Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2011
    Səhifələr : #  12 13 14 15 16 17 18 19 20  #
    M. Zülfüqarlı: “Minsk qrupu deyir tarixi unut, reallıqla hesablaş”
    Dünya ictimaiyəti Qarabağ probleminə biganədir. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Qarabağdakı faciələrlə bağlı 4-5 kitab nəşr edərək beynəlxalq qurumlara göndərib. Lakin dünya informasiya arenasında, bu münaqişənin həllinə çalışan dövlətlərin səylərində də heç bir müsbət dəyişiklik, irəliləyiş olmadı. Səbəb isə bu problemin o dövlətlərin maraqlarında olmamasıdır.
    11.02.11 Məqaləni oxumaq
     
    Əli Abbasov: “Azərbaycanda rominq tarifləri 20-25% aşağı düşüb, amma bu, çox azdır”
    “Azərbaycanda rominq tarifləri 20-25% aşağı düşüb, amma bu, çox azdır və mobil operatorlar da bunu başa düşür. Rouminq tarifləri hazırda yüksəkdlir və bu qiymətlər bir qədər də aşağı salınmalıdır”. KƏLAMİNFO xəbər verir ki, bu barədə akçıqlamanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Ə.Abbasov qeyd edib ki, rouminq xidmətləri sahəsində qiymətlərin formalaşması xarici operatorlardan da asılı olduğuna görə, bu məsəsələ digər ölkələrin operatorları ilə aparılan danışıqlar nəticəsində həll olunur. Bu səbəbdən cari ilin birinci yarısında bu iş davam etdiriləcək. O, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ölkədə fəaliyyət göstərən mobil rabitə operatorlarının rouminq tariflərinin endirilməsi səviyyəsindən də razı olmadığını vurğulayıb.
    11.02.11 Məqaləni oxumaq
     
    “Eurovision-2011” Milli Finalda ulduzlar iştirak edəcək
    “Eurovision-2011” Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün fevralın 11-də keçiriləcək milli final konsertində Eurovision ulduzlarının da çıxışları nəzərdə tutulur. Bu barədə məlumatı KƏLAMİNFO-ya İctimai TV-dən veriblər. Bu dəfəki şouda izləyicilərə Azərbaycanın “Eurovision” Mahnı Müsabiqəsində 2010-cu ildəki təmsilçisi Safura, Gürcüstan təmsilçisi Sofia Nijaradze, San Marinonun “Eurovision-2011”-dəki təmsilçisi Senit, İsveşrənin nümayəndəsi Anna Rossinellin, dünyada tanınmış DJ Devit Vendettanın və digər qonaqların ifaları təqdim olunacaq. Final konserti İctimai Televiziya ilə yanaşı Eurovision TV, Gürcüstanın İctimai Telviziyası və TRT vasitəsilə canlı yayımlanacaq.
    11.02.11 Məqaləni oxumaq
     
    Düşmən iki istiqamətdə mövqelərimizi atəşə tutub
    Ermənilər ötən gün saat 18.05-dən 18.10-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 12.45-dən 12.50-dək və fevralın 10-da saat 05.35-dən 05.45-dək Ağdam rayonu Cəvahirli və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
    11.02.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev: “Mən öz işimdə Azərbaycan xalqına arxalanıram”
    “Ölkədə ictimai nəzarət daha da güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bu məsələlərin həlli ilə bağlı bu ilin əvvəlində Nazirlər Kabinetinin iclasında verdiyim tapşırıqlar yerinə yetirilir” KƏLAMİNFO xəbər verir ki, bunu prezident İlham Əliyev Qazaxda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib.
    11.02.11 Məqaləni oxumaq
     
