|
Səhifələr : # 1 2 3 4 5 6 7 8 9 #
AQUPDK və Təhsil Nazirliyi birgə “Keçmişi öyrənək- Gələcəyi quraq” adlı Azərbaycan tarixi üzrə bilik yarışması keçirir
|
Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Təhsil Nazirliyi ilə birgə Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş “Keçmişi öyrənək- Gələcəyi quraq” adlı Azərbaycan tarixi üzrə bilik yarışmasına start verib. KƏLAMİNFO xəbər verir ki, mərasimdə çıxış edən AQUPDK-nin sədri Hicran Hüseynova iştirakçılara faciə haqqında danışıb.
O, qeyd edib ki, Xocalı faciəsi Azərbaycan tarixində silinməz iz buraxan hadisələrdəndir və bu, daim gələcək nəslə aşılanmalıdır. “Bu kimi bilik yarışları da məhz bu cür xarakter daşıyır”,-deyə komitə sədri vurğulayıb. Onun sözlərinə görə, yarışmada Bakının 11 rayonunun və işğal olunmuş rayonların paytaxtda yerləşən məktəblərinin yuxarı sinif şagirdləri iştirak edirlər. “Finalda balların hesablanması yolu ilə I, II və III yer tutan komandalar AQUPDK və Təhsil Nazirliyi nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən seçiləcək. Qalib gələn komandalar komitəmiz tərəfindən Fəxri Diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaq”,-deyə H.Hüseynova bildirib.
|
24.02.11 Məqaləni oxumaq
|
|
|
İran parlamentinin spikeri Əli Laricani martın əvvəlində Bakıya gələcək
|
İran Parlamentinin spikeri Əli Laricani Azərbaycana səfər edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya İranın Azərbaycandakı səfirliyindən veriblər. Məlumatda Əli Laricaninin martın əvvəlində Bakıya gələcəyi bildirilir.
İranın “Fars News” agentliyinə müsahibə verən İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhrami isə Azərbaycan və İran hökümətlərarası iqtisadi komissiyasının səkkizinci iclasının Tehranda keçiriləcəyini bildirib. Onun sözlərinə görə, iki ölkənin xarici işlər nazirləri bu komissiyaya başçılıq edirlər.
|
24.02.11 Məqaləni oxumaq
|
|
|
Macarıstan Tələbələr Birliyinin məsul əməkdaşı Lenart Eva Bakıda səfərdədir
|
Macarıstan Tələbələr Birliyinin Beynəlxalq əlaqələr üzrə məsul əməkdaşı Lenart Eva Bakıda səfərdədir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Tələbələr Birliyindən veriblər.
Xanım Lenart Eva səfər çərçivəsində tələbə hüquqları sahəsi üzrə tələbə ekspert müxtəlif universitetlərdə tələbələr üçün seminarlar keçəcək. Seminarlarda, əsasən, tələbə hüquqları və tələbə iştirakçılığı üzrə Macarıstan, Şərqi Avropa təcrübəsi, Avropa Tələbələr Birliyinin gördüyü işlər və Azərbaycanda edilə biləcək fəaliyyətlər müzakirə olunacaq.
Tələbə hüquqları üzrə fəaliyyətlərin gələcək istiqamətlərində Azərbaycan Tələbələr Birliyinin nümayəndələrinin də xarici ölkələrə səfərlər etməsi və bu sahədəki xarici təcrübəni öyrənməsi planlaşdırılır.
|
24.02.11 Məqaləni oxumaq
|
|
|
Təhsil naziri Estoniya səfiri ilə görüşüb
|
Bu gün təhsil naziri Misir Mərdanov Estoniyanın Azərbaycandakı səfiri Aivo Oravla görüşüb. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə nazir Misir Mərdanov qeyd edib ki, Azərbaycanla Estoniyanın Təhsil nazirlikləri arasında ötən il imzalanan əməkdaşlıq haqqında Saziş bu istiqamətdə ikitərəfli əlaqələr üçün hüquqi baxımdan geniş imkanlar açıb.
Mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin məqsədəuyğunluğundan söz açan nazir, istər universitetlərarası, istərsə də alim və tələbələrin mübadiləsinin qarşılıqlı münasibətlərin inkişafına xüsusi töhfə verəcəyinə əminliyini ifadə edib.
Nazir, həmçinin alim və tələbələrin qarşılıqlı səfərləri, birgə elmi simpozium və konfransların təşkil olunması təklifini irəli sürüb. Hələ sovet dövründə çoxlu sayda azərbaycanlı gənclərin Estoniyanın universitetlərində təhsil aldığını qeyd edən səfir bu ənənənin davam etdirilməsinin əhəmiyyətini nəzərə çatdırıb.
|
24.02.11 Məqaləni oxumaq
|
|
|
TQDK bakalavrlara ixtisaslaşma seçimi zamanı verilən əlavə imkanlar barədə məlumat yayıb
|
Cari tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbulda yenilik kimi istiqamət şifrlərindən asılı olaraq ixtisaslaşma seçimi üçün müxtəlif minimal bal tələbləri müəyyən edilib. Bu barədə məlumtı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) veriblər.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbulda bakalavrların bitirdikləri istiqamətə aid olan ixtisaslaşmalarla yanaşı başqa şifrli istiqamətə aid bəzi ixtisaslaşmaları da müvafiq proqram üzrə imtahan vermək şərti ilə seçmək imkanları nəzərdə tutulub. Bu haqda “Magistr” jurnalının 2011-ci il 3-cü sayında “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli”ndə tam məlumat veriləcək. Ümumi balı bitirdikləri istiqamət şifri üzrə qoyulan minimal baldan aşağı olan bakalavrlar “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli”nə əsasən daha kiçik minimal bal tələbi qoyulan başqa şifrli istiqamətə aid bəzi ixtisaslaşmaları seçə bilərlər. Bu barədə məlumat “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli”ndən aşağıdakı çıxarışda göstərilib.
|
24.02.11 Məqaləni oxumaq
|
|
|
M.Əhmədinejad: “İnsan öz xalqına necə güllə ata bilər?”
|
İnsan öz xalqına necə güllə ata bilər. KƏLAMİNFO “Fars News” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Liviyada baş verən hadisələri şərh edən İran preziidenti Mahmud Əhmədinejad deyib.
