Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2011
    Səhifələr : # « 1 2 3 4 5 6 » #
    Mədəniyyət və Turizm Nazirliyi ötən ilin fəal kitabxanaçılarını müəyyən edib
    Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Kitabxanaçıların peşə ustalığı üzrə “İlin kitabxanaçısı- 2010” respublika müsabiqəsi haqqında Əsasnamə hazırlanıb və təsdiq edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Müsabiqə Komissiyasına kitabxanaçı mütəxəssislər tərəfindən təqdim olunan innovasiya proqramları, kitabxananın informasiya resurslarının təbliğatının təşkili, qarşıda duran aktual problemlərin həllinə dair təkliflər, kitabxanaçı mütəxəssislərin fərdi keyfiyyətləri, habelə onların şəhər, rayon, respublika əhəmiyyətli tədbirlərdə və nazirlik tərəfindən həyata keçirilən layihələrdə fəal iştirakları və s. üstünlüklər nəzərə alınıb. Müsabiqə komissiyasının yekun rəyinə əsasən I mükafata - Gəncə şəhər MKS-nin şöbə müdiri Gülnaz İsgəndərova, II mükafata - Ucar rayon MKS-nin direktoru Bəsirə Abbasova, III mükafata - Bərdə rayon MKS-nin kitabxanaçısı Fəxriyyə Quliyeva layiq görülüb. Müsabiqədə qalib gəlmiş kitabxanaçı mütəxəssislər “İlin kitabxanaçısı- 2010” respublika müsabiqəsi haqqında Əsasnaməyə uyğun olaraq Nazirliyin Fəxri Fərmanı və pul mükafatları ilə mükafatlandırılacaqlar.
    02.03.11 Məqaləni oxumaq
     
    Rəcəb Tayyib Ərdoğan martın ortalarında Rusiya səfər edəcək
    Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan martın ortalarında Rusiya səfər edəcək. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Tatarıstanın paytaxtı Kazanda Türkiyənin kosulu Əhməd Akıntı deyib. Onun sözlərinə görə, sabahdan Tatarıstanda Rusiya-Türkiyə hökümətlərarası komissiyanın 11-ci iclası başlayır. Komissiyada Türkiyəni Enerji və Təbii Sərvətlər Naziri Tanər Yıldız təmsil edəcək.
    01.03.11 Məqaləni oxumaq
     
    M.Qəddafi: “Xalq məni sevir, xalq mənimlədir, məni müdafiə emək üçün ölümə də hazırdır”
    Etirazçı nümayişçilər “Əl-Qaidə” təşkilatının yaydığı narkotik maddələrin təsiri altındadır. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Liviya lideri Müəmmar Qəddafi BBC-yə müsahibəsində deyib. Onun sözlərinə görə, etirazçılar oğurladıqları silahdan istifadə edirlər, lakin Liviyanın təhlükəsizlik xidmətlərinə onlara atəş açmamaq əmri verilib. M.Qəddafi həmçinin xalqın onu sevdiyini və etiraz etmədiyini bildirib. Qəddafi küçələrdə heç bir nümayişin olmadığını vurğulayıb. Nümayişlərdən heç biri bizə qarşı deyil. “Mən prezident deyiləm. Onlar məni sevirlər, mənim xalqım mənimlədir. Onların hamısı məni istəyir. Onlar məni müdafiə etmək üçün ölümə də hazırdırlar,-deyə Liviya lideri əlavə edib. Qərbin Liviyanı müstəmləkəyə çevirmək arzusunda olduğunu qeyd edən M. Qəddafi qərb liderlərinin ona xəyanətda ittiham edib.
    01.03.11 Məqaləni oxumaq
     
    SAMF Şamaxıda görüş keçirib
    Söz Azadlığını Müdafiə Fondu (SAMF) Şamaxı tarix-diyarşünaslıq muzeyində görüş keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAMF-dan veriblər. Görüşdə muzeyin direktoru Firqiyyə Zamanova muzeyin yaranma tarixindən, eksponatların mühafizəsindən, gündəlik fəaliyyətlərindən danışaraq qeyd edib ki, fəaliyyəti dövründə muzey 3 dəfə yerini dəyişib, sonuncu dəfə 2008-ci ildən keçmiş “Döyüş Şöhrəti” muzeyinin binasına köçüb.
    01.03.11 Məqaləni oxumaq
     
    Ombudsman Aparatının əməkdaşları ünvanlı sosial yardım və əlilliyin təyin edilməsi ilə əlaqədar şikayətləri araşdırıb
    Bir sıra vətəndaşlar ünvanlı sosial yardımların və tibbi-sosial ekspert komissiyalarında əlilliyin təyin edilməsi zamanı problemlərlə üzləşdikləri ilə bağlı Ombudsman Elmira Süleymanovaya şikayət ediblər. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırma əsasında Ombudsman Aparatının və adı çəkilən nazirliyin əməkdaşları Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Biləsuvar və Cəlilabadda rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi mərkəzlərinin və müvafiq zona Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) rəhbərlərinin, həmçinin Müvəkkilin Cəlilabad Regional Mərkəzi nümayəndələrinin və vətəndaşların iştirakı ilə yerlərdə 3 günlük birgə araşdırma aparıblar. Ombudsman Aparatından KƏLAMİNFO-ya verilən məlumata görə, ünvanlı sosial yardımlarla bağlı imtina verilən ailələrin şikayətləri müvafiq sənədlər üzrə bir daha araşdırılıb və onların bəzilərinə köməklik göstərilib.
    01.03.11 Məqaləni oxumaq
     
