Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2011
    Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
    Səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb
    Əhaliyə tibbi yardımın göstərilməsi ilə bağlı yaranan mübahisəli məsələlərin araşdırılmasının yerlərdə təşkili və bu zaman operativliyin və şəffaflığın təmin olunması məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyindən veriblər. Nazirliyin mütəxəssislərinin tibb müəssisələrinə təhkim olunması haqqında imzalanmış əmrə əsasən Bakı şəhərində yerləşən tibb müəssisələrində Səhiyyə Nazirliyinin mütəxəssislərinin təhkimçiliyi tətbiq olunub. Şənbə günü də daxil olmaqla hər iş günü saat 9:00-15:00-dək təhkim olunmuş nazirliyin mütəxəssisləri fəaliyyət göstərəcəklər. Mütəxəssislərə eyni zamanda əhaliyə tibbi yardımın göstərilməsi ilə bağlı müraciətlər zamanı onların səlahiyyətlərinə daxil olmayan məsələlərin həlli barədə dərhal Səhiyyə Nazirliyinə məlumatın verilməsi tapşırılıb.
    23.02.11 Məqaləni oxumaq
     
    Parlament nəqliyyat vasitələrini idarəetmə zamanı pozuntulara yol verəcək şəxslərlə bağlı cərimələri sərtləşdirdi
    Bu gün Milli Məclisdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə nəqliyyat vasitələrini idarəetmə zamanı qanun pozuntularına yol vermiş şəxslərlə bağlı əlavə və dəyişikliklər qəbul olunub. KƏLAMİNFO xəbər verir ki, layihədə sürücülər tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydaları pozulduqda 4 balla, sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən boyun qaçıran sürücülərin hərəkətinə isə 5 balla qiymət verilməsi qeyd olunub. İnzibati Xətalar Məcəlləsinə edilən başqa bir dəyişikliyə görə, şəhərdaxili, şəhərlərarası və beynəlxalq avtobus marşrutlarında müəyyən edilmiş hərəkət cədvəlinə və hərəkət sxeminə əməl etməyən, "Taksi" tanınma nişanı, taksometr və digər göstəriciləri olmadan sərnişin daşıyan, tarifləri müəyyən edilmiş tariflərdən çox göstərən, avtobuslarda siqaret çəkən, müntəzəm şəhərdaxili marşrutlarda daşıma prosesləri ilə bilavasitə əlaqəsi olmayan audio cihazlardan istifadə edən, daşıma sənədləri olmadan sərnişin daşıyan, marşrutlarda və taksilərdə sərnişin və baqaj yerlərinin sayına, baqaj kütləsinə riayət etməyən şəxslər 40 manatdan 50 manatadək cərimə olunacaqlar.
    23.02.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarovun Ukrayna və Yunanıstana rəsmi səfərlərinin proqramı açıqlanıb
    Cari ilin 23-25 fevral tarixlərində xarici işlər naziri Elmar Məmmədyarovun Ukrayna və Yunanıstana rəsmi səfərləri nəzərdə tutulub. XİN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya bildiriblər ki, Ukrayna səfəri çərçivəsində E.Məmmədyarovun Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko, Baş Nazir Nikolay Azarov, Ukrayna Ali Radasının sədri Vladimir Litvin, Ukrayna prezidenti Viktor Yanukoviç ilə görüşləri və GUAM üzv-dövlətlərinin xarici işlər nazirləri şurasının iclasında iştirakı gözlənilir. Yunanıstana səfəri zamanı Nazir E.Məmmədyarovun bu ölkənin Baş naziri Corc A. Papandreu, Yunanıstan Parlamentinin prezidenti Filippos Petsalnikos və xarici işlər naziri Dimitris P. Drutsas ilə görüşləri planlaşdırılıb.
    23.02.11 Məqaləni oxumaq
     
    A.Məhərrəmov “Tələbələrin qiymətini azaldan müəllimlərin aqibəti çox ağır olacaq”
    Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov qış imtahan sessiyasının nəticələrindən narazı qalaraq apellyasiya şikayəti verən tələbələrlə görüşüb. BDU-nun Mətbuat və informasiya şöbəsindən KƏLAMİNFO-ya verilən məlumata görə, rektor tərəfindən qəbul edilən tələbələr “əla” və “yaxşı” qiymət almaları üçün 1-2 balın çatmadığını bildiriblər. Rektor isə apellyasiya şikayəti verən hər bir tələbəni dinləyib, müraciətlərinə uyğun olaraq işlərinin yenidən yoxlanılması tapşırığını verib. A.Məhərrəmov imtahan işlərini obyektiv yoxlamayan, tələbələrin qiymətlərini azaldan müəllimlərin aqibətinin çox ağır olacağını xüsusi vurğulayıb. Xatırdadaq ki, rektor A.Məhərrəmovun müvafiq əmrinə əsasən yanvarın 6-da BDU-da qış imtahan sessiyası keçirilib. Sessiya yanvarın 31-də başa çatıb.
    23.02.11 Məqaləni oxumaq
     
