Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2011
    Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
    Bu gün ABŞ Dövlət katibinin müavini Ceyms Steynberqin Cənubi Qafqaza səfəri başlayır
    Bu gün ABŞ Dövlət katibinin birinci müavini Ceyms Steynberqin Ermənistan, Gürcüstan, Azərbaycan, Albaniya və Bosniya və Herseqovinaya səfəri başlayır. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Dövlət Departamenti yayıb. C.Steynberi səfər çərçivəsində Avropa və Avrasiya məsələləri üzrə Dövlət katibinin müavini Filip Qordon müşayiət edəcək. Onun bu gün İrəvanda, sabah isə Bakıda olması gözlənilir. Səfər zamanı Azərbaycan prezidenti və digər ölkələrin rəhbərləri ilə görüşlər nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əməkdaşlıq, regional təhlükəsizliyə dair məsələlər müzakirə olacaq. Səfərin fevralın 26-a qədər davam edəcəyi planlaşdırılır.
    24.02.11 Məqaləni oxumaq
     
    Bakı Dövlət və Slavyan universitetlərinin jurnalistika fakültələrinin tələbələri işlə təmin olunacaq
    Bakı Dövlət və Slavyan universitetlərinin jurnalistika fakültələrinin tələbələri işlə təmin olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə bu gün 20 qəzet redaktorunun iştirakı ilə Bakı Dövlət Universitetində keçirilən tədbirdə KİV-ə Dəstək Fondunun sədri Vüqar Səfərli deyib. Tədbirdə tələbələrin işsizlik probleləmləri, jurnalistika səhəsindəki ümumi problemlər, söz və ifadə azadlığı, plüralizm məsələləri müzakirə olunub. V. Səfərli KİV-ə edilən yardımlardan bəhs edərək bildirib ki, artıq bu sahədə bir sıra problemlər aradan qaldırılıb. “Müəyyən çətinliklər var. Bunlar həmişə olub. Ancaq biz tədricən onların aradan qalxması ilə bağlı mütamadi işlər görürük. Jurnalistlərin səbrsizliklə gözlədikləri mənzil məsələsi də həll olunmaq üzrədir. Ötən il Prezidentin Sərancamına əsasən, jurnalistlərin mənzillə təmin olunması üçün fonda 5 mln. manat ayrılmışdı.
    24.02.11 Məqaləni oxumaq
     
    Xarici işlər naziri Elmar Məmmədyarovun Ukraynaya rəsmi səfəri başlayıb
    Xarici işlər naziri Elmar Məmmədyarovun Ukraynaya rəsmi səfəri başlayıb. XİN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya bildiriblər ki, Ukrayna səfəri çərçivəsində E.Məmmədyarovun Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko, Baş nazir Nikolay Azarov, Ukrayna Ali Radasının sədri Vladimir Litvin, Ukrayna prezidenti Viktor Yanukoviç ilə görüşləri və GUAM üzv-dövlətlərinin xarici işlər nazirləri şurasının iclasında iştirakı planlaşdırılıb.
    24.02.11 Məqaləni oxumaq
     
    GVB Xocalı soyqırımının 19–cu il dönümünə həsr olunan tədbir təşkil edib
    Gənc Vətənpərvərlər Birliyi (GVB) “Xocalı faciəsi–XX əsrin ən dəhşətli faciəsi kimi” mövzusunda tədbir keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GVB-dən veriblər. Xocalı soyqırımının 19–cu il dönümünə həsr olunan tədbirdə çıxış edən GVB sədrinin müşaviri N.Niftiyev bu dəhşətli soyqırımla bağlı iştirakçılara məlumat verib.
    23.02.11 Məqaləni oxumaq
     
    ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi bu gün İrəvana səfər edəcək
    Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi Gedryus Çakuolis Ermənistana səfər edəcək. KƏLAMİNFO xəbər verir ki, İrəvanda Gedryus Çakuolisin Ermənistanın rəhbərliyiylə görüşləri planlaşdırılıb.Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması müzakirə ediləcək. G. Çakuolisin Ermənistana səfəri sabah başa çatacaq. Xatırladaq ki, G. Çakuolis fevralın 21-22-də Azərbaycanda səfərdə olub. Bu, onun xüsusi nümayəndə qismində Cənubi Qafqaza ilk səfəridir.
    23.02.11 Məqaləni oxumaq
     
