Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2011
    Səhifələr : # « 10 11 12 13 14 15 16 17 18 » #
    “Məktəbəqədər və ibtidai təhsil” jurnalının 40 illik yubleyinə həsr olunan tədbir keçirilib
    Təhsil Nazirliyində “Məktəbəqədər və ibtidai təhsil” jurnalının 40 illik yubleyinə həsr olunan tədbir keçirilib. Mərasimdə Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil ocaqlarının rəhbərləri və digər təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov “Məktəbəqədər və ibtidai təhsil”in 1970-ci ildən fəaliyyətə başladığını, məcmuəyə bu günə qədər Yəhya Kərimovun rəhbərlik etdiyini söyləyib. M.Mərdanov ötən dövr ərzində jurnalın 180 nömrəsinin işıq üzü gördüyünü bildirib. Jurnalda kurikulumla, təhsil islahatı ilə bağlı məqalələrin dərc olunduğunu deyən nazir belə məsuliyyətli bir işin daha səmərəli təşkili üçün tövsiyələrini verib, “Məktəbəqədər və ibtidai təhsil”in əməkdaşlarına Təhsil Nazirliyinin Fəxri fərmanlarını təqdim edib, onlara pul mükafatlarının veriləcəyini bildirib.
    15.02.11 Məqaləni oxumaq
     
    Azərbaycanın ekologiya və təbii sərvətlər naziri ətraf mühit bölməsi üzrə Avropa Nazirlər Şurasının üzvü seçilib
    Azərbaycanın ekologiya və təbii sərvətlər naziri ətraf mühit bölməsi üzrə Avropa Nazirlər Şurasının üzvü seçilib. ETSN-dən KƏLAMİNFO-ya verilən məlumata görə, Nazirliyə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Suzanna Jeykob və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisad Komissiyasının Baş Katibinin müavini Jan Kubişin imzası ilə məktub daxil olub. Məktubda qeyd olunur ki, BMT-nin Avropa İqtisad Komissiyasının ekoloji siyasət üzrə komitəsinin 2-5 noyabr 2010-cu il tarixlərində Cenevrə şəhərində keçirilən on yeddinci sessiyasında Azərbaycan, Belarusiya, Rumıniya və Türkiyənin ətraf mühit nazirləri ətraf mühit bölməsi üzrə Avropa Nazirlər Şurasının üzvü seçiliblər. Eyni zamanda, BMT-nin Avropa İqtisad Komissiyasının Nazirlər Şurasının birinci iclasının 2011-ci ilin aprel ayında keçirilməsinin planlaşdırıldığı bildirilir.
    15.02.11 Məqaləni oxumaq
     
    Bu gündən Bakıda II Beynəlxalq Muğam Festivalı başlayır
    Bu gündən Bakıda II Beynəlxalq Muğam Festivalı başlayır. KƏLAMİNFO xəbər verir ki, festival müddətində gənc muğam ifaçılarının müsabiqəsi təşkil olunacaq. Münsiflər heyətində yerli sənət adamları ilə yanaşı, xarici mütəxəssislər də təmsil olunacaq. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə festivalın açılışı Beynəlxalq Muğam Mərkəzində olacaq. Festival 8 gün davam edəcək. Xatırladaq ki, Birinci Beynəlxalq Muğam Festivalı 2009-cu ildə keçirilib.
    14.02.11 Məqaləni oxumaq
     
    Ülviyyə Həsənzadə: “İnanmıram nə vaxtsa “Azercell” məni özündən uzaqlaşdırsın”
    “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət Departament rəhbəri deyir ki, abunəçilərimiz tezliklə nəinki ölkədaxili, hətta bir sıra ölkələrdə də ən ucuz tariflərdən istifadə edəcək.

    Sahibkarlığa geniş imkanlar yaradıldıqdan sonra Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərməyə başlayan ayrı-ayrı şirkətlər nəinki respublikada, hətta bölgədə və dünyada öz markası ilə tanınmağa başladı. Maraqlısı da ondadır ki, bu şirkətlərdən də çox onları təmsil edən şəxslər insanlar arasından özlərinə məxsus portretlərlə məhşurlaşmağa başladı. Bizim bu dəfəki həmsöhbəti də tək ölkə daxilində yox, regionda son illər rabitə sektorunda getdikcə məhşurlaşan “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət Departamentinin rəhbəri, son vaxtlar ictimaiyyətdə xeyriyyə missiyaları ilə yadda qalan Ülviyyə Həsənzadədir. Hal-əhval tutub salamlaşdıqdan sonra onunla söhbətimiz əvvəlcə adını hər yerdə dillər əzbəri etdiyi “Azercell” şirkətinin fəaliyyətindən və gözlənilən yeniliklərdən başladıq.

    - Ülviyyə xanım, “Azercell”in ötən ilki fəaliyyəti ilə bağlı ənənəvi olaraq illik hesabat verdiniz. Sizcə ildən-ilə uğurlar artır, ya azalır?

