Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2011
    Səhifələr : #  17 18 19 20 21 22 23 24 25  #
    AMEA-nın Milli Məclisə göndərdiyi soyadlarla bağlı qanun layihəsində dəyişikliklər olacaq
    AMEA-nın təsdiq edib Milli Məclisə göndərdiyi soyadlarla bağlı qanun layihəsində dəyişikliklər olacaq. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva bildirib. Onun sözlərinə görə, soyadlarla bağlı təsdiqlənən yeni seçim sistemi millilik baxımından çox əhəmiyyətli və təqdiredici olsa da, bunlardan birinin tətbiqi mürəkkəb məqamlar yaradacaq. “Bu da vətəndaşın soyad sonluğu kimi “-oğlu” və ya “-qızı” sonluğunu seçməsindən gedir. Burada göstərilir ki, valideynin mövcud soyadını bildirən sözün kökünə və ya soyad tərkibinin hər hansı hissəsinə “-oğlu” və ya “-qızı” sonluğu artırıla bilər.
    08.02.11 Məqaləni oxumaq
     
    Nazirlər Kabineti elmi dərəcə almaq üçün müdafiə olunan dissertasiyaların rəsmi opponentlərinə ayrılan saat vaxtını müəyyən edib
    Nazirlər Kabineti Azərbaycanın ali təhsil müəssisələrində, elmi idarə və təşkilatlarında elmi dərəcə almaq üçün müdafiə olunan dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi ilə bağlı məsələləri tənzimləmək məqsədi ilə qərar qəbul edib. Nazirlər Kabinetindən KƏLAMİNFO-ya verilən məlumata görə, elmi dərəcə almaq üçün müdafiə olunan dissertasiya işlərinin rəsmi opponentlərinə elmlər doktoru elmi dərəcəsi üzrə 40, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 20 saat müəyyən edilib. Rəsmi opponentlərin əməyinin saathesabı ödənilməsi məbləğləri “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında” AR Nazirlər Kabinetinin ali məktəb tələbələri ilə tədris məşğələləri aparan şəxslər üçün nəzərdə tutulan məbləğlərdə müəyyənləşdirilir. Müəyyən edilir ki, dissertasiya işləri üzrə opponentliyə görə saathesabı ödəniş haqları həmin şəxslərin çalışdıqları müəssisə, idarə və təşkilatların xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulan vəsait hesabına ödənilir.
    08.02.11 Məqaləni oxumaq
     
    A.İsmiyev: “Şahdağ qış-yay turizm kompleksi ilin sonuna kimi istifadəyə veriləcək”
    Azərbaycanın şimalında inşa olunan Şahdağ qış-yay turizm kompleksi ilin sonuna kimi istifadəyə veriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin rəisi Aydın İsmiyev verib. O, qeyd edib ki, bu, iri turizm obyekti kimi nəinki ölkədə, o cümlədən beynəlxalq səviyyədə böyük yay-qış turizm obyekti olacaq. “Layihə üçün 2 mlrd. 400 mln. avro investisiya ayrılıb. Bunun 400 mln. Avrosunu Azərbaycan, yerdə qalanını isə özəl investorlar yatırıb. Kompleksin layihəsi “Alf”- “Svistaun” Avstriya-İsveçrə mərkəzləri tərəfindən hazırlanıb”,-deyə idarə rəisi vurğulayıb. Onun sözlərinə görə, dövlət həmçinin burada 350-400 yerlik otelin tikintisini də maliyyələşdirəcək. “Kompleks tam gücü ilə istismara verildikdən sonra orada eyni vaxtda 1000-ə qədər insan istirahət edə biləcək”,-deyə A.İsmiyev vurğulayıb. Qeyd edək ki, kompleksin tikintisinə 2009-cu ildə başlanılıb.
    08.02.11 Məqaləni oxumaq
     
    Abdullah Gülün İrana səfər tarixi müəyyənləşib
    Türkiyə prezidenti Abdullah Gül fevralın 14-də İrana səfər edəcək. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin dövlət naziri Sərvət Yılmaz verib. Onun sözlərinə görə, səfər İran prezidenti Mahmud Əhmədinejadın dəvəti ilə baş tutacaq. Səfərdə Türkiyə-İran arasında ticarət əlaqələri də müzakirə olunacaq.
    08.02.11 Məqaləni oxumaq
     
    Millət vəkili: “Şəxsiyyət vəsiqələrində müəyyən anlaşılmazlıqlar var”
    “Bu gün Azərbaycanda tətbiq edilən şəxsiyyət vəsiqələrində vətəndaşın soyad və adı, atasının adı qrafasında müəyyən anlaşılmazlıqlar var”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində millət vəkili Jalə Əliyeva bildirib. O, qeyd edib ki, nədənsə indiyədək bu istisna hal kimi nəzərdən qaçıb. “Məsələn, soyad Məmmədova, adı Lalə, atasının adı qrafasında isə Həsən qızı yazılır. Burada söhbət şəxsin cinsindən gedirsə, həmin şəxsiyyət vəsiqəsinin arxa hissəsində cinsiyyətlə bağlı qrafa var və orada şəxsin qadın və ya kişi olduğu göstərilir. O halda mənə elə gəlir ki, atanın adı qrafasında “qızı” və ya “oğlu” sözü yazılmasının heç bir mənası yoxdur”,-deyə millət vəkili vurğulayıb.
    08.02.11 Məqaləni oxumaq
     
