|
Səhifələr : # « 10 11 12 13 14 15 16 17 18 » #
Mahmud Əhmədinejat: “Yaxın Şərq və Şimali Afrika ABŞ əsgərləri üçün məzar olacaq”
|
Yaxın Şərq və Şimali Afrikaya hücum etsəniz, əhali ayağa qalxacaq və bu bölgə əsgərləriniz üçün məzar olacaq. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri İran prezidenti Mahmud Əhmədinejad deyib. Onun sözlərinə görə, ABŞ və müttəfiqləri Yaxın Şərq və Şimali Afrikadakı bəzi ölkələrə hücum üçün bəhanə axtarır, ancaq orda yaşayanlar buna imkan verməyəcək. İran prezidenti həmçinin ABŞ və onun müttəfiqlərinin dünya xalqları arasında ən nifrət edilən dövlətlər olduğunu, onların bəzi ölkələrə müdaxiləyə zəmin hazırlamaq üçün plan və təxribatlar hazırladıqlarını bildirib. “Harada diktator, zülm və xalq əleyhinə rejim varsa, ABŞ həmin ölkəni dəstəkləyir”,-deyə M. Əhmədinejad vurğulayıb.
|
04.03.11 Məqaləni oxumaq
|
|
|
Müdafiə naziri Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanı qəbul edib
|
Bu gün müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə regionda hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ölkələrarası hərbi əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
|
04.03.11 Məqaləni oxumaq
|
|
|
|
|
Parisdə Milli Sərgi keçirilir
|
Bu gündən etibarən Fransanın paytaxtı Parisdə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 5-ci Qlobal Konfrans çərçivəsində MHŞT üzrə Milli Sərgi keçirilir. Dövlət Neft Fondundan KƏLAMİNFO-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti MHŞT üzrə Milli Sərgidə iştirak edir. Milli Sərgidə Azərbaycana aid video və foto materiallar, MHŞT-nin Azərbaycanda tətbiqinə dair müxtəlif broşür və kitabçalar, xatirə hədiyyələri konfrans iştirakçılarına təqdim edilib.
Xatırladaq ki, MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkədir və MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.
Sərgi iki gün davam edəcək.
|
03.03.11 Məqaləni oxumaq
|
|
|
M.Əhmədoğlu: Ermənistan Çini regiona gətirməklə ABŞ, Türkiyə və Rusiyadan Qarabağın acığını çıxır”
|
Ermənistanın vəziyyətinin pik dərəcədə təhlükəli olmasını mən azərbaycanlı kimi yox, kənardan durub müşahidə edən qeyri-azərbaycalı kimi əminliklə deyirəm. Ermənistan regionda qarışıqlıq salmaq istəyir və bu yolda mühüm addımlar atır. Onun Çini regiona dəvət etməsi Qafqazda münaqişələri daha da qızışdırmağa xidmət edir. KƏLAMİNFO xəbər verir ki, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu söyləyib. Politoloqun fikirincə Çinin regiona gəlməsi nə ABŞ, nə Türkiyə, nə də Rusiyanın maraqlarındadır. Ekspert Türkiyənin Çinlə türk-uyğur problemində zidd gəldiyini deyib. O bildirib ki, belə olan təqdirdə Türkiyə Çinin regiona gəlməsini Rusiyanın təşkil etdiyindən şübhələnə bilər.
|
03.03.11 Məqaləni oxumaq
|
|
|
Jurnalistlər üçün müsabiqə elan olunub
|
Azərbaycan Gənclər Təşkilatları Milli Şurası ilə Parlament Jurnalistlər Birliyi Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibəti ilə jurnalistlər üçün yazı müsabiqəsi élan edib. KƏLAMİNFO xəbər verri ki, bu barədə açıqlama verən Milli Şuranın sədri, millət vəkili Fuad Muradov bildirib ki, burada əsas məqsəd Azərbaycanın müstəqillik tarixini, müstəqilliyimizin oturuşmasında umumilli lider Heydər Əliyevin rolunu bir daha geniş oxucu kütləsi ilə bölüşməkdir.
|
03.03.11 Məqaləni oxumaq
|
|
|
ABŞ-da "Wikileaks"ə sənəd sızdıran əsgər edam oluna bilər
|
ABŞ bütün dünyanı silkələyən "Wikileaks"a sənəd sızdıranların axtarışını davam etdirir. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ ordusu əsgər Bredli Menninqə qarşı gizli sənədləri qanunsuz olaraq komputerdən çıxarmaq və başqalarına ötürməklə əlaqədar 22 ayrı iddia irəli sürüb.Menninqə qarşı irəli sürülən ittihamlar arasında düşmənə yardım iddiası da var. Bu ittiham ABŞ qanunlarına görə, edam cəzası ilə nəticələnə bilər.
|
03.03.11 Məqaləni oxumaq
|
|
|
Prezident İlham Əliyev: “2013-cü ilə qədər Azərbaycanda əsas infrastruktur layihələri başa çatmalıdır”
|
“2013-cü ilə qədər Azərbaycanda əsas infrastruktur layihələri başa çatmalıdır”. KƏLAMİNFO xəbər verir ki, bu barədə prezident İlham Əliyev martın 1-də Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda bildirib.
Dövlət başçıs qeyd edib ki, ölkəmizin bütün bölgələrində inkişaf var. “Haradasa işlər daha sürətlə, haradasa bir az ləng gedir. Amma bu, artıq dönməz prosesə çevrilibdir. Nəzərə alsaq ki, bizim proqramımız bütün rayonların inkişafını əhatə edir, bu gün hələ ki həllini gözləyən məsələlər, növbəti illərdə, əlbəttə ki, öz həllini tapacaq. Biz elə etməliyik ki, 2013-cü ilə qədər, ikinci Dövlət Proqramı başa çatanda qarşıda duran bütün vəzifələr icra edilsin.
|
03.03.11 Məqaləni oxumaq
|
|
|
Səhiyyə mütəxəssislərinin tibb müəssisələrinə təhkim olunması barədə əmr imzalanıb
|
Səhiyyə mütəxəssislərinin tibb müəssisələrinə təhkim olunması haqqında səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən imzalanmış əmrin davamı olaraq yeni “Ezamiyyə barədə ”əmr imzalanıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər.
Əmrə əsasən respublikanın şəhər və rayonlarında əhaliyə tibbi yardımın göstərilməsi ilə bağlı yaranan mübahisəli məsələlərin yerində araşdırılması və həllinin təmin edilməsi məqsədi ilə respublikanın 16 iri şəhər və rayonlarına tibb mütəxəssisləri ezam olunacaqlar.
|
03.03.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 10 11 12 13 14 15 16 17 18 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|