|
Səhifələr : # 1 2 3 4 5 6 7 8 #
qhtxeber.az informasiya portalında dəyişikliklər baş verib
|
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qhtxeber.az informasiya portalında dəyişikliklər baş verib. Bu barədə məlumatı KƏLAMİNFO-ya qhtxeber.az saytından veriblər.
QHT sektorunun əsas tribunası olan qhtxeber.az-dakı dəyişikliklər vətəndaş cəmiyyəti təmsilçilərinin fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlib. Saytın redaktoru Jalə Tofiqqızı bildirib ki, QHT-lərin fəaliyyətinin qhtxeber.az-da geniş işıqlandırılması məqsədilə imkanlar daha da artırılıb. Saytda baş verən əsas yenilik isə QHT TV rubrikasının açılmasıdır. Belə ki, artıq saytda QHT sektorunun fəaliyyətində baş verən önəmli hadisələrin video görüntüləri də yer alacaq.
|
28.03.11 Məqaləni oxumaq
|
|
|
Bakıda 2011-ci ilin ən böyük təhsil sərgisi keçiriləcək
|
Aprelin 9-da Bakıda 2011-ci ilin ən böyük təhsil sərgisi açılacaq. Sərgidə Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, İsveç, Şimali Kipr, Türkiyə və bir sıra başqa ölkələrin universitetləri iştirak edəcəklər. KƏLAMİNFO xəbər verir ki, ümumilikdə, sərgidə 12 ölkənin 60 ali təhsil ocağı təmsil olunacaq.
Tələbələrə xaricdə sertifikatlaşdırılmış təhsil, MBA proqramları və dil kursları haqda ətraflı məlumatlar veriləcək. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq şərtlərini, ölkələrində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər və s. məsələlərlə bağlı sualları cavablandıracaqlar.
|
28.03.11 Məqaləni oxumaq
|
|
|
İranın xarici işlər naziri: “Bütün sahələrdə Ermənistan-İran əlaqələrinin genişlənməsinə ehtiyac var”
|
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iranlı həmkarı Əli Əkbər Salehi ilə görüşüb. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, görüşdə Əli Əkbər Salehi bütün sahələrdə Ermənistan-İran əlaqələrinin genişlənməsinə ehtiyac olduğunu vurğulayıb. Tərəflər həmçinin birgə investisiyalar və energetika sahəsində əməkdaşlığı genişləndirəcəklərini də bildiriblər.
Qeyd edək ki, Ermənistan prezident Serj Sarkisyanın başçılığı ilə erməni nümayəndə heyəti Novruz bayramıyla bağlı tədbirlərdə iştirak etmək üçün İranda səfərdədir.
|
28.03.11 Məqaləni oxumaq
|
|
|
Sabah Tiflisdə 10-cu Gürcüstan Beynəlxalq Neft, Qaz, İnfrastruktur və Enerji konfransı işə başlayacaq
|
Martın 29-30-u tarixlərində Gürcüstanın paytaxtı Tiflisdə 10-cu Gürcüstan Beynəlxalq Neft, Qaz, İnfrastruktur və Enerji Konfransı (GİOGİE 2011) keçiriləcək. Gürcüstanın Enerji, Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi, Regional İnkişaf və İnfrastruktur nazirlikləri, Gürcüstan Beynəlxalq Neft, Qaz Korporasiyası (GOGC) və Böyük Britaniya-Gürcüstan Ticarət Palatasının təşkilatçılığı ilə keçiriləcək beynəlxalq tədbirdə 150-dən çox qonağın iştirak edəcəyi gözlənilir. Konfransda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzini (SAM) enerji məsələləri üzrə ekspert Gülmirə Rzayeva iştirak edəcək. SAM-ın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumatia görə, tədbirdə Gürcüstanın neft, qaz, energetika və infrastrukturu sektorunda son işləmələr, beynəlxalq enerji təhlükəsizliyi, Xəzər-Qara Dəniz enerji koridoru, regional enerji layihələri, nəqletmə, beynəlxalq və yerli neft-qaz şirkətlərinin əməkdaşlıq imkanları, Azərbaycanın enerji siyasəti və digər bu kimi məsələlər əsas müzakirə mövzuları olacaq.
|
28.03.11 Məqaləni oxumaq
|
|
|
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
|
Novruz bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik edib. QMİ-dən KƏLAMİNFO-ya verilən məlumata görə, təbrikdə A.Paşazadə bildirib ki, sizi xalqımızın qədim və gözəl bayramı- Novruz münasibətilə ürəkdən təbrik edir, hamınıza Allah-taaladan səadət və rifah, bol bayram sevinci və xeyirli günlər arzulayıram.
