Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2011
    Səhifələr : #  20 21 22 23 24 25 26 27 28  #
    AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda elmi konfrans keçirilib
    Bu gün AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda “Fəlsəfə və elmlərin qarşılıqlı əlaqaəsi” mövzusunda elmi konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə bildirdi ki, rəhbərlik etdiyi qurumda xarici ölkələrin tanınmış elm adamları ilə görüşlər ənənə halını alıb. İ.Məmmədzadə qeyd edib ki, belə konfranslar cəmiyyətdə fəlsəfənin simasını müasirləşdirir və bütün dünyada tanıdır. Fəlsəfənin ümumi problemləri ilə bağlı tədbir iştirakçılarına məlumat verən İ.Məmmədzadə 2009-cu ildə Azərbaycanda elminin inşkişafı ilə bağlı prezident tərəfindən Fərman imzaladığını xatırladıb. İ.Məmmədzadə qeyd edib ki, bu Fərmandan irəli gələn vəzifələrin yeninə yetirilməsinə səylə çalışırlar. “Çalışırıq ki, Azərbaycan fəlsəfəsini yeni, müasir üslubla inkişaf etdirək və elmimizlə bütün dünyanı tanış edək”,-deyə İ.Məmmədzadə əlavə edib.
    03.02.11 Məqaləni oxumaq
     
    Azad Rəhimov, GİN-nin əməkdaşları, gənclər təşkilatlarının nümayəndələri Fəxri Xiyabanı ziyarət ediblər
    Bu gün 2 fevral Gənclər Günü münasibətilə gənclər və idman naziri Azad Rəhimov, nazirliyin əməkdaşları, gənclər təşkilatlarının nümayəndələri Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. KƏLAMİNFO xəbər verir ki, görkəmli aftamoloq alim, zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzülüb. Qeyd edək ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə Gənclər Gününün təsdiq olunub. 1996-ci il fevralın 2-də ümummilli liderin təşəbbüsü ilə Azərbaycan Respublikası Gənclərinin I Forumu keçirilib.
    03.02.11 Məqaləni oxumaq
     
    M.Qonçar: “Rusiya Cənubi Qafqazda strateji tərəfdaş qismində Ermənistanı Azərbaycanla dəyişməyə hazır deyil”
    “Bu il Rusiya Cənubi Qafqazda strateji tərəfdaş qismində Ermənistanı Azərbaycanla dəyişməyəcək, çünki buna hazır deyil”. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Nomos” Enerji Proqramları Mərkəzinin direktoru Mixail Qonçar şərh verib. O, qeyd edib ki, istənilən halda Azərbaycan Dağlıq Qarabağ problemini hərbi yolla həll etməyə can atmamalıdır. “Ona görə ki, müharibənin nəticələrini əvvəlcədən proqnozlaşdırmaq olmaz. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, ölkənin ərazi bütövlüyünü tanıyır. Üstəlik, son 7 il ərzində Azərbaycan fasiləsiz olaraq hərbi potensialını gücləndirir. Dağlıq Qarabağ problemini həll etmək üçün Azərbaycan öz iqtisadiyyatını gücləndirməyə davam etməlidir. Qarabağ münaqişəsinin həllinin hazır reseptləri yoxdur. Məncə, Azərbaycan indi əsas diqqəti erməni işğalında olan 7 rayonun azad edilməsinə yönəltməlidir”,-deyə eskpert vurğulayıb.
    03.02.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Münhen Təhlükəsizlik konfransında iştirak edəcək
    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 4-6-da keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək. Bu barədə KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib. Qeyd edək ki, 47-ci Münhen konfransının gündəliyinə maliyyə böhranı, nüvə silahının yayılmaması, silahsızlaşdırma və s. kimi aktual məsələlər daxil edilib. Münhen konfransında 350-yə yaxın qonağın iştirak edəcəyi gözlənilir. Münhen konfransının əsası 1962-ci ildə alman naşiri Evald fon Klyast tərəfindən NATO-ya üzv ölkələrin "müdafiə nazirlikləri nümayəndələrinin iclası" kimi qoyulub.
    03.02.11 Məqaləni oxumaq
     
    Bu gün Azərbaycanda Gənclər Günüdür
    Bu gün Azərbaycanda Gənclər Gününü qeyd edilir. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər Günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlayıb. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə Gənclər Gününün təsdiq olunub. 1996-ci ildə məhz fevralın 2-də ümummilli liderin təşəbbüsü ilə Azərbaycan Respublikası Gənclərinin I Forumu keçirilib. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu ilin əvvəlinə ölkə əhalisinin 2,9 milyon nəfərini və ya 31.4 faizini 14-29 yaşında olan gənclər təşkil edir. Onların 50 faizi kişi, 50 faizi isə qadınlardır. Azərbaycanda doğulan körpələrin 82 faizi gənc ailələrdə dünyaya göz açıb. Son 5 ildə gənc analar tərəfindən doğulan uşaqların sayı təxminən 12 faiz artıb.
    02.02.11 Məqaləni oxumaq
     
