Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2011
    Səhifələr : # « 19 20 21 22 23 24 25 26 27 » #
    Ərtoğrul Günay: “Türk-erməni abidəsinin sökülməsi səlahiyyəti nə bizdə, nə də Qars bələdiyyəsindədir”
    Qars vilayətindəki. türk-erməni abidəsinin sökülməsi səlahiyyəti nə bizdə, nə də Qars bələdiyyəsindədir. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay deyib. Onun sözlərinə görə, hələ ki komissiya öz qərarını verməyib, bizə isə yalnız qərarı gözləmək qalır. Qeyd edək ki, yanvarın 18-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan abidənin sökülməsini dair göstəriş verib. Qars Bələdiyyəsinin Məclisi türk-erməni dostluğunun simvolu sayılan abidənin sökülməsinə dair qərar qəbul edib. Bələdiyyə başçısı Nevzat Bozkuşun sədrliyi ilə keçirilən iclasda Cümhuriyyət Xalq Partiyasından olan 4 Məclis üzvü qərarın "əleyhinə", Ədalət və İnkişaf Partiyasının 11 və Milli Hərəkat Partiyasından olan 4 məclis üzvü "lehinə" səs verib.
    04.02.11 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: “İran Azərbaycana qarşı Livanda yürütdüyü siyasəti təkrarlamağa çalışır”
    Bu gün Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ötən ayın yekunları ilə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, hesabatda M.Əhmədoğlu diqqəti ilk növbədə İranın son zamanlar regionda yeritdiyi siyasətə yönəldib. Politoloqun fikrincə, İran Azərbaycana qarşı Livanda yürütdüyü siyasəti təkrarlamağa çalışır. “Tehran Livanı son illər iranlaşdırmağa cəhd edir. Orada İranın bu siyasətinə ən yaxın dəstək verən Livan erməniləridir. Məhz bunun qarşılığında İran Ermənistanının enerji ilə təchizatını genişləndirir.
    04.02.11 Məqaləni oxumaq
     
    Qiuli Alasaniya ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayevlə görüşüb
    Azərbaycana səfəri çərçivəsində Gürcüstan Universitetinin rəhbəri Qiuli Alasaniya Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayevlə görüşüb. ADA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, rektor xanım Q.Alasaniyaya Akademiyanın magistr və bakalavr proqramları, genişlənməkdə olan kitabxanası, ayrı-ayrı istiqamətlərdə aparılan elmi araşdırmaları barədə məlumat verib. Q. Alasaniya təmsil etdiyi universitetlə ADA-nın əməkdaşlığında maraqlı olduğunu bildirib. Daha sonra xanım Alasaniya ADA-nın tələbə-müəllim heyəti və digər qonaqlar üçün “Azərbaycan, Gürcüstan və Türkiyənin mədəni-tarixi əlaqələri” mövzusunda məruzə ilə çıxış edib, üç xalqın zəngin tarixi-mədəni əlaqələri haqqında danışıb. Qeyd edək ki, professor Q. Alasaniya Gürcüstan prezidenti Mixail Saakaşvilinin anasıdır.
    04.02.11 Məqaləni oxumaq
     
    S.Müslümov: "2009-2015-ci sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq islahatlar davam etdiriləcək”
    Ötən il ölkədə əhalinin pul gəlirləri keçən ilə nisbətən 12,3 %, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 9,1 %, əmək pensiyasının orta aylıq məbləği isə 12% artıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib O qeyd edib ki, 2010-cu ilin yekunlarına əsasən, yoxsulluğun səviyyəsi daha da aşağı düşərək 9,1 % təşkil edib. “Ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi sığorta-pensiya sisteminin təkmilləşdirilməsi və davamlı inkişafa nail olunması 2010-cu ildə Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin əsas istiqamətlərini təşkil edib. Ötən il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1764,7 mln. manat təşkil edib ki, bu da 2009-cu ilə nisbətən 163,3 mln. manat və ya 10,2 faiz çoxdur”,- deyə o vurğulayıb. O həmçinin 2010-cu ildə Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1764,1 mln. manat olduğunu nəzərə çatdırıb.
    04.02.11 Məqaləni oxumaq
     