“Novruz Azərbaycan xalqının çoxəsrlik tarixində özəl və milli önəmi olan bayramlardandır. Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirir. Bu bayramda savaşlar dayandırılır, küsülülər barışır, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşürlər. Bu əziz günlərdə dünyadan gedənlərə rəhmətdiləmək, valideynləri, ağbirçək və ağsaqqalları yada salmaq, ailə məhəbbətini və dosluq tellərini bərkitmək xalqımızın milli mədəniyyətinin ən gözəl nümunəsidir.
|
19.03.11 Məqaləni oxumaq
|
|
|
|
Səfir H.Kılıc: “Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına hazırlıq gedir”
|
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına hazırlıq gedir. KƏLAMİNFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib. “Bir qədər əvvəl toplantının bu ilin birinci yarısında olacağını söyləəmişdim. Yəqin ki, iclas may, ya da iyunda keçirilə bilər. Hazırda texniki məsələlər həll olunur”,-deyə səfir qeyd edib.
Səfir Azərbaycan və Türkiyənin xarici işlər nazirləri arasında mütəmadi telefon danışıqlarının olduğunu, danışıqlarda Qarabağ probleminin həllinə dair məsələlərin müzakirə edildiyini bildirib.
H. Kılıç Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirlərini bəyəndiklərini, dəstəklədiklərini də bildirib: “Bu tədbirlər Azərbaycanın dünyada yerini daha da möhkəmləndirməsinə və ölkənin iqtisadi inkişafına daha da kömək edəcək”,-deyə H.Kılıc vurğulayıb.
|
18.03.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanın NATO PA-dakı nümayəndələri qurumun “Rouz-Rout” seminarına qatılacaqlar
|
Martın 23-dən 25-dək Tbilisidə NATO Parlament Assambleyasının 76-cı “Rouz-Rout” seminarı keçiriləcək. Tədbirdə Milli Məclis Sədrinin birinci müavini, NATO PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov və deputat Siyavuş Novruzov iştirak edəcəklər.
Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən veriblər.
Seminarda Qlobal müstəvidə Qafqazın yeri, Gürcüstanın avroatlantik inteqrasiyası, bu ölkənin demokratikləşmə perspektivləri, media və vətəndaş cəmiyyəti, daxili siyasi inkişaf prosesləri və Konstitusiya islahatı, regional təhlükəsizlik modeli, həmçinin digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Tədbirlərdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və deputat Siyavuş Novruzov çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.
|
18.03.11 Məqaləni oxumaq
|
|
|
Deputat Rafael Hüseynov AŞPA-nın iclasında iştirak etmək üçün Parisdə səfərdədir
|
Milli Məclisin deputatı Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm və təhsil üzrə komitəsinin iclasında iştirak etmək üçün Parisdə səfərdədir.
Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, iclasda mədəniyyətlərarası dialoqda dini meyar, elektron mediada şəxsi informasiyaların qorunması və idarə olunması, AŞ PA-da islahatların aparılması və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Deputatımız məsələlər barədə toplantı iştirakçıları ilə fikirlərini bölüşəcək.
Səfər martın 22-də başa çatacaq.
|
18.03.11 Məqaləni oxumaq
|
|
|
TQDK rezidenturaya qəbul qaydalarını nəşr edib
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən (TQDK) rezidenturaya qəbul qaydaları və qəbul proqramları test tapşırığı nümunələri Azərbaycan və rus dillərində çap olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
“Rezidentura səviyyəsi üzrə ixtisasları necə seçməli və imtahana hansı fənlərin proqramları əsasında hazırlaşmalı?” kimi suallara cavab almaq üçün ilk növbədə “Rezidentura” jurnalını əldə etmək və burada verilmiş “Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli” ilə diqqətlə tanış olmaq lazımdır. Bu materiallar TQDK tərəfindən yaradılmış Səhiyyə Nazirliyinin və Tibb Universitetinin mütəxəssislərindən ibarət işçi qruplarında hazırlanıb. Buraxılışda bütün ixtisaslar üzrə rezidenturaya qəbul proqramları təqdim edilib. Proqramlar baza ali tibb təhsili səviyyəsinin istiqamətləri üzrə qruplaşdırılaraq verilib.
|
18.03.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 1 2 3 4 5 6 7 8 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|