Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2011
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    Ədliyyə Nazirliyində ölkə üzrə qeydə alınan QHT-lərin sayı 3.500-i, KİV-lərin sayı isə 4.300-ü ötüb
    Ədliyyə Nazirliyində ölkə üzrə qeydə alınan QHT-lərin sayı 3.500-i, KİV-lərin sayı isə 4.300-ü ötüb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib. Ötən il aparılmış notariat əməliyyatlarının sayı 2,8 mln-u ötüb, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 350 minə qədər əməliyyat aparılıb, dövlət büdcəsinə 10 mln. manata yaxın vəsait köçürülüb. Vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının mühüm rolu nəzərə alınaraq 124 təşkilat dövlət qeydiyyatına alınıb, 221 mətbu nəşr uçota götürülüb.
    19.02.11 Məqaləni oxumaq
     
    Maltanın xarici işlər naziri Tonio Borqun Azərbaycana səfəri gözlənilir
    Azərbaycanın İtaliyada və eyni zamanda, Maltadakı səfiri Vaqif Sadıqov etimadnaməsini Maltanın Prezidenti Corc Abelaya təqdim edib. Səfirlikdən AZADİNORM-ya verilən məlumata görə, diplomat dövlət başçısı İlham Əliyevin səmimi salamlarını və Azərbaycana səfər etmək dəvətini Malta Prezidentinə çatdırıb.
    18.02.11 Məqaləni oxumaq
     
    DSMF "Sığorta-pensiya sistemində şəffaflığın artırılması etibarlı sosial müdafiənin əsas şərtidir" mövzusunda müsabiqə elan edib
    Dövlət Sosial Müdafiə Fondu "Sığorta-pensiya sistemində şəffaflığın artırılması etibarlı sosial müdafiənin əsas şərtidir" mövzusunda müsabiqə elan edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan veriblər. Müsabiqəyə 20 fevral 2011-ci il tarixdən 01 aprel 2011-ci il tarixə kimi mətbuatda dərc olunmuş sığorta-pensiya sistemində şəffaflığın təmin olunmasına xidmət edən islahatların, xüsusilə avtomatlaşdırılmış pensiya təyinatına keçidin təmin olunması, sığortaolunanların fərdi şəxsi hesablarında toplanmış məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə müasir məlumatlandırma sisteminin yaradılması məqsədilə həyata keçirilən tədbirlərin, informasiya texnologiyaları vasitəsilə əhali üçün yaradılan xidmət növlərinin səmərəliliyinin və qeyd olunan mövzuda digər məsələlərin əksini tapdığı analitik məqalələr və televiziyada göstərilmiş telesüjetlər təqdim edilməlidir.
    18.02.11 Məqaləni oxumaq
     
    Ədliyyə Nazirliyi 481 bələdiyyə sədri barədə məhkəmələr qarşısında məsələ qaldırıb
    Ədliyyə Nazirliyinin kollegiya iclasında 2010-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ədliyyə Nazirliyindən veriblər. Nazir Fikrət Məmmədov kollegiyada çıxış edərək ədliyyənin inkişafına dair Dövlət Proqramının icrası üzrə tədbirləri qeyd edib, ədliyyə fəaliyyətinin ayrı-ayrı sahələri üzrə ötən il görülmüş işlərə toxunub, mövcud problemlər və qarşıda duran vəzifələri vurğulayıb. Qeyd olunub ki, 2010-cu ildə nazirlik tərəfindən qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş 163 normativ hüquqi akt layihəsi hazırlanıb, 1752 akt hüquqi ekspertizadan keçirilib. Əhalinin sərbəst və təmənnasız istifadə etdiyi milli qanunvericiliyin elektron bazası (www.e-qanun.az) zənginləşdirilərək, sayta 2 minədək yeni sənəd daxil edilib və onların sayı 21 minə yaxınlaşıb.
    18.02.11 Məqaləni oxumaq
     
    Nail Şamilov: “TÜRKSOY-un, TürkPA-nın gördükləri işlər effekt verməyib”
    Türklərin beynəlmiləl təşkilatlarının yaradılması zəruridir. Ortada görülən işin effekti olmalıdır. Bu günə kimi TÜRKSOY-un, TürkPA-nın gördükləri işlər effektini verməyib. KƏLAMİNFO xəbər verir ki, bu barədə Tatarıstanın Azərbaycandakı daimi nümayəndəsi Nail Şamilov bildirib. Onun sözlərinə əsasən, Türkdilli xalqların umumi mənafeə xidmət etməyən ideologiya olmasa heç nəyə nail ola bilməyəcəklər. “Biz birləşməsək, ərsəyə heç nə gətirə bilməyəcək, özümüz də məhv olub gedəcəyik. Bütün türkdilli ölkələrlə sıx münasibətlər qurulmalıdır. Bu işdə təşkilatlar, xüsusi ilə də gənclər təşkilatları müəyyən işlər görməlidir. Ən əsası isə türklərin zəngin tarixi irsi dərindən öyrənilməlidir”,-deyə o söyləyib. Türkiyə səfirliyinin müşaviri İsmayıl Çalışkan isə rəsmi Ankaranın Ermənistanla bağlı fikrinin kəskin olduğunu söyləyib. “Nə qədər ki, ermənilər Azərbaycan torpaqlarını azad etməyiblər, Türkiyə də sərhədləri açmayacaq. Bizim fikrimiz qətidir”,-deyə o bəyan edib. TürkPA-nın baş katibinin müavini Kürşad Melih isə türk dövlətlərinin həmrəyliyini, birliyini göstərən və həyata keçirilən tədbirlərdən danışıb. O, bu dövlətlərdə təhsil inteqrasiyası, türk xalqlarının milli bayramlarının birgə keçirilməsi və digər planlar barədə ətraflı məlumat verib.
    18.02.11 Məqaləni oxumaq
     
