Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2011
    Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
    “Qaradağlı faciəsi” kitabının təqdimat mərasimi olub
    Bu gün “Qaradağlı faciəsi” kitabının təqdimat mərasimi olub. KƏLAMİNFO xəbər verir ki, tədbir Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiə Mərkəzinin təşəbbüsü ilə həyata keçirilib. Kitab Dağlıq Qarabağda erməni terroruna məruz qalmış daha bir bölgənin faciəsini, eyni zamanda qəhramanlıq tarixini əks etdirib. Müəəllif, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı kitabın nəşrinin vacibliyindən danışıb. “Xocalı faciəsi ilə əlaqədar informasiya blokadasını yarmaq müəəyyən qədər mümkün olsa da, digər qanlı faciələr haqqında bunu etmək qeyri- mümkün olub. Diqqətdən kənarda qalmış və az öyrənilmiş belə qətliamlardan biri də Xocavənd rayonunun Qaradağlı kəndində baş verənlərdir”,-deyə o bildirib.
    12.02.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
    Bu gün prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. KƏLAMİNFO xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
    12.02.11 Məqaləni oxumaq
     
    DİA-da Dövlət Miqrasiya Xidməti əməkdaşları üçün keçirilən ixtisasartırma kursları davam edir
    Dövlət İdarəçilik Akademiyasında (DİA) Dövlət Miqrasiya Xidməti (DMX) əməkdaşları üçün “Miqrasiya proseslərinin dövlət tənzimlənməsi” mövzusunda keçirilən ixtisasartırma kursları davam edir. KƏLAMİNFO xəbər verir ki, ixtisasartırma kursu çərçivəsində Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev, PA-nın Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və digər şəxslərin müxtəlif mövzularda mühazirələri olacaq. Bu gün isə PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun kurs iştirakçıları üçün “Azərbaycanın müasir xarici siyasəti” mövzusunda mühazirəsi olub. Mühazidən sonra Ə.Həsənov DİA-da dövlət qulluqçuları üçün keçirilən ixtisasartıma kurslarının əhəmiyyəti, onun nəticəsi və mühüm tərəfləri ilə bağlı KƏLAMİNFO-a məlumat verib.
    12.02.11 Məqaləni oxumaq
     
    Bahar Muradova: "Azərbaycanda həyata keçirilən korrupsiya ilə bağlı mübarizə tədbirləri dövlətin gələcək perspektivinə hesablanıb"
    "Hazırda Azərbaycanda həyata keçirilən korrupsiya ilə bağlı mübarizə tədbirləri dövlətin gələcək perspektivinə hesablanmış proqramlara uyğun həyata keçirilir". KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. O, qeyd edib ki, bu mübarizəni hərənin bir cür qiymətləndirməsi təbiidir. Onun sözlərinə görə, ölkədə korrupsiya ilə bağlı aparılan mübarizənin bir istiqaməti mübarizənin şəffaflğının təmin olunması və məlumatların ictimaiyyətə çatdırılmasıdır. "Hesab edirəm ki, aparılan mübarizə bu formada qiymətləndirilməlidir. Daha əsası da odur ki, Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizənin ərəb ölkələrində baş verənlərlə heç bir əlaqəsi yoxdur. Azərbaycanda korrupsiya birdən artmayıb və bu sahədə heç nə baş verməyib. Bunun nə Tunislə, nə də Misirlə heç bir əlaqəsi yoxdur.
    12.02.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Beynəlxalq təşkilatlardan Dağlıq Qarabağ probleminin həlli üçün iradə tələb edirik”
    Ümid edirik ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfərində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı konkret təkliflər səslənəcək. Bu barədə açıqlamanı KƏLAMİNFO-ya müsahibəsində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib.
    12.02.11 Məqaləni oxumaq
     
    Mixail Qorbaçov: “Vladimir Putin 2018-ci ildə Rusiyanın prezidenti olacaq”
    Vladimir Putin 2018-ci ildə Rusiyanın prezidenti olacaq. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qarbaçov Rusiyada seçki proseslərini dəyərləndirərkən cavab verib. Onun sözlərinə görə, Rusiyanın hazırki baş naziri çox güman ki, növbəti seçkilərdə iştirak etməyəcək. “Ancaq Vladimir Putin Kremlə 2018-ci ildə qayıdacaq və hazırki prezident Dmitri Medvedevlə postlarını dəyişəcək”,-deyə M.Qorbaçov vurğulayıb.
    12.02.11 Məqaləni oxumaq
     