    Tələbələrin Qış “Liderlik Məktəbi” başlayır
    Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) fevralın 10-16-da Quba “Cənnət Bağı” Istirahər Mərkəzində I və II kurs tələbələri üçün Qış “Liderlik Məktəbi” layihəsini həyata keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) mətbuat xidmətindən veriblər. Layihədə iştirak etmək üçün ATGTİ-nin elektron ünvanına tələbələr tərəfindən 1000-ə yaxın ərizə daxil olub, onlardan 300-ü II mərhələdə iştirak hüququ əldə edərək və müsahibə yolu ilə aralarından ən layiqli 120 tələbə “Liderlik Məktəbi”nə seçilib. Layihədə Azərbaycanın bütün ali təhsil müəssisələrinin tələbələri təmsil olunacaq.
    07.02.11 Məqaləni oxumaq
     
    DMX-də qulluq keçən işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları təsdiq edilib
    Nazirlər Kabineti Dövlət Miqrasiya Xidmətində (DMX) qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normalarını təsdiq edib. Nazirlər Kabinetindən KƏLAMİNFO-ya verilən məlumata görə, DMX-də qulluq keçən xüsusi rütbəsi olan işçilər geyim forması və fərqlənmə nişanları ilə Xidmətin saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər hesabına təmin ediləcəklər. Qərara görə, DMX-də qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması 1 ildən 4 ilədək, fərqlənmə nişanları isə ali, böyük və orta xüsusi rütbəsi olan işçilərə hər geyim forması üçün 1,5 il müddətinə verilir.
    07.02.11 Məqaləni oxumaq
     
    Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Katibliyinə 719 000 manat vəsait ayrılıb
    Nazirlər Kabineti “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin 2011-ci il üçün xərclər smetası”nı təsdiq edib. Nazirlər Kabinetindən KƏLAMİNFO-ya verilən məlumata görə, qərar 2011-ci il yanvarın 1-dən qüvvəyə minib. Nazilər Kabinetinin qərarına əsasən Şuranın Katibliyinə 2011-ci il üçün ümumilikdə 719 000 manat vəsait ayrılıb. Bura ştatda olan işçilərin əməkhaqqı, ştatdankənar işçilərin əməkhaqqı, əməyin ödənişi ilə bağlı sair pul ödənişləri, dövlət sosial müdafiə fonduna ayırmalar, həmçinin mətbu nəşrlərinin təsis olunması, xüsusi bülletenlərin buraxılması, konfransların, simpoziumların, forumların təşkil edilməsi, üzvlərin bu tədbirlərdə iştirakı ilə əlaqədar xidməti ezamiyyə, ekspertlərin qonorar xərclərinin ödənilməsi və fəaliyyəti ilə bağlı xərclər daxildir.
    07.02.11 Məqaləni oxumaq
     
    Avropa Birliyi azərbaycanlı aspirantlara təqaüd ayıracaq
    Avropa Komissiyasının Təhsil və Mədəniyyət direktoru Avropa Siyasət Universitetində aspirantura üzrə təhsil almaq istəyənlərə təqaüd ayırmaq qərarına gəlib. KƏLAMİNFO xəbər verir ki, 2010-11-ci illərdə qonşu ölkə vətandaşlarına təqaüd ayrılacaq. Avropa Birliyinin təqaüd ayırmaq istədiyi ölkələr arasında Azərbaycan, Ermənistan, Misir, Tunis, Livan, Mərakeş və digər ölkələrin adları var. Təqaüdün məbləği təhsil, yaşayış, səfər xərclərini əhatə edəcək. Ərizələrin son göndəriləmə tarixi martın 15-dir. Qeyd edək ki, universitet 1949-cu ildə Belçikada təsis olunub. O, həmçinin Avropa tarixini, siyasətini öyrənmək üçün ən mükəmməl təhsil ocağı hesab edilir.
    07.02.11 Məqaləni oxumaq
     
    İranın parlament müxbirləri xüsusi forma geyinəcək
    İran İslam Respublikasının parlament müxbirləri üçün xüsusi geyim hazırlanıb. KƏLAMİNFO xəbər verir ki, İranın qanunverici orqanında çoxluq təşkil edən mühafizəkarlardan ibarət millət vəkilləri də parlamentə gələn qadın müxbirlərin bir tip paltar geyinmələrinin zəruriliyini vurğulayıblar. Qeyd edək ki, İranda qadın jurnalistlər üçün xüsusi paltar artıq hazırdır. Həmin paltarlar İslam adət-ənənlərinə uyğun şəkildə hazırlanıb.
    07.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  17 18 19 20 21 22 23 24 25  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Mar.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031