    Bakıda Xocalı faciəsinə həsr olunan filmin təqdimatı olacaq
    Fevralın 21-də Bakıda türk jurnalisti Cem Oğuzun “Qaçqın: Anar Usubovun həyat tarixi” filminin təqdimatı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Xocalı faciəsinin baş verdiyi zaman cəmi səkkiz yaşı olan oğlan öz taleyindəki gözlənilməz dəyişikliklər barədə danışır. Film mükafat almaq üçün müxtəlif beynəlxalq müsabiqələrə təqdim olunacaq. Kinofilm həm Azərbaycan, həm də ingilis dilində hazırlanıb. Filmin təqdimatı Gənc Tamaşaçılar Teatrında keçiriləcək. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, filmin rejissoru Cem Oğuz çıxış edəcəklər. Tədbirdə xarici diplomatik missiyaların nümayəndələrinin iştirakı da gözlənilir.
    18.02.11 Məqaləni oxumaq
     
    Rasim Musabəyov: “Fransanın mövqeyi Ermənistana təziyq vasitəsi kimi dəyərləndirilə bilər”
    “Fransanın öz vətəndaşlarına işğal olunmuş Azərbaycan torpaqlarına səfər etməmələrini məsləhət görməsi müsbət haldır. Vətəndaşlara müracətdə Azərbaycan torpaqlarının işğal edilməsi faktının qeyd olunması ciddi məsələdir”. KƏLAMİNFO xəbər verir ki, bu barədə yap.org.az saytına açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib. R.Musabəyovun sözlərinə görə, Fransada ermənilərə isti münasibət həmişə olsa da, bu dövlət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. O, qeyd edib ki, bu addım Ermənistana təziyq vasitəsi kimi də dəyərləndirilə bilər. “Artıq beynəlxalq aləmdə işğalçı Ermənistanı müdafiə etmək imkanları tükənir.
    18.02.11 Məqaləni oxumaq
     
    Avropa Şurası Baş katibinin Azərbaycanda yeni xüsusi nümayəndəsi təyin olunub
    Avropa Şurası Baş katibinin Azərbaycanda yeni xüsusi nümayəndəsi təyin olunub. KƏLAMİNFO xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb. Bu vəzifəyə Konstantin Erokostopulos təyin olunub. Qeyd edək ki, Yerokostopulos öz diplomatik fəaliyyətinə Yunanıstan XİN-də başlayıb, müxtəlif ölkələrdəki diplomatik missiyalarda çalışıb. 1994-cü ildə Avropa İttifaqının o vaxtkı Yuqoslaviyadakı müşahidəçi missiyasının (ECMM) başçısı, 1995-1998-ci illərdə isə Yunanıstanın Xorvatiyada, 2000-2004-cü illərdə isə İtaliyadakı səfiri vəzifələrində çalışıb.
    18.02.11 Məqaləni oxumaq
     
    “Türk Xalqlarının Vətəndaş Cəmiyyəti Forumu” təsis edildi
    Bu gün Trend Xəbərlər şirkətində keçirdikləri tədbirdə Bakı Gənclər Klubu, Demokratik Azərbaycan Naminə, Demokratik İslahatçı Gənclər, Sağlam İnkişaf və Maarifləndirmə, Yeni Həyat Humanitar və Sosial dayaq İctimai Birlikləri “Türk Xalqlarının Vətəndaş Cəmiyyəti Forumunu” təsis etdiklərini bəyan ediblər.
    17.02.11 Məqaləni oxumaq
     
    UNICEF Azərbaycanda “Sosial xidmət haqqında” Qanunla bağlı öz təkliflərini hazırlayır
    UNICEF Milli Məclisdə müzakirə olunan “Sosial xidmət haqqında” qanunla bağlı öz təkliflərini hazırlayır və yaxın günlərdə onu parlamentə təqdim edəcək. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində UNICEF-in Uşaqları müdafiə komitəsinin rəhbəri Minur Məmmədzadə bildirib. O, qeyd edib ki, bununla bağlı onların Cenevrədəki regional ofislərindən də bəzi tövsiyyələr gəlib. “Burada biz əsasən bu sahədə indiyədək özünü daha çox doğruldan Serbiya və ona yaxın ölkələrin qanunvericilik təcrübəsindən istifadə edirik. Çünki, bu ölkələr Avropa Birliynə daxil olma ərəfələrindədirlər və bu sahədə daha ciddi iş görüblər”,-deyə M.Məmmədzadə vurğulayıb. O, bildirib ki, təklifləri əsasən yeni qanunda sosial xidmətlərin əsasən mərkəzləşmiş şəkildə aparılması və illik ehtiyacların qanun layihəsində öz əksini tapması ilə bağlıdır. “Çünki, hazırkı qanunda bu məsələlər göstərilməyib”,-deyə o, əlavə edib. Qeyd edək ki, “Sosial xidmət haqqında” yeni qanun layihəsinin Milli Məclisin yaz sessiyasında qəbul olunacağı gözlənilir.
    17.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Fev.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28