərlə bağlı çoxsaylı misallar göstərə bilərəm. Son iki ayda baş verən proseslər fonunda vətəndaşların da dövlətdə gedən proseslərə xüsusi etimadının yarandığını kimsə inkar edə bilməz”,-deyə millət vəkili vurğulayıb. Z.Oruc bəzilərindən fərqli olaraq, korrupsiyaya qarşı mübarizənin bolşevik ruhu ilə aparılmasını düzgün hesab etmir. “Çünki bu, dünya tarixində çox mənfi nəticələr doğurub, Azərbaycanda da ciddi problemlər meydana çıxara bilər. Mənim anlamımda, cənab prezidentin də qeyd etdiyi kimi, bu proses davamlı olmalıdır. Yaxın aylarda ola bilər ki, kadr islahatlarının, ayrı-ayrı şəxslərin istefaya göndərilməsinin şahidi olaq. Bu prosesin davamlı xarakter alması üçün biz çox işləməliyik. Müxalifət də bu mübarizədə kimlərəsə sığorta sənədi verməməli, çirkli pulların yuyulduğu məkana çevrilməməlidir,-deyə o, əlavə edib.
    29.03.11 Məqaləni oxumaq
     
    Azərbaycan RRB-nin Qazaxıstanda keçirilən iclaslarına qatılacaq
    Aprelin 01-də Qazaxıstanın Almatı şəhərində Regional Rabitə Birliyinin (RRB) Poçt Rabitəsi üzrə Komissiyasının 32-ci və RRB-nin Poçt Rabitəsi Operatorları Şurasının 21-ci bircə iclası keçiriləcək. Toplantıda üzv kimi Azərbaycan da iştirak edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən veriblər. Azərbaycanı tədbirlərdə RİTN-nin Poçt sektorunun müdiri Novruz Məmmədov təmsil edir. Tədbirdə poçt xidmətlərinin bütövlüyü, davamlılığı və təhlükəsizliyinə dair məsələlər, birgə poçt markalarının buraxılması layihəsi, eləcə də RRB çərçivəsində ekspress-poçt (EMS) sisteminin yaradılmasına dair konsepsiyanın həyata keçirilməsi və digər vacib istiqamətlər müzakirə olunacaq. Birgə iclasdan qabaq 29-31 mart tarixlərində Ümumdünya Poçt İttifaqının “Xidmət keyfiyyətinin yüksəldilməsi” adlı Strateji regional layihəsi çərçivəsində, yerlərdə təyin olunmuş poçt operatorlarına köməkliyin göstərilməsi üzrə regional yanaşmaya dair məsələlərə həsr olunmuş seminar keçiriləcək.
    28.03.11 Məqaləni oxumaq
     
    Bu gün Azərbaycanın milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günüdür
    Bu gün Azərbaycanın milli təhlükəsizlik orqanları əməkdaşları peşə bayramlarını qeyd edirlər. KƏLAMİNFO xəbər verir ki, peşə bayramı ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üzərinə əklil qoyublar. MTN işçiləri görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstəsi qoyublar. Nazirliyin əməkdaşları sonra Şəhidlər Xiyabanına gələrək, ölkəmizin müstəqilliyi uğrunda canlarından keçən oğul və qızlarımızın unudulmaz xatirəsini yad edib, məzarları üstünə gül dәstәlәri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Xatırladaq ki, 1919-cu il mart ayının 28-də Azәrbayҹan Demokratik Respublikasının Hərbi naziri Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi Məmməd bəy Sulkeviçin imzaladıqları 157 saylı əmrlə Hərbi Nazirliyinin Baş Qərargahının general-kvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb.
    28.03.11 Məqaləni oxumaq
     
    Politoloq: “Bəzi iri gücə sahib ölkələr açıq-aşkar Liviyanı işğal etmək marağındadırlar”
    “Artıq cərəyan edən proseslər ondan xəbər verir ki, bəzi iri gücə sahib ölkələr açıq-aşkar Liviyanı işğal etmək marağındadırlar”. Bu fikirləri KƏLAMİNFO-ya müsahibəsində politoloq Ərəstun Oruclu bildirib. O, qeyd edib ki, xalqı diktator rejimindən qurtarmaq missiyası ilə orada iştirak edənlər də var. “Amma NATO-da Türkiyənin bu işğala veto qoyması müsbət haldır. Liviyanı İraq və Əfqanıstanın vəziyyətinə salmamaq lazımdır. Liviyanı Qəzzafi ailəsinin işğalından xilas etmək lazımdır. Əgər koalisiya qüvvələri bunu etmək istəyirlərsə, onda yaxşıdır. Yox əgər Liviyanı Qəzzafinin işğlından azad edib, özləri işğal altında saxlamaq istəyirlərsə, bu, yaxşı niyyət deyil. Belə olsa, bu, İraq və Əfqanıstandan daha pis nəticələr verəcək. Çünki xalq silahını ona qarşı yönəlmiş qüvvələrə tuşlayacaq və daha böyük faciələr baş verəcək. Hələləik atılmış addımlar Qəddafni devirməyə yönəlmiş addımlardır, amma gələcəkdə nə olacaq, demək çətindir”,-deyə ekspert məsələyə münasibət bildirib.
    28.03.11 Məqaləni oxumaq
     