    Firəngiz Əlizadə X Beynəlxalq Motsart Müsabiqəsində Beynəlxalq Münsiflər Heyətinin üzvü olub
    Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə ötən həftə Avstriyanın Zalsburq şəhərində təşkil olunan X Beynəlxalq Motsart Müsabiqəsində Beynəlxalq Münsiflər Heyətinin üzvü kimi iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən veriblər. Dahi avstriyalı bəstəkar Volfqanq Amadeus Motsartın 255 illiyinə həsr edilən Zalsburqun “Mozarteum” konsert salonunda təşkil olunan imüsabiqədə dünyanın müxtəlif ölkəsindən 32 yaşadək olan gənc musiqiçilər 4 kateqoriyada – violonçel, skripka, piano və bəstəkarlıq kateqoriyalarında məharətlərini göstəriblər. “Mozarteum” Universitetinin rektoru Reynhart fon Qutzaytın rəhbərlik etdiyi münsiflər heyətində Pavel Qililov, Pol Qulda, Robert Levin, Jan Bernard Pomiye, Mariya Tipo, Fu Sonq kimi dünyanın sayılıb-seçilən musiqiçiləri arasında professor F.Əlizadə həm gənc pinoçuların, həm də bəstəkarların istedad və bacarıqlarını qiymətləndirən beynəlxalq münsiflər heyətində təmsil olunub. Berlin İncəsənət Akademiyasının nümayəndəsi kimi müsabiqəyə qatılan Firəngiz xanım müsabiqə iştirakçılarının sənət göstəricilərini həm bəstəkar, həm də müasir musiqi ifaçılığı üzrə ekspert kimi qiymətləndirib.
    23.02.11 Məqaləni oxumaq
     
    İran gəmiləri Süveyş kanalının bir addımlığındadır
    Bu gün İranın iki hərbi gəmisi Süveyş kanalından keçəcək. KƏLAMİNFO Fars News-a istinadən xəbər verir ki, gəmilər Aralıq dənizinə Süveyş kanalından keçərək Suriyaya hərəkət edəcək. İran diplomatları rəsmi Qahirəni inandırıblar ki, gəmidə heç bir silah və nüvə, kimyəvi maddələr yoxdur. İran nümayəndələrinin sözlərinə görə, gəminin keçidi beynəlxalq hüquq normalarına uyğundur. İsrail höküməti isə buna qəti etirazını bildirərək, rəsmi Tehranın növbəti dəfə təxribat hazırladığını bəya ediblər. Qeyd edək ki, İran gəmiləri dünən Süveyş kanalından keçməli idi, lakin Misir hakimiyyəti heç bir səbəb bildirmədən Suriyaya doğru hərəkət etməyi planlaşdıran İran gəmilərinə icazə verməyib.
    23.02.11 Məqaləni oxumaq
     
    Bakıda II Respublika Muğam Müsabiqəsi keçirilir
    Bu gün Heydər Əliyev Fondunun dəstəyi, Təhsil, Mədəniyyət və Turizm nazirlikləri və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə II Respublika Muğam Müsabiqəsi başlayıb. KƏLAMİNFO xəbər verir ki, müsabiqənin açılışı ilə bağlı Kamera və Arqan Musiqi zalında tədbir keçirilib. Tədbirdə çıxış edən Milli Kolnservatoriyanın rektoru Siyavuş Kərimi qeyd edib ki, müsabiqəyə qatılmaq üçün 40-dan artıq namizəd sənəd verib. Onun sözlərinə görə, onlardan müsabiqədə iştirak etmək üçün 18 nəfər seçilib. Sonra mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, təhsil nazirinin müvini Elmar Qasımov müsabiqə ilə bağlı fikirlərini söyləyiblər.
    22.02.11 Məqaləni oxumaq
     
    “Xocalıya ədalət” beynəlxalq məlumat kompaniyası çərçivəsində mətbuat konfransı keçirilib
    Bu gün Bakıda, Trend Xəbərlər Mərkəzində Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leylə Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası çərçivəsində mətbuat konfransı keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransda DƏ İKGF baş katibi, Azərbaycanın İslam Konfransı Təşkilatındakı səfiri Elşad İsgəndərov kompaniyanın hazırkı durumu barədə məlumat verib.
    22.02.11 Məqaləni oxumaq
     
    ABŞ dövlət katibinin birinci müavini Ceyms Staynberq Bakıya gəlir
    ABŞ dövlət katibinin birinci müavini Ceyms Staynberq fevralın 24-də Bakıya gələcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb. "ABŞ dövlət katibinin birinci müavini Ceyms Staynberq Tbilisidən Bakıya gələcək",-deyə səfirlikdən bildirib. Qeyd edək ki, Ceyms Staynberq Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində İrəvanda da olacaq. ABŞ dövlət katibinin birinci müavini C.Staynberqin səfərinin məqsədi martın 5-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü ilə bağlıdır.
    22.02.11 Məqaləni oxumaq
     
    BDU-da dərs saatlarının müddəti artırıldı
    Bu gündən Bakı Dövlət Universitetində dərs müddəti artırılıb. Ənənəvi olaraq 80 dəqiqə keçirilən dərslər 90 dəqiqə ilə əvəzləınib. KƏLAMİNFO xəbər verir ki, bundan sonra saat yarım keçiriləcək dərslər 45 dəqiqə olmaqla iki hissəyə bölünəcək. Hissələr arasında isə 5 dəqiqəlik fasilə olacaq. Belə bir təşəbbüs əvvəllər müzakirə edilsə də, icrası müəyyən vaxta qədər təxirə salınmışdı. Müddətin uzadılması ilə əlaqədar dərslər də gec qurtaracaq. Belə ki, tələbələr 270 dəqiqə elm ocağında olurdusa, indi bu rəqəm 305-ə qalxıb. Müəllim və tələbələrin məsələyə münasibəti isə birmənalı deyil. “Biz hətta 80 dəqiqənin dərs üçün yorucu olduğunu dediyimiz halda, indi dərslər 90 dəqiqə ilə əvəz olunub. Tələbə yorulur, o yorğun beyinlə artıq bilik, informasiya qavraya bilmir”,-deyə tələbələr bildirib. Universitetin müəllim heyəti isə bu işə müsbət yanaşıb. Qeyd edək ki, aparılan islahatın Baloniya prosesi ilə birbaşa bağlı olduğu vurğulanır.
    22.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Mar.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031