    Ali Məhkəmənin Aparat rəhbəri Dünya Bankının layihə rəhbəri ilə görüşüb
    Dünya Bankının ədliyyə sisteminin müasirləşdirilməsi layihəsinin rəhbəri Klaus Deker Ali Məhkəmənin Aparat rəhbəri Əlirza Kərimovla görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ali Məhkəmədən veriblər. Ə.Kərimov müasir informasiya texnologiyaları sahəsində Ali Məhkəmədə həyata keçirilən tədbirlər barədə məlumat verib, elektron kargüzarlıq və sənəd dövriyyəsi sisteminin məhkəmə aparatı işinin sürətləndirilməsində və məlumatların elektron vasitələrlə yayimlanmasının əhəmiyyətini xüsusi qeyd edib.
    02.02.11 Məqaləni oxumaq
     
    Nazir: “Gənclərin məşğulluq probleminin həlli üçün əmək yarmarkaları keçiriləcək”
    Bu gün Azərbaycan gənclərinin sosial problemlərinin həll olunmasında əsas məsələ məşğulluqdur. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib. O, qeyd edib ki, bu il gənclərin məşğulluq probleminin həlli üçün əmək yarmarkalarının və kursların keçirilməsi üçün addımlar atılacaq. “İl ərzində gənc biznesmenlərin müsabiqəsinin keçiriləcəyi də gözlənilir”,-deyə nazir vurğulayıb. Onun sözlərinə görə, əcnəbi gənclərin Azərbaycana marağını oyatmaq üçün beynəlxalq gənclər düşərgələri yaradılacaq. “Həmçinin Azərbaycan gənclərinin bu il də xaricə göndərilməsi layihələri həyata keçiriləcək”,-deyə A.Rəhimov əlavə edib.
    02.02.11 Məqaləni oxumaq
     
    Millət vəkili: “DQMK işini TQDK kimi tənzimləsə daha yaxşı olar”
    “Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) irəli gedərək dövlət qulluğuna qəbul imtahanlarını daha da şəffaf keçirməlidir”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində millət vəkili Elmira Axundova bildirib. Onun sözlərinə görə, qəbul zamanı xüsusilə müsahibə mərhələlərinə diqqət yetirilməlidir. “Burada əksər vaxtlar “qohumluq, tanışlıq” prinsipləri özünü göstərir. Ona görə də müsahibə mərhələsində hansısa təhsil məsələləri ilə məşğul olan QHT üzvləri və ya millət vəkilləri müşahidəçi kimi dəvət olunmalıdır”,-deyə E.Axundova vurğulayıb. O, qeyd edib ki, belə imtahanları KİV daha geniş işıqlandırmalıdır ki, prosses bütün cəmiyyətin diqqət mərkəzində olsun. “Məsələn, DQMK işini TQDK kimi tənzimləsə daha yaxşı olar. Necə ki, TQDK sədri hər qəbul imtahanından sonra mətbuat konfransı təşkil edir, bunu DQMK sədri də etsə daha münasib olar”,-deyə millət vəkili iradını bildirib.
    02.02.11 Məqaləni oxumaq
     
    AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Ali Məhkəmədə olublar
    Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ali Məhkəmədən veriblər.
    02.02.11 Məqaləni oxumaq
     
    Azad Rəhimov: “Azərbaycanda 200-dən artıq gənclər təşkilatı qeydiyyata alınıb”
    “Hazırda Azərbaycanda 200-dən artıq gənclər təşkilatı qeydiyyata alınıb. Onlar bu il Gənclər və İdman Nazirliyinin gənclər siyasəti ilə bağlı layihələrinə cəlb olunacaqlar”. KƏLAMİNFO xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib. O, qeyd edib ki, bu il gənclər siyasəti sahəsində yeni layihələrin reallaşdırılması nazirliyin prioritet tapşırıqlarından biridir. “Bundan əlavə, azərbaycanlı gənclərin beynəlxalq miqyaslı tədbirlərdə iştirakına da diqqət ayrılacaq. Bununla bağlı bizim xüsusi planlarımız var”,-deyə nazir vurğulayıb. Qeyd edək ki, bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.
    02.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  20 21 22 23 24 25 26 27 28  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Mar.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031