Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2011
    Səhifələr : # « 16 17 18 19 20 21 22 23 24 » #
    Alim ömrünün 55 ili
    Qafqaz Müsəlmanları İdarəsində Elmi-Dini Şuranın üzvü, tarixçi alim Bakı Dövlət Universitetinin (BDU) professoru Anar İsgəndərovun anadan olmasının 55 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə alimi doğum günü münasibəti ilə təbrik edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə A.İsgəndərovun Qafqaz Müsəlmanları İdarəsinin tarixi ilə bağlı araşdırmalarını yüksək qiymətləndirib. QMİ-nin çətin, eyni zamanda şərəfli bir yol keçdiyini xatırladan A.Paşazadə əlavə edib ki, QMİ istər sovet hakimiyyəti dövründə, istərsə də Azərbaycanın müstəqil dövlət kimi kövrək addımlar atdığı zamanda mürəkkəb proseslərdən keçib. “1990 -ci ilin Qanlı Yanvar hadisələri zamanı, müstəqilliyimizin ilk illərində Qafqaz Müsəlmanları İdarəsinin, onun rəhbərinin tutduğu prinsipial mövqe, atdığı addımlar xalqımıza yaxşı məlumdur.
    08.02.11 Məqaləni oxumaq
     
    Cərcis Peyğəmbər Beyləqanda
    Uşaqlığım demək olar ki, onun ətarfında keçib. O vaxt düşünürdüm ki, niyə onu məndən, kənd camaatımızdan və ya uzaqbaşı rayon camaatımızdan başqa heç kim tanımır, heç kim onu ziyarətə gəlmir? Baxmayaraq ki, tanıyanların inancında o, müstəsna rol oynayırdı. Lakin illər keçdi, böyüdüm, Bakıya gəldim. Ali təhsil aldım. Bir neçə ölkə gəzdim və gördüm ki, rayonumuzda olan, haqqında danışdığım ziyarətgahı əslində bütün müsəlman dünyası tanıyırmış. Sadəcə, o vaxt mən bunu hiss edə bilməmişəm. Bunu sonradan bilməyim məni untandırdı da...
    Bu, Cərcis Peyğəmbərin adı ilə bağlı olan Həzrət Cərcis Peyğəmbər Ziyarətgahıdır. Cərcis Peyğmbər də Allahın göndərdiyi elçi kimi neçə yüz illər qabaq təkallahlğı yaymaq niyyətilə səyahəti zaman burada dünyasını dəyişib və burada da dəfn olunub. Türbə də onun məzarı üzərində ucaldılıb.
    08.02.11 Məqaləni oxumaq
     
    Hacı Eldar - 55
    Qafqaz Müsəlmanları İdarəsində (QMİ) tanınmış xalçaçı rəssam Hacı Eldar Mikayılovun 55 illik yubileyi ilə bağlı mərasim keçirilib. Mərasimdə din xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.

    Tədbirdə çıxış edən QMİ-i sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, E.Mikayılov istedadlı sənətkar və milli-mənəvi dəyərlərə bağlı bir şəxsdir. A.Paşazadə qeyd edib ki, QMİ-nin təbliğində E.Mikayılovun əsərləri əhəmiyyətli rol oynayıb. “Bu gün dünyanın tanınmış şəxsiyyətlərinə, dövlət xadimlərinə təqdim olunan Şeyxülislam Ordeninin hazırlanmasında onun yaxından iştirakı olub.
    08.02.11 Məqaləni oxumaq
     
    Şəfaət Mehdiyev-100
    AMEA Rəyasət Heyətində Azərbaycanın görkəmli alimi, geologiya-mineralogiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, dövlət mükafatı laureatı, akademik Şəfaət Mehdiyevin anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley tədbiri keçirildi.
    Foyedə AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən təşkil olunmuş akademik Şəfaət Mehdiyevin həyat və yaradıcılığını əks etdirən kitab və şəkillərdən ibarət sərgi nümayiş etdirildi.
    08.02.11 Məqaləni oxumaq
     
