Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2011
    Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
    Millət vəkili: “Paytaxtda nəqliyyat vasitələrində insan sağlamlığı üçün ciddi təhlükəli olan siqnalların sayı çoxalıb”
    “Bu gün Bakı şəhərində hərəkət edən nəqliyyat vasitələrində quraşdırılan insan oraqnizmi üçün təhlükəli siqnalların sayı artıb və bununla bağlı qanunvericilikdə mütləq tədbir görüləməlidir”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində millət vəkili Aytən Mustafayeva bildirib. O, qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə qəbul olunacaq əlavələrdə bu faktların nəzərə alınacağı gözlənilir. “Çünki, əhalinin sıx yaşadığı paytaxtımızda avtomobillərə quraşdırılan belə səsgücləndiricilər getdikcə ciddi narahatlıqlar doğurmağa başlayır. Əgər əvvəllər bu cür səsgücləndiricilərinə şəxsi avtomabillərdə rast gəlinirdisə, artıq iri sərnişin avtobusları da bundan qanunsuz istifadə etməyə başlayıb. Bu da ciddi şəkildə şəhər sakinlərinin rahatlğını pozur və sağlamlıq üçün ciddi fəsadlar yaradır. Ona görə də mən təklif etmişəm ki, müvafiq qanun layihəsinə düzəlişlər edilərkən bu mütləq nəzərə alınsın”,-deyə millət vəkili vurğulayıb. Qeyd edək ki, hazırda Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə müvafiq əlavələr müzakirə olunur və burada sərnişin daşıma vasitələri ilə bağlı bir sıra müddəalar nəzərdə tutulub.
    16.02.11 Məqaləni oxumaq
     
    Politoloq: “Yaranmış vəziyyət dəyişməsə, müharibə tezliklə qaçılmazdır”
    Beynəlxalq Böhran Qrupunun sürətlənən silahlanma yarışı, qarşılıqlı hədələr və sülh danışıqlarının faktiki olaraq Ermənistan tərəfindən dalana dirənməsi Bakı və İrəvan arasında Dağlıq Qarabağla bağlı müharibənin bərpası riskini artırması kimi bəynatı əsl reallıqdır. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Zərdüşt Əlizadə bildirib. O, qeyd edib ki, əgər vəziyyət düzəlməzsə, belə bir müharibənin baş verməsi tezliklə qaçılmaz olacaq. “Beynəlxalq Böhran Qrupunun müvafiq hesabatından da qabaq biz aylarca bəyan edirdik ki, yaranmış vəziyyət dəyişməsə, müharibə tezliklə qaçılmazdır. Buna görə də beynəlxalq təşkilat faktiki reallığı əks etdirən hesabat yayıb. Bunu artıq hamı- ATƏT-in Minsk qrupunun həmsədrləri də, beynəlxalq təşkilatlar da, daxildə olan ekspertlər də başa düşür.
    16.02.11 Məqaləni oxumaq
     
    Bakıda Enerji sahəsində anlaşma Memorandumun icrasına dair görüş keçirilib
    Bu gün Sənaye və Energetika Nazirliyində Avropa İttifaqı ilə Azərbaycan arasında 2006-cı ildə imzalanmış Enerji sahəsində anlaşma Memorandumun icrasına dair görüş keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən sənaye və energetika nazirinin müavini Natiq Abbasov qeyd edib ki, tədbir 2006-ci ildə ölkə Prezidenti İlham Əliyev və Avropa Komissiyasının prezidenti Xose Manuel Barroza tərəfindən imzalanmış Memorandumun hesabat xarakteri daşıyan görüşdür. “Sənəd özündə Azərbaycan qanunvericiliyinin Avropa qanunvericiliyinə uyğunlaşdırılması, “Cənub dəhlizi”, enerji təhlükəsizliyi, bərpa olunan enerji, enerji effektivliyi və enerji resurslarının qorunması, nativ enerji, təchizat, texniki əməkdaşlıq və təcrübə mübadiləsi kimi məsələləri əhatə edir”,-deyə nazir müavini bildirib.
    15.02.11 Məqaləni oxumaq
     
