|
Səhifələr : # « 14 15 16 17 18 19 20 21 22 » #
Hicran Hüseynovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Liviyaya gedib
|
Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Liviyaya gedib. Bu barədə məlumatı KƏLAMİNFO-ya AQUPDK-dən veriblər.
Səfərdə məqsəd Liviyada ailə-uşaq mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycanı təmsil etməkdir. Konfransda H.Hüseynovanın məruzə ilə çıxışı da gözlənilir.
|
09.02.11 Məqaləni oxumaq
|
|
|
Ekspert: “M.Brayza Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən işlər görəcək”
|
“İstənilən halda Metyu Brayzanın Azərbaycana səfir kimi gəlməsi üstün haldır. Çünki, o, Cənubi Qafqaz regionu, eləcə də Azərbaycanın hökumət və qeyri-hökumət təşkilatları, müxalifəti yaxından tanıyır”. Bunları KƏLAMİNFO-ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib.
O, qeyd edib ki, bir diplomat üçün bu üstünlüklər kifayət qədər vacib haldır. “Ona görə də M.Brayza dərhal işinə başlaya biləcək. M.Brayza hamımıza tanış olan bir şəxsdir. ATƏT-in Minsk Qrupunun həmsədri, Dövlət Departamentinin Cənubi Qafqaz üzrə bölməsində müxtəlif vəzifələrdə çalışıb.
|
09.02.11 Məqaləni oxumaq
|
|
|
M.Mərdanov: “Bir sıra peşə təhsili müəssisələrinin ərazisi zəbt edilib”
|
Bir sıra peşə təhsili müəssisələrinin ərazisi ayrı-ayrı şəxslər tərəfindən zəbt edilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə təhsil naziri Misir Mərdanov söyləyib.
Nazir bildirib ki, zəbt edilən ərazilər həm, Bakı şəhərində, həm də ölkənin müxtəlif bölgələrində mövcuddur. Həmin ərazilərin boşaldılması istiqamətində müvafiq tədbirlərin görüldüyünü diqqətə çatdıran M.Mərdanov problemin həlli ilə bağı müvafiq qurumlara da müraciətlərin göndərildiyini xatırladıb.
|
09.02.11 Məqaləni oxumaq
|
|
|
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
|
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, iclasda AR Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin müraciətinə baxılaraq onun icraata qəbul edilməsi haqqında qərardad çıxarılıb.
Müraciət mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 28-nə təyin edilmiş iclasında baxılacaq.
|
09.02.11 Məqaləni oxumaq
|
|
|
İran və Türkiyənin xarici işlər naziri telefon söhbətində İsraili müzakirə ediblər
|
İran və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub. KƏLAMİNFO İranın “İRNA” agentliyinə istinadən xəbər verir ki, Əli Əkbər Saleh və Əhməd Davudoqlu telefonda ölkələrarası qarşılıqlı maraqları, region və beynəlxalq hadisələri müzakirə ediblər.
İranın xarici işlər naziri iki ölkə arasında məsləhətləşmələrin davamlı olacağını və İsrailin "mümkün təhdidlər" ilə bağlı ayıqlığa ehtiyac olduğunu qeyd edib.
|
08.02.11 Məqaləni oxumaq
|
|
|
Bu gün Təhlükəsiz İnternet Günüdür
|
Bu gün dünyada Təhlükəsiz İnternet Günü kimi qeyd olunur (Safer Internet Day). Bu gün Azərbaycanda da qeyd olunur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, 2004-cü ildə Avropa Komissiyası tərəfindən təşəbbüs edilən bu gün internetin təhlükəsizliyinin təmin olunması istiqamətində reallaşdırılan qlobal kampaniyanın bir hissəsidir və hər il fevralın ilk çərşənbə axşamı qeyd olunur.
|
08.02.11 Məqaləni oxumaq
|
|
|
Dünyanın 147 ölkəsi ilə 27,9 mlrd. dollar məbləğində idxal-ixrac əməliyyatları aparılıb
|
Ötən il Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 147 ölkəsindəki tərəfdaşları ilə 27,9 mlrd. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıblar. Dövlət Statistika Komitəsindən KƏLAMİNFO-ya verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 21,3 mlrd. dollarını və ya 76,4 faizini Azərbaycandan ixrac olunmuş mallar, 6,6 mlrd. dollarını (23,6 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil edib. 2009-cu illə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 34,1 faiz, o cümlədən ixrac 45,1 faiz, idxal 7,8 faiz artıb. Hesabat dövründə ixrac idxalı 3,2 dəfə üstələyib və 14,7 mlrd. dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.