    Azərbaycanda 214 turizm şirkəti fəaliyyət göstərir
    Hazırda Azərbaycanda 214 turizm şirkəti fəaliyyət göstərir. KƏLAMİNFO xəbər verir ki, bu barədə yap.org.az saytına müsahibəsində Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov məlumat verib. F.Qurbanov bildirib ki, mehmanxana və mehmanxana tipli obyektlərin sayı isə 2005-ci illə müqayisədə iki dəfə artıb. Belə ki, bu göstərici 262-dən 477-ə çatıb. Bu obyektlərin 80 faizi isə bölgələrdə yerləşir. F.Qurbanovun sözlərinə görə, xarici ölkə vətəndaşlarının gəlişi 2005-ci il ilə müqayisədə 1,6 dəfə artaraq 1 850 000 nəfər olub.
    03.02.11 Məqaləni oxumaq
     
    Ərtoğrul Günay Azərbaycan rəssamlarının sərgisində iştirak edib
    Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay İstanbulda açılmış Azərbaycan rəssamlarının sərgisini ziyarət edib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərgi fevralın 15-ə qədər davam edəcək. Sərginin açılışında çıxış edən türkiyəli nazir bu tip sərgilərin keçirilməsini yüksək qiymətləndirib. Ə. Günay qeyd edib ki, hamımız böyül lider Heydər Əliyevin dediyi “Bir millər, iki dövlət” sözünə istinad edir və bu cür tədbirləri keçirməklə onun vəsiyyətlərini icra edirik.
    03.02.11 Məqaləni oxumaq
     
    Yunanıstan XİN-nin müavini Heydər Əliyev Fondunda olub
    Bakıda keçirilən Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının üçüncü iclasının iştirakçıları bu gün Heydər Əliyev Fondunu ziyarət ediblər. Fonddan KƏLAMİNFO-ya verilən məlumata görə, qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi, məqsədləri barədə məlumat verilib. Bildirilib ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.
    03.02.11 Məqaləni oxumaq
     
    “Bakıelektrikşəbəkə” ASC-nin 11 əməkdaşı tutduğu vəzifələrindən azad edilib
    Prezident İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yanvarın 27-də keçirilən iclasında verilmiş tapşırıqlardan irəli gələn vəzifələr “Bakıelektrikşəbəkə” ASC-də müzakirə edilib. ASC-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, “Bakıelektrikşəbəkə” ASC İdarə Heyətinin sədri Baba Rzayev abonentlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, enerji istehlakçılarının şikayətləri üzrə operativ tədbirlərin görülməsi məqsədi ilə iş planının hazırlandığını bildirib.
    03.02.11 Məqaləni oxumaq
     
    Strasburqda xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu keçiriləcək
    Martın 11-12-də Fransanın Strasburq şəhərində xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlı Gənclərin (ASAIF) Beynəlxalq Forumu keçiriləcək ASAIF-dan KƏLAMİNFO-ya verilən məlumta görə, Forum 2 gün boyunca yeni fikirlər ətrafında müzakirələrə, Azərbaycanın və ona aid dəyərlərin dünyada təmsil və təbliğatı üçün fəaliyyət planının müəyyən olunmasına çalışacaq. Ayrıca bu məsuliyyətli yolda xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlı gənclərin bir arada cəmləşməsinə çalışacaq. Forumda çıxış etmək və fikirlərini paylaşmaq üçün dəvət edilən Azərbaycanlı və xarici spikerlər, mütəxəssislər və qonaqlar tədbirin önəmini bir daha artırmaqdadır. İki gün ərzində iştirakçılar gələcək şəbəkə cəmiyyətinin formalaşmasına, Azərbaycanımızın və milli dəyərlərimizin təbliğinə müsbət təsir göstərəcək.
    03.02.11 Məqaləni oxumaq
     
    Metyu Brayza: “Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli həlli mənim üçün prioritet məsələ olacaq”
    Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli həlli səfir kimi mənim üçün prioritet məsələ olacaq. AZADINFORM xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı yeni səfiri Metyu Brayza ABŞ-Azərbaycan Ticarət Palatasının onun şərəfinə verdiyi ziyafətdə bildirib. O, səfir olduğu müddətdə ABŞ-Azərbaycan arasında münasibətlərin genişləndirilməsini daim diqqətdə saxlayacağını deyib. Səfir qeyd edib ki, səlahiyyətlərinə başlamaq üçün bu həftə Bakıya yola düşəcək ABŞ-Azərbaycan Ticarət Palatasının yaydığı məlumata görə, tədbirdə Palatanın əməkdaşları, səfir M.Brayza və onun ailə üzvləri, həmçinin Azərbaycanın Vaşinqtondakı səfirliyinin əməkdaşları iştirak ediblər.
    03.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 19 20 21 22 23 24 25 26 27 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Fev.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28