Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2011
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
    Milli Məclisdə ictimai yerlərdə siqaret çəkilməsinə qarşı qadağalarla bağlı ayrıca qanun layihəsi qəbul oluna bilər
    Bu il Milli Məclisdə ictimai yerlərdə siqaret çəkilməsinə qarşı qadağaların tətbiq olunması ilə bağlı qanun layihəsi qəbul oluna bilər. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib. O, qeyd edib ki, hazırda bununla bağlı Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qayda mövcuddur. “Lakin, əksər hallar o qaydalara riayət olunmur. Hazırda parlamentdə qəbul İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərdə o qaydalara riayət olunması ilə bağlı maddə mövcuddur. Lakin, əksər millət vəkillərinin də əsas gətirdiyi arqumentlər onu deməyə əsas verir ki, ictimai yerlərdə siqaretin çəkilməsi ilə bağlı ayrıca qanun layihəsi işlənib hazırlansın. Çünki, bəzi ictimai yerlərdə qaydalara zidd olaraq siqaret çəkilməsi insan hüquqlarının pozulması ilə nəticələnir”,-deyə millət vəkili vurğulayıb. Onun sözlərinə görə, bu məsələ il ərzində parlamentdə müzakirəyə çıxarıla bilər.
    26.02.11 Məqaləni oxumaq
     
    Bakıda Azərbaycan-Macarıstan işgüzar görüşü keçirilib
    Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan-Macarıstan işgüzar görüşü keçirilib. KƏLAMİNFO xəbər veir ki, tədbir, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Macarıstanın Azərbaycandakı cəfirliyinin təşkilatçılı ilə baş tutub. Tədbirdə Azərbaycan və Macarıstan tərəfindən dövlət rəsmləri ilə yanaşı, informasiya-kommunikasiya texnalogiyaları, kənd təsərrüfatı, sənaye, nəqliyyat, tikinti və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak edib.
    26.02.11 Məqaləni oxumaq
     
    Kiyevdə GUAM-a üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 14-cü iclası keçirilib
    Kiyevdə GUAM-ın katibliyində quruma üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 14-cü iclası keçirilib. KƏLAMİNFO GUAM-ın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edib. Təşkilvtfn Baş katib Valeri Çeçelaşvili çıxış edərək GUAM-ın 2010-cu ildəki fəaliyyətinə dair hesabatla çıxış edib. Qurumda sədrlik Moldovaya keçib və bu ölkənin 2011-ci ildə sədrliyinin prioritetləri barədə məlumat dinlənilib. Nazirlər GUAM-a üzv ölkələrin BMT, ATƏT və digər beynəlxalq təşkilatlar yanında fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin əməkdaşlığı barədə qəbul olunmuş planın həyata keçirilməsini də müzakirə ediblər.
    25.02.11 Məqaləni oxumaq
     
    Haaqada “Xocalıya ədalət” kampaniyası çərçivəsində müraciət təqdim olunacaq
    Xocalı faciəsinin 19-ci ildönümü ilə əlaqədar sabah “Xocalıya ədalət” kampaniyasının Niderland üzrə komitəsinin təşəbbüsü ilə Beynəlxalq Ədalət Məhkəməsinin yerləşdiyi Haaqanın Sülh Sarayına müraciət təqdim olunacaq. KƏLAMİNFO xəbər verir ki, Azərbaycanın Niderland Krallığındakı səfirliyindən bildiriblər ki, kampaniyanın Hollandiya üzrə əlaqələndiricisi, bu ölkənin Milli Qəhrəmanı Gert van Dam tərəfindən Haaqada Xocalı soyqırımına həsr olunmuş abidənin ətrafında anma tədbiri keçiriləcək. Mərasim Beynəlxalq Ədalət Məhkəməsinin qarşısında izdihamlı toplantı şəklində davam etdiriləcək. Mərasimə holland ictimaiyyətinin nümayəndələri, Azərbaycan və türk icmalarının təmsilçiləri, yerli QHT-lərin fəalları qatılacaqlar.
    25.02.11 Məqaləni oxumaq
     
    Aydın Mirzəzadə: “Nüfuzlu dövlətlər Azərbaycanın mövqeyini qəbul etməkdədirlər “
    “Dünyanın bir sıra nüfuzlu dövlətlərinin öz vətəndaşlarına Ermənistanın işğalı altında olan torpaqlarımıza səfər etməmək barədə xəbərdarlığı yeni haldır. Bu fakt Azərbaycan diplomatiyasının növbəti uğurudur”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib. A.Mirzəzadənin sözlərinə görə, bu proses gələcəkdə də davam edəcək. O bildirib ki, çox nüfuzlu dövlətlərin bu addımı Azərbaycanın mövqeyinin qəbul edilməsi deməkdir.
    25.02.11 Məqaləni oxumaq
     
