|
Səhifələr : # « 19 20 21 22 23 24 25 26 27 » #
Ərtoğrul Günay: “Türk-erməni abidəsinin sökülməsi səlahiyyəti nə bizdə, nə də Qars bələdiyyəsindədir”
|
Qars vilayətindəki. türk-erməni abidəsinin sökülməsi səlahiyyəti nə bizdə, nə də Qars bələdiyyəsindədir. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay deyib. Onun sözlərinə görə, hələ ki komissiya öz qərarını verməyib, bizə isə yalnız qərarı gözləmək qalır.
Qeyd edək ki, yanvarın 18-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan abidənin sökülməsini dair göstəriş verib.
Qars Bələdiyyəsinin Məclisi türk-erməni dostluğunun simvolu sayılan abidənin sökülməsinə dair qərar qəbul edib. Bələdiyyə başçısı Nevzat Bozkuşun sədrliyi ilə keçirilən iclasda Cümhuriyyət Xalq Partiyasından olan 4 Məclis üzvü qərarın "əleyhinə", Ədalət və İnkişaf Partiyasının 11 və Milli Hərəkat Partiyasından olan 4 məclis üzvü "lehinə" səs verib.
|
04.02.11 Məqaləni oxumaq
|
|
|
Mübariz Əhmədoğlu: “İran Azərbaycana qarşı Livanda yürütdüyü siyasəti təkrarlamağa çalışır”
|
Bu gün Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ötən ayın yekunları ilə bağlı mətbuat konfransı keçirib.
KƏLAMİNFO xəbər verir ki, hesabatda M.Əhmədoğlu diqqəti ilk növbədə İranın son zamanlar regionda yeritdiyi siyasətə yönəldib.
Politoloqun fikrincə, İran Azərbaycana qarşı Livanda yürütdüyü siyasəti təkrarlamağa çalışır. “Tehran Livanı son illər iranlaşdırmağa cəhd edir. Orada İranın bu siyasətinə ən yaxın dəstək verən Livan erməniləridir. Məhz bunun qarşılığında İran Ermənistanının enerji ilə təchizatını genişləndirir.
|
04.02.11 Məqaləni oxumaq
|
|
|
Qiuli Alasaniya ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayevlə görüşüb
|
Azərbaycana səfəri çərçivəsində Gürcüstan Universitetinin rəhbəri Qiuli Alasaniya Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayevlə görüşüb.
ADA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, rektor xanım Q.Alasaniyaya Akademiyanın magistr və bakalavr proqramları, genişlənməkdə olan kitabxanası, ayrı-ayrı istiqamətlərdə aparılan elmi araşdırmaları barədə məlumat verib.
Q. Alasaniya təmsil etdiyi universitetlə ADA-nın əməkdaşlığında maraqlı olduğunu bildirib. Daha sonra xanım Alasaniya ADA-nın tələbə-müəllim heyəti və digər qonaqlar üçün “Azərbaycan, Gürcüstan və Türkiyənin mədəni-tarixi əlaqələri” mövzusunda məruzə ilə çıxış edib, üç xalqın zəngin tarixi-mədəni əlaqələri haqqında danışıb.
Qeyd edək ki, professor Q. Alasaniya Gürcüstan prezidenti Mixail Saakaşvilinin anasıdır.
|
04.02.11 Məqaləni oxumaq
|
|
|
S.Müslümov: "2009-2015-ci sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq islahatlar davam etdiriləcək”
|
Ötən il ölkədə əhalinin pul gəlirləri keçən ilə nisbətən 12,3 %, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 9,1 %, əmək pensiyasının orta aylıq məbləği isə 12% artıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib O qeyd edib ki, 2010-cu ilin yekunlarına əsasən, yoxsulluğun səviyyəsi daha da aşağı düşərək 9,1 % təşkil edib.
“Ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi sığorta-pensiya sisteminin təkmilləşdirilməsi və davamlı inkişafa nail olunması 2010-cu ildə Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin əsas istiqamətlərini təşkil edib. Ötən il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1764,7 mln. manat təşkil edib ki, bu da 2009-cu ilə nisbətən 163,3 mln. manat və ya 10,2 faiz çoxdur”,- deyə o vurğulayıb. O həmçinin 2010-cu ildə Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1764,1 mln. manat olduğunu nəzərə çatdırıb.
|
04.02.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda 214 turizm şirkəti fəaliyyət göstərir
|
Hazırda Azərbaycanda 214 turizm şirkəti fəaliyyət göstərir. KƏLAMİNFO xəbər verir ki, bu barədə yap.org.az saytına müsahibəsində Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov məlumat verib.
