Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 3.2011
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    Jurnalist Qadınlar Assosiasiyası jurnalistləri mükafatlandırıb
    Bu gün Jurnalist Qadınlar Assosiasiyasının (JQA) təşkilatçılığı ilə jurnalistlərin mükafatlandırma mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, JQA sədri Sevil Yusifova jurnalistlərin 12 ildir mükafatlandırıldığını və bu halən artıq bir ənənəyə çevrildiyini qeyd edib. S.Yusifova bildirib ki, JQA mətbuata açıq münasibətinə və jurnalistikaya verdiyi töhvələrə görə KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlini, AzərTac-ın əməkdaşı Bəhruz Eyvazlını, jurnalist Dilarə Vəkilovanı, millət vəkili Fazil Qəzənfəroğlunu və “Kaspi” qəzetini diplomla təltif edib. Tədbirdə həmçinin ilin jurnalisti, aparıcısı, reportyoru nominasiyaları üzrə bir çox jurnalistlər JQA-nın diplomu ilə mükafatlandırılıb. KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli JQA-nın təşəbbüsünü yüksək qiymətləndirib. O, qadın jurnalistlərin məsuliyyətini alqışlayaraq onları bir daha təbrik edib.
    09.03.11 Məqaləni oxumaq
     
    ABŞ prezidentinin Elm məsələləri üzrə nümayəndəsinin AMEA Rəyasət Heyətində görüşü olub
    Azərbaycanda səfərdə olan ABŞ prezidenti Barak Obamanın Elm məsələləri üzrə nümayəndəsi Elis Qastın AMEA Rəyasət Heyətində görüşü olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. AMEA prezidenti, akademik Mahmud Kərimovun iştirakı ilə geçirilən görüşdə bir sıra məsələlələr müzakirə edilib, fikir mübadiləsi aparılıb. Müzakirələrin təfərrüatı ilə bağlı hələlik məlumat verilməyib. Qeyd edək ki, E.Qast səfəri çərçivəsində həmçinin ABŞ-ın maliyyə dəstəyi ilə Bakı Dövlət Universitetinin (BDU) 2 kitabxanasında istifadəyə veriləcək simsiz internet xidmətinin açılışında da iştirak edəcək. Açılış mərasimi martın 11-dək baş tutacağı bildirilir.
    09.03.11 Məqaləni oxumaq
     
    Bahar Muradova: “ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə yeni xüsusi nümayəndəsi obyektiv və təcrübəli şəxs olmalıdır”
    “ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə yeni xüsusi nümayəndəsinin təyin olunması qurumun sədrinin səlahiyyətində olan məsələdir. Azərbaycan tərəfinin isə mövqeyi ondan ibarətdir ki, yeni təyin olunacaq nümayəndə obyektiv insan olsun”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
    09.03.11 Məqaləni oxumaq
     
    Araz Əzimov siyasi məsləhətləşmələr aparmaq məqsədilə Ankaraya işgüzar səfərə yola düşüb
    Bu gün xarici işlər nazirinin müavini Araz Əzimov siyasi məsləhətləşmələr aparmaq məqsədilə Ankaraya işgüzar səfərə yola düşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, A.Əzimov səfər zamanı səfirlik tərəfindən Beynəlxalq Strateji Araşdırmalar Qurumunda (USAK) təşkil olunan “Azərbaycanın xarici siyasəti: fürsətlər və problemlər” adlı konfransda və Türkiyənin Bilkent Universitetində “Regional təhlükəsizlik: Azərbaycan-Türkiyə əlaqələri” adlı konfransda əsas məruzəçi qismində çıxış edəcək. Ayrıca nazir müavininin Türkiyənin KİV-nə müsahibə verməsi də nəzərdə tutulub.
    09.03.11 Məqaləni oxumaq
     
    DQİDK-nin sədr müavini Elçin Əsgərov işdən azad olunub
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Elçin Əsgərov Prezidentin Sərəncamı ilə işdən azad olunub. KƏLAMİNFO xəbər verir ki, quruma yeni sədr müavin Gündüz İsmayılov təyin edilib. G.İsmayılov bu vaxta qədər DQİDK-də Dini qurumlarla iş üzrə şöbənin müdiri vəzifəsində çalışıb. Qeyd edək ki, DQİDK-in saytının “əlaqə” bölməsindən E.Əsgərovun adı hələlik çıxarılmayıb.
    09.03.11 Məqaləni oxumaq
     
