Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2011
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    Deputatdan təklif: “Azərbaycanda “Hippokrat andı” “Azərbaycan həkimi andı” ilə əvəzlənsin”
    Azərbaycanda həkimlər “Hippokrat andı” əvəzinə “Azərbaycan həkimi andı” içməlidirlər. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Hikmət Atayev bildirib. O, qeyd edib ki, “Hippokrat andı” müəyyən mənada mahiyyət etibarı ilə Azərbaycan həkimlərinə o qədər də uyğun gəlmir. “Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 52-ci maddəsində nəzərdə tutulur ki, ölkəmizin ali tibb təhsil müəssisələrini bitirmiş və həkimlik diplomu almış şəxslər “Hippokrat andı” içsinlər. Mən təklif etmişəm ki, həmin maddə də bu, “Azərbaycan həkimi andı” ilə əvəzlənsin”,-deyə millət vəkili vurğulayıb. H.Atayevin sözlərinə görə, komitəyə təklifini təqdim edib və məsələnin gündəlikdə saxlanması, üzərində işlənməsi qərara alınıb.
    17.02.11 Məqaləni oxumaq
     
    ATƏT-in fəaliyyətdə olan sədri Hillari Klintonla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
    ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşüb. KƏLAMİNFO xəbər verir ki, görüşdə ATƏT məkanında həlli uzadılmış münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub. ATƏT sədri qeyd edib ki, bu məsələ Litvanın ATƏT-ə sədrliyi dövründə fəaliyyətinin əsas prioritetlərindən biridir. A.Ajubalis ATƏT-in Minsk Qrupu həmsədrlərinin prosesdə aktiv iştirakının münaqişənin tənzimlənməsində mühüm rol oynadığını vurğulayıb.
    17.02.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Məcburi köçkünlər üçün nəzərdə tutulan humanitar yardımların paylanmasında mövcud olan nöqsanlar aradan qalxıb”
    Azərbaycanda qaçqınlar və məcburi köçkünlər üçün nəzərdə tutulan humanitar yardımların paylanmasında mövcud olan nöqsanlar tamamilə aradan qalxıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov bildirib. "Əvvəllər humanitar yardımların paylanması, yemək xərclərində mənimsəmə məsələləri dəfələrlə mətbuatda açıqlansa da, indi belə yazılara rast gəlinmir",-deyən Ə.Həsənovun sözlərinə görə, hazırda qaçqın və məcburi köçkünlərin mənzillərə köçürülməsində nöqsanlara yol verilməsi ilə bağlı heç bir fakt yoxdur. O, komitənin 10 ildən çoxdur ki, korrupsiyaya qarşı mübarizə apardığını da vurğulayıb.
    17.02.11 Məqaləni oxumaq
     
    “Azərbaycanda vətəndaş inteqrasiyası və KİV” adlı yeni kitabı işıq üzü görüb
    Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Baş direktoru Fuad Babayevin “Azərbaycanda vətəndaş inteqrasiyası və KİV” adlı yeni kitabı işıq üzü görüb. KƏLAMİNFO xəbər verir ki, kitaba müəllifin müxtəlif illərdə yazdığı, ölkəmizdəki və xarici elmi məcmuələrdə çap olunan məqalələri daxil edilib. Məqalələrdə ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyasının təhlilinə geniş yer verilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin vətəndaş inteqrasiyasındakı rolunun öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Nəşrə “Ön söz”ü Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyev yazıb.
    17.02.11 Məqaləni oxumaq
     
    M.Əhmədoğlu: “Azərbacan ATƏT-in Minsk qrupunun fəaliyyətindən əziyyət çəkir”
    Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün elə bir iş qalmayıb, sadəcə münaqişənin tam aradan qaldırılması istiqamətində göstərilən səylər birləşdirilməlidir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu keçirdiyi ənənəvi mətbuat konfransında söyləyib. ATƏT-in Minsk qrupunun bu günə qədər qətiyyət göstərmədiyini diqqətə çatdıran M.Əhmədoğlu bu qurumun formalaşmasına dəstək olduğu üçün Azərbaycanın kifayət qədər ciddi cəza aldığını xatırladıb. “Yeddi rayonumuzun işğal edilməsinin əsas səbəblərindən biri, bizim ATƏT-in Minsk qrupunu dəstəkləməyimiz olub.
    17.02.11 Məqaləni oxumaq
     
    Millət vəkili: “Mədəniyyət kanalının fəaliyyətə başlaması ölkənin mədəni sahəsində yaranmış ciddi boşluğu doldurmaqda xeyli iş görəcək”
    Azərbaycanda Mədəniyyət televiziya kanalının fəaliyyətə başlaması son illər ölkənin mədəni sahəsində yaranmış ciddi boşluğu doldurmaqda xeyli iş görə biləcək. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva bildirib. O, qeyd edib ki, indiyə qədər digər kanallarda özünü “şou proqram” adlandıran bəzi verilişlər ölkənin tarixən zəngin mədəniyyətini yeni nəslə aşılanmasını tamamilə kölgədə qoymuşdu. “Təəssüf ki, bazar iqtisadiyyatının müsbət çalarları ilə yanaşı, mədəniyyət sahəsinə böyük ziyanlarını da göstərib. Yəni, müəyyən mənada dövlətin nəzarətində olmayan bir neçə kanallarda mədəniyyət sahəsi bərbad vəziyyətə düşmüşdü. Həmin kanallar öz reklam bazarlarını zənginləşdirməkdən ötrü mədəniyyət verilişləri əvəzinə, bayağı şou proqramlara üstünlük verirdilər ki, bu da cəmiyyətdə ciddi fəsadlarla nəticələnirdi. Bu baxımdan da bu sahə bilavasitə dövlətin nəzarətindən uzaqlaşmışdı”,-deyə millət vəkili vurğulayıb.
    17.02.11 Məqaləni oxumaq
     
