Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2011
    Səhifələr : # « 13 14 15 16 17 18 19 20 21 » #
    TQDK qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirməyə başlayıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti tədris ili üçün Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirməyə başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-dan veriblər. Seminarlar TQDK-nın təşkilat şöbəsinin məsul əməkdaşları tərəfindən aparılır. Seminarlarda imtahan prosesinin idarə olunmasında zal nəzarətçisinin üzərinə düşən vəzifələr, təlimati qaydalar ətraflı izah olunur. Bu prosedurları nəzarətçi-müəllimlərə dəqiqliklə çatdırmaq üçün məşğələlər 25-30 nəfərlik qruplarla keçirilir. Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə olunur. Seminarlarda həmçinin, nəzarətçi-müəllimlərin fərdi keyfiyyətləri yoxlanılır, şəxsi anket məlumatları dəqiqləşdirilir, imtahanın gedişində rast gəlinən problemlər sistemləşdirilir və həlli yolları sadalanır, nəzarətçi-müəllimlərin xüsusi hallarda operativ qərar qəbul etmə qabiliyyətləri interaktiv üsullarla – sorğu-suallarla müəyyənləşdirilir.
    10.02.11 Məqaləni oxumaq
     
    “Azərbaycan ailəsi-2011” film festivalı başlayır
    Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, onlara ailə dəyərlərinin aşılanması məqsədilə hər il olduğu kimi bu ildə “Azərbaycan ailəsi-2011” adlı film festivalına start verir. KƏLAMİNFO xəbər verir ki, festivala həsr olunmuş mətbuat konfransında çıxış edən AQUPDK sədrinin müavini Aynur Sofiyeva bidirib ki, üç ay davam edəcək “Azərbaycan ailəsi-2011” filmlər festivalına materialların təqdimatı aprel ayının 25-də yekunlşacaq və mayın 12-də təntənəli bağlanış mərasimi keçiriləcək.
    10.02.11 Məqaləni oxumaq
     
    Hüsnü Mübarək hakimiyyətin sülh yolu ilə təhvil verilməsinə dair “yol xəritəsi” hazırlanmasını tapşırıb
    Bu gün Misir prezidenti Hüsnü Mübarək ölkədə hakimiyyətin dinc yolla ötürülməsi barədə dəqiq zaman çərçivələrinin əks olunduğu plan hazırlanmasına dair göstəriş verib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, Misirin vitse-prezidenti Ömər Süleyman bildirib ki, ölkə başçısı əldə edilmiş razılaşmalara uyğun olaraq hakimiyyətin sülh yolu ilə təhvil verilməsinə dair dəqiq “yol xəritəsi” hazırlanmasını istəyib. Bundan başqa, Konstitusiya islahatı və qanunvericilik sahəsində dəyişikliklərlə məşğul olacaq Konstitusiya komissiyası da yaradılacaq.
    10.02.11 Məqaləni oxumaq
     
    ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayır
    ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa, İqor Popov (Rusiya) və Robert Bradtkenin (ABŞ) bu gün regiona səfəri başlayır. KƏLAMİNFO xəbər verir ki, səfərin ilk günündə həmsədrlər İrəvanda olacaqlar. Vasitəçilərin Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşü planlaşdırılıb. İrəvandakı danışıqlardan sornra onlar sabah Azərbaycana səfər edəcək. Bakıda həmsədrlər xarici işlər naziri Elmar Məmmədyarovla və ölkə başçısı İlham Əliyevlə görüşəcəklər.
    10.02.11 Məqaləni oxumaq
     
    Politoloq: “İranda artıq anlayırlar ki, Azərbaycana qarşı Ermənistan alət kimi zəifləyib”
    “İran Azərbaycanın inkişafının qarşısını almaq üçün Ermənistandan alət kimi istifadə edir”. Bunu KƏLAMİNFO-ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib. O, qeyd edib ki, bu, neçə illərdir İran regionda apardığı siyasətin episentri idi. “Lakin, indi Tehranda anlayırlar ki, Ermənistan alət olaraq özünü doğrultmur, əlavə alətə zərurət yaranır. Bunun üçün də Tehran artıq dini faktorları ön plana çəkir”,-deyə ekspert vurğulayıb. Onun sözlərinə görə, bundan sonra Azərbaycana qarşı İranın əlində iki alət olacaq; biri tədricən zəifləyən Ermənistan, ikincisi də tədricən aktivləşən dini- ayinlərdən istifadə etmək. “İran bununla Azərbaycanı yumşaq yerindən vuracağını düşünür. Lakin, Tehran nəzərə almır ki, İrandan fərqli olaraq Azərbaycan tolerant ölkədir”,-deyə o, əlavə edib.
    09.02.11 Məqaləni oxumaq
     
