Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2011
    Səhifələr : # « 15 16 17 18 19 20 21 22 23 » #
    Deputat: “Avropa təşkilatları Ermənistanın işğalçılıq faktının üstündən sükutla keçir”
    “ATƏT-in faktaraşdırıcı missiyasının əldə etdiyi faktlar yəqin ki, Ermənistanın qanunsuz əməllərini qabarıq şəkildə göstərir”. KƏLAMİNFO xəbər verir ki, bu barədə YAP-ın rəsmi saytına açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib. O, hesab edir ki, bu səbəbdən missiya balanslaşdırıcı məruzə hazırlaya bilmir və indiyə qədər hesabatı təqdim etmir. “Hələ 2005-ci ildə faktaraşdırıcı missiya öz hesabatında məsələni nə qədər yumşaltmağa çalışsa da, Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşmanı etiraf etməyə məcbur olub.
    08.02.11 Məqaləni oxumaq
     
    Politoloq: “Qərbin mövqelərinin Qafqazda zəifləməsi İranın bu regionda olan marağının artmasına rəvac verdi”
    “Son bir ildə ABŞ-ın, eləcə də Qərbin mövqelərinin Qafqazda zəifləməsi İranın bu regionda olan marağının artmasına rəvac verdi”. Bunları KƏLAMİNFO-ya müsahibəsində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib. Politoloqun fikirincə, eyni paraleldə Türkiyənin də Qafqaza marağı qətiyyən azalmayıb. “Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə olarkən həmkarı Əhməd Davudoğlu digər məsələlərdən daha çox Qafqazda olan problemləri müzakirə etdi. Belə bir tendensiya Rusiya- Türkiyə arasında son zamanlar daha tez-tez cərəyan etməkdədir. Bu da Ankaranın Qafqazla daha çox maraqlanmasından xəbər verir”,-deyə politoloq vurğulayıb. Onun sözlərinə görə, eyni həmlə ilə İran da regionda olan iri maraqlarını gizlətmir. “Türkiyədən fərqli olaraq Tehran daha aqressiv vasitələrə əl atır ki, son vaxtlar İranla bağlı proseslər buna əyani sübutdur”,-deyə o, əlavə edib.
    08.02.11 Məqaləni oxumaq
     
    Misir Mərdanov: “Peşə təhsili ilə bağlı xeyli problemlər var”
    Azərbaycanda peşə təhsili ilə bağlı xeyli problemlər var. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə təhsil naziri Misir Mərdanov söyləyib. Nazir qeyd edib ki, bu problemlər maddi-texniki bazanın zəifliyi, müasir avdanlıqların olmaması, Azərbaycanın müvafiq qanunvericiliyində hələlik dəyişikliyin aparılmaması, ümumiyyətlə peşə təhsil müəssisələrinin normal halda olmamasından ibarətdir. Hazırda Azərbaycanda 108 peşə təhsil müəssisəsinin mövcudluğunu diqqətə çatdıran M.Mərdanov bunların da 55-də 3258-nin məcburi köçkün ailəsinin yaşadığını qeyd edib. Nazirin sözlərinə görə, 24 müəsisə işləməyə yarasızdır, 78 müəssisənin isə təmirə ehtiyacı var.
    08.02.11 Məqaləni oxumaq
     
    Litva Seyminin sədri xanım İrena Dyaqutenenin Bakıya səfəri başlayıb
    Bu gün Litva Seyminin sədri xanım İrena Dyaqutene Azərbaycana rəsmi səfərə gəlib. KƏLAMİNFO xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Litva Seyminin sədrini Milli Məclis sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar. Qeyd edək ki, xanım İrena Dyaqutene rəsmi görüşlərinə bu gün başlayır.
    08.02.11 Məqaləni oxumaq
     
    ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq başa çatıb
    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Ağdam rayonu Çəmənli kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Uilyam Praroy, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Jaslan Nurtazin keçiriblər.
    08.02.11 Məqaləni oxumaq
     
    Səməd Seyidov Polşa səfiri ilə görüşüb
    Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikal Labenda ilə görüşüb. Görüşdə universitetlərarası əlaqələr və bir sıra maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-dan veriblər. S.Seyidov universitetdə bir çox istiqamətlər üzrə müxtəlif ixtisasların mövcud olduğunu bildirib. Səfir Mikal Labenda ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edib. Diplomat Polşa universitetləri və ADU arasında gələcək əməkdaşlıq perspektivlərinin də olduğunu deyib. Mikal Labenda Polşa universitetlərində Azərbaycan dilinin tədrisinin və Azərbaycanşünaslıq ixtisasının açılmasının mümkünlüyündən danışıb.
    08.02.11 Məqaləni oxumaq
     
