Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2011
    Səhifələr : #  9 10 11 12 13 14 15 16 17  #
    Xəzər Universitetinin kitabxanası dünyada müasir elektron gücə malik 1120 kitabxana sırasına daxil edilib
    Dünya ali məktəblərinin ümumi gücü, müasirliyi, o cümlədən elektron-virtual gücü əsas götürülərək 2011-ci ilin yanvar ayında dünyadakı 19266 ali məktəb, o cümlədən Azərbaycandan 36 ali məktəb növbəti dəfə öyrənilib, tədqiq olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xəzər Universitetinin İctimai Əlaqələr və Media Mərkəzindən veriblər. Bu reytinq tədqiqatını dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri - İspaniyanın məşhur Dövlət Elmi Tədqiqat Mərkəzi (Consejo Superior de İnvestigac Cientifacasiones) aparır. Əsas kriteriyalar ali məktəbin dünyada tanınması, elektron məkanda tutduğu çəki və başqaları tərəfindən qiymətləndirilməsi, müasir elmi nəşrlərin çəkisidir. 12 min ali məktəb arasında Azərbaycandan cəmi 4 ali məktəb düşüb. Onlar belə əsıralanıb: Xəzər Universiteti (5097-ci yer), Qafqaz Universiteti (7054-cü yer), Diplomatiya Akademiyası (7653-cü yer) və Tibb Universiteti (11.108-ci yer)
    15.02.11 Məqaləni oxumaq
     
    Hərbiçilərimiz NATO-nun FTP əsasən keçirilən tədbirlərə qatılacaqlar
    NATO ilə Azərbaycan arasında imzalanmış Fərdi Tərəfdaşlıq Planına (FTP) əlavə olaraq, Azərbaycan hərbçiləri fevralın 19-dan 29-dək Oberammerqauda (Almaniya) NATO akademik təlimatçılar kursun çərçivəsində təlimatçı qismində iştirak edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Fevralın 21-25-də isə yenə həmin şəhərdə Akademik təlimatçılar kursu olacaq. Fevralın 21-də Ankarada Silahlı münaqişə hüququ kursu başlanacaq. Fevralın 28-dən martın 11-dək isə Budapeşt şəhərində müəllimlər üçün hərbi terminologiya kursu təşkil olunacaq. Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən fevralın 28-də İzmir şəhərində Döyüş sursatlarını məhvetmə kursu, fevralın 20-dən martın 11-dək isə Ankarada Qoruma-təhlükəsizlik kursu keçiriləcək. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
    15.02.11 Məqaləni oxumaq
     
    TQDK magistraturaya qəbul imtahanlarının vaxtını açıqladı
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fevralın 20-də Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İmtahanın birinci mərhələsində iştirak etmək üçün ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirmiş bakalavrlar fevralın 15-dən etibarən internetdə öz elektron ərizəsinə daxil olaraq birinci mərhələ üçün iakalavrın imtahana buraxılış vərəqəsini çap edib götürməlidirlər. Buraxılış vərəqəsində bakalavrın hansı şəhərdə, binada imtahan verəcəyi qeyd olunub. Buna görə də onlar buraxılış vərəqəsində göstərilmiş məlumatlarla diqqətlə tanış olmalıdırlar. Bakalavrlar buraxılış vərəqəsi ilə yanaşı bakalavrlar “Bakalavrın yaddaş kitabçası”nı da çap edə bilərlər. Burada bakalavrlara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
    15.02.11 Məqaləni oxumaq
     
    Bakıda RRB-nin rabitə iqtisadiyyatı üzrə komissiyasının 27-ci iclası keçiriləcək
    Cari ilin 24-25 may tarixlərində Bakıda Regional Rabitə Birliyinin (RRB) rabitə iqtisadiyyatı üzrə komissiyasının 27-ci iclası keçiriləcək. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan KƏLAMİNFO-ya verilən məlumata görə, komissiyanın ötən ilki iclası sentyabr ayında Odessada baş tutub. A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasında keçirilən tədbirdə ölkəmizi Azərbaycan Rabitə Administrasiyasının nümayəndələri təmsil ediblər. Bu il də iclasda bir sıra aktual məsələlərə baxılacaq. Müasir informasiya-kommunikasiya texnologiyaları sahəsində təqdim olunan xidmətlərin keyfiyyətinin iqtisadi, həmçinin hüquqi-normativ əsaslarla tənzimlənməsi, rabitə operatorlarının idarə mexanizmində yeniliklərin tətbiqi, birliyə daxil olan ölkələrdə rəqəmsal yayıma keçidlə əlaqədar meydana çıxan yeni iqtisadi aspektlər və digər bu kimi məsələlər müzakirə ediləcək, müvafiq qərarlar qəbul ediləcək.
    15.02.11 Məqaləni oxumaq
     