F.Qurbanov bildirib ki, mehmanxana və mehmanxana tipli obyektlərin sayı isə 2005-ci illə müqayisədə iki dəfə artıb. Belə ki, bu göstərici 262-dən 477-ə çatıb. Bu obyektlərin 80 faizi isə bölgələrdə yerləşir.
F.Qurbanovun sözlərinə görə, xarici ölkə vətəndaşlarının gəlişi 2005-ci il ilə müqayisədə 1,6 dəfə artaraq 1 850 000 nəfər olub.
|
03.02.11 Məqaləni oxumaq
|
|
|
Ərtoğrul Günay Azərbaycan rəssamlarının sərgisində iştirak edib
|
Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay İstanbulda açılmış Azərbaycan rəssamlarının sərgisini ziyarət edib.
KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərgi fevralın 15-ə qədər davam edəcək. Sərginin açılışında çıxış edən türkiyəli nazir bu tip sərgilərin keçirilməsini yüksək qiymətləndirib. Ə. Günay qeyd edib ki, hamımız böyül lider Heydər Əliyevin dediyi “Bir millər, iki dövlət” sözünə istinad edir və bu cür tədbirləri keçirməklə onun vəsiyyətlərini icra edirik.
|
03.02.11 Məqaləni oxumaq
|
|
|
Yunanıstan XİN-nin müavini Heydər Əliyev Fondunda olub
|
Bakıda keçirilən Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının üçüncü iclasının iştirakçıları bu gün Heydər Əliyev Fondunu ziyarət ediblər. Fonddan KƏLAMİNFO-ya verilən məlumata görə, qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi, məqsədləri barədə məlumat verilib.
Bildirilib ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.
|
03.02.11 Məqaləni oxumaq
|
|
|
“Bakıelektrikşəbəkə” ASC-nin 11 əməkdaşı tutduğu vəzifələrindən azad edilib
|
Prezident İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yanvarın 27-də keçirilən iclasında verilmiş tapşırıqlardan irəli gələn vəzifələr “Bakıelektrikşəbəkə” ASC-də müzakirə edilib.
ASC-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, “Bakıelektrikşəbəkə” ASC İdarə Heyətinin sədri Baba Rzayev abonentlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, enerji istehlakçılarının şikayətləri üzrə operativ tədbirlərin görülməsi məqsədi ilə iş planının hazırlandığını bildirib.
|
03.02.11 Məqaləni oxumaq
|
|
|
Strasburqda xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu keçiriləcək
|
Martın 11-12-də Fransanın Strasburq şəhərində xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlı Gənclərin (ASAIF) Beynəlxalq Forumu keçiriləcək ASAIF-dan KƏLAMİNFO-ya verilən məlumta görə, Forum 2 gün boyunca yeni fikirlər ətrafında müzakirələrə, Azərbaycanın və ona aid dəyərlərin dünyada təmsil və təbliğatı üçün fəaliyyət planının müəyyən olunmasına çalışacaq.
Ayrıca bu məsuliyyətli yolda xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlı gənclərin bir arada cəmləşməsinə çalışacaq. Forumda çıxış etmək və fikirlərini paylaşmaq üçün dəvət edilən Azərbaycanlı və xarici spikerlər, mütəxəssislər və qonaqlar tədbirin önəmini bir daha artırmaqdadır. İki gün ərzində iştirakçılar gələcək şəbəkə cəmiyyətinin formalaşmasına, Azərbaycanımızın və milli dəyərlərimizin təbliğinə müsbət təsir göstərəcək.
|
03.02.11 Məqaləni oxumaq
|
|
|
Metyu Brayza: “Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli həlli mənim üçün prioritet məsələ olacaq”
|
Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli həlli səfir kimi mənim üçün prioritet məsələ olacaq. AZADINFORM xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı yeni səfiri Metyu Brayza ABŞ-Azərbaycan Ticarət Palatasının onun şərəfinə verdiyi ziyafətdə bildirib. O, səfir olduğu müddətdə ABŞ-Azərbaycan arasında münasibətlərin genişləndirilməsini daim diqqətdə saxlayacağını deyib. Səfir qeyd edib ki, səlahiyyətlərinə başlamaq üçün bu həftə Bakıya yola düşəcək
ABŞ-Azərbaycan Ticarət Palatasının yaydığı məlumata görə, tədbirdə Palatanın əməkdaşları, səfir M.Brayza və onun ailə üzvləri, həmçinin Azərbaycanın Vaşinqtondakı səfirliyinin əməkdaşları iştirak ediblər.
|
03.02.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 19 20 21 22 23 24 25 26 27 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|