    E.Axundova: “Son vaxtlar bəzi media orqanları məqsədli şəkildə mənim çıxışlarımı təhrif edirlər”
    “Bəzi media orqanları var ki, son vaxtlar mütəmadi olaraq mənim çıxışlarımı və açıqlamalarımı təhrif edirlər”. KƏLAMİNFO xəbər verir ki, bu barədə millət vəkili Elmira Axundova bildirib. O, hesab edir ki, son günlər bunun belə mütəmadi hal alması prosesin məqsədli şəkildə olması ehtimalını gücləndirir. “Bunun arxasında müəyyən məqsədli insanlar dururlar. Mən artıq buna şübhə etmirəm. Mən hələ ki, onların adlarını çəkmək istəmirəm, lakin, həmin mətbuat vasitələri demək olar ki, son bir neçə həftədə bütün çıxışlarımı təhrif edirlər”,-deyə millət vəkili vurğulayıb. E.Axundova bildirib ki, bununla digər həmkarları da üzləşə bilərlər və çox yaxşı olardı ki, parlamentin özünün kiçik bir televiziya kanalı olsun. “Bununla bağlı bir qrup həmkarlarımızla birgə təklif hazırlamaq niyyətindəyik. Əgər bu alınmazsa, AZTV-nin rəhbəri Arif Alışanova müraciət edəcəyik. Çünki, bu gün parlamentin iclasını tam qərəzsiz işıqlandırmaq üçün müstəqil telekanal lazımdır. Heç olmasa yeni açılmış Mədəniyyət kanalında gün ərzində iki saat millət vəkillərinin çıxışları və müzakirələr efirə verilsin”,-deyə deputat bildirib.
    08.03.11 Məqaləni oxumaq
     
    Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti Fransaya gedəcək
    Martın 11-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və millət vəkilləri Fuad Muradov, Sabir Hacıyev Xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlı Tələbələrin Beynəlxalq Forumuna qatılmaq üçün Fransanın Strasburq şəhərinə gedəcəklər. KƏLAMİNFO xəbər verior ki, bu barədə S.Seyidov özü bildirib. O, qeyd edib ki, Beynəlxalq Forumda “İnsan kapitalı Azərbaycanın inkişaf prioritetidir”, “Gənclik və ictimai diplomatiya”, “Azərbaycançılıq-gələcək naminə birlik” mövzularında məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq. Səfər martın 13-də başa çatacaq.
    08.03.11 Məqaləni oxumaq
     
    Azərbaycan və Türkiyənin Strateji Araşdırmalar mərkəzləri arasında Memorandum imzalanıb
    Bu gün Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ilə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) nəzdində Strateji Araşdırmalar Mərkəzi arasında əməkdaşlığa dair Memorandum imzalanıb. KƏLAMİNFO xəbər verir ki, Memorandumu Azərbaycan tərəfdən SAM-ın direktor əvəzi Gülşən Paşayeva, Türkiyə tərəfdən isə SAM-ın rəhbəri Bülənt Aras imzalayıblar. SAM-da baş tutan tədbirdə çıxış edən G.Paşayeva bildirib ki, sənəddə beynəlxalq münasibətlər, xarici siyasət, beynəlxalq və regional təhlükəsizliyə dair qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, sənəddə həmçinin birgə toplantıların, görüşlərin keçirilməsi, araşdırmalar, elmi-tədqiqat işlərinin aparılması, habelə müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub.
    08.03.11 Məqaləni oxumaq
     
    Almaniyada Abdulla Şaiqin anadan olmasının 130 illiyi anılıb
    Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən Azərbaycan Kültür Ocağında Beynəlxalq Ana Dili Günü çərçivəsində “Uşaqların və gənclərin sevimli yazıçısı” adlı tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Tədbir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, maarifçi pedaqoq Abdulla Şaiqin anadan olmasının 130 illiyinə həsr edilib. Kültür Ocağının üzvləri Reyhan Qasımova və Naibə Hantelin birgə hazırladıqları məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. R.Qasımova yazıçı-şairin həyatı və yaradıcılığı haqqında geniş məlumat verib, A.Şaiqin fəaliyyətini və ailə həyatını əks etdirən foto-şəkillər iştirakçıların diqqətinə çatdırılıb. A.Şaiqin uşaqların ifasında səslənən şeirləri alqışlarla qarşılanıb. Daha sonra şairin əsəri əsasında çəkilmiş “Tülkü həccə gedir” cizgi filmi nümayiş etdirilib.
    07.03.11 Məqaləni oxumaq
     
    AMEA Naxçıvan Bölməsinin Elmi kitabxanasında 10230 nüsxə kitab kataloqlaşdırılıb
    AMEA-nın Naxçıvan Bölməsinin Elmi kitabxanasında 2005-ci ildən bu vaxta qədər 10230 nüsxə kitab kataloqlaşdırılıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı elmi kitabxananın direktoru Nuridə Kəngərli söyləyib. Fəaliyyəti dövründə kitabxanaya 32108 nüsxə Azərbaycan və rus dillərində kitabın daxil olduğunu diqqətə çatdıran N.Kəncərli qeyd edib ki, həmin kitabların 9030-u prezident İlham Əliyevin Sərəncamı əsasında latın qrafikası ilə çap olunub. Onun sözlərinə görə, hazırda kitabxanada ümumi həcmi 3209 nüsxə təşkil edən ingilis, türk, ərəb və fars dillərində kitab və jurnallar oxucuların xidmətindədir. Ümumi jurnal fondu isə cəmi 17645 nüsxədir. O, kitabxanada respublikamızda müdafiə olunan bütün namizədlik və doktorluq dissertasiyalarının avtoreferatlarının, həmçinin də dissertasiyaların sistemli kataloqunun da təşkil olunduğunu söyləyib. Onun sözlərinə görə, avtoreferatların sayı artıq 3013 nüsxə, dissertasiyalar isə 32 nüsxə təşkil edir.
    07.03.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Mar.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031