Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2011
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Keçid dövrü ölkələri Azərbaycanın sığorta-pensiya modelini öyrənmək məqsədilə DSMF-yə müraciət ediblər
    Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatlar və qurulan yeni modelin öyrənilməsi Dünya Bankı tərəfindən kecid dövrü ölkələrinə tövsiyə olunub. Bu tövsiyəyə uyğun olaraq Dünya Bankının layihələrinin tətbiq olunduğu keçid dövrü ölkələrinin müvafiq nümayəndə heyətlərinin Azərbaycanın sığorta-pensiya modelinin öyrənilməsi məqsədilə respublikamıza səfərləri planlaşdırılır. Bu barədə məlumatı KƏLAMİNFO-ya DSMF-dən veriblər. Artıq Monqolustan və Türkmənistanın sığorta-pensiya qurumları Azərbaycan təcrübəsini öyrənmək üçün Dövlət Sosial Müdafiə Fonduna (DSMF) rəsmi müraciət ediblər. Monqolustanın Sosial Sığorta Fondu tərəfindən ünvanlanan məktubda müvafiq nümayəndə heyətinin DSMF ilə əməkdaşlıq etmək üçün Azərbaycana səfər etmək niyyətində olduqları bildirilib. Əfqanıstan Respublikasının nümayəndə heyəti isə artıq bir dəfə Azərbaycanda səfərdə olub.
    01.03.11 Məqaləni oxumaq
     
    İranda 29 ton tiryək müsadirə olunub
    Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanında 29 ton tiryək müsadirə olunub. KƏLAMİNFO İran mətbuatına istinadən xəbər verir ki, narkotik maddə Çinin Mumbay şəhərindən gətirilərək İran əczaçılıq şirkətlərindən birinin sifarişi əsasında olub. Məlumatda sifarişin ödənişlərini də İran banklarından birinin reallaşdırdığı bildirilir. Artıq hadisə üzrə cinayət işi qaldırılıb. Qeyri-rəsmi informasiyaya görə, tiryək İran Səhiyyə Nazirliyinin istəyilə ölkəyə gətirilib və narkotiklərdən dərman preparatlarının istehsalı üçün nəzərdə tutulub.
    01.03.11 Məqaləni oxumaq
     
    "Dövlət və Din" ictimai fikir toplusunun 2011-ci ildə ilk sayı işıq üzü görüb
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan "Dövlət və Din" ictimai fikir toplusunun 2011-ci ildə ilk sayı işıq üzü görüb. Bu barədə KƏLAMİNFO-ya Komitənin mətbuat xidmətindən məlumat verilib. toplunun "Rəsmi guşə"si prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə müraciəti ilə açılır. Jurnal rus dilində məqalələrin çapı ənənəsini davam etdirir. Bu sayda Samirə Mir-Bağırzadənin “Rastsvet kulturı Azerbaydjana v epoxu İslamskoy tsivilizatsii” yazısı “Azərbaycan gerçəkliyi” rubrikası altında dərc edilib. Bölmədə, həmçinin “Azərbaycanda Orta əsr təhsil və elm mərkəzləri - mədrəsələr”, “Azərbaycanda İslam mədəniyyəti tarixi və müasirlik kursunun tədrisinə dair” məqalələri yer alıb. “Cəmiyyət və Din” adlı üçüncü bölmədə Tural Əliyevin “Fəzilətin Tusi yozumu”, Məhəmməd Balayevin “Georq Vilhelm Fridrix Hegel və Şərq”, Elvüsal Məmmədovun “Qədim Yunan ictimai fikrində və Xristianlıq təlimində fəlsəfə və din” yazıları dərc edilib.
    01.03.11 Məqaləni oxumaq
     
    BMM-də Ramiz Mehdiyevin “Gorus-2010 absurd teatrı mövsümü” kitabının ictimai müzakirəsi keçirilib
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Vətən uğrunda!” QHT Koalisiyasının təşkilatçılığı ilə AMEA-nın həqiqi üzvü, akademik Ramiz Mehdiyevin “Gorus-2010 absurd teatrı mövsümü” kitabının ictimai müzakirəsi keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə bir sıra elm adamları, QHT təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən “Vətən uğrunda” QHT Koalisiyasının sədri Samir Mehdizadə bildirib ki, ötən il oktyabrın 16-da Ermənistan prezidenti Serj Sarkistan erməni diasporunu təmsil edən jurnalistləri ölkəsinə dəvət edərək onların qarşısında tarixi faktlara söykənməyən, saxta, uydurma bəyanatlarla çıxış edib.
    01.03.11 Məqaləni oxumaq
     
