|
Səhifələr : # 12 13 14 15 16 17 18 19 20 #
M. Zülfüqarlı: “Minsk qrupu deyir tarixi unut, reallıqla hesablaş”
|
Dünya ictimaiyəti Qarabağ probleminə biganədir. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Qarabağdakı faciələrlə bağlı 4-5 kitab nəşr edərək beynəlxalq qurumlara göndərib. Lakin dünya informasiya arenasında, bu münaqişənin həllinə çalışan dövlətlərin səylərində də heç bir müsbət dəyişiklik, irəliləyiş olmadı. Səbəb isə bu problemin o dövlətlərin maraqlarında olmamasıdır.
|
11.02.11 Məqaləni oxumaq
|
|
|
Əli Abbasov: “Azərbaycanda rominq tarifləri 20-25% aşağı düşüb, amma bu, çox azdır”
|
“Azərbaycanda rominq tarifləri 20-25% aşağı düşüb, amma bu, çox azdır və mobil operatorlar da bunu başa düşür. Rouminq tarifləri hazırda yüksəkdlir və bu qiymətlər bir qədər də aşağı salınmalıdır”.
KƏLAMİNFO xəbər verir ki, bu barədə akçıqlamanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Ə.Abbasov qeyd edib ki, rouminq xidmətləri sahəsində qiymətlərin formalaşması xarici operatorlardan da asılı olduğuna görə, bu məsəsələ digər ölkələrin operatorları ilə aparılan danışıqlar nəticəsində həll olunur. Bu səbəbdən cari ilin birinci yarısında bu iş davam etdiriləcək.
O, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ölkədə fəaliyyət göstərən mobil rabitə operatorlarının rouminq tariflərinin endirilməsi səviyyəsindən də razı olmadığını vurğulayıb.
|
11.02.11 Məqaləni oxumaq
|
|
|
“Eurovision-2011” Milli Finalda ulduzlar iştirak edəcək
|
“Eurovision-2011” Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün fevralın 11-də keçiriləcək milli final konsertində Eurovision ulduzlarının da çıxışları nəzərdə tutulur. Bu barədə məlumatı KƏLAMİNFO-ya İctimai TV-dən veriblər.
Bu dəfəki şouda izləyicilərə Azərbaycanın “Eurovision” Mahnı Müsabiqəsində 2010-cu ildəki təmsilçisi Safura, Gürcüstan təmsilçisi Sofia Nijaradze, San Marinonun “Eurovision-2011”-dəki təmsilçisi Senit, İsveşrənin nümayəndəsi Anna Rossinellin, dünyada tanınmış DJ Devit Vendettanın və digər qonaqların ifaları təqdim olunacaq. Final konserti İctimai Televiziya ilə yanaşı Eurovision TV, Gürcüstanın İctimai Telviziyası və TRT vasitəsilə canlı yayımlanacaq.
|
11.02.11 Məqaləni oxumaq
|
|
|
Düşmən iki istiqamətdə mövqelərimizi atəşə tutub
|
Ermənilər ötən gün saat 18.05-dən 18.10-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 12.45-dən 12.50-dək və fevralın 10-da saat 05.35-dən 05.45-dək Ağdam rayonu Cəvahirli və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
|
11.02.11 Məqaləni oxumaq
|
|
|
Prezident İlham Əliyev: “Mən öz işimdə Azərbaycan xalqına arxalanıram”
|
“Ölkədə ictimai nəzarət daha da güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bu məsələlərin həlli ilə bağlı bu ilin əvvəlində Nazirlər Kabinetinin iclasında verdiyim tapşırıqlar yerinə yetirilir” KƏLAMİNFO xəbər verir ki, bunu prezident İlham Əliyev Qazaxda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib.
|
11.02.11 Məqaləni oxumaq
|
|
|
Politoloq: “Azərbaycan- Rusiya münasibətlərində dinamizm açıq- aydın müşahidə olunur”
|
Son iki ildə Azərbaycan- Rusiya münasibətlərində dinamizm açıq-aydın müşahidə olunur. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib.
Onun sözlərinə görə, bunun göstəricisi olaraq artıq hər ilin əvvəli Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narişkinin Azərbaycana səfəri ənənə halını alıb. “Bu il Azərbaycanda Rusiyanın İnformasiya Mədəniyyət Mərkəzinin açılması və yaxın günlərdə növbəti forumun keçirilməsi iki ölkə arasında münasibətlərin müsbət perspektivlərindən xəbər verir”,-deyə ekspert vurğulayıb. M.Əhəmədoğlu qeyd edib ki, ötən il Rusiyadakı azərbaycanlıların öz ölkələrinə 676 mln. dollar vəsait göndərməsi və Rusiyanın “Qazprom” şirkətinin Azərbaycandan aldığı qazın miqdarını 2,5 dəfə artırması da iqtisadi bağlılığın artmasından xəbər verir.
|
11.02.11 Məqaləni oxumaq
|
|
|
ANAMA yanvar ayında 2,280,925 kv/m ərazini mina və PHS-dən təmizləyib
|
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən cari ilin yanvar ayı ərzində 2,280,925 kv/m ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. ANAMA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, hesabat dövrundə 3,366 PHS və 4 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 480 nəfər minaaxtaran mütəxəssis və 120 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 37 minaaxtaran it iştirak edir.
|
10.02.11 Məqaləni oxumaq
|
|
|
|
Əli Həsənov: “Beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı yürütdüyü siyasət Azərbaycanı tam qane etmir”
|
“Son zamanlar beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı yürütdüyü siyasət Azərbaycanı tam qane etmir”. KƏLAMİNFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
"Münaqişənin mövcud olduğu dövrdə beynəlxalq təşkilatların yürütdüyü siyasət, reallaşdırdığı tədbirlər Azərbaycanı tam qane etmir. Ona görə ki, beynəlxalq hüquq normaları aydın şəkildə pozulduğu halda Ermənistana qarşı beynəlxalq təşkilatlar tərəfindən açıq-aşkar təzyiq müşahidə olunmur",-deyə Ə. Həsənov vurğulayıb.
Onun sözlərinə görə, beynəlxalq təşkilatlar sadəcə fiksiya edirlər ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, Ermənistan qoşunları Azərbaycan ərazisini işğal edib və bu işə son qoyulmalıdır.
|
10.02.11 Məqaləni oxumaq
|
|
|
DRI-nin baş mühəndisi İsveçrəyə gedəcək
|
2012 ci ildə İsveçrənin Cenevrə şəhərində Dünya Radiorabitə konfransı keçiriləcək. Qeyd olunan tədbirlə əlaqədar olaraq bu ilin fevral ayının 14 də həmin şəhərdə konfransda iştirak edəcək nümayəndə heyətinin işçi qrupunun toplantısı keçiriləcək.
Bu məqsədlə Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi İlham Əfəndiyev adı çəkilən ölkəyə ezam olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət radiotezliklər İdarəsindən veriblər.
Toplantı fevralın 25-də öz işini yekunlaşdıracaq.
|
10.02.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 12 13 14 15 16 17 18 19 20 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|