Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 3.2011
    Səhifələr : #  8 9 10 11 12 13 14 15 16  #
    Bülənt Aras: “Azərbaycanla Ermənistan arasında hərbi münaqişə başlasa, Türkiyə Azərbaycana hərbi yardım edə bilər”
    Azərbaycanla Ermənistan arasında hərbi münaqişə başlasa, Türkiyə Azərbaycana hərbi yardım edə bilər. KƏLAMİNFO xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdrmalar Mərkəzinin direktoru, xarici işlər nazirinin müşaviri Bülənt Aras deyib. "Türkiyə regionda hərbi münaqişənin olmasını arzulamır. Lakin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müharibə başlayarsa, Türkiyənin hərbi yardım etməsi istisna deyil",-deyə B.Aras bilidirb. Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş" imzalanıb.
    07.03.11 Məqaləni oxumaq
     
    Milli Məclisin deputatları AŞPA komitələrinin iclaslarında iştirak edəcəklər
    Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev bir sıra tədbirlərə qatılmaq üçün sabah Parisə səfər edcəklər. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, deputatlarımız öncə AŞPA komitələrinin iclaslarında iştirak edəcək, Parlament Assambleyasında islahatlar barədə fikirlərini bölüşəcəklər. Qurumun Siyasi işlər komitəsində “Səsvermə hüququ üçün yaş həddinin 16-ya endirilməsi yolu ilə demokratiyanın təşviqi”nə dair müzakirələr aparılacaq. Belarusda, Tunisdə və Yaxın Şərqdə vəziyyət araşdırılacaq. İclasda Əfqanıstandan ixrac edilən narkotik maddələrin Avropa üçün təhlükəsi, həmçinin İranın nüvə proqramı məsələlərinə də baxılacaq. Daimi komitədə Aralıq dənizi bölgəsində ətraf mühitin mühafizəsi, Rodos və Kos adalarının türk mənşəli əhalisinin vəziyyəti, biometriyanın insan hüquqlarına təsiri, eləcə də qadınlara qarşı zorakılıqla mübarizə məsələləri gündəmdə olacaq.
    07.03.11 Məqaləni oxumaq
     
    Xarici işlər naziri Elmar Məmmədyarov bu gün İrana rəsmi səfərə gedəcək
    Xarici işlər naziri Elmar Məmmədyarov bu gün İrana rəsmi səfərə gedəcək. KƏLAMİNFO xəbər verir ki, səfərdə məqsəd İran-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclasında iştirak etməkdir. Komissiyaya Azərbaycan tərəfdən Elmar Məmmədyarov, İran tərəfdən bu ölkənin xarici işlər naziri Əli Əkbər Salehi rəhbərlik edir. E.Məmmədyarovun səfər çərçivəsində bir sıra rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur. Görüşlərdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlər müzakirə olunacaq.
    07.03.11 Məqaləni oxumaq
     
    B.Aras: “Türkiyənin Cənubi Qafqaz siyasətində Azərbaycanının xüsusi yeri var”
    Türkiyə ilə Azərbaycan qardaş dövlətdir və hazırda rəsmi Ankaranın Cənubi Qafqaz regionundakı siyasətində Azərbaycanının xüsusi yeri var. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Türkiyə Xarici İşlər Nazirliyi (XİN) nəzdində Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Bülənt Aras söyləyib.
    07.03.11 Məqaləni oxumaq
     
    Komitə sədri: “Son yarım ildə Azərbaycanda sığorta institutları sürətlə inkişaf edir”
    “Son yarım ildə Azərbaycanda sığorta institutları sürətlə inkişaf edir”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. Bu halın ölkə vətəndaşlarının maliyyə təhlükəsizliyinə xidmət edən ən yaxşı vasitələrdən hesab edən H.Rəcəbli qeyd edib ki, qanunvericilikdə də edilən müvafiq əlavələr buna geniş təkan verəcək. “Xüsusilə nəqliyyat vasitələrində bu sistemin gücləndirilməsi beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Hesab edirəm ki, sığorta ilə bağlı qanunvericilikdə edilən əlavə və dəyişikliklər yaxın zamanlarda Azərbaycanın bu sahədə daha nümunəvi dövlət olmasına gətirib çıxaracaq”,-deyə komitə sədri vurğulayıb.
    07.03.11 Məqaləni oxumaq
     