    - Təsəvvür edin ki, əgər “Azercell”i balaca bir uşaq kimi zənn etsək, o, ildən ilə böyüməkdədir. Mən 2008-ci ildə bu şirkətə gəlmişəm və gəldiyimdən bunun hər gün canlı şahidiyəm. Layihələrdən tutmuş xidmətimizin keyfiyyətinə və gündən- günə çoxalan abonentlərimizə olan diqqətə qədər bütün bu dinamika göz qabağındadır. Bu prosesləri izləyərkən nəticələr də bizə bunları deyir.
    14.02.11 Məqaləni oxumaq
     
    Şeyx Fransa və Avstriya səfirləri ilə görüş keçirib
    Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Kelleri onun öz xahişi ilə qəbul edib. QMİ-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, Q.Kelleri Şeyxülislam A.Paşazadə ilə Azərbaycan və Fransa arasında mənəvi əlaqələrin mövcud vəziyyəti, prespektivləri ətrafında müzakirə aparıblar.
    14.02.11 Məqaləni oxumaq
     
    Qaçqın və məcburi köçkünlər ayrı-ayrı şəxslərə məxsus üç minə yaxın evi zəbt edib
    Azərbaycanda, xüsusən də paytaxt Bakıda ayrı-ayrı şəxslərin evlərini zəbt edən qaçqın və məcburi köçkünlər üçün hələlik evlər tikilmir, ancaq bu barədə dövlətdə müzakirələr gedir və yəqin ki, bu məsələyə də baxılacaq. Bu barədə açıqlamanı KƏLAMİNFO-ya müsahibəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov söyləyib. Çoxsaylı insanların evlərini zəbt edən ailələrin bu vaxta qədər niyə çıxarılmaması və bu işin hazırda hansı vəziyyətdə olmasına münasibət bildirən S.Hüseynov açıqlayıb ki, hazırda 3 minə yaxın belə zəbt olunmuş ev var. O, Dövlətqaçqınkomun bununla bağlı hər hansı tədbirin görüb-görmədiyinə də aydınlıq gətirib.
    14.02.11 Məqaləni oxumaq
     
    RİTN-nin nümayəndə heyəti Cenevrədə Ümumdünya Radiorabitə Konfransına hazırlıq toplantısında iştirak edir
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti 2012-ci ildə keçiriləcək Ümumdünya Radiorabitə Konfransına (ÜRK) hazırlıq toplantısında iştirak edir. İsveçrənin Cenevrə şəhərində başlanan hazırlıq toplantısı Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təşkil olunub. Bu barədə KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə peyk rabitəsi, radioteleviziya yayımı, eləcə də radiotezliklərlə əlaqədar ÜRK-2012-də baxılacaq məsələlər və ölkələrdən daxil olan təkliflər müzakirə ediləcək. Toplantı fevralın 25-dək davam edəcək.
    14.02.11 Məqaləni oxumaq
     
    Dövlət Gənc Tamaşaçılar teatrının bir qrup aktyoru İranda Beynəlxalq Teatr Festivalında iştirak edib
    Dövlət Gənc Tamaşaçılar teatrının bir qrup aktyoru İran İslam Respublikasınında hər il ənənəvi olaraq keçirilən 32-ci Beynəlxalq “Fəcr ongünlüyü” Teatr Festivalında iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya teatrdan veriblər. Dünyanın müxtəlif ölkələrinin aparıcı teatr kollektivlərinin iştirak etdiyi festival İslam İnqilabının 32-ci ildönümünə hərs olunub. “Dramatik İncəsənət Mərkəzi”nin dəvəti ilə İrana yola düşən kollektiv Qumbat və Qavuz şəhərlərində dahi ingilis yazarı U.Şekspirin “Otello” tamaşası ilə çıxış edib.
    14.02.11 Məqaləni oxumaq
     
    Sərnişin daşıyanlar müəyyən edilmiş tarifdən artıq gediş haqqı tələb edərlərsə 40 manatdan 50 manatadək cərimə oluna bilərlər
    Parlamentdə müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə əlavələr qəbul olunarsa nəqliyyat vasitələrində müəyyən edilmiş tarifdən daha yüksək gediş haqqının tətbiq edilməsinə görə 40 manatdan 50 manatadək cərimə tətbiq olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseyli bildirib. O, qeyd edib ki, bura həmçinin şəhərdaxili, şəhərlərarası və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməməsi də aiddir.
    14.02.11 Məqaləni oxumaq
     
    Rusiyanın Kazan şəhərindən Azərbaycana dörd meyit gətirilib
    Dünən axşam Rusiya Federasiyasından Azərbaycana dörd meyit gətirilib. Rusiyanın Kazan şəhərində faciəvi şəkilədə ölənlərdən 3-ü Masallı rayonu, 1-i isə Cəlilabad rayon Şiləvəngə kənd sakinidir. KƏLAMİNFO-nun Cənub bürosu Cəlilabadın Şiləvəngə kəndindən olan mərhum Quliyev Saleh Ağabala oğlunun yaxınlarından əldə etdiyi məlumata görə, hadisə evin yanması səbəbindən baş verib. Belə ki, mərhum Saleh Quliyev bir müddət əvvəl Rusiya Federasiyasının Kazan şəhərinə tikintidə işləmək üçün gedib. Hadisə baş verən gün isə S.Quliyev Masallıdan olan dostunun evində qonaq olub.
    14.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 10 11 12 13 14 15 16 17 18 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Mar.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031