Xarici ticarət əməliyyatlarının dörddə üç hissəsi İtaliya, Fransa, Rusiya Federasiyası, İsrail, Amerika Birləşmiş Ştatları, Ukrayna, Türkiyə, Çin, Xorvatiya, İndoneziya, Malayziya, Sinqapur və Almaniya dövlətləri ilə aparılıb.
|
08.02.11 Məqaləni oxumaq
|
|
|
Cari ilin yanvar ayında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsi 1,2 mlrd. manat olub
|
Cari ilin yanvar ayında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2010-cu ilin yanvar ayına nisbətən 8,6 faiz artaraq 1,2 mlrd. manat olub. Dövlət Statistika Komitəsindən KƏLAMİNFO-ya verilən məlumata görə, dövriyyənin 14,3 faizi hüquqi şəxslərin, 45,4 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 40,3 faizi yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin hesabına formalaşıb. Ay ərzində ölkə sakinləri ticarət şəbəkəsindən 812,9 mln. manatlıq ərzaq məhsulları, 411,2 mln. manatlıq qeyri-ərzaq malları alıblar. Yanvar ayında əhaliyə 411,0 mln. manatlıq və ya 10,3 faiz çox pullu xidmətlər göstərilib. Xidmətlərin 79,0 faizi hüquqi, 21,0 faizi fiziki şəxslərin payına düşüb və onların tərəfindən əhaliyə müvafiq olaraq 7,3 və 23,2 faiz çox pullu xidmət göstərilib.
|
08.02.11 Məqaləni oxumaq
|
|
|
Rusiya ilə İran arasında Azərbaycandan keçən dəmir yolunun layihəsi barədə razılığa gəlinib
|
Rusiya ilə İran arasında Rəşt - Astara (İran) - Astara (Azərbaycan) dəmir yolunun layihəsi barədə danışıqlar aparılıb. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İranın Dəmiryol İdarəsinin rəhbəri Əbdüləli Sahib Məhəmmədi bildirib.
O, qeyd edib ki, Rusiya ilə əməkdaşlıqda dəmir yollarının yenidən qurulması, ikitəkərli dəmir yollarına keçid, Təbriz-Azərşəhr qolunun elektrikləşdirilməsi və ölkənin dəmir yollarının modernləşdirilməsi nəzərdə tutulub. “Bu gün Rusiya İranla bu ölkədəki bəzi dəmir yolları qollarının elektrikləşdirilməsi üzrə əməkdaşlıq edir. Artıq Rusiya əməkdaşlığı genişləndirməyə və Azərbaycadan keçən bu xəttə investisiya qoymağa hazırdır”,-deyə o, əlavə edib.
|
08.02.11 Məqaləni oxumaq
|
|
|
Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov “Vətən övladı” ordeniylə mükafatlandırılıb
|
Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov “Vətən övladı” ordeniylə mükafatlandırılacaq. KƏLAMİNFO “Xəbər-Moldovaya” istinadən xəbər verir ki, ““Dədə Qorqud” Milli Fondu və “Azərbaycan dünyası” beynəlxalq jurnalının rəhbərliyi, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzovu Kişinyovda Moldova və Azərbaycan arasında dostluq və ölkələrarası əlaqələrin inkişafında xidmətinə görə bu mükafata layiq görülüb. Təqdimat fevralın 10-da olacaq.
Qeyd edək ki, “Azərbaycan dünyası” jurnalı 1998-ci ildən rus və ingilis dillərində nəşr olunan ilk Azərbaycan jurnalı olub.
|
08.02.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 14 15 16 17 18 19 20 21 22 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|