    Politoloq: “Azərbaycan- Rusiya münasibətlərində dinamizm açıq- aydın müşahidə olunur”
    Son iki ildə Azərbaycan- Rusiya münasibətlərində dinamizm açıq-aydın müşahidə olunur. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib. Onun sözlərinə görə, bunun göstəricisi olaraq artıq hər ilin əvvəli Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narişkinin Azərbaycana səfəri ənənə halını alıb. “Bu il Azərbaycanda Rusiyanın İnformasiya Mədəniyyət Mərkəzinin açılması və yaxın günlərdə növbəti forumun keçirilməsi iki ölkə arasında münasibətlərin müsbət perspektivlərindən xəbər verir”,-deyə ekspert vurğulayıb. M.Əhəmədoğlu qeyd edib ki, ötən il Rusiyadakı azərbaycanlıların öz ölkələrinə 676 mln. dollar vəsait göndərməsi və Rusiyanın “Qazprom” şirkətinin Azərbaycandan aldığı qazın miqdarını 2,5 dəfə artırması da iqtisadi bağlılığın artmasından xəbər verir.
    11.02.11 Məqaləni oxumaq
     
    ANAMA yanvar ayında 2,280,925 kv/m ərazini mina və PHS-dən təmizləyib
    Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən cari ilin yanvar ayı ərzində 2,280,925 kv/m ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. ANAMA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, hesabat dövrundə 3,366 PHS və 4 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 480 nəfər minaaxtaran mütəxəssis və 120 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 37 minaaxtaran it iştirak edir.
    10.02.11 Məqaləni oxumaq
     
    Prezident: “Mən çox şadam ki, 20 il ərzində Azərbaycan nəinki öz müstəqilliyini qoruya bilib, həm də bu yolda çox böyük uğurlara nail olub”
    “Biz bu il müstəqilliyimizin 20 illik yubileyini qeyd edəcəyik. Bu, böyük tarixdir və böyük mərhələnin başa çatması deməkdir. Mən çox şadam ki, bu 20 il ərzində Azərbaycan nəinki öz müstəqilliyini qoruya bilib, həm də bu yolda çox böyük uğurlara nail olub.” KƏLAMİNFO xəbər verir ki, bunu prezident İlham Əliyev Tovuzda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib. “Müstəqilliyimiz möhkəmlənir, dövlətçiliyimiz möhkəmlənir. Bizim siyasi addımlarımız, həm ölkə daxilindəki, həm beynəlxalq müstəvidəki addımlarımız Azərbaycan xalqının maraqlarına xidmət edir.
    10.02.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı yürütdüyü siyasət Azərbaycanı tam qane etmir”
    “Son zamanlar beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı yürütdüyü siyasət Azərbaycanı tam qane etmir”. KƏLAMİNFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. "Münaqişənin mövcud olduğu dövrdə beynəlxalq təşkilatların yürütdüyü siyasət, reallaşdırdığı tədbirlər Azərbaycanı tam qane etmir. Ona görə ki, beynəlxalq hüquq normaları aydın şəkildə pozulduğu halda Ermənistana qarşı beynəlxalq təşkilatlar tərəfindən açıq-aşkar təzyiq müşahidə olunmur",-deyə Ə. Həsənov vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar sadəcə fiksiya edirlər ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, Ermənistan qoşunları Azərbaycan ərazisini işğal edib və bu işə son qoyulmalıdır.
    10.02.11 Məqaləni oxumaq
     
    DRI-nin baş mühəndisi İsveçrəyə gedəcək
    2012 ci ildə İsveçrənin Cenevrə şəhərində Dünya Radiorabitə konfransı keçiriləcək. Qeyd olunan tədbirlə əlaqədar olaraq bu ilin fevral ayının 14 də həmin şəhərdə konfransda iştirak edəcək nümayəndə heyətinin işçi qrupunun toplantısı keçiriləcək. Bu məqsədlə Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi İlham Əfəndiyev adı çəkilən ölkəyə ezam olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət radiotezliklər İdarəsindən veriblər. Toplantı fevralın 25-də öz işini yekunlaşdıracaq.
    10.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  12 13 14 15 16 17 18 19 20  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Fev.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28