    Prezident Administrasiyasına daxil olan şikayətlərin sayı azalıb
    Ötən il Prezident Administrasiyasına daxil olan şikayətlərin sayı əvvəlki ilə nisbətən azalıb. Bu, həm Prezident Administrasiyasında, həm də respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətlərinə baxılması işinə diqqətin artırılmasının nəticəsidir. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumat Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan” qəzetinin 15 fevral sayında dərc olunan məqaləsində qeyd olunub.
    15.02.11 Məqaləni oxumaq
     
    Penitensiar Xidmətinin rəisi, general-leytenant N.Ələkbərov vəzifəsindən çıxarılıb
    Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi, general-leytenant Nazim Ələkbərov vəzifəsindən çıxarılıb. KƏLAMİNFO xəbər verir ki, N.Ələkbərovun işdən çıxarılma səbəbləri hələlik məlum deyil. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən faktı təsdiqləsələr də, generalın hansı səbəblərdən vəzifəsindən azad olunması, yaxud onun postuna hansı şəxsin gətirilməsi haqqında məlumata malik odmadıqlarını söylədilər.
    15.02.11 Məqaləni oxumaq
     
    Yazılı qanunların dilində dəyişikliklər olacaq
    Qanunvericilik yolu ilə yazılı qanunların dilində dəyişikliklər olacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib. Onun sözlərinə görə, Azərbaycanda qanunların dilində mürəkkəblik var və istifadəsinə ehtiyac olmayan bir sıra terminlər çıxarıla bilər. “Qanunların adında istifadə olunan “haqqında” termini bu sözlərdən biridir. “Haqqında” əslində rus dilindən gələn məsələdir və ola bilsin rus dili üçün onun istifadəsi vacibdir. Amma, bizim dildə bunsuz da keçinmək olar”,-deyə millət vəkili vurğulayıb.
    15.02.11 Məqaləni oxumaq
     
    “VƏTƏN UĞRUNDA!” QHT Koalisiyası təsis edilib
    “RESURS” Gənclərin İnkişafı, “SİVİLİZASİYA” Monitorinq və Araşdırmalar və “Qaçqın və Məcburı Köçkün Qadınların İnkişaf Mərkəzi” İctimai Birliklərinin rəhbərləri bir araya gələrək “VƏTƏN UĞRUNDA!” QHT Koalisiyasının təsis edilməsi barədə qərar qəbul ediblər. Təsis yığıncağının qərarına əsasən “RESURS” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir Mehdizadə “VƏTƏN UĞRUNDA!” QHT Koalisiyasının koordinatoru seçilib. Bu barədə KƏLAMİNFO-ya QHT-nın mətbuat xidmətindən məlumat verilib. “Koalisiyanın qarşısında duran əsas prioritet vəzifə vətəndaşların milli-vətənpərvərlik hisslərinin gücləndirilməsi, vətənimizin işğal altında olan ərazilərinin düşməndən azad edilməsi üçün bütün fədakarlıqlara daim hazır olmaq kimi hisslərin gənclərə aşılanmasıdır.
    15.02.11 Məqaləni oxumaq
     
    “Əlavə təsir” bədii filminə ilk baxış keçiriləcək
    Dövlət sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında rejissor Elxan Cəfərovun çəkdiyi “Əlavə təsir” bədii filminin ilk baxışı keçiriləcək. Tədbir fevralın 16-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Film ölkədə daxili sabitliyi təmin edən, ictimai asayişi qoruyan, vətəndaşların təhlükəsizliyi keşiyində dayanan Azərbaycan polisinin fəaliyyətinə həsr olunub.Bu barədə KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Filmin ssenari müəllifləri Elza Ağayeva, Ramiz Fətəliyevdir. Filmin bəstəkarı isə Aygün Səmədzadədir. “Əlavə təsir” də Əbdülqəni Əliyev, Kənan Mahmudov, Elxan Qasımov, Əbdül Mahmudov, Xalidə Quliyeva, Gülzar Qurbanova və başqa aktyorlar yer alıb.
    15.02.11 Məqaləni oxumaq
     
    Hüsnü Mübarək Qahirədən qaçıb
    Misir prezidenti Hüsnü Mübarək ailəsi ilə birlikdə Qahirəni tərk edib. KƏLAMİNFO xəbər verir ki, Hüsnü Mabarəkin təyyarəsi naməlum istiqamətdə hərəkət edib. Qeyd eədk ki, dünən istefası gözlənilən H.Mübarək proqnozların əksinə olaraq xalqa TV-dan etdiyi müraciətində postundan imtina etməyəcəyini, amma səlahiyyətlərinin böyük hissəsinin vitse-prezident Ömər Suleymana verməyə razılaşdığını bildirib. Artıq Qahirə və başqa şəhərlərdə milyonlarla insan küçələrə axışıb.
    15.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  9 10 11 12 13 14 15 16 17  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Fev.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28