    “Məcburi əmək və insan alveri” adında əmək müfəttişləri üçün təlimat kitabının təqdimat mərasimi keçirilib
    Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Beynəlxalq Əmək Təşkilatı, ATƏT və Miqrasiya Siyasətinin Hazırlanması üzrə Beynəlxalq Mərkəzin birgə həyata keçirdiyi insan alverinə qarşı mübarizə üzrə cavab mexanizmlərinin gücləndirilməsi layihəsi çərçivəsində “Məcburi əmək və insan alveri” adında əmək müfəttişləri üçün təlimat kitabının təqdimat mərasimi keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr sektorundan veriblər. ƏƏSMN-də keçirilən tədbirdə Beynəlxalq Əmək Təşkilatının baş texniki məsləhətçisi Zsolt Dudas, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəsmisi, habelə aidiyyəti dövlət qurumları, sosial tərəfdaşlar, beynəlxalq təşkilatlar və xarici ölkə səfirliklərin nümayəndələri iştirak ediblər. Dövlət Əmək Müfəttişliyinin rəisi Rauf Tağıyevin açılış nitqi ilə başlayan təqdimat mərasimi çərçivəsində əmək müfəttişlərinin preventiv, təqibedici və müdafiəedici rolunu gücləndirilməsi üzrə müzakirələr aparılıb.
    17.02.11 Məqaləni oxumaq
     
    Ötən ay Təhsil Nazirliyinin “qaynar xətt” xidmətinə 910 müraciət daxil olub
    Təhsil Nazirliyinin “qaynar xətt” xidmətinə (496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2011-ci ilin yanvar ayında 910 müraciət daxil olub. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, müraciətlərin 789-u telefonla, 121-i elektron poçt vasitəsilə qəbul edilib. Bütün müraciətlər dinlənilib, qeydə alınıb, araşdırılıb və cavablandırılıb. Daxil olan müraciətlərin əksəriyyəti sorğu və məlumat xarakterlidir. Şikayət xarakterli müraciətlər 9,6 faiz təşkil edib. Bu müraciətlərdə məktəbəqədər, ümumtəhsil, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrin­dəki problemlərdən bəhs olunub. Abşeron rayon ümumtəhsil məktəblərindən daxil olan müraciətlər isə şagirdlərə məcburi qaydada təkrar məktəbli formasının satılması ilə bağlıdır. Texniki peşə məktəblərindən 2 şikayət daxil olub ki, bu da Bakı 2 nömrəli və İsmayıllı peşə liseyləri haqqındadır.
    17.02.11 Məqaləni oxumaq
     
    ATƏT PA-nın Vyanada keçiriləcək 10-cu qış sessiyasının gündəliyi açıqlanıb
    ATƏT Parlament Assambleyasının fevralın 24-25-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək 10-cu qış sessiyasının gündəliyi açıqlanıb. KƏLAMİNFO ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, sessiyasının ilk günü quruma daxil olan siyasi və təhlükəsizlik, iqtisadiyyat və demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə komitələrin birgə iclaslarının keçirilməsi nəzərdə tutulub. Əsas müzakirə mövzusu isə Misir və Tunisdə baş verən son hadisələr olacaq. Sessiyanın açılışında ATƏT PA-nın prezidenti Petros Eftimiu, ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis və Avstriya parlamentinin spikeri Barbara Prammer çıxış edəcəklər. Sessiyada ATƏT-ə üzv 55 ölkədən 250-dən artıq parlamentar iştirak edəcək. Müzakirələrdən sonra ATƏT PA-nın plenar iclası öz işinə başlayacaq.
    17.02.11 Məqaləni oxumaq
     
    Polşa səfiri ADU-da ölkəsi haqda təqdimatla çıxış edəcək
    Fevralın 19-da Azərbaycan Dillər Universitetinın (ADU) İnformasiya Resurs Kompleksində (İRK) “Mədəniyyətlərarası dialoq” proqramı çərçivəsində Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikal Labendanın tələbələrlə görüşü keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-nun mətbuat xidmətindən veriblər. Gorüşdə ADU-nun rektoru Səməd Seyidov və universitetin professor-müəllim heyəti iştirak edəcək. Səfir M.Labenda öz ölkəsi haqda təqdimatla çıxış edəcək. Tədbir bədii hissə ilə başa çatacaq. Qeyd edək ki, bu görüş 2011-ci ildə “Mədəniyyətlərarası dialoq” proqramı çərçivəsində ilk görüşdür.
    16.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Mar.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031