Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 3.2011
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Bakıda Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin II Respublika müsabiqəsi start götürüb
    Bu gün R.Behbudov adına 2 nömrəli Uşaq Musiqi Məktəbində Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II Respublika müsabiqəsi öz işinə başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Müsabiqənin I turu bu gün və sabah, II tur isə 16-17 mart tarixlərində keçiriləcək. Belarusun əməkdar artisti, Belarus Dövlət Musiqi Akademiyasının kafedra müdiri, professor, sənətşünaslıq doktoru Boris Niçkovun sədrlik etdiyi Münsiflər Heyətinin tərkibinə respublikanın tanınmış musiqiçi və müəllimləri daxildir.
    14.03.11 Məqaləni oxumaq
     
    Millət vəkili: “Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda “insan haqları” deyilən anlayışı necə gəldi insanlara sırıyırlar”
    Bu gün bəzi beynəlxalq təşkilatlar öz maraqları çərçivəsində Azərbaycanda “insan haqları” deyilən anlayışı necə gəldi insanlara sırıyırlar. KƏLAMİNFO xəbər verir ki, bu barədə millət vəkili Yaqub Mahmudov bildirib. Deputat qeyd edib ki, həmin təşkilatlar Azərbaycanda 1 mln. qaçqının gələcək taleyi ilə maraqlanmırlarsa o zaman burada hansı həqiqi insan haqlarından söhbət gedir? Y.Mahmudovun sözlərinə görə, həmin qurumların ölkəmizdə insan haqlarına bu cür öz maraqlarından yanaşması xalqımızın gələcəyinin məhvinə aparır. “Ona görə də o müstəvidəki insan haqları mövzusunu biz heç bir müzakirələrdə nəzərə almamalıyıq. O təşkilatlar Azərbaycanda maraqlarına uyğun yalnız bir qrupu dəstəkləməklə müdafiə edir. Biz bunu vaxtında nəzərə alaraq bununla bağlı qanunvericilikdəki boşluqları doldurmalıyıq”,-deyə millət vəkili vurğulayıb.
    14.03.11 Məqaləni oxumaq
     
    “Xocalı Soyqırımını Tanıtma” İB 9 yaşlı Fariz Bədəlovun ermənilər tərəfindən qətli ilə bağlı bəyanat verdi
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi 9 yaşlı Ağdam rayonu sakini Fariz Bədəlovun erməni silahlıları tərəfindən qətlz qtnbhbkvzcb ilə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, konfransda birliyin sədri Şamil Sabiroğlu bildirib ki, baş verən hadisə böyük faciədir və bu faciə ilə bağlı bütün Azərbaycan xalqı həmrəy olmalıdır. Onun sözlərinə görə, körpənin snayper gülləsi ilə vururlması onun təsadüfən deyil, hədəf seçilərək öldürülməsini göstərir. “Bununla bağlı təşkilatımız bəyanat da hazırlayıb. Bəyanatda bildirilir ki, Ermənistan silahlı qüvvələri cəbhəyanı ərazilərdə dinc soydaşlarımızı, xüsusilə də uşaqları hədəfə alması insanlığa və müharibə qaydalarına, beynəlxalq konvensiyalara ziddir. Bəyanatda qeyd olunur ki, beynəlxalq təşkilatlar - BMT, Avropa Şurası, xüsusilə də münaqişənin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri bu qətliama obyektiv münasibət bildirməlidirlər”,-deyə Ş.Sabiroğlu bəyanatlarını açıqlayıb. O, qeyd edib ki, bu bəyanat ölkədəki bütün xarici dövlətlərin səfirliklərinə və nümayəndəliklərə göndəriləcək.
    12.03.11 Məqaləni oxumaq
     
    “Muğam aləmi” II Beynəlxalq muğam festivalı keçiriləcək
    Martın 14-dən 21-dək Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə “Muğam aləmi” II Beynəlxalq muğam festivalı keçiriləcək. Festival çərçivəsində muğama həsr olunan müzakirələr olacaq, klassik və simfonik muğamlar səsləndiriləcək. Bu barədə KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Beynəlxalq muğam festivalı martın 14-ü Beynəlxalq Muğam Mərkəzi (Dənizkənarı Milli Park) “Muğam aləmi” II Beynəlxalq Muğam Festivalının təntənəliaçılış mərasimi olacaq. Ertəsi gün AMEA Tarix Muzeyində “Azərbaycan muğamı və Orta Şərq musiqisi ” elmi simpoziumun açılış mərasimi baş tutacaq. Martın 16-sı Azərbaycan Bəstəkarlar İttifaqında Simpoziumun davamı olacaq.
    12.03.11 Məqaləni oxumaq
     