    ÜAK-ın regonal rəhbəri Fəxrəddin Yarıyev: “Növbəti qurultay da diasporumuzun inkişafı üçün stimul olacaq”
    Dünyada yaş təcrübəsi çox diasporlar var. Elə diasporlar var ki, hələ öz dövləti yaranmamışdan formalaşıb, təşkilatlana bilib və bu gün yaşadığı ölkənin, hətta bəzən dünyanın iqtisadi və siyasi proseslərinə təsir göstərə bilir. Bunlara irland, yəhudi, erməni diasporlarını misal göstərmək olar. Dünyada həm də kifayət qədər təcrübəsi və gücü olan diasporlar var: yunan, çin, hind, italyan diasporlarının siyasi və maliyyə potensialından hətta bu xalqların dövlətləri də dayaq kimi yararlana bilir. Xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: “Qüdrətli ölkə olmaq üçün həm də güclü diaspora malik olmaq lazımdır.” Diasporlarımızın yaranması və formalaşmasının tarixi yaxın olsa da, böyük işlər görülüb və nailiyyətlər əldə edilib. Bu və ya digər məsələlərlə bağlı Ümumrusiya Azərbaycanlıları Konqresinin Stavropol vilayəti üzrə regonal rəhbəri, “Odlar yurdu” Azərbaycan Cəmiyyətinin prezidenti Fəxrəddin Yarıyevin müsahibəsini təqdim edirik.

    - Stavropol vilayəti rəhbərliyinin Azərbaycana qarşı münasibət necədir?

    - Çox yüksək səviyyədə. Hələ Vladimr Putinin prezidentlik dövründə qubernator Çernoqorovla birgə Azərbaycanda rəsmi səfərdə olduq. Bundan başqa, bu ölkənin rəsmilərinin Azərbaycana səfərlərini təşkil etmişik. Həmin nümayəndə heyəti Bakıda Şəhidlər Xiyabanını, qaçqınların yaşadığı yerlərdə olmuş və ermənilərin azərbaycanlılara qarşı törətdiyi təzavüzün nəticləri ilə yaxından tanış olublar. Hər səfərimiz Stavropolda, dövlət televiziyasının vasitəsilə dünyaya yayılıb.
    08.02.11 Məqaləni oxumaq
     
    QMİ sədrinin Gürcüstanda oldu
    Ümumgürcüstan Katalikos-Patriarxı II İliya: “Şeyxülislam Allahşükür Paşazadə Qafqazın müsəlman əhalisinin müdrik və layiqli rəhbəridir, əminəm ki, onunla birgə səylərimiz çoxdan gözlənilən sülhə gətirib çıxaracaq”.
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 20-də Gürcüstanda olmuşdur. Tiflis hava limanında onu Ümumgürcüstan Katalikos-Patriarxı II İliya, Azərbaycanın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri Namiq Əliyev, Gürcüstan parlamentinin üzvləri və digər rəsmi şəxslər və din xadimləri qarşıladı.
    08.02.11 Məqaləni oxumaq
     
    Lütfi Zadə əlçatmazlığı
    Dünya şöhrətli alim Lütfi Zadənin 90 yaşı tamam olur. Yaratdığı nəzəriyyələrlə dünya elmində inqilabi çevriliş edən və dünyanın ümumi mənzərəsini dəyişdirən görkəmli alimin yubileyi Bakıda da qeyd olunacaq.

    Lütfi Zadə Bakıda doğulub. Lütfi Bakıda 16 saylı məktəbdə oxuyub və ömrünün 10 ili bu məktəblə bağlı olub. Onun uşaqlığı  həmyaşıdlarından olduqca fərqlənirdi. Anası Fanni xanım oğlu ilə bağlı verdiyi müsahibələrin birində deyib: “Lütfinin 5 yaşı tamam olan günü qohum-əqrəbalarımız gələrək onu təbrik etmək istəyirdi. Lakin o, bütün qonaqların ona görə gəlməsini sanki görmür, küncə çəkilərək kitab oxumaqda davam edirdi.
    08.02.11 Məqaləni oxumaq
     
    Korrupsiyaya qarşı mübarizə gücləndirilir
    İlham Əliyev: “Bürokratik əngəllər aradan qaldırılmalı, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə ciddi aparılmalı, ictimai nəzarət gücləndirilməlidir”

    Bu il üçün ölkə qarşısında duran əsas hədəf yenə də iqtisadiyyatın inkişafının təmini, iqtisadiyyatın daha da artması, makroiqtisadi sabitliyin qorunmasıdır. Bu məqsədə gedən yol isə ölkədə sahibkarlar üçün yaradılan iş mühiti, kiçik və orta sahibkarlığa göstərilən dəstək və s. kimi əsas prinsiplərdən keçir. Prioritet sayılan məqsədə nail olunması üçün içlər aparılsa da, bu sahədə görülən işləri ölkə başçısı da yetərli saymır.
    08.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 15 16 17 18 19 20 21 22 23 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Mar.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031