    Mətbuat Şurasında “Elm və həyat” jurnalının 50 yaşı qeyd ediləcək
    Sabah Azərbaycan Mətbuat Şurasında (MŞ) “Elm və həyat” jurnalının 50 yaşı qeyd ediləcək. MŞ İdarə Heyəti üzvləri, ölkənin aparıcı kütləvi informasiya vasitələri təmsilçiləri, tanınmış alimlər və redaksiya kollektivinin qatılacağı mərasimdə Azərbaycan mətbuatı və maarifçiliyi tarixində özünəməxsus yeri və rolu olan jurnalın yarım əsrdə keçdiyi yola nəzər salınacaq. Xatırladaq ki, “Elm və həyat” jurnalı 1961-ci ilin martında işıq üzü görüb. Respublikada “Bilik” Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayan jurnalın ilk redaktoru Cavanşir Şirinov, fəxri baş redaktoru isə akademik Abdulla Qarayevdir. Vaxtı ilə tirajı 180 minə qədər yüksələn nəşr 1998-ci ildə Meksikada təsis edilən “Qran Pri” mükafatına layiq görülüb. “Elm və həyat” 1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutu və jurnalın yaradıcı kollektivinin təsisçiliyi ilə nəşr edilməkdədir.
    23.02.11 Məqaləni oxumaq
     
    Türkiyədə azərbaycanlı alimlərin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək
    Cari ilin 1-2 sentyabr tarixlərində Türkiyənin Antalya şəhərində “İCSCCW – 2011” Soft kompyutinq, sistemli təhlil, qərar qəbuletmə və idarəetmədə söz və persepsiya ilə işləyən kompyuterlər üzrə VI beynəlxalq konfrans keçiriləcək. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirin təşkilatçıları “Zadə İrsi” Assosiasiyası, Türkiyə Soft Kompyutinq əsaslı İntellekt Cəmiyyəti (Türkiyə), Ziqen Universiteti (Almaniya), Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Universiteti, BİSC – Soft Kompyutinq üzrə Berkli İnisiativi (ABŞ), ACE Mərkəzi, Texas Universiteti (San Antonio, ABŞ), Corciya Dövlət Universiteti (Atlanta, ABŞ), Odlar Yurdu Universiteti, Alberta Universiteti (Kanada), İqtisadiyyat və Texnologiya Universitetidir (Türkiyə).
    23.02.11 Məqaləni oxumaq
     
    Bakıda Türkiyə Elmlər Akademiyasının professoru ilə görüş olacaq
    Fevralın 25-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Türkiyə Elmlər Akademiyasının Arxeologiya Bölməsinin professoru, tanınmış arxeoloq Mehmet Özdoğanla görüş keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Görüşdə M.Özdoğan “İlkin sivilizasiyaları əks etdirən Anadolunun arxeoloji mədəniyyətləri” mövzusunda məruzə ilə çıxış edəcək. Qeyd edək ki, M.Özdoğanın Azərbaycana səfəri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Gənc Alimlər Şurasının dəvəti ilə reallaşacaq.
    23.02.11 Məqaləni oxumaq
     
    Bu il MAQATE Azərbaycanda Sterilizasiya qurğusunun inşa edilməsi ilə bağlı tender elan edəcək
    Bu il Beynalxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən Azərbaycanda Sterilizasiya qurğusunun inşa edilməsi ilə bağlı tender elan ediləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. A.Qəribov qeyd edib ki, gələn il isə Sterilizasiya qurğusu ölkəmizə gətiriləcək. Onun sözlərinə görə, qurğunun işə salınması isə 2013-2014-cü illərdə mümkün olacaq.
    23.02.11 Məqaləni oxumaq
     
    Avropa İttifaqına üzv ölkələrin səfirləri Naxçıvanda səfərdə olublar
    Avstriya, Belçika, Bolqarıstan, Çex Respublikası, Almaniya, Fransa, İtaliya, Latviya, Litva, Hollandiya və Avropa İttifaqı nümayəndəliyinin səfir və nümayəndələri fevralın 21-22-də Naxçıvanda səfərdə olublar. Bu barədə məlumatı KƏLAMİNFO-ya Aİ-nın Azərbaycan nümayəndəliyindən veriblər.
    23.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Mar.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031