Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2011
    Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
    Sankt-Peterburqda Dmitri Medvedevlə Serj Sarkisyan arasında görüş keçiriləcək
    Fevralın 25-də Sankt-Peterburqda Rusiya prezidenti Dmitri Medvedev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçiriləcək. KƏLAMİNFO Rusiya prezidentinin saytına istinadən xəbər verir ki, görüş S. Sarkisyanın Rusiyaya işgüzar səfəri çərçivəsində baş tutacaq. Prezidentlərin Dağlıq Qarabağ münaqişəsini həlli prosesini də müzakirə edəcəkləri gözlənilir.
    22.02.11 Məqaləni oxumaq
     
    Avstraliya Xarici İşlər Nazirliyi vətəndaşlarını Dağlıq Qarabağa və onun ətrafındakı rayonlara səfər etməməyə çağırıb
    Avstraliyanın Xarici İşlər Nazirliyi (XİN) öz vətəndaşlarını Dağlıq Qarabağa və onun ətrafındakı rayonlara səfər etməməyə çağırıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Avstraliya XİN-in rəsmi saytında məlumat yerləşdirilib. Məlumatda qeyd edilir ki, Ermənistan və Azərbaycan arasında münaqişə həll olunmamış qalır, separatçı qüvvələr Azərbaycan ərazisinin bir hissəsinin işğalını davam etdirirlər. 1994-cü ildən qüvvədə olan atəşkəs rejiminə baxmayaraq, cəbhə bölgəsində silahlı toqquşmalar davam edir. Xatırladaq ki, Fransa, Almaniya, Böyük Britaniya, İspaniya, İtaliya və Macarıstan da öz vətəndaşlarına Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməyi məsləhət görməyib.
    22.02.11 Məqaləni oxumaq
     
    TRT “Xocalı soyqrımı” na həsr edilmiş film çəkib
    TRT kanalının Bakı nümayəndəliyi Xocalı faciəsinə həsr edilmiş 30 dəqiqəlik “Eşidin artıq” adlı film çəkib. Bu barədə KƏLAMİNFO-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. Filmin təqdimtının sabah Türkiyənin Bakıdakı səfirliyində keçiriləcəyi bildirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, TRT-nin Bakı nümayəndəsi Yüksəl Dəyərcan, parlamentin üzvləri və digər rəsmi şəxslərin iştirakı nəzərdə tutulub.
    21.02.11 Məqaləni oxumaq
     
    Azərbaycan Tələbələr Birliyinin sədri Macarıstan prezidenti ilə görüşüb
    Macarıstanın paytaxtı Budapeşt şəhərində 21-ci Avropa Tələbələr Konvensiyası keçirilib. Konvensiyada ölkəmizi Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov və Birliyin sosial məsələlər üzrə katibi Nurlan Əhmədov təmsil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ATB-dən veriblər.
    21.02.11 Məqaləni oxumaq
     
    E.Qasımov: “Misirdə təhsil alan tələbələrimiz oradakı vəziyyət səngiyəndən sonra qayıdacaqlar”
    Misirdə təhsil alan tələbələrimiz məlum hadisələrdən sonra Azərbaycana gəliblər və vəziyyət səngiyəndən sonra qayıdacaqlar. KƏLAMİNFO xəbər verir ki, bunu jurnalistlərə təhsil nazirinin müavini Elmar Qasımov söyləyib. Nazir müavini xatırladıb ki, hazırda Misirdə 20-ə yaxın azərbaycanlı tələbə təhsil alır və onlar əsasən Qahirə Universitetində oxuyurlar. Oradakı məlum hadisələrlə bağlı prezidentin xüsusi tapşırığı ilə Qahirəyə xüsusi reys göndərildiyini diqqətə çatdıran E.Qasımov bildirib ki, oradakı səfirliyin köməkliyi ilə dövlət və qeyri-dövlət xətti ilə təhsil alan tələbələrin əksəriyyəti vətənə geri qayıdıblar. “Oradakı hadisələr səngiyənə qədər tələbələrimiz ölkəmizdə qalacaqlar. Sevindirici hal odur ki, oradakı tələbələrimizin heç birinə heç nə olmayıb”,-deyə E.Qasımov əlavə edib.
    21.02.11 Məqaləni oxumaq
     
    Azərbaycan gənclərinin Latviya və Litvada təhsil almaları üçün danışıqlar aparılır
    Yaxın gələcəkdə bir neçə Azərbaycan gənci Almaniyanın müxtəlif ali təhsil ocaqlarında təhsil almağa göndəriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı təhsil nazirinin müavini Elmar Qasımov söyləyib. Almaniyada təhsil üçün müsabiqə elan olunduğunu və bu prosesin başa çatdığını xatırladan E.Qasımov deyib ki, müsabiqədə iştirak üçün 100-ə yaxın sənəd qəbul edilib. Onun sözlərinə görə, bu həftə ərzində Azərbaycana Almaniyadan bu ölkədə təhsil almaq arzusunda olanları seçəcək nümayəndə heyəti gələcək. E.Qasımov qeyd edib ki, bu il Almaniyaya əsasən tibb və mühəndislik ixtisasları üzrə təhsil alacaq tələbələr göndəriləcək. E.Qasımov azərbaycanlıların Latviya və Litvada da təhsil almaları üçün bu ölkələrin müvafiq qurumları ilə danışıqların aparıldığını açıqlayıb.
    21.02.11 Məqaləni oxumaq
     
    Azərbaycan İstiqlal Muzeyində “Yaddaşın yolları” adlı tədbir-sərgi təşkil olunacaq
    Fevralın 23-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Xocalı faciəsinin 19-ci ildönümü ilə əlaqədar “Yaddaşın yolları” adlı tədbir-sərgi təşkil olunacaq. Muzeydən KƏLAMİNFO-ya verilən məlumata görə, sərgidə Qərb Unverisitetinin və Rəssamlıq Akademiyasının gənc rəssamlarının işləri sərgilənəcək. Qeyd edək ki, tədbirin bədii hissəsi Humanitar Litseyin tələbələri tərəfindən təşkil ediləcək. Xatırladaq ki, tədbirdə bir sıra dövlət qurumlarının, ali təhsil müəssisələrinin və digər qrumların nümayəndələri də iştirak edəcəklər.
    21.02.11 Məqaləni oxumaq
     
    Ali Məhkəmədə ATƏT nümayəndələri ilə görüş olub
    ATƏT-in Bakı Ofisinin dəvəti ilə ölkəmizdə səfərdə olan məişət zorakılığı məsələləri üzrə beynəlxalq ekspert xanım Ana Maria Rubio Encinas və ATƏT-in Bakı Ofisinin qanunun aliliyi və insan hüquqları şöbəsinin rəhbəri Monika Martines Ali Məhkəmənin Mülki kollegiyasının sədri Şəlalə Məmmədova və Cinayət kollegiyasının sədri Şahin Yusifovla görüşüblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ali Məhkəmədən veriblər.
    19.02.11 Məqaləni oxumaq
     
    Xocalı faciəsinin növbəti ildönümü ilə əlaqədar Meksika Konqresində tədbir keçirilib
    Xocalı faciəsinin növbəti ildönümü ilə əlaqədar Azərbaycanın Meksikadakı səfirliyi və Meksika–Azərbaycan Parlamentlərarası Dostluq Qrupu ilə birgə Meksika Konqresində tədbir keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya səfirlikdən veriblər. Tədbir zamanı, səfir İlqar Muxtarov, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı faciəsinin nəticələrindən bəhs edən məlumat xarakterli prezentasiya ilə çıxış edib. Qeyd edilib ki, Xocalıda baş vermiş soyqırım nə qədər dəhşətli olsa da, bu Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qeyri-insani və qəddar cinayətlər sırasında yalnız biridir. Bu xüsusda, Azərbaycan torpaqlarının, o cümlədən Zəngəzur ərazilərinin işğalı tarixindən bəhs edilib. Həmçinin, Azərbaycanda mövcud olan dini və milli mənsubiyyət baxımından tolerantlıqla müqayisədə, ölkəmizin işğal edilmiş ərazilərində xalqımızın mədəniyyət irsinə qarşı Ermənistan tərəfindən həyata keçirilməkdə davam edən cinayətlər, məscidlərin və digər dini və tarixi abidələrin məhv edilməsi faktları dinləyicilərin diqqətinə çatdırılıb.
    19.02.11 Məqaləni oxumaq
     
    "Wikileaks" Mixail Saakaşvilinin ABŞ rəsmisi ilə görüşünün detallarını açıqlayıb
    ABŞ diplomatlarına məxsus gizli yazışmaları yaymaqla dünya gündəmini silkələyən "Wikileaks" internet saydı daha bir sənəd açıqlayıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sənəddə Gürcüstan prezidenti Mixail Saakaşvilinin ABŞ müdafiə nazirinin müavini Aleksandr Verşbou ilə söhbətinin detalları yer alıb. M.Saakaşvili Cənubi Qafqazda problemlərin həlli, Türkiyə-Ermənistan sərhədlərinin açılması və Dağlıq Qarabağ probleminin həllinin Rusiyanın mənafelərinə zidd olduğunu deyib. Gürcüstan prezidenti Rusiyanın Cənubi Qafqazda problemlərin davam etməsini və sərhədlərin bağlı qalmasını istədiyini söyləyib.
    19.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Mar.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031