Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2011
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    Təhsil sistemində 108 nəfər vəzifəsindən azad olunub
    Ötən il Təhsil Nazirliyi tərəfindən təhsil orqanları və müəssisələrində neqativ hallar, qanun pozuntuları, korrupsiyaya şərait yaradan faktların aşkar edilməsi, nöqsanlara yol verən məsul şəxslər barədə intizam tənbehinin tətbiqi sahəsində müntəzəm iş aparılıb. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyində “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya (2007-2011-ci illər)”nın icrası mövzusunda keçirdiyi kollegiya iclasında nazir Misir Mərdanov söyləyib. Nazir qeyd edib ki, ötən il 4 rayon təhsil şöbəsinin müdiri, 72 məktəb direktoru, 5 direktor müavini, 1 məktəbdənkənar müəssisə rəhbəri, 6 peşə məktəbi direktoru, 1 ali məktəb müəllimi, 10 uşaq bağçası müdiri, 9 baş mühasib, ümumilikdə 108 nəfər vəzifəsindən azad olunub, 41 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 115 nəfərə töhmət verilib.
    16.02.11 Məqaləni oxumaq
     
    GTMŞ 15 illik yubileyini “Gülüstan”da qeyd edəcək
    Sabah Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının yaranmasının 15 illik yubileyi münasibəti ilə “Gülüstan” sarayında təntənəli tədbir keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya GTMŞ-dan veriblər. 21 noyabr 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunan və 1996-cı il yanvarın 31-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçən ARGTMŞ Azərbaycan gənclərinin yeganə konfederativ strukturu, əməkdaşlıq mərkəzi, gənclər qurumlarının əlaqələndiricisi və gənclərin beynəlxalq inteqrasiyasını təşkil edən qurumdur. Hal-hazırda Milli Şura öz ətrafında 70 təşkilatı birləşdirir.
    16.02.11 Məqaləni oxumaq
     
    RİTN rəsmisi: ““Azərpoçt” MMC-nin bank xidməti göstərən şöbələri ölkədəki bankların bütün şöbələrindən iki dəfə çoxdur”
    Tezliklə “Azərpoçt” MMC-nin bütün respublikada fəaliyyət göstərən 1493 poçt bölməsindən 1200-ü bank və maliyyə xidmətlərini həyata keçirəcək. Bu da ölkədəki bütün bankların şöbələrindən iki dəfə çoxdur. KƏLAMİNFO xəbər verir ki, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt sektorunun müdiri Novruz Məmmədov bildirib. O, qeyd edib ki, “Azərpoçt”la müqayisədə hazırda Azərbaycanda 45 bank var və onların da ölkə üzrə cəmi 600-ə yaxın şöbələri var. “Eyni zamanda onların kənd yerlərində şöbələri yoxdur. Amma, “Azərpoçt” MMC-nin iki dəfə onlardan çox təkcə bank fəaliyyəti ilə məşğul olan şöbələri var ki, bunların arasında kəndlərdə də fəaliyyət göstərən şöbələr mövcuddur. Eyni zamanda daimi olaraq şöbələrimizin müxtəlif valyuta ilə nağd pulu var ki, bu da daha operativ və çevik pul köçürmələri edilməsində vacib rol oynayır”,-deyə sektor müdiri vurğulayıb. Onun sözlərinə görə, bu şöbələr 50-ə yaxını digər xidmətləri də həyata keçirir.
    16.02.11 Məqaləni oxumaq
     
    Prezidentin Sərəncamı 617 347 nəfər əmək pensiyaçısına şamil olunacaq
    Ötən il Azərbaycan dövlətinin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət və uğurlu antiböhran tədbirləri sayəsində inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin olunub, bununla belə istehlak qiymətlərinin 5,7 faizlik indeksi qeydə alınıb. Bu barədə məlumatı AZADİNORM-ya Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən veriblər.
    16.02.11 Məqaləni oxumaq
     
    Tam orta təhsil səviyyəsi üzrə keçirilən mərkəzləşdirilmiş yoxlama imtahanlarının nəticələri açıqlanıb
    Təhsil Nazirliyi Bakı şəhəri üzrə tam orta təhsil səviyyəsi (XI sinif) üzrə keçirdiyi 2010-2011-ci dərs ilinin mərkəzləşdirilmiş yoxlama imtahanlarının nəticələrini açıqlayıb. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, nəticələr nazirliyin saytının (www.edu.gov.az) imtahan bölməsində yerləşdirilib. Bakı şəhəri üzrə ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə keçirilən mərkəzləşdirilmiş yoxlama imtahanlarının nəticələri isə yaxın günlərdə açıqlanacaq.
    16.02.11 Məqaləni oxumaq
     
    Gücləndirilmiş iş rejiminə keçilib
    “Bakıelektrikşəbəkə” gücləndirilmiş iş rejiminə keçib. Bu barədə məlumatı KƏLAMİNFO-ya "Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. Onun sözlərinə görə, havaların kəskin soyuması və Bakıda qarın yağması elektrik enerjisi naqillərində hər hansı fəsadla müşaiyət olunmayıb. “Buna baxmayaraq, şəbəkə daha da güclü tədbirlər görür. Elektrik xətlərində hər hansı problem olarsa, dərhal aradan qaldırılacaq. “Bakıelektrikşəbəkə” tərəfindən son 4 ildə aparılan əsaslı yenidənqurma təmir, tikinti işləri havaların sərt keçməsinə baxmayaraq, abonetləri keyfiyyətli, dayanıqlı elektrik enerjisi ilə təchiz edir”,-deyə o qeyd edib.
    16.02.11 Məqaləni oxumaq
     