    Jurnalistlər üçün MediaCell xidməti ilə bağlı məsələyə Ülviyyə Həsənzadə aydınlıq gətirdi
    “Azercell Telekom” MMC-nin Korporativ Əlaqələr və Sosial Məsuliyyət Departamentinin rəhbəri Ülviyyə Həsənzadə bu yaxınlarda jurnalistlər üçü elan olunacaq MediaCell xidməti ilə bağlı məsələyə aydınlıq gətirib. Ü.Həsənzadə bu barədə KƏLAMİNFO-ya müsahibəsində bildirib. O, qeyd edib ki, MediaCell xidmətində jurnalistlər tək öz həmkarları ilə deyil, ölkə üzrə bütün “Azercell” abonentləri ilə yüksək güzəştli tariflərlə danışacaqlar. “Həmçinin xidmət daxilində jurnalistlərə digər güzəştlər də nəzərdə tutulub, sadəcə olaraq bu haqda indi açıqlama vermək istəmirik ki, xidmət istifadəyə veriləndə bu, sürpriz olsun.
    11.02.11 Məqaləni oxumaq
     
    Azərbaycanda dünyasını dəyişmiş müharibə əlillərinin ailələri mənzillə təmin oluna bilər
    Gələn həftə Milli Məclisin Sosial siyasət komitəsində dünyasını dəyişmiş müharibə əlillərinin ailələrinin mənzillə təmin olunması ilə bağlı müvafiq qanunvericiliyə əlavələr müzakirə olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva bildirib. O, qeyd edib ki, bu, hazırda ən vacib məsələlərdən biridir və buna hüquqi qiymət verməyin zamanı gəlib. "Şəhid övladlarının imtiyazlarından 18 yaşından sonra da istifadə etmə imkanlarının artırılması vacibdir. Bununla bağlı mütləq qanunvericilikdə dəyişikliklər edilməlidir",-deyə o, vurğulayıb. Q.Paşayeva həmçinin Milli Məclisdə Qarabağla bağlı qapalı dinləmələrin keçirilməsini də təklif edib.
    11.02.11 Məqaləni oxumaq
     
    Bakıda Lütfi Zadənin 90 illiyi ilə bağlı tədbir keçirilib
    Bu gün Bakıda dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasının 90 illiyi münasibəti ilə tədbir keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Lütfi Zadənin həyat və elmi fəaliyyətindən danışıb. Onun sözlərinə görə, Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi elektron hesablama texnologiyasında da yeni bir inqilab etmək ərəfəsindədir. Nazir həmçinin məşhur alimin anadan olmasının 90 illiyi münasibətilə “Dostluq” ordeni ilə təltif edilməsi ilə bağlı prezident İlham Əliyevin Sərəncamını xatırladıb. Tədbirdə həmçinin Lütfi Zadənin prezident İlham Əliyevə yazdığı təşəkkür məktubu oxunub. Daha sonra alimin həyat və elmi fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olunub.
    11.02.11 Məqaləni oxumaq
     
    Parlamentin iclasında korrupsiyaya qarşı mübarizə barədə danışılıb
    Bu gün Milli Məclisin yaz sessiyasının növbəti iclası öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, iclasda spiker Oqtay Əsədov ilk növbədə cari məsələlər toxunub. O, son günlər ölkədə korrupsiyaya qarşı mübarizənin əhəmiyyətindən danışıb. Daha sonra məsələ millət vəkilləri tərəfindən müzakirə olunub. Millət vəkili Asim Mollazadə bildirib ki, parlament korrupsiyaya qarşı mübarizədə özünün xüsusi töhfəsini verə bilər. "Bununla bağlı müvafiq qanunların üzərində işləmək olar. Xüsusilə təhsil və səhiyyə sahəsində korrupsiyaya qarşı mübarizə üçün buna ehtiyac var",-deyə A.Mollazdə vurğulayıb.
    11.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Fev.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28