    İnsan – gözəlliklərin ülvü nümunəsi
    Dünya yaxşılıqlardan xali deyil. Bütün canlılar yaxşılıqlardan bəhrələnməyə can atır. Bəhrələndikcə də gözəlləşir. Bu gözəllik ona həyatı və yaşamağı sevdirir, onu ülvi hislərlə əhatə edərək daha da kamilləşdirir. Gözəlliklər daim həyatın axarını nizamlayaraq pislikləri pərdələyir. İnsan mənəviyyatını ruhən və cismən qidalandıran, onu hər şeydən zövq almağa şövq edən bu gözəlliklər şəxsiyyətin formalaşmasında müstəsna rol oynayır.
    08.02.11 Məqaləni oxumaq
     
    Ölkə liderlərinin aqressiv övladları
    Son illər dünya mətbuatı müxtəlif ölkə liderlərinin övladlarının öz ölkələrində hakim mövqedən sui-istifadə edərək ərköyün hərəkətlərindən bəhs edib. Xüsusən də bu övladların dünya ölkləri arasında iri siyasi oyunlara təsir hərəkətlərindən yazılır. Bu hərkətlər arasında iri maliyyə oyunlarından tutmuş müxtəlif mafia dilaoqlarına qədər yer alır. AZADİNFORM bunlar arasında ən çox diqqət cəlb edənləri təqdim edir.
    08.02.11 Məqaləni oxumaq
     
    Qanlı Yanvar faciəsinin 21-ci ildönümü
    1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Düz 21 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 21 il keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir.
    08.02.11 Məqaləni oxumaq
     
    Siyasi mədəniyyətin formalaşmasında KİV-lərin rolu
    Azərbaycan mətbuatı zaman-zaman xalqımızın azadlıq arzularının gerçəkləşməsinə, siyasi mədəniyyətinin tərəqqisinə, milli şüurun formalaşmasına müsbət töhfələr verib. Təsadüfi deyil ki, XX əsrin sonlarında müstəqilliyimiz bərpa edildikdən sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu inkişaf modeli kimi qəbul edən Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi, Kütləvi Informasiya Vasitələrinin sərbəst fəaliyyətinə zəruri şərait yaradılması prioritet vəzifə kimi müəyyənləşdirilib. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. 
    08.02.11 Məqaləni oxumaq
     
    Turizm ili
    Dünya iqtisadiyyatının əhəmiyyətli gəlir sahələrindən biri də hazırda turizm sektoru hesab edilir. Belə ki, dünya üzrə ümumu milli məhsulun 10 faizi, ixracatın 8 faizi məhz beynəlxalq turizmin payına düşür. Göstərilən xidmətlərin təqribən üçdə biri beynəlxalq turizm vasitəsi ilə həyata keçirilir. Dünyada əmək qabiliyyətli əhalinin 8,1 faizi turizm sənayesində və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur. 
    08.02.11 Məqaləni oxumaq
     
    Ombudsman Aparatının əməkdaşı Estoniyada beynəlxalq seminarda iştirak edib
    Ombudsman Aparatının əməkdaşı, Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvü Rəvan Səmədov Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən beynəlxalq seminarda iştirak edib. Ombudsman Aparatının mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, seminar Beynəlxalq Həbsxana İslahatı və Zennström Philanthropies təşkilatının dəstəyi ilə reallaşıb. Digər Avropa ölkələrinin MPM-lərinin və milli insan hüquqları təsisatlarının nümayəndələrinin iştirakı ilə baş tutan, eləcə də İşgəncələrin Qarşısının Alınması üzrə Assosiasiyanın və Beynəlxalq Həbsxana İslahatı Təşkilatının təmsilçilərinin də qatıldığı seminarda azadlıqdan məhrumetməyə dair təcrübə, Avropa regionunda xidmət istifadəçilərinin rolunun artırılmasına Ümumdünya Səhiyyə Təşkilatının baxışı və töhfələri və digər mövzularda məruzələr dinlənilib.
    08.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 16 17 18 19 20 21 22 23 24 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Fev.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28