    Aydın Mirzəzadə: “Həmsədrlərin verdikləri sonuncu bəyanat təəssüf ki, quru informasiyadan başqa bir şey deyil”
    “Həmsədrlərin bölgəyə növbəti səfərlərindən sonra verdikləri bəyanat təəssüf ki, quru informasiyadan başqa bir şey deyil”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib. A.Mirzəzadə bildirib ki, bəyanatda ancaq və ancaq bundan sonra da danışıqların davam etdirilməsi və tərəflərə sülhə getmək məsləhət görülür. Onun sözlərinə görə, belə bəyanatlar cəmiyyətimizi qane etmir. “Çünki Azərbaycan həmsədrlərdən daha obyektiv, fəal olmağı və öz təsir imkanlarından istifadə edib münaqişənin tezliklə həllinə yardımçı olmağını istəyir.”,-deyə A.Mirzəzadə vurğulayıb. Həmsədr dövlətlərin üçünün də Ermənistana müxtəlif yardımlar etdiyini xatırladan A.Mirzəzadə bu sırada maliyyə və hərbi yardımların da üstünlük təşkil etdiyini vurğulayıb.
    16.02.11 Məqaləni oxumaq
     
    Abdullah Gül İranda etirazçılarla görüşmək istəyib
    İsrailin Kəşviyyat saytı DEBKA Tehranda səfərdə olan Türkiyə prezidenti Abdullah Gülün Tehranda etiraz edən insanlarla görüşmək istədiyini, lakin iranlı həmkarının Ankara ilə münasibətlərin pis olması bəhanəsiylə bunu əngəllədiyini yazıb. KƏLAMİNFO CNN-Türkə istinadən xəbər verir ki, etirazçılar Tehran küçələrində prezident A,Gülü yanlarına dəvət ediblər. Türkiyə prezidenti də dəvəti qəbul edərək etirazçıları salamlamağa qərar verib. Bu məqamda M.Nejatın A.Gülə qarşı çıxdığı bildirilir. Bundan sonra qərarından imtina edən Türkiyə prezidenti və İran prezidenti arasındakı soyuqluq mətbuat konfransında da hiss olunub.
    16.02.11 Məqaləni oxumaq
     
    GVB Xocalı soyqrımı ilə əlaqədar silsilə tədbir keçirəcək
    Gənc Vətənpərvərlər Birliyi (GVB) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda GVB-nin regional şöbələrinin rəhbərləri, üzv təşkilatların səlahiyyətli nümayəndələri, fəxri üzvlər, təlimatçı məşqçilər və sədrin müşavirləri iştirak ediblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya GVB-dən veriblər. İclasda Bakı, Sumqayıt, Gəncə və Samuxda yaşayan gənclərin, ziyalıların birliyə fərdi qaydada üzv olması və “Xocalıya ədalət” kampaniyasına dəstək olmaq məsələləri müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. İclasda həmçinin GVB tərəfindən Xocalı soyqırımı ilə əlaqədar keçiriləcək tədbirlər planı təsdiq olunub. Tədbirlərin Bakı, Gəncə, Samux, Şəmkir, Şirvan, Mingəçevir və Sumqayıt şəhərlərində gənclər və idman idarələri ilə birgə keçirilməsi üçün təşkilat komitəsi yaradılıb. Qeyd edək ki, silsilə tədbirlərə fevralın 19-dan start veriləcək və yekunda müxtəlif beynaxalq təşkilatlara və səfirliklərə bəyanat ünvanlanacaq.
    16.02.11 Məqaləni oxumaq
     
    Bu gündən “Ən yaxşı müəllim” müsabiqəsində iştirak edən müəllimlərin dərsləri dinlənilir
    Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının dərslərini dinləyib qiymətləndirəcək ekspertlərlə görüş keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Görüşdə təhsil naziri Misir Mərdanov bildirib ki, “Ən yaxşı müəllim” müsabiqəsinin uğurla nəticələnməsi ekspertlərdən ibarət fənn komissiyalarının fəaliyyətindən asılı olduğundan ekspertlərin hər biri yüksək məsuliyyət, obyektivlik nümayiş etdirməlidir. Ötən illərdən fərqli olaraq, bu il iştirakçıların sayı çox olan fənlər üzrə də yalnız bir komissiyanın fəaliyyət göstərəcəyini qeyd edən nazir hər bir komissiyada müşahidəçi qismində Təhsil Nazirliyinin nümayəndəsinin olacağını və onların həm də təşkilati məsələləri həll edəcəklərini açıqlayıb. Təhsil naziri bildirib ki, fevralın 15-dən başlayaraq 57 nəfər ibtidai sinif müəlliminin dərsləri 6, 35 nəfər ingilis dili müəlliminin dərsləri 4, 25 nəfər Azərbaycan dili və ədəbiyyat müəlliminin dərsləri isə 3 mərhələdə dinləniləcək. M.Mərdanov, bunlarla yanaşı digər fənn müəllimlərinin də sınaq dərslərinin dinlənilməsinin mərhələlərlə aprelin 21-dək davam edəcəyini diqqətə çatdırıb.
    16.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Fev.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28