    Nazir müavini Natiq Abbasov: “Azərbaycan Avropaya qaz ixrac etməyə hazırdır”
    Azərbaycan Avropaya qaz ixrac etməyə hazırdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə sənaye və energetika nazirinin müavini Natiq Abbasov bildirib. “Son beş ilə baxsaq, Azərbaycan 2006-cı ildə hər il 9 mlrd. kubmetr qaz hasil edib və həmçinin daxili tələbatı ödəyib. 2010-cu ildə isə ölkəmiz qaz hasilatını 27 mlrd. kubmetrə çatdırıb”,-deyən N.Abbasov bu göstəricinin ölkəmiz üçün yüksək rəqəm olduğunu söyləyib. Bu göstəricinin 2020-ci ilə qədər ikiqat artacağını bildirən N.Abbasov vurğulayıb ki, Azərbaycan hazırda qonşu Türkiyə, Gürcüstan və İrana qaz ixrac edir.
    15.02.11 Məqaləni oxumaq
     
    Bakıda “Risklərin Təhlili və İdarəçiliyinə dair” Gürcüstan və Azərbaycan arasında ikitərəfli seminar öz işinə başlayıb
    Bu gün Dövlət Gömrük Komitəsinin Regional Tədris Mərkəzində “Risklərin Təhlili və İdarəçiliyinə dair” Gürcüstan və Azərbaycan arasında ikitərəfli seminar öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən BMT-nin Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının koordinatoru Məzahir Əfəndiyev bildirib ki, seminar Avropa Birliyi və BMT-nin birgə “Cənubi Qafqaz ölkələrində İnteqrə edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək” layihəsi çərçivəsində həyata keçirilir. Onun sözlərinə görə, seminar ərəfəsində sərhəd idarəçiliyi ilə bağlı risklərin təhlili prosesinin təşkili və idarə olunması sahəsində Avropa standartları təqdim olunacaq.
    15.02.11 Məqaləni oxumaq
     
    Natiq Abbasov: “Azərbaycan özünü elektirik enerjisi ilə tam təmin edir”
    Azərbaycan elektirik enerjisi sahəsində daxili təlabatını tam təmin edir. KƏLAMİNFO xəbər verir ki, bunu sənaye və energetika nazirinin müavini Natiq Abbasov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanın generasiya gücü 6400 mVt-a çatır. “2006-ci ildə Azərbaycanda 24 mlrd. kVt/saat elektirik enerjisi istehsal olunurdu ki, onun da 23 mlrd. kVt/saatı daxili təlabata yönəldirilrdi. Hazırda ölkəmizdə yeni İES, SES-lər istifadəyə verilib. Azərbaycanda elektirik enerjisindən istifadə edən abonentlərin 98%-i sayğaclarla təmin olunub.
    15.02.11 Məqaləni oxumaq
     
    Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma tarifləri 2,3 faiz bahalaşıb
    Cari ilin yanvar ayında nəqliyyat sektoru üzrə tarif indeksləri əvvəlki aya nisbətən 100,2 faiz, keçən ilin müvafiq dövrünə nisbətən isə 96,3 faiz təşkil edib. Dövlət Statistika Komitəsindən KƏLAMİNFO-ya verilən məlumata görə, dəmir yolu nəqliyyatında yükdaşıma tarifləri yerli əlaqə üzrə 24,8 faiz, tranzit yüklərin daşınması üzrə 1,8 faiz bahalaşıb, digər ölkələrə göndərilmə üzrə 4,2 faiz, digər ölkələrdən gətirilmə üzrə 0,1 faiz ucuzlaşıb. Dəmir yolu nəqliyyatında beynəlxalq əlaqədə sərnişindaşıma tarifləri 0,6 faiz ucuzlaşıb. Dəniz nəqliyyatı vasitəsilə uzaq xaricə və MDB ölkələrinə yükdaşıma tarifləri hər iki istiqamət üzrə müvafiq olaraq 0,1 faiz aşağı düşüb. Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma tarifləri 2,3 faiz bahalaşıb, sərnişindaşıma tarifləri yerli əlaqədə 18,4 faiz, MDB ölkələri üzrə 9,2 faiz, uzaq xaricə isə 0,2 faiz ucuzlaşıb. Boru kəməri nəqliyyatında yükdaşıma tarifləri neftin nəqli üzrə 4,0 faiz, qazın nəqli üzrə isə 2,5 faiz bahalaşıb Avtomobil nəqliyyatında yükdaşıma tariflərində 0,1 faiz ucuzlaşma müşahidə olunub.
    15.02.11 Məqaləni oxumaq
     