    Bakıda Azərbaycan və Polşa arasında ikitərəfli hərbi məsləhətləşmələr keçiriləcək
    Martın 14-dən 16-dək Bakıda Azərbaycan və Polşa arasında ikitərəfli hərbi məsləhətləşmələr keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib. Məsləhətləşmələr ikitərəfli hərbi əməkdaşlıq üzrə baş tutacaq. Görüşün detalları və nümayəndə heyətlərinə kimlərin rəhbərlik edəcəyi barədə məlumat verilməyib.
    28.02.11 Məqaləni oxumaq
     
    “Xalq kompyuteri” layihəsi çərçivəsində satılan komputerlərin sayı 11 515-ə çatıb
    Azərbaycanda həyata keçirilən “Xalq kompyuteri” layihəsi çərçivəsində satılan komputerlərin satılan komputerlərin sayı atıq 11 515-ə çatıb. KƏLAMİNFO xəbər verir ki, layihənin operatoru BestComp Group şirkətidir. Sonralar layihəyə İT sahəsində digər avadanlıq və xidmət təchizatçıları da qoşulublar. Komputerlərin çatdırılması və ödənişlərin qəbulu “Azərpoçt” MMC vasitəsilə həyata keçirilir. “Xalq komputeri” layihəsinin hazırkı mərhələsinin əsas məqsədi orta ümumtəhsil məktəblərinin və ali təhsil müəssisələrinin müəllim, tələbə və şagirdlərinə, eləcə də dövlət müəssisələrinin işçilərinə güzəştli şərtlərlə bazar qiymətindən ucuz və ödəniş müddətini 12 ay uzatmaqla kompüter əldə etmək imkanı yaratmaqdır. Xatırladaq ki, ötən həftə sözügedən layihə çərçivəsində satılan kompyuterlərin sayı 11 300 olub.
    28.02.11 Məqaləni oxumaq
     
    Argentinada Azərbaycan turizminin təbliğinə dair tədbir keçirilib
    Buenos-Ayresdə Azərbaycan turizm sektorunun təşviqinə dair tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycanın Argentinadakı səfirliyindən veriblər. Tədbirdə Argentinanın Avropa və Asiya ölkələri üzrə 60-a yaxın turist operator şirkətləri, aparıcı turizm assosiasiyalara və turizm sektorunun təşviqi ilə məşğul KİV-lərin nümayəndələri iştirak ediblər.
    28.02.11 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyi stomatologiya və neyrocərrahiyyə ixtisasları üzrə keçirilən imtahanın nəticələrini açıqlayıb
    Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssisləri üçün keçirilən növbəti imtahanın nəticələrini açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. İmtahan stomatologiya və neyrocərrahiyyə ixtisasları üzrə keçirilib. İmtahanda 118 həkim iştirak edib. İmtahanın şərtlərinə görə, 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər müsahibədə iştirak edə bilərlər. Növbəti imtahanlar martın 2-də mama-ginekologiya və pediatriya ixtisasları üzrə olacaq. Həkimlərin sertifikasiya prosesinə bu ilin yanvar ayından başlanılıb. Artıq nazirlik 161 mütəxəssisə sertifikatlar təqdim edib. Bu sertifikat tibb işçilərinə yaxın 5 il ərzində praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ verir.
    26.02.11 Məqaləni oxumaq
     
    Bu il Azərbaycanda Diffamasiya haqqında qanun qəbul oluna bilər
    Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənovla görüşdə bizə bildirildi ki, jurnalistlərin yazılarına görə cinayətə cəlb olunmaması-Diffamasiya haqqında qanun Azərbaycanda bu il qəbul oluna bilər. KƏLAMİNFO xəbər verir ki, bu barədə ölkəmizdə səfərdə olan Beynəlxalq Mətbuat İnstitutunun direktoru xanım Alison Betel Mckenzi bildirib. Alison Betel Mckenzi Azərbaycanda müvafiq qurumlarla keçirdiyi görüşdən sonra belə qənaətə gəlib ki, ölkədə bu istiqamətdə ciddi addımlar atılır və yaxın aylarda həmin təklif ölkə parlamentinə təqdim olunacaq. “Biz Mətbuat Şurasında keçirdiyimiz görüşdə həmin qanunun bir nüsxəsinin bizə təqdim etmələrini xahiş etdik. Böyük ehtimalla onlar yaxın günlərdə o nüsxəni bizim Azərbaycandakı milli komitəyə təqdim edəcəklər. Biz onunla tanış olduqdan sonra yəqin ki, Azərbaycan tərəfinə bununla bağlı öz təkliflərimizi bildirəcəyik”,-deyə BMİ direktoru vurğulayıb.
    26.02.11 Məqaləni oxumaq
     
    Ukrayna prezidenti Viktor Yanukoviç Azərbaycana yeni səfir təyin edib
    Ukrayna prezidenti Viktor Yanukoviç Azərbaycana yeni səfir təyin edib. KƏLAMİNFO Ukrayna prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Prezidentin Fərmanı ilə Mişşenko Aleksandr Pavloviç Ukraynanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
    26.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Mar.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031