    Metyu Brayza: “Əsas məqsədimiz dinamik inkişaf edən Azərbaycanın və onun xalqının yaşam tərzini yüksəltməkdir”
    Bu gün Bakıda ABŞ Ticarət Palatasının işgüzar aylıq naharı təşkil olunub. KƏLAMİNFO xəbər verir ki, tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza, ABŞ Ticarət Palatası Şurasının üzvü, ABŞ səfirinin müavini Adams Stollinq iştirak edib. “Mən Ticarət Palatasının tədbirində iştirak etməkdən məmnunam. Bizim ABŞ Ticarət Palatası ilə müzakirə edəcəyimiz zəngin gündəliyimiz var. İkitərəfli müzakirə ediləsi ticarət mövzuları çoxdur. ABŞ höküməti ilə Azərbaycandakı özəl şirkətlər arasında geniş sahəni əhatə edən məsələlər bu gün müzakirə obyektidir. Əsas məqsədimiz dinamik inkişaf edən Azərbaycanın və onun xalqının yaşam tərzini yüksəltməkdir”,- deyə M.Baryza bildirib. Qeyd edək ki, tədbir qapalı şəkildə keçirilib.
    25.02.11 Məqaləni oxumaq
     
    Məzahir Pənahov yenidən MSK-nın sədri seçildi
    Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclasda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də iştirak edib. İclasda qurumun sədri, müavini və iki nəfər katibi seçilib. MSK-nın sədri Məzahir Pənahov, onun müavini Natiq Məmmədov, katiblər isə Mikayıl Rəhimli və Arifə Muxtarova seçiliblər. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev MSK üzvlərinə tövsiyələrini verib. Xatırladaq ki, indiyə qədər Məzahir Pənahov MSK sədri, Şaitdin Əliyev onun müavini, Natiq Məmmədov katib olub. Digər katib vəzifəsi isə boş idi.
    25.02.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Ukrayna Ali Radasının sədri Vladimir Litvinlə görüşüb
    Ukraynaya səfəri çərçivəsində Elmar Məmmədyarov bu ölkənin Ali Radasının sədri Vladimir Litvin ilə görüşüb. Xarici İşlər Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı siyasi və iqtisadi məsələlər müzakirə edilib. Azərbaycan və Ukrayna Parlamentləri arasında əməkdaşlığın yüksək səviyyədə aparıldığı vurğulanıb və parlament diplomatiyasının əhəmiyyəti xüsusi olaraq qeyd edilib. Hər iki ölkənin parlamentlərarası dostluq qruplarının fəaliyyəti yüksək qiymətləndirilib.
    25.02.11 Məqaləni oxumaq
     
    Bu gün Əli bəy Hüseynzadənin 147 yaşı tamam olur
    Bu gün XX əsrin tanınmış ədibi, filosof və ideoloqu Əli bəy Hüseynzadənin 147 yaşı tamam olur. KƏLAMİNFO xəbər verir ki, Əli bəy Hüseynzadə 1864-cü il 24 fevralda Salyanda anadan olub. Atası Tiflis Müsəlman Məktəbinin müəllimlərindən Molla Hüseyn Hüseynzadə anası Xədicə Qafqaz şeyxülislamı Axund Əhməd Hüseynzadənin qızıdır. Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçüb. Atasını erkən itirən Ə.Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyüyüb. Tiflis gimnaziyasını bitirib(1875-1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənib.
    24.02.11 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyində II Respublika Muğam müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi olub
    Bu gün Təhsil Nazirliyində II Respublika Muğam Müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi olub. KƏLAMİNFO xəbər verir ki, müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin təşəbbüsü ilə keçirilib. Müsabiqədə I yer Aytən Məhərrəmova: 5000 manat, II yer Ehtiram Hüseynov: 3000 manat, III yer isə Nişanə Baxşəliyeva 1000 manat layiq görülüblər. Təhsil Nazirliyi əlavə olaraq I yer üçün 2000 manat, II və III yeri tutanlara isə ayrı-ayrılıqda 1500 manat pul mükafatı təqdim edib. Müsabiqədə ümummilikdə 40-a yaxın şəxs iştirak edib. Qeyd edək ki, qaliblər mart ayında Bakıda keçiriləcək Beynəlxalq Muğam Festivalında iştirak hüququ qazanıblar.
    24.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Mar.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031