    Dünya Azərbaycanlılarının III Qurultayı ilə bağlı ciddi hazırlıq işləri aparılır
    Cari ilin iyul ayında Bakı şəhərində keçiriləcək Dünya Azərbaycanlılarının III Qurultayı ilə bağlı ciddi hazırlıq işləri aparılır. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat katibi Bəhruz Nəzərov söyləyib. O qeyd edib ki, qurultaya hazırılqla bağlı xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarına da müvafiq tapşırıqlar verilib. Qurultayın dəqiq tarixinə gəlincə, B.Nəzərov qeyd edib ki, hələlik tarix dəqiqləşməyib. Onun sözlərinə görə, toplantıda Dünya Azərbaycanlılarının II qurultayından keçən dövr ərzində görülən işlər müzakirə olunacaq, eyni zamanda Azərbaycan diasporunun müasir dövrdə qarşısında duran vəzifələr, gələcək fəaliyyət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq. Komitə sözçüsü hazırda diaspor təşkilatlarının əvvəlki illərə nisbətən daha fəal fəaliyyət göstəridiklərinə də toxunub və əlavə edib ki, onların fəaliyyəti bundan sonra daha da aktivləşəcək. Qeyd edək ki, DİDK-də növbəti qurultayın təşkili ilə bağlı Tədbirlər Planı hazırlanıb və İşçi qrup yaradılıb.
    01.03.11 Məqaləni oxumaq
     
    Azərbaycanda siyasi partiyaların tənzimlənməsi mövzusunda Dəyirmi masa keçiriləcək
    Martın 7-8-i tarixlərində Azərbaycanda siyasi partiyaların tənzimlənməsi mövzusunda Dəyirmi masa keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ATƏT-in Bakı ofisindən veriblər. Siyasi partiya qanunvericiliyinin müzakirə ediləcəyi tədbirdə Prezident Administrasiyası, Milli Məclisin vəzifəli şəxsləri, eləcə də 18 siyasi partiya nümayəndələri bir araya gələcək. Görüşün əsas məqsədi partiyaların tənzimlənməsinin təkmilləşdirilməsi və bu məsələdə Azərbaycan hökümətinə yardımçı olmaqdır. Tədbir iştirakçıları siyasi partiyaların tənzimlənməsinə dair Venesiya Komissiyasının təlimatları ilə tanış olacaq. İclasda bu sahə üzrə beynəlxalq təcrübələr Azərbaycan modeli ilə paralel müzakirə ediləcək.
    01.03.11 Məqaləni oxumaq
     
    Bahar Muradova: “ATƏT PA sədrinin ölkəmizə səfəri zamanı Dağlıq Qarabağ problemi diqqət mərkəzində olacaq”
    ATƏT-in Parlament Assambleyasının prezidenti Petros Eftimiu bu ilin may ayında Azərbaycana səfəri çərçivəsində ölkəmizlə təşkilat arasında münasibətlər, eləcə də digər məsələlər müzakirə olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə yap.org.az saytına açıqlamasında Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova məlumat verib. “Biz xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsini diqqət mərkəzində saxlayacağıq. Təşkilatın bu problemin həllində öz fəallığını artırmaq zərurəti qurumun rəhbərinin nəzərinə bir daha çatdırılacaq”,-deyə vitse-spiker qeyd edib.
    01.03.11 Məqaləni oxumaq
     
    Rusiya prezidentinin rəsmi saytı prezidentlərin üçtərəfli görüşü barədə rəsmi məlumat yayıb
    Rusiya prezidentinin rəsmi saytı martın 5-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü barədə rəsmi məlumat yayıb. KƏLAMİNFO kremlin.ru saytına istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan Rusiya prezidenti Dmitri Medvedyevin dəvəti ilə Soçiyə gələcəklər. Üçtərəfli görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə olunacaq.
    01.03.11 Məqaləni oxumaq
     
    BDU-dan dörd semestr ərzində 180 nəfər tələbə xaric edilib
    2009/2010 və 2010/2011- tədris ili ərzində (4 semestr) Bakı Dövlət Universitetindən (BDU) 180-ə yaxın tələbə xaric olunub. Bu barədə məlumat KƏLAMİNFO-ya BDU-nun Mətbuat və informasiya şöbəsindən verilib. Səbəb onların universitet daxili nizam-intizam qaydalarını pozması, davamiyyət və akademik borclar və s. məsələlər olub. Qeyd edək ki, bir neçə gün əvvəl bununla bağlı yayılan məlumatda yanlışlığa yol verilərək xaric edilən tələbələrin 2009/2010 və 2010/2011- tədris ili ərzində (4 semestr) yox, 2010/2011- tədris ili ərzində olduğu qeyd edilib.
    01.03.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Mar.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031