Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2011
    Səhifələr : # « 22 23 24 25 26 27 28 29 30 » #
    Səhiyyə Nazirliyinə məxsus Milli Onkologiya Mərkəzinin ərazisində yanğın olub
    Bakı şəhəri, Yasamal rayonunda Səhiyyə Nazirliyinə məxsus Milli Onkologiya Mərkəzinin ərazisində yanğın olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) veriblər. Nəticədə ərazidə yerləşən ümumi sahəsi 250 kv.m olan birmərtəbəli yeməkxana binasının çardağının yanar konstruksiyaları 30 kv.m sahədə və ona bitişik ümumi sahəsi 35 kv.m olan krematoriya otağının yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər yeməkxana binasının qalan hissəsini yanğından mühafizə ediblər. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
    01.02.11 Məqaləni oxumaq
     
    Millət vəkili: “Ölkədə Gənclər Fondu yaradılmalıdır”
    Bu gün ölkəmizdə sosialyönümlü layihələrin həyata keçirilməsi prosesi gedir. Bu mənada gənclərə verilən ipoteka kreditlərini xüsusilə qeyd etmək lazımdır. Hesab edirəm ki, bu gün sosial ipoteka çox vacib bir şərtdir və bundan daha yaxşı bəhrələnmək üçün müəyyən təkmilləşmələr də aparılmalıdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə yap.org.az saytına Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, Milli Məclisin deputatı Fuad Muradov bildirib.
    01.02.11 Məqaləni oxumaq
     
    SAM-ın elmi işçiləri NİSA-nın qış sessiyasında məruzə ilə çıxış edəcəklər
    Bakıda keçirilən Azərbaycan-NATO Beynəlxalq Məktəbinin (NİSA) qış sessiyası davam edir. Xarici İşlər Nazirliyi (XİN) və NATO-nun İctimai Diplomatiya Bölməsinin dəstəyi ilə keçirilən sessiya fevralın 6-dək davam edəcək. Sessiya çərçivəsində Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçiləri Rəşad Kərimov və Zaur Şiriyev “Staksnet nümünəsində təhlükəsizliyə yeni hədələr” və “Gələcək onillikdə Avropanın təhlükəsizliyinin təminində Avropa İttifaqının və NATO-nun iş birliyi” mövzularında məruzələrlə çıxış edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAM-ın mətbuat xidmətindən veriblər. Qeyd edək ki, sessiyada XİN, NATO-ya üzv və tərəfdaş ölkələr, həmçinin alyansın müvafiq strukturları, NATO Müdafiə Kolleci, Avropa Diplomatiya Akademiyası, Avropa Təhlükəsizlik Məsələləri üzrə Marşal Mərkəzi, Metropolitan Universiteti, Gənclərin Atlantik Müqavilə Təşkilatı və NATO-nun müxtəlif ölkələrdəki daimi nümayəndəliklərdən ekspertlər məruzəçi qismində iştirak edirlər.
    01.02.11 Məqaləni oxumaq
     
    Avropa Birliyi Cənubi Qafqazdakı münaqişələrin həllinə kömək edə bilər
    Avropa Birliyi Cənubi Qafqazdakı münaqişələrin həllinə kömək edə bilər. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə İsveçin Avropa işləri üzrə komitəsinin sədri Karl Hamilton çıxış edib. Onun sözlərinə görə, Avropa Birliyi Cənubi Qafqazda münaqişələri həll edə bilər. “Hesab edirəm ki, Avropa Birliyi regional münaqişələrin həllində böyük rol oynaya bilir. Bu, həm də Avropa ölkələrinin xarici siyasət maraqlarındandır. Məncə bu maraq konfliktlərə diqqət ayırmaq üçün yaxşı vasitə ola bilər”,-deyə diplomat vurğulayıb. O həmçinin bildirib ki, bu məsələdə yalnız Avropa Birliyinə arxalanmaq da olmaz: “Avropa Birliyi yalnız siyasətinə uyğun olaraq "Şərq Tərəfdaşlığı" çərçivəsində dondurulmuş münaqişələrin həllində iştirak edir”.
    01.02.11 Məqaləni oxumaq
     