O, Müəmmar Qəddafini xalqın tələbiylə razılaşmağa çağırıb. Onun sözlərinə görə, bu məqamda Liviya rəhbərliyi xalqla birlikdə olmalıdır.
Xatırladaq ki, Liviyada fevralın 15-dən başlamış etiraz aksiyalarında 500 nəfər həlak olub.
|
24.02.11 Məqaləni oxumaq
|
|
|
Bütün Qafqazın Şeyxi dünya dini liderlərinə səsləndi
|
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadə dünya dini liderlərinə və beynəlxalq təşkilatlara müraciət edib. QMİ-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə müraciətdə deyilir:
“Milyonlarla Azərbaycan müsəlmanının iradə və hisslərini ifadə edərək, dinindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə üz tuturam. Əminəm ki, cahanda elə bir xalq, elə bir din, elə bir sağlam düşüncəli şəxs ola bilməz ki, ümumbəşəri mənəvi dəyərləri inkar etsin, zor, qətl, təcavüz, qəsd kimi qeyri-humanist əməllərə haqq qazandırsın, qanlı cinayətlərə bəraət versin. Ona görə də, ümid edirəm ki, mənim müraciətim insanların qəlbində ən ülvi hissləri riqqətə gətirəcək, yaşadıqları həyat üçün üzərlərinə düşən məsuliyyət hissini gücləndirəcək.
|
24.02.11 Məqaləni oxumaq
|
|
|
Mədəniyyət və Turizm Nazirliyi Abdulla Şaiqin anadan olmasının 130 illik yubileyini qeyd edecək
|
Martın 9-da Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Gənc Tamaşaçılar Teatrında Azərbaycanın görkəmli maarif və mədəniyyət xadimi Abdulla Şaiqin anadan olmasının 130 illik yubileyi münasibəti ilə təntənəli yubiley keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər.
Mərasimdə mədəniyyət və turizm naziri başda olmaqla nazirliyin rəhbər heyəti, AMEA-nın və Yazıçılar Birliyinin məsul şəxsləri, elm və mədəniyyət xadimləri, Abdulla Şaiqin tədqiqatçıları, Ali məktəblərin professor və müəllim heyəti, tələbələr, şagirdlər, bir sözlə bütün Şaiqsevərlər toplaşacaq. Mərasimdə həmçinin yubiley münasibəti ilə nəşr olunan “Abdulla Şaiqin Mənzil Muzeyi. 1991-2011” kitabı təqdim olunacaq.
|
24.02.11 Məqaləni oxumaq
|
|
|
Əli Əhmədov: “Beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartları hələ də davam edir”
|
Ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standartlar hələ də davam edir. KƏLAMİNFO xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının icraçı katibi, millət vəkili Əli Əhmədov bildirib.
O, qeyd edib ki, bu, Dağlıq Qarabağ problemi, xüsusilə də Xocalı soyqırımına beynəlxalq dərəcədə düzgün qiymətin verilməməsində özünü göstərir. “Təbii ki, biz dəfələrlə buna öz etirazımızı bildirmişik və yenə də bildiririk. Digər tərəfdən onu da qeyd edim ki, Azərbaycan dövləti, müxtəlif QHT-lər, eyni zamanda Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində genişmiqyaslı işlər aparılır.
|
24.02.11 Məqaləni oxumaq
|
|
|
Fazil Mustafa: “Aeroportda və iri VİP mərkəzlərdə inanclı vətəndaşlarımızın ibadət etmələri üçün şərait yaradılmalıdır”
|
“Azərbaycanda əhalinin əksər hissəsinin müsəlman olmasına baxmayaraq təəssüf ki, hələ də bəzi ictimai obyektlərdə, xüsusən də hava limanlarında və mərkəzi yerlərdə insanlara xidmət göstərən iri obyektlərdə ayrıca ibadət məkanları yoxdur”. KƏLAMİNFO xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa bildirib.
O, qeyd edib ki, hətta əhalisinin az hissəsinin müsəlman olduğu Avropa ölkələrinin əksəriyyətində insanlara xidmət göstərən mərkəzi obyektlərdə müsəlmanlar üçün ibadət yerləri var. “Orada istər hava limanında, istərsə də iri əyləncə mərkəzlərində xüsusi ibadət məkanları mövcuddur. Lakin, bizdə əhalinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq ölkənin ən iri hava limanında da belə bir məkan yoxdur. Bizdə aeroporta ən yaxın məscid 2 kilometr məsafədədir. Hesab edirəm, ölkəmizdə nəinki aeroportda, iri VİP mərkəzlərdə hətta inanclı vətəndaşlarımızın ibadət etmələri üçün şərait yaradılmalıdır və bu müvafiq qanunvericiliklə tənzimlənməlidir”,-deyə F.Mustafa vurğulayıb.
|
24.02.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 1 2 3 4 5 6 7 8 9 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|