    Bakıda Litva ilə Azərbaycan arasında iki anlaşma Memorandumu imzalanıb
    Bu gün Bakı Biznes Mərkəzində Litva ilə Azərbaycan arasında iki anlaşma Memorandumu imzalanıb. KƏLAMİNFO xəbər verir ki, ilk sənəd imzalanması Litva Sahibkarlar Konfederasiyasının Baş Direktoru Alqimantas Akstinas və Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Prezideti Məmməd Musayev arasında keçirilib. İkinci sənəd Vilnüs Universitetinin vitse-rektoru Yuris Banis və Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Kibernetika İnstitunun direktoru Telman Əliyev tərəfindən imzalanıb. Hər iki tərəfin nümayəndələri imzalanma zamanı Litva-Azərbaycan arasında bütün sahələrdə olduğu kimi ticarət-iqtisadi əlaqələrin də inkişaf etdiriləcəyini bildiriblər.
    09.02.11 Məqaləni oxumaq
     
    AMEA Ədəbiyyat İnstitutunda “Turan Mübarizi” kitabının təqdimat mərasimi keçirilib
    Bu gün AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü, polkovnik Yəhya Yusif Caniyarın “Turan Mübarizi” kitabının təqdimat mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, kitab cəbhə bölgəsində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına həlak olan, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunub. Çoxsaylı elm xadimlərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev qeyd edib ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov cəbhə bölgəsində düşmənin hücumunu dəf edərkən misilsiz şücaət göstərib.
    09.02.11 Məqaləni oxumaq
     
    Türkiyənin Baş naziri Misirə səfərə hazırlaşır
    Misirdə vəziyyətin sabitləşəcəyi zaman Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə təcili səfəri gözlənilir. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Misirin Ankaradakı səfiri Abdurrahman Səlaheddin deyib. Onun sözlərinə görə, Baş nazir Ərdoğan öncə fevralın 8-9-da Misirə səfər etməyi planlaşdırsa da, ərəb ölkəsində yaranmış gərginliklə əlaqədar olaraq o, öz səfərini təxirə salıb. Ötən həftə jurnalistlərə müsahibə verən Baş nazir bildirib ki, Misirdə vəziyyət nisbətən nizamlanandan dərhal sonra bu ölkəyə yollanacaq. “Belə ki, Misir bizim üçün qardaş ölkədir”,-deyə Ərdoğan vurğulayıb.
    09.02.11 Məqaləni oxumaq
     
    İranın Azərbaycandakı səfirliyi xəttatlıq, illuminasiya və miniatür sərgisi keçirir
    Bu gün İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Rəssamlar İttifaqında Xəttatlıq, İlluminasiya və Miniatür sərgisinin açılış mərasimi keçiriləcək. Sərgi İran İslam inqilabının qələbəsinin 32-ci ildönümü münasibəti ilə təşkil olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzindən veriblər. Sərgi fevralın 10-na qədər davam edəcək. Qeyd edək ki, fevralın 11-də İran İslam İnqilabının qələbəsinin 32-ci ildönümü münasibəti ilə İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhraminin adından Gülüstan sarayında ziyafət təşkil ediləcək. Ziyafətdə dövlət rəsmiləri, millət vəkilləri, QHT-lər və KİV nümayəndələri iştirak edəcək.
    09.02.11 Məqaləni oxumaq
     
    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bərpa və konsevrasiya işləri ilə bağlı açıqlama yayıb
    konsevrasiya işləri həyata keçirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya İdarədən veriblər. Görülən işlər Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”a əsasən aparılır. Bunun nəticəsində A.Zeynallı küçəsi, 20 ünvanında yerləşən və 1890-cı ildə inşa olunmuş tarixi binada təmir-bərpa işləri başa çatıb. Binanın fasadı qabaqcıl texnologiyaların köməyi ilə bərpa edilərək tarixi görkəmi özünə qaytarılıb və bina möhkəmləndirilib. Binanın daxili yüksək standartlara uyğun olaraq təmir olunub, Heydər Əliyev guşəsi yaradılıb, Toğrul Nərimanbəyov, Elbəy Rzaquliyev, Böyükağa Mirzəzadə kimi məşhur rəssamların İçərişəhəri özündə əks etdirən rəsm əsərləri ilə bəzədilib. Simsiz internetlə təmin olunmuş binada iclas zalı, danışıqlar otağı, işçilərin asudə vaxtlarının keçirilməsi üçün sahə mövcuddur. Əvvəllər yaşayış binası olmuş daha sonra “Azərbərpa” Elmi Tədqiqat İnstitutu yerləşən binada Nazirlər Kabinetinin müvafiq qərarına əsasən bərpadan sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi fəaliyyət göstərməyə başlayıb.
    09.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 13 14 15 16 17 18 19 20 21 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Fev.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28