    A.Quliyev: "Milli Məclis İranın iki üzlü siyasətinə qarşı qəti münasibət bildirməlidir"
    "Son günlər İran-Ermənistan arasında Azərbaycanın milli maraqlarını təhdid edəcək dərəcədə olan Saziş imzalanıb". KƏLAMİNFO xəbər verir ki, bunu millət vəkili Azay Quliyev Milli Məclisin bü gün keçirilən iclasında bildirib. O, qeyd edib ki, Saziş imzalanan zaman İranın neft naziri Məsud Mirkazimi böyük fəxrlə elan edib ki, artıq bu Sazişlə Ermənistanın enerji problemi həll olunub. "Bu Sazişlə Təbrizdən Ermənistana xüsusi neft kəməri istifadəyə verildi. Nəzərə alsaq ki, Təbriz Azərbaycanın yaralı yeridir. "Mən hesab edirəm ki, parlamentdə bununla bağlı qərar qəbul olunmalıdır. Mən bir deputat olaraq İranın iki üzlü siyasətinə etirazımı bildirirəm. Hesab edirəm ki, həmin siyasətin nəticəsidir ki, Ermənistan enerji təchizatını balanslaşdıraraq Dağlıq Qarabağın işğalını davam etdirir və Ermənistan prezidenti Serj Sarkisyan KİV-də sərt bəyanatlarla çıxış edir. Düşünürəm ki, Milli Məclis İranın bu iki üzlü siyasətinə qarşı qəti münasibət bildirməlidir",-deyə A.Quliyev vurğulayıb.
    01.02.11 Məqaləni oxumaq
     
    Millət vəkili: “Radikal müxalifət İranın Azərbaycanın daxili işlərinə qarışması ilə bağlı konkret mövqe ortaya qoymalıdır”
    “Azərbaycanda radikal müxalifət mövqeyində olan partiyalar İranın Azərbaycanın daxili işlərinə qarışması ilə bağlı mövqelərini aydın şəkildə ortaya qoymalıdırlar”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində millət vəkili Musa Qasımlı bildirib. Onun sözlərinə görə, həmin partiyalardan bəzilərinin İranın “Səhər” televiziya kanalında Azərbaycan əleyhinə edilən təbliğata bənzər mövqedən çıxış etmələri istənilən halda ölkəmiz üçün zərərlidir. “Düşərgəsindən asılı olmayaraq hər bir partiya ilk növbədə ölkəsinin mövqeyinə xidmət etməlidir. Hesab edirəm ki, Azərbaycanda bəzi müxalifət partiyaları bu məsələdə konkret mövqe göstərməlidirlər”,-deyə millət vəkili vurğulayıb. Qeyd edək ki, ötən həftə İranın “Səhər-2” televiziyası Azərbaycan əleyhinə silsilə verilişlər yayımlayıb.
    01.02.11 Məqaləni oxumaq
     
    Qar Ermənistanı iflic vəziyyətə saldı
    Bu gün Ermənistana yağan güclü qar yolların bağlanmasına səbəb olub. KƏLAMİNFO xəbər verir ki, bu barədə Ermənistanın nəqliyyat nazirliyi məlumat yayıb. Qar nəqliyyatın dayanmasına səbəb olub, gediş-gəliş dondurulub. Ermənistanın Şirak rayonu ilə Araqason tamamilə xizək sürmə meydanına bənzəyib. Qarla əlaqədar Ermənistanın bəzi mərkəz yerləri və rayonları qaranlığa qərq olub. Qazların kəskin azalması isə ölkə əhalisini dondurur.
    01.02.11 Məqaləni oxumaq
     
    “Adətən intizamsız sürücü yol polisindən narazılıq edir”
    Vaqif Əsədov: “Piyada keçidlərindən keçməyənlər məsuliyyətdən azad ola bilməzlər”

    Müsahibimiz Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovdur.

    - 2010-cu ildə nə qədər yol-nəqliyyat hadisəsi baş verib və neçə nəfər xəsarət alıb? Azalma və ya artım tendensiyasından danışmaq olarmı?

    - 2010-cu il ərzində paytaxt üzrə baş vermiş yol-qəza hadisələri barədə danışarkən, qeyd etmək lazımdır ki, ötən 2010-cu il ərzində paytaxt üzrə 1010 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 288 ölü, 1001 yaralı qeydə alınıb. Bu da 2009-cu il ilə müqayisədə 33 yol-nəqliyyat hadisəsinin azalması deməkdir. Lakin hadisələrin sayı azalsa da, ölüm halları stabil olaraq qalıb, xəsarət dərəcələri isə yüngülləşdirilib.

    - Sürücülərin DYP inspektorlarından narazılıq halları tez-tez baş verir. Sizin fikrinizcə, dövlət yol polisinin ideal inspektoru necə olmalıdır?
    01.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 22 23 24 25 26 27 28 29 30 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Fev.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28