    Azərbaycanın bir qrup təhsil işçisi Gürcüstanda olub
    Bu günlərdə Gürcüstanın Batumi şəhərində Almaniyanın Konrad Adenauer Fondu və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Demokratiya sizinlə başlayır” layihəsi çərçivəsində müəllimlərin konfransı keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Konfransda Azərbaycanı Bakıdakı 5, 238, 279 və 308 nömrəli, Gəncədəki 21 nömrəli, Astaradakı 1 və 2 nömrəli, Maşxan kənd, Qusar rayonundakı 6 nömrəli, Göyçaydakı 3 nömrəli orta məktəblərində çalışan 10 nəfər müəllim və Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Sevil Məmmədova təmsil ediblər. Gürcüstan və Ermənistandan dəvət olunan təhsil işçiləri, beynəlxalq mütəxəssislərin də qatıldığı tədbirdə layihə çərçivəsində görülən işlər, ölkəmizdə həyata keçirilən beynəlxalq layihələr, əldə edilən uğurlarla bağlı Azərbaycan nümayəndələrinin təqdimat və çıxışları dinlənilib. Üç gün davam edən konfransda layihə ilə bağlı problemlər və qarşıda duran vəzifələr də ətraflı müzakirə olunub.
    05.03.11 Məqaləni oxumaq
     
    Ramiz Rzayevin sədrliyi ilə Ali Məhkəməsinin növbəti Plenumu keçirilib
    Bu gün Ramiz Rzayevin sədrliyi ilə Ali Məhkəməsinin növbəti Plenumu keçirilib. KƏLAMİNFO xəbər verir ki, R.Rzayev Plenum iclasını açaraq bildirib ki, mənəvi dəyərlərə böyük zərbə vuran, qloballaşan dünyada bəşəriyyətin ümumi bəlasına çevrilən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində ölkəmizdə dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunub, bu məqsədlə bir sıra təşkilati-hüquqi və əməli tədbirlər həyata keçirilib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası yaradılıb, bu ağrılı bəlaya qarşı mübarizə ümumdövlət vəzifəsi hesab edilib. Ölkə Prezidentinin 28 iyun 2005-ci il tarixli Fərmanı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının dövriyyəsi haqqında” AR Qanunu və digər hüquqi aktlar qəbul edilib.
    05.03.11 Məqaləni oxumaq
     
    Milli Məclisin növbəti iclası öz işinə başlayıb
    Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, iclasın gündəliyində bir neçə qanun layihələrinin müzakirəsi daxil edilib. Bunlar “Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi”, “TRASEKA multimodal daşımalarının inkişafı haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi, “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihəsi”, “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi”, “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında diplomatik və xidməti∕xüsusi pasportlara malik olan şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələrdir.
    05.03.11 Məqaləni oxumaq
     
    Spiker: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun rəhbəri dəyişsə də, mahiyyəti dəyişməyəcək"
    "Ciddi hazırlıqlarla ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun rəhbəri dəyişsə də, təəssüf ki, mahiyyəti dəyişməyəcək". KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov bildirib. Spiker bu qurumun fəaliyyətinə xeyli tənqidi yanaşıb. "Mən seçkilər ərəfəsində Azərbaycana gələn institut rəhbərliyi ilə görüşdə sual etdim ki, siz hazır reseptlə gəlmisiniz, yoxsa normal müşahidə aparacaqsınız? Bildirdilər ki, bizim hazır reseptimiz olmur. Ancaq illərdir görürük ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu Azərbaycana həmişə hazır reseptlə gəlir. AŞPA və ATƏT PA-nın qərarı qalır bir tərəfdə, 10-12 saat danışıq keçirir, sonra öz fikirlərini deyib gedirlər. Ona görə qurumun rəhbəri dəyişsə də, mahiyyəti dəyişməyəcək",-deyə spiker vurğulayıb.
    05.03.11 Məqaləni oxumaq
     
    Ali təhsilin “bakalavr” pilləsi “bakalavriat”la əvzlənib
    Nazirlər Kabineti “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”nın təsdiq edilməsi haqqında” müvafiq qərarına əlavə və dəyişikliklər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirlər Kabinetindən veriblər. Dəyişiklik Təhsil və Səhiyyə nazirliklərinin təklifləri nəzərə alınaraq edilib. Əlavə və dəyişikliyə əsasən “bakalavr pilləsi” sözləri “bakalavriat səviyyəsi” sözləri ilə əvəz edilib. “Təhsil haqqında” Qanunun “Humanitar və sosial ixtisaslar qrupu” bölməsində “Filologiya’ sözündən sonra “(dil və ədəbiyyat göstərilməklə)” sözləri əlavə edilib. “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsindən “139. 050802 Pediatriya” və “145. 050808 Tibbi biologiya” rəqəmləri və sözləri çıxarılıb, “140-144” və “146-150” rəqəmləri müvafiq olaraq “139-143” və “144-148” rəqəmləri hesab edilib. “Müalicə işi”, “Hərbi həkim işi”, “Tibbi profilaktika”, “Stomatologiya” sözlərindən sonra “*” işarəsi və cədvəldən sonra “* Bu ixtisaslar üzrə həkim hazırlığı aparılır” cümləsi əlavə edilib.
    04.03.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  8 9 10 11 12 13 14 15 16  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Mar.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031