    Azərbaycan Silahlı Qüvvələrinin iki yüksək rütbəli zabiti yol qəzasına ölüb
    Azərbaycan Silahlı Qüvvələrinin iki yüksək rütbəli zabiti yol qəzasına düşüb. KƏLAMİNFO-nun qərb bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, hadisə martın 27-də gecə qeydə alınıb. İçərisində zabitlərin olduğu “Mercedes” markalı avtomobil Şəmkir rayonu ərazisində yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin içində olan şəxslər, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin qərargah rəisi, mayor Nəsimi Xankişiyev və rabitə bölüyünün rəis müavini, mayor Tahir Məmmədov aldıqları xəsarətlər nəticəsində hadisə yerində ölüblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
    28.03.11 Məqaləni oxumaq
     
    V.L.Komarov adına Botanika İnstitutu ilə AMEA Botanika İnstitutu arasında müqavilə izalanıb
    Rusiya Elmlər Akademiyasının V.L.Komarov adına Botanika İnstitutunun (Sankt-Peterburq) alimləri - iki dəfə Rusiyanın Dövlət Mükafatı laureatı, REA-nın müxbir üzvü, Herbari şöbəsinin müdiri Rudolf Vladimiroviç Kamelin, b.e.d. Olqa Petrovna Kamelina, b.e.n. İqor Germanoviç Leviçev və b.e.n. Lyudmila Stepanovna Krasovskaya AMEA Botanika İnstitutunda olublar. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, qonaqlar institutun direktoru Validə Əli-zadə ilə görüşüblər. Görüşdə gələcək əməkdaşlıq əlaqələri istiqamətində razılıqlar əldə edilib və elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb.
    28.03.11 Məqaləni oxumaq
     
    Türkiyədə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar konfrans keçiriləcək
    Martın 30-da Türkiyənin İğdır şəhərində 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar konfrans keçiriləcək. Türkiyə Azərbaycan Dərnəyindən KƏLAMİNFO-ya verilən məlumata görə, İğdır və bölgədə Azərbaycan türklərinə qarşı soyqırımlar və erməni iddiaları mövzunda keçiriləcək konfransda hər iki ölkədən olan ziyalılar, Azərbaycan Milli Məclisinin deputatları, qeyri-hökumət təşkilatlarının təmsilsiləri iştirak edəcəklər. Tədbirdə ermənilərin Azərbaycanın tarixi torpaqlarında xalqımıza qarşı törətdiyi soyqırımla bağlı müzakirələr aparılacaq, həmin hadisələrə həsr olunmuş film nümayiş etdiriləcək. Konfrans çərçivəsində Ermənistanın “Metsamor” AES-nin fəaliyyətinin dayandırılması üçün çağırışlar ediləcək.
    28.03.11 Məqaləni oxumaq
     
    Qurban Yetirmişli “Qafqazda seysmik təhlükəsizlik” mövzusunda keçirilən konfransda iştirak edib
    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru Qurban Yetirmişli Gürcüstanda səfərdə olub. Səfəri çərçivəsində AMEA RSXM-in Baş direktoru NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində “Qafqazda seysmik təhlükəsizlik” mövzusunda keçirilən konfransda iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən veriblər.
    28.03.11 Məqaləni oxumaq
     
    Bakıda Azərbaycan və Avropa İttifaqı arasında plenar iclas keçiriləcək
    Azərbaycan və Avropa İttifaqı arasında Assosiasiya Sazişi layihəsi üzrə danışıqların aparılması məqsədilə Brüsseldə növbəti plenar iclas keçirilib. Hesablama Palatasından KƏLAMİNFO-ya verilən məlumata görə, İşçi Qrupları çərçivəsində (WG3) Hesablama Palatasının nümayəndəsinin iştirakı ilə keçirilən iclasda Assosiasiya Sazişinin dövlət maliyyəsinin idarə olunması və maliyyə nəzarəti bölməsinə aid olan məsələlər müzakirə olunub, Avropa İttifaqı tərəfindən hazırlanmış sənədin layihəsinə dair fikir mübadiləsi aparılıb və sənədin yekun variantı barədə ümumi razılığa gəlinib. Görüşün sonunda növbəti plenar iclasın cari ilin may ayında Bakıda keçirilməsi qərara alınıb.
    28.03.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Mar.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031