    Yaponiyada 7.9 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi gözlənilir
    Bu gün səhər Yaponiyada 7.9 bal gücündə zəlzələ olub. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, təkanlar Yaponiyanın paytaxtı Tokioda hiss olunub. Yaponiyanı hazırda daha böyük təhlükə gözləyir. Mütəxəssislər miyaqi prefekturasında 6 metr, İvate prefekturasında isə 3 metr hündürlükdə sunami olacağı barədə xəbərdarlıq yayıblar. Bundan başqa Fukusima prefekturasında da sunami gözlənilir. Sakinlərdən sunami təhlükəsi ilə əlaqədar sahil bölgələrini təcili tərk etmələri tələb olunub.
    12.03.11 Məqaləni oxumaq
     
    TQDK həkim mütəxəssislərin hazırlanması üçün rezidenturaya qəbul qaydalarını elan etdi
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün baza ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul qaydalarını elan edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər malikdirlər. Rezidenturada təhsil dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, qüvvədə olan qanunvericillikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, rezidenturaya yalnız təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslara qəbul oluna bilərlər. Rezidenturaya qəbul həkimin ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisaslar üzrə aparılır. Həkimlər qəbul imtahanında iştirak etmək üçün təyin olunacaq vaxtda TQDK-nın rəsmi internet saytında “Həkimin elektron ərizəsi”ni doldurmalı və TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissıyasına (SQK-a) tələb olunan sənədləri sənədləri şəxsən təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.
    12.03.11 Məqaləni oxumaq
     
    Araz Əzimov Türkiyə xarici işlər nazirinin müşaviri Firudin Siniroğlu ilə görüşüb
    Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Ankarada Türkiyənin xarici işlər nazirinin müşaviri Firudin Siniroğlu ilə görüşüb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin inkişafı, həmçinin Türkiyə və Ermənistanın arasında əlaqələrin hazırki vəziyyəti , Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi və regional təhlükəsizlik məsələləri ətraflı müzakirə olunub. A.Əzimov Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovla da görüşüb. Görüşdən sonra xarici işlər nazirinin müavini Türkiyənin nüfuzlu qəzetlərindən biri olan “Hürriyet” qəzetinə müsahibə verib.
    11.03.11 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: “ATƏT-in Minsk qrupunun həmsədrləri özlərinə hörmət etmir”
    Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya dövlət başçısının vasitəçiliyi ilə Soçidəki görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri aktiv fəaliyyətə başlayıb. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.
    11.03.11 Məqaləni oxumaq
     
    Bakıda məişət zorakılığının qarşısının alınmasına həsr olunan konfrans keçirilib
    Bu gün ATƏT-in Bakı ofisi və Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması haqqında qanunun dəstəklənməsi: məlumatlandırma və beynəlxalq təcrübə” mövzusunda konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, hökumət, vətəndaş cəmiyyəti nümayəndələri, hüquq-mühafizə orqanları əməkdaşları, beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən konfransda məişət zorakılığının Azərbaycanda əhatə dairəsi və təsirindən bəhs edilib, sözügedən qanunun detalları müzakirə olunub, iştirakçılara beynəlxalq təcbürə və mütərəqqi nümunələr haqqında məlumat verilib. Konfransda həmçinin bu təcrübələrin Azərbaycanda münasib olub-olmadığına dair hökumət və vətəndaş cəmiyyəti nümayəndələri arasında müzakirə aparılıb.
    11.03.11 Məqaləni oxumaq
     
    Elxan Poluxov İtaliyada işgüzar səfərdə olub
    Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elxan Poluxov İtaliya Respublikası XİN-in Mətbuat və İnformasiya idarəsinin rəhbəri Mauritsio Massarinin dəvəti ilə bu ölkədə işgüzar səfərdə olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya XİN-nin mətbuat katibliyindən veriblər.
    11.03.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Mar.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031