|
Səhifələr : # « 12 13 14 15 16 17 18 19 20 » #
M.Qəddafi: “Xalq məni sevir, xalq mənimlədir, məni müdafiə emək üçün ölümə də hazırdır”
|
Etirazçı nümayişçilər “Əl-Qaidə” təşkilatının yaydığı narkotik maddələrin təsiri altındadır. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Liviya lideri Müəmmar Qəddafi BBC-yə müsahibəsində deyib. Onun sözlərinə görə, etirazçılar oğurladıqları silahdan istifadə edirlər, lakin Liviyanın təhlükəsizlik xidmətlərinə onlara atəş açmamaq əmri verilib. M.Qəddafi həmçinin xalqın onu sevdiyini və etiraz etmədiyini bildirib. Qəddafi küçələrdə heç bir nümayişin olmadığını vurğulayıb. Nümayişlərdən heç biri bizə qarşı deyil. “Mən prezident deyiləm. Onlar məni sevirlər, mənim xalqım mənimlədir. Onların hamısı məni istəyir. Onlar məni müdafiə etmək üçün ölümə də hazırdırlar,-deyə Liviya lideri əlavə edib.
Qərbin Liviyanı müstəmləkəyə çevirmək arzusunda olduğunu qeyd edən M. Qəddafi qərb liderlərinin ona xəyanətda ittiham edib.
|
01.03.11 Məqaləni oxumaq
|
|
|
SAMF Şamaxıda görüş keçirib
|
Söz Azadlığını Müdafiə Fondu (SAMF) Şamaxı tarix-diyarşünaslıq muzeyində görüş keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAMF-dan veriblər.
Görüşdə muzeyin direktoru Firqiyyə Zamanova muzeyin yaranma tarixindən, eksponatların mühafizəsindən, gündəlik fəaliyyətlərindən danışaraq qeyd edib ki, fəaliyyəti dövründə muzey 3 dəfə yerini dəyişib, sonuncu dəfə 2008-ci ildən keçmiş “Döyüş Şöhrəti” muzeyinin binasına köçüb.
|
01.03.11 Məqaləni oxumaq
|
|
|
Ombudsman Aparatının əməkdaşları ünvanlı sosial yardım və əlilliyin təyin edilməsi ilə əlaqədar şikayətləri araşdırıb
|
Bir sıra vətəndaşlar ünvanlı sosial yardımların və tibbi-sosial ekspert komissiyalarında əlilliyin təyin edilməsi zamanı problemlərlə üzləşdikləri ilə bağlı Ombudsman Elmira Süleymanovaya şikayət ediblər. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırma əsasında Ombudsman Aparatının və adı çəkilən nazirliyin əməkdaşları Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Biləsuvar və Cəlilabadda rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi mərkəzlərinin və müvafiq zona Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) rəhbərlərinin, həmçinin Müvəkkilin Cəlilabad Regional Mərkəzi nümayəndələrinin və vətəndaşların iştirakı ilə yerlərdə 3 günlük birgə araşdırma aparıblar. Ombudsman Aparatından KƏLAMİNFO-ya verilən məlumata görə, ünvanlı sosial yardımlarla bağlı imtina verilən ailələrin şikayətləri müvafiq sənədlər üzrə bir daha araşdırılıb və onların bəzilərinə köməklik göstərilib.
|
01.03.11 Məqaləni oxumaq
|
|
|
Dünya Azərbaycanlılarının III Qurultayı ilə bağlı ciddi hazırlıq işləri aparılır
|
Cari ilin iyul ayında Bakı şəhərində keçiriləcək Dünya Azərbaycanlılarının III Qurultayı ilə bağlı ciddi hazırlıq işləri aparılır. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat katibi Bəhruz Nəzərov söyləyib.
O qeyd edib ki, qurultaya hazırılqla bağlı xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarına da müvafiq tapşırıqlar verilib. Qurultayın dəqiq tarixinə gəlincə, B.Nəzərov qeyd edib ki, hələlik tarix dəqiqləşməyib. Onun sözlərinə görə, toplantıda Dünya Azərbaycanlılarının II qurultayından keçən dövr ərzində görülən işlər müzakirə olunacaq, eyni zamanda Azərbaycan diasporunun müasir dövrdə qarşısında duran vəzifələr, gələcək fəaliyyət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq. Komitə sözçüsü hazırda diaspor təşkilatlarının əvvəlki illərə nisbətən daha fəal fəaliyyət göstəridiklərinə də toxunub və əlavə edib ki, onların fəaliyyəti bundan sonra daha da aktivləşəcək.
Qeyd edək ki, DİDK-də növbəti qurultayın təşkili ilə bağlı Tədbirlər Planı hazırlanıb və İşçi qrup yaradılıb.
|
01.03.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda siyasi partiyaların tənzimlənməsi mövzusunda Dəyirmi masa keçiriləcək
|
Martın 7-8-i tarixlərində Azərbaycanda siyasi partiyaların tənzimlənməsi mövzusunda Dəyirmi masa keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ATƏT-in Bakı ofisindən veriblər.
Siyasi partiya qanunvericiliyinin müzakirə ediləcəyi tədbirdə Prezident Administrasiyası, Milli Məclisin vəzifəli şəxsləri, eləcə də 18 siyasi partiya nümayəndələri bir araya gələcək. Görüşün əsas məqsədi partiyaların tənzimlənməsinin təkmilləşdirilməsi və bu məsələdə Azərbaycan hökümətinə yardımçı olmaqdır.
Tədbir iştirakçıları siyasi partiyaların tənzimlənməsinə dair Venesiya Komissiyasının təlimatları ilə tanış olacaq. İclasda bu sahə üzrə beynəlxalq təcrübələr Azərbaycan modeli ilə paralel müzakirə ediləcək.
|
01.03.11 Məqaləni oxumaq
|
|
|
Bahar Muradova: “ATƏT PA sədrinin ölkəmizə səfəri zamanı Dağlıq Qarabağ problemi diqqət mərkəzində olacaq”
|
ATƏT-in Parlament Assambleyasının prezidenti Petros Eftimiu bu ilin may ayında Azərbaycana səfəri çərçivəsində ölkəmizlə təşkilat arasında münasibətlər, eləcə də digər məsələlər müzakirə olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə yap.org.az saytına açıqlamasında Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova məlumat verib.
“Biz xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsini diqqət mərkəzində saxlayacağıq. Təşkilatın bu problemin həllində öz fəallığını artırmaq zərurəti qurumun rəhbərinin nəzərinə bir daha çatdırılacaq”,-deyə vitse-spiker qeyd edib.
|
01.03.11 Məqaləni oxumaq
|
|
|
Rusiya prezidentinin rəsmi saytı prezidentlərin üçtərəfli görüşü barədə rəsmi məlumat yayıb
|
Rusiya prezidentinin rəsmi saytı martın 5-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü barədə rəsmi məlumat yayıb. KƏLAMİNFO kremlin.ru saytına istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan Rusiya prezidenti Dmitri Medvedyevin dəvəti ilə Soçiyə gələcəklər.
Üçtərəfli görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə olunacaq.
|
01.03.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 12 13 14 15 16 17 18 19 20 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|