    AMEA Naxçıvan Bölməsinin institutları 4 patent alıb
    Ötən il AMEA Naxçıvan Bölməsinin institutlarında elmi-tədqiqat işləri 6 istiqamətdə, 6 problemi əhatə edən 7 mövzu üzrə 34 iş 97 mərhələdə yerinə yetirilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı bölmənin akademik-katibi, akademik İsmayıl Hacıyev söyləyib. Bölmənin 2010-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında məlumat verən İ.Hacıyev bildirib ki, bölmə institutlarında fundamental elmi-tədqiqatlar plana uyğun, AMEA Rəyasət Heyəti tərəfindən təsdiq edilən proqram üzrə, Dövlət Proqramlarının həyata keçirilməsi və yeni qanun layihələrinin yerinə yetirilməsi üzrə aparılıb. Onun sözlərinə görə, hesabat ilində bölmə əməkdaşları tərəfindən 13 dissertasiya işi müdafiə edilib, 2 dissertasiya işi isə müzakirədən keçərək müdafiəyə təqdim edilib. Hazırda bölmənin 4 doktorantı (qiyabi) və 20 dissertantı elmi-tədqiqat işlərini davam etdirirlər. Bölmə əməkdaşları tərəfindən 10 monoqrafiya, 24 kitab, 1 atlas, 1 xəritə, 621 məqalə, 24 tezisi və 3 buklet nəşr edilib, 4 patent alınıb.
    15.02.11 Məqaləni oxumaq
     
    Azərbaycan-Ermənistan münasibətləri tarixinə həsr olunmuş daha bir kitab işıq üzü görüb
    Azərbaycan-Ermənistan münasibətləri tarixinə həsr olunmuş daha bir kitab işıq üzü görüb. KƏLAMİNFO xəbər verir ki, bu təşəbbüslə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi çıxış edib. Kitab Azərbaycan, ingilis və rus dillərində QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər və İdman Nazirliyinin maliyyə yardımı ilə çap olunub. Nəşrdə mart soyqrımı və onun səbəbləri, Güney Azərbaycanda türk-müsəlman əhalisinin soyqrımı, 1918-20-ci illərdə Azərbaycan-Ermənistan münasibətləri, deportasiya illəri, Xocalı soyqrımı geniş və tutarlı faktlarla işıqlandırılıb.
    15.02.11 Məqaləni oxumaq
     
    Əfqanıstan müharibəsində 208 soydaşımız həlak olub, 417 əlil, 7 döyüşçü isə itkin düşüb
    Bu gün 1979-cu ildə Əfqanıstandan Sovet Qoşunlarının çıxarılması münasibətilə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi tədbir keçirib. Tədbirdə birliyin sədri Məhəmməd Vəliyev tarixin o dövrki üzü barədə ətarflı danışıb. O, Əfqanıstan müharibəsində Sovet qoşunu tərkibində 7500 Azərbaycanlının döyüşdüyünü bildirib. Sədrin sözlərinə əsasən, sözügedən müharibədə soydaşlarımızdan 208-i həlak olub, 417 əlil, 7 döyüşçü isə